Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-646/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, xxxxxxxxx və İddiaçı4 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, xxxxxxxxx, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak M əsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X2 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçının 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli, 2-1(105)-786/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ş.Şamil adına sovxozun X2 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokoluna əsasən, İddiaçı1 ailəsinə 4 pay olmaqla ümumilikdə 2.84 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X1 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanmış və möhürlənmiş Qusar rayonunun Quxur Oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 1.68 ha torpaq sahəsinə dair İddiaçı1, A.xxx, A.Firəngiz, A.Zaur adları qeyd edilməklə, onların adına yerquruluşu planından çıxarış tərtib edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh 15 avqust 2022-ci il tarix li imtina məktubu ilə bildirmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 2.84 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, qeyd olunan 2.84 ha torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş Qusar rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 220 nömrəli arxiv çıxarışında Ş.Şamil adına sovxoz X2 komissiyası tərəfindən qəbul olunmuş xx.xx.2001-ci il tarixli 8 saylı protokol rayon Aqrar İslahat komissiyası tərəfindən təsdiq edilməmiş və eləcədə 2.84 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri ərizəyə əl avə olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X2 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçının 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə tapşırılması”na dair qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonun Quxur Oba kəndində torpaq is lahatları keçirilərkən iddiaçılar Qusar rayonun Quxur Oba kəndində yaşamaqla Quxur Oba kəndinin daxil olduğu Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozunda daim işləmiş və daimi həmin sovxozun ərazisində yaşamışdırlar. Lakin Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozunda torpaq islahatları keçirilərkən hansı isə naməlum səbəblərdən iddiaçıların, onların ailə üzvlərinin, habelə bir çox başqa Quxur Oba kənd sakinlərinin - cəmi 38(otuz səkkiz) nəfərin adları torpaq payı almaq hüququ olanların siyahısına düşməmişdir. İslahat Komissiyasına müraciət etmişlər. Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X2 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur oba Bələdiyyəsinin ehtiyat fondundan həmin sakinlərə, o cümlədən iddiaçılara və ailə üzvlərinə pay torpaq sahələrinin ayrılması qərara alınmışdır. 20 ildən çoxdur ki, həmin torpaq sahələri onların faktiki istifadəsindədir və onlar həmin torpaq sahələrindən heç kimin etirazı olmadan istifadə edirlər. Cavabdeh orqana hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan isə müraciətlərinin təmin edilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır.
7. Cavabdehin 25 may 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 iddia elədiyi torpaq sahəsinin 1.68 ha hissəsi ünvan 1i ünvanda yerləşir, torpaqların elektron kadastrı uçotu məlumat bazasında həmin torpaq sahə bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir və kənd təsərrüfatına yararlı torpaq sahəsidir, torpaq sahəsi faktiki hasara alınaraq aralarında suvarma arx ı keçməklə 1.0463 ha və 0.6337 ha olmaqla iki hissədə yerləşir və hazırda ümumi 1.68 ha torpaq sahəsinin 0.19 ha hissəsindən meyvə bağı kimi qalan 1.68 ha hissəsindən isə əkin kimi istifadə olunur, qonşu torpaq sahələri ilə hər hansı sərhəd mübahisəsi qeydə alınmamışdır və hər hansı kommunikasiya xətti aşkar olunmamışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-720/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X2 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçılar İddiaçı1, xxxxxx İsmayıl qızına, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızına və İddiaçı4 ayrılmış cəmi 1.68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət rey estrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli, 2-1(105)-786/2023 nömrəli qər arı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən, Z.Məmmədov və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçılara sözügedən torpaq sahəsi məhz torpaq islahatı zamanı pay torpaq şəklində ayrılmışdır (qeyd edilən hal iş materialarında olan arxiv sənədləri əsasında və digər sənədlərlə təsdiq olunur), bu hal isə həmin torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etmişdir. İddiaçılara sözügedən pay torpağının ayrılması halı arxiv sənədləri ilə də təsdiq olunur, habelə həmin torpaq sahəsinə dair yerquruluşu planı məhz müv afiq rayon torpaq şöbəsi tərəfindən də təsdiq edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qərarın müvafiq rayon AİK tərəfindən təsdiq edilməməsi halına istinad etməsi özlüyündə iddiaçıların mövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmaqla, formal əsas kimi çıxış etmişdir. Belə ki, dövlət orqanı tərəfindən yol verilmiş nöqsanlara görə məhz dövlət orqanı məsuliyyət daşımaqla, bu hal iddiaçıların təqsiri və məsuliyyəti ilə əhatə olunmamışdır, əksi halın tətbiqi isə qanunvericiliyin norma və prinsiplərinə ziddir.
13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1, 139-1.1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5, 8.0.8, 15-ci “Torpaq islahatı haqqında” Qanunun 13, 14-cü Torpaq Məcəlləsinin 67-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki:
1. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, vətəndaş tərəfindən sənədlər və ərizə təqdim olunmadığından daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunik asiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün olmamışdır.
2. Məhkəmə Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Qusar rayonu Quxur oba kəndi ərazisində iddiaçılar İddiaçı1, xxxxxx İsmayıl qızına, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızına və İddiaçı4 ayrılmış 1,68 ha torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, torpaq sahəsinə dair yerquluşu sxemi tərtib edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdu dlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzə rində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam ve rilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət ə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquq ların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində b ildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ( qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 22. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qəra rı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarını n tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
28. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara ayrılmış 1,68 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına yönəlmişdir.
29. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Ş.Şamil adına sovxozun X2 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokoluna əsasən, İddiaçı1 ailəsinə 4 pay olmaqla ümumilikdə 2.84 hektar torpaq sahəsi ayrılmışdır.
30. İş materiallarında olan Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X1 müdiri və Ş.Şamil adı na Sovxozun AİK-nın sədri tərəfindən imzalanmış və möhürlənmiş Qusar rayonunun Quxur Oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 1.68 ha torpaq sahəsinə dair İddiaçı1, A.xxx, A.Firəngiz, A.Zaur adları qeyd edilməklə, onların adına yerquruluşu planından çıxarış tərtib edilmişdir.
31. İddiaçılar sovxozdan pay kimi ayrılmış müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi Ş.Şamil adına sovxozun X2 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli iclasının 8 saylı protokolu ilə qəbul edilmiş qərara istinad edillər.
32. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq ed ilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
33. Həmçinin qeyd edilməlidir ki, hazırkı qərarın 17-18-ci bəndlərində qeyd olunanlara əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır...... Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
35. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunanlara uyğun olaraq hüquqmüəyyənedici sənədi təqdim etmiş, lakin cavabdeh X2 Komissiyasının protokol q ərarın hüquqmüəyyənedici sənəd olmaması, eləcə də digər formal tələblər olan torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsinin mümkün olmaması, torpaq sahəsinə dair yerquluşu sxemi tərtib edilməməsi, ilə bağlı imtinasını, beləliklə də iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-20(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli, 2-1(105)-786/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.