Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-647/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.201 8-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 27.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2011-ci il tarixli 451 saylı sərəncamına əsasən Ünvan ünvanda 0.08 hektar torpaq sahəsi Iddiaçı ayrılmış, razılaşdırılmış eskiz layihəsi əsasında 2 girişli 4 mərtəbəli+mansard 14 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya Xx,***** nömrəli, 05.04.2014-cü il tarixdə, ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Ünvan ünvanında, 0.06168 ha torpaq sahəsində yerləşən, 4 mərtəbəli, ümumi sahəsi 2654.4 kv.m olan fərdi yaşayış evi üzərində istifadə hüququ Iddiaçı adına qeydə alınmışdır. Iddiaçı 03.06.2014-cü il tarixli ******** nömrəli xidməti məktub əsasında vergi qeydiyyatına alınaraq ona VÖEN verilmişdir. Bakı Vergilər Departamentinin 09.06.2015-ci il tarixli ******** saylı qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, Iddiaçı vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 31 iyul 2015-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən q əbul edilmiş 01 sentyabr 2015-ci il tarixli ******** saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərara görə iddiaçı Iddiaçı mənzil tikintisi ilə məşğul olan şəxs kimi 20122014-cü illər üçün mənzil tikintisi ilə məşğul olan şəxsin sadələşədirilmiş vergisi, ÖMV, Vergi hesabatının və arayışının vaxtında verilməməsi ilə bağlı 218.226,42 manat vergi borcu və 15.526,6 manat maliyyə saksiyası, 2013-2014-cü illər üçün ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərməsi ilə əlaqədar isə 879.369,55 vergi borcu və 439.684,78 manat maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 200 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departam entinə (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunmasına və 31.07.2015-ci il tarixli ****** saylı səyyar vergi aktının etibarsız hesab edilərək 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh orqanın şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1308/16 saylı, 12 iyul 2016-cı il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı iddianın “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən qəbul edilmiş 31.07.20 15-ci il tarixli ****** saylı “Səyyar vergi yoxlaması aktı”nın etibarsız hesab edilməsi və 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında qərar»ının ləğv edilməsi” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Bakı Vergilər Departamenti tərəfindən qəbul edilmiş 31.07.2015-ci il tarixli ****** saylı “Səyyar vergi yoxlaması akt etibarsız hesab edilmiş və həmin orqan tərəfindən qəbul edilmiş 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında qərar» ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı iddia tələbinin “cavabdeh Azərbaycan Respub likası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunması” hissəsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)274/17 saylı, 26 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1308/16 saylı, 12 iyul 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2037/17 saylı, 10 noyabr 2017-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) qarşı cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsinə və 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarının ləğv edilməsi barədə iddiası təmin edilmiş, iddia tələbi 31.07.20 15-ci il tarixli ****** saylı səyyar vergi aktının etibarsız hesab edilməsi hissəsində iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)478/18 saylı, 12 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2037/17 saylı, 10 noyabr 2017-ci il tarixli qərarı qismən-cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsinə və 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarının ləğv edilməsi hissəsində qismən ləğv edilmiş, iddia tələblərinə cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkət lərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsinə və 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarının 2013-2014-cü illər üzrə ƏDV-nin hesablanması və maliyyə sanksiyalarının ləğv edilməsi hissələrində təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.2018-ci il tarixli qərarı ilə iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı yoxlanılan hissədə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 01 sentyabr 2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarı iddiaçıya 324.785,55 (üç yüz iyirmi dörd min yeddi yüz səksən beş manat əlli beş qəpik) manat əlavə dəyər vergisinin və ona 162.392,77 (yüz altmış iki min üç yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunması və 01 sentyabr 2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarın 554.584 (beş yüz əlli dörd min beş yüz səksən dörd) manat əlavə dəyər vergisinin və azaldılmış ƏDV məbləğinə 277.292 (iki yüz yetmiş yeddi min iki yüz doxsan iki) manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə cavabdehin istinad etdiyi, Ünvan ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasında yoxlanılan dövrdə mənzillərin, qeyri yaşayış sahəsinin orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “X” Birliyi tərəfindən verilmiş 08 iyul 2015-ci il tarixli rəyində göstərilənləri şübhə altına alan sübutların təqdim olunmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qiymətləndirmiş və qeyd etmişdir ki, iddiaçının ƏDV-yə cəlb olunmamış dövriyyəsi və və dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisi bu qaydada hesablanmalıdır: 1387,8 kv.m x2000 =2.775.600x18%=449.608 manat yaşayış sahələrinə görə, 145,8x4000=583.200x18%=104.976 manat qeyri yaşayış sahələrinə görə olmaqla, dövlət büdcəsinə ödənilməli olan, iddiaçı tərəfindən azaldılmış cəmi əlavə dəyər vergisi 449.608+104.976=554.584 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə id diaçının vergi orqanının təşəbbüsü ilə vergi uçotuna alınması vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Bundan əlavə vergi orqanı əlavə vergi hesablayarkən ekspert rəyinə istinad etmiş, lakin həmin rəy iş materiallarına mövcud deyildir və sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə vergi hesablanarkən alqısatqı müqavilələrində təsbit edilmiş qiymətlər deyil, bazar qiymətləri əsas tutulmuşdur. Halbuki müqavilə qiymətləri əsas götürülsəydi hesablanmış məbləğdən kəskin fərqlənən nəticə əldə olunardı. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 58.7, 90, 94, 96.5, 96.5.1, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1696/2018 saylı 27.09.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 31.07.2015-ci il tarixli akta əsasən yoxlama ilə bazar qiymətləri və satışa yararlı sahələr nəzərə alınmaqla yaşayış sahəsi üzrə 442.779,86 manat (1.527,72 m2 × 1.900,0 manat × 18 / 118) ƏDV, qeyri-yaşayış sahəsi üzrə 273.355,93 manat (448,0 m2 × 4.000,0 manat × 18 / 118) ƏDV, mansard sahəsi üzrə 93.216,81 manat (509,24 m2 × 1.200,0 manat × 18 / 118) ƏDV və qaraj üzrə 70.016,95 manat (306,0 m2 × 1.500,0 manat × 18 / 118) ƏDV (cəmi: 879.369,55 manat ƏDV) hesablanmışdır. Bütün bunlara baxmayaraq məhkəmə kollegiyası iddiaçının ƏDV-yə cəlb olunmamış dövriyyəsi və dövlət büdcəsinə ödənilməli olduğu əlavə dəyər vergisinin hesablanması zamanı iddianın təmin edilmiş hissəsi (324.785,55 manat ƏDV və ona hesablanmış 162.392,77 manat maliyyə sanksiyası) üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin bu hissədə ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüquq normalarının tətbiqində səhvlər buraxaraq maddi və prosessual pozuntulara yol vermişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli qərarında 1.387,8 m2 yaşayış və 145,8 m2 qeyri yaşayış sahələrinə ətraflı və əsaslandırılmış münasibət bildirilməsinə baxmayaraq, mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş binanın digər 1.257,24 m2 sahələrinə (140,0 m2 yaşayış sahəsi, 302,0 m2 qeyri yaşayış sahəsi, 509,24 m2 mansard sahəsi və 306 m2 qaraja yararlı sahə) münasibət bildirilməmiş, həmin sahələr üzrə cavabdeh tərəfindən hesab lanmış ƏDV-nin və ona hesablanmış maliyyə sanksiyasının ləğv edilməsi səbəbləri məhkəmə qərarında əsaslandırılmamışdır. Vergi qanunvericiliyində bağışlanmış əmlakın ƏDV-yə cəlb edilməsini istisna edən müddəa nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən (01.01.2016-cı il tarixədək olan redaksiyada) mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci abzas ı 5-ci abzasla açıq-aşkar ziddiyyət təşkil edir. Cavabdeh İnzibati Prosessual Məcəllənin 90, 94, 96.9-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 217.1, 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.2018-ci il tarixli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1696/2018 saylı 27.09.2018-ci il tarixli qərarının ləğv ed ilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin vəkili Vəkil və nümayəndəsi kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.2018-ci tarixli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.2018-ci tarixli qərarı ilə g əldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2011-ci il tarixli 451 saylı sərəncamına əsasən Ünvanünvanda 0.08 hektar torpaq sahəsi Iddiaçı ayrılmış, razılaşdırılmış eskiz layihəsi əsasında 2 girişli 4 mərtəbəli+mansard 14 mənzilli yaşayış binasının tikintisinə icazə verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya Xx,***** nömrəli, 05.04.2014-cü il tarixdə, ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Ünvan ünvanında, 0.06168 ha torpaq sahəsində yerləşən, 4 mərtəbəli, ümumi sahəsi 2654. 4 kv.m olan fərdi yaşayış evi üzərində istifadə hüququ Iddiaçı adına qeydə alınmış, Iddiaçı 03.06.2014-cü il tarixli ******** nömrəli xidməti məktub əsasında vergi qeydiyyatına alınaraq ona VÖEN verilmiş, Bakı Vergilər Departamentinin 09.06.2015-ci il tarixli ******** saylı qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, Iddiaçı nda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 31 iyul 2015-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş 01 sentyabr 2015-ci il tarixli ******** saylı "Ve rgi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərara görə iddiaçı Iddiaçı mənzil tikintisi ilə məşğul olan şəxs kimi 2012-2014-cü illər üçün mənzil tikintisi ilə məşğul olan şəxsin sadələşədirilmiş vergisi, ÖMV, Vergi hesabatının və arayışının vaxtında verilməməsi ilə bağlı 218.226,42 manat vergi borcu və 15.526,6 manat maliyyə saksiyası, 2013-2014-cü illər üçün ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərməsi ilə əlaqədar isə 879.369,55 vergi borcu və 439.684,78 manat maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 200 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırkı iş üzrə iddia tələbinə ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi və 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ö dəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarı ilə 2013-2014-cü illər üzrə ƏDV-nin hesablanması və maliyyə sanksiyalarının ləğv edilməsi hissəsində qiymət verilir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunması və 31.07.2015-ci il tarixli ****** saylı səyyar vergi aktının etibarsız hesab edilərək 01.09.2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarın ləğv edilməsidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh orqanın ş əxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində qərarın ləğv edilərək iddianın tam təmin edilməsi, cavabdehin verdiyi apellyasiya şikayətində isə qərarın ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilməməsi xahiş edilmişdir. İşə baxan sonuncu apellyasiya instansiya məhkəməsi 2-1(103)-1696/2018 saylı 09.10.2018-ci tarixli qərarının nəticə hissəsində qeyd etmişdir ki, iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı yoxlanılan hissədə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 01 sentyabr 2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarı iddiaçıya 324.785,55 (üç yüz iyirmi dörd min yeddi yüz səksən beş manat əlli beş qəpik) manat əlavə dəyər vergisinin və ona 162.392,77 (yüz altmış iki min üç yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin şəxsin vergi uçotuna alınmasına da ir hərəkətlərinin qanunsuz hesab edilərək, ****** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunması və 01 sentyabr 2015-ci il tarixli ******** saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarın 554.584 (beş yüz əlli dörd min beş yüz səksən dörd) manat əlavə dəyər vergisinin və azaldılmış ƏDV məbləğinə 277.292 (iki yüz yetmiş yeddi min iki yüz doxsan iki) manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməsə də, iddiaçının xeyrinə olaraq «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti haqqında» qərarını iddiaçıya 324.785,55 (üç yüz iyirmi dörd min y eddi yüz səksən beş manat əlli beş qəpik) manat əlavə dəyər vergisinin və ona 162.392,77 (yüz altmış iki min üç yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv etmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsinin qərarının nəticə hissəsində uyğunsuzluq vardır. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə əlavə vergi hesablayarkən bazar qiymətlərinə əsaslanan ekspert rəyinə istinad etmişdir. Halbuki, iddiaçı tərəfindən sözügedən sahələrin satışına dair ayrı-ayrı şəxslərlə rəsmi qaydada bağlanmış müqavilələr mövcuddur ki, həmin müqavilələrdə göstərilmiş satış qiymətlərinin c avabdeh tərəfindən qəbul edilməməsinin səbəbləri əsaslandırılmamış və həmin müqavilələrin etibarsızlığı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək işə təkrar baxan apellyasiya instansiya məhkəməsinin nəzərinə çatdırır ki, iddiaçının vergi öhdəliyi müəyyən edilərkən həmin müqavilələrdə qeyd edilmiş satış qiymətləri əsas götürülməli idi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Belə olan halda məh kəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı 27.09.2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-647/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-647/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver