Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-647/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüququ olmadığına görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X16) “JN-1436 nömrəli KOD 40103018 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının və JN-1436 KOD 40103018 torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 21(107)-71/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayon AİK-nın 15.08.2000-ci il tarixli 08 saylı qərarı ilə 0.31 ha kənd təsərrüfatı t əyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının bacısı X7 mülkiyyətinə verilmişdir. Bu barədə müvafiq olaraq JN-1436 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN - 1436A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1436 nömrəli KOD 40103018 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının və JN-1436 KOD 40103018 torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 Balakən rayonu Qazma kəndində 0.25 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçının atası 02 noyabr 1987-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra təsərrüfatı iddiaçı idarə etmişdir. Atasının ölümündən sonra Balakən rayonunun Qazma kəndində yerləşən ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçının bacısı X11 ərindən boşanaraq atasına məxsus təsərrüfatda yaşamışdır. İddiaçının bacısı şizofreniya xəstəsi oluduğundan bacısına iddiaçı baxmışdır. Atasına məxsus olan təsərrüfata iddiaçının sahiblik etməsinə baxmayaraq Balakən rayonu AİK-nın 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə həmin torpaq sahəsi bacısı X7 adına işlənmiş və 0.25 ha həyətyanı torpaq sahəsinə JN 1436A KOD 40103018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Bundan əlavə Balakən rayon AİK-nın həmin tarixli qərarı ilə 0.31 ha kənd təsərrüfatlı təyinatlı məhsulların istehsalı üçün torpaq sahəsi də iddiaçının mərhum bacısı X7 adına rəsmiləşdirilmişdir. İddiaçının bacısı X11 28 yanvar 2012-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mərhumun qızı X21 iddiaçıdan xəbərsiz həmin əmlaka vərəsəlik işi açdırmış və həmin əmlaka dair sənədləşmə işləri aparmışdır. İddiaçı atasına məxsus olmuş 0.25 ha həyətyanı torpaq sahəsinə özü sahiblik edir və vergilərini də özü ödəmişdir. İddiaçının 8 nəfər bacı və qardaşları olduğu halda həmin şəxslərdən heç birinin adları “Torpağın mülkiy yət hüququna dair Dövlət Aktı”na və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə daxil edilməmişdir. Balakən rayon AİK-nın 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum bacısı X7 adına işlənmişdir. Bundan əlavə həmin komissiyanın qərarı ilə 0.31 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi də səhv olaraq iddiaçının mərhum bacısı X7 adına rəsmiləşdirilmişdir. Halbuki, Balakən rayon X25 arayışından görünür ki, Balakən rayon Qazma kəndi “Bakı” (Moskva) kolxozunun 1987-1996-cı illərə aid protokol kitablarında X3 adında olan həyətyanı torpaq sahəsinin X7 adına keçirilməsi barədə qeydiyyat aparılmamışdır. İddiaçı qeyd olunan tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tələbdə qeyd olunan məsələnin həllinin onların səlah iyyətlərində olmadığını bildirərək müraciətdən imtina etmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı birinci instansiya məhkəməsində yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciətində qeyd olunan məsələnin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır.
5. Üçüncü şəxs X21 iddia tələbinə qarşı yazılı etirazında bildirmişdir ki, bu iddia İddiaçı oxşar işlər üzrə qaldırmiş olduğu beşinci iddiadır və bu işlərlə bağlı 27 məhkəmə prosesi keçirilmişdir. Hər dəfəsində İddiaçı qaldırmış olduğu idialar təmin edilmədiyi halda, yenidən növbəti əsassız iddiası vasitəsilə onu incidir və vaxtını alır.
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-846/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Cabbarov) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə başqa məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verilməsinə çalışmışdır. İddiaçının qaldırdığı bütün iddiaların predmeti axır nəticədə ev və torpaq sahəsidir ki, həmin predmet barəsində də yekun məhkəmə qərarları var.
8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 21(107)-71/2021 nömrəli qəra rdadı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), İ.Şükürov və V.Məlikov) Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-846/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, əvvəlki 2017-ci ildə etdiyi müraciətlə indiki tələb arasında kəskin fərq olmuşdur. Belə ki, hazırki iddiada o cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X16) JN-1436 nömrəli KOD 40103018 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının və JN-1436 KOD 40103018 saylı orpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından miras qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etmişdir. Bu iddialar bir-birindən fərqli olduğu halda məhkəmə cavabdehin əsassız dəlillərinə inanaraq qanunsuz və əsassız qərardad qəbul etmişdir. Həm birinci həm də apelyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən onun mərhum atası X9 yaşayış evinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməm əsinin səbəbini araşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış iş materiallarında olan məktubdan görünür ki, həmin yaşayış evi yararsız olduğu üçün həmin evə hüququların dövlət qeydiyyatından çıxarış verilməsindən imtina etmişdir. Lakin həmin evə məhkəmə tərəfindən heç bir baxış keçirilmədən belə bir nəticəyə gəlməsi absurddur. Çünki hal-hazırda həmin evdə üçüncü şəxs X16 yaşayır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxm ayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddinın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul e dilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nö mrəli qərarı Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır.
19. Torpaq Məcəlləsi Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orq anlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, iddianın mümkün hesab edilməməsi barədə düzgün nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, Balakən rayon AİK-nın 15.08.2000-ci il tarixli 08 saylı qərarı ilə 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının bacısı X7 mülkiyyətinə verilmişdir. Bu barədə müvafiq olaraq JN-1436 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN - 1436A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsin ə dair şəhadətnamə tərtib edilmişdir. X11 28.01.2012-ci ildə vəfat etdikdən sonra onun əmlakı vərəsələri arasında bölünmüş, Qazma kəndində yerləşən 0.31 ha əkin torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahələrinin ¾ hissələri iddiaçının mərhum bacısının qızı, hazırkı iş üzrə üçüncü şəxs X18 payına, həmin torpaq sahələrinin ¼ hissəsi isə iddiaçının mərhum bacısının oğlu, hazırkı iş üzrə üçüncü şəxs X12 payına düşmüş və həmin torpaq sahələri dövlət reyestri tərəfindən qeydiyyata alınaraq onlara iş materiallarına əlavə edilmiş müvafiq çıxarışlar verilmişdir.
24. Həmçinin iş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X4 adına Balakən rayonu Qazma kəndində olan evin təsərrüfatbaşı kitabında İddiaçı adının üstündən xətt çəlikməsi ilə bağlı edilən düzəlişlərin əsassız və qanunsuz hesab edilməsi, həmin düzəlişlər əsasında verilmiş JN 1436A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə aparılmış qeydiyyatın qanunsuz sayılması barədə iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2017-ci il tarixli 2-1(84)-28/2017 nömrəli qərardadı mümkün sayılmamışdır.
25. Bundan başqa, İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “arxiv arayışında göstərilən Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası X5 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli 2-1(84)-349/2018 nömrəli qərarı ilə təmin edilmişdir. Həmin qərardan verilmiş apelyasiya ş ikayəti Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 09 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli qərarı ilə təmin edilmiş, iddia rədd edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.01.2019-cu il tarixli 21(102)-309/19 nömrəli qərarı ilə təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 09 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
27. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün mü əyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
29. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
30. Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür.
31. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Məhkəmələr hesab etmişlər ki, İPM-nin 35-ci maddəsinin tələbləri baxımından hazırda baxılan iddia ümumi mümkünlük şərtlə rinə cavab versə də (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə cavab vermir.
33. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan bir idir.
34. Əksinə iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X16) “Balakən rayonun Qazma kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmamışdır.
35. Həmin iddia tələbi üzrə məhkəmələr tərəfindən işin faktik halları kimi müəyyən edilmişdir ki, X3 1966-cı ildən 1987-ci ilə kimi yaşadığı təsərrüfatda 1925-ci il ildə tikilmiş ev və 1965-ci ildə tikilmiş tövlə, 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Balakən rayon Qazma kənd ZDS İcraiyyə Komitəsinin və İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən, 1966-1968-ci illər üzrə X3 ailə başçısı (təsərrüf at başçısı) olduğu təsərrüfatda onun oğlu 1948-ci il təvəllüdlü İddiaçı Qəybullah oğlu 1966-ci ildə həmin təsərrüfatdan çıxıb Bakı şəhərinə getmişdir. 1977-1979, 1980-1982, 1983-1985, 19861990, 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitablar üzrə həmin təsərrüfatda İddiaçı Qəybullah oğlu qeyd olunmamışdır. 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabda ailə başçısı X8, ailə üzvləri - qızı Qoradayeva Möminət, nəvələri X17 və X16 göstərilmişlər. X3 1987-ci ildə ölümündən sonra həmin təsərrüfatda onun qızı Qoradayeva Möminət, nəvələri X17 və X16 qalmışlar. 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabda ailənin X6 ibarət olduğu göstərilmişdir. İddiaçı Qəybullah oğlu həmin təsərrüfatdan 1966-cı ildə çıxmış və bundan sonra bir daha həmin təsərrüfatın üzvü olmamışdır.
36. Məhkəmələr daha s onra göstərmişdir ki, Azərbaycan SSR-nin 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1997-ci il 25 aprel tarixədək qüvvədə olmuş redaksiyada) 119-cu maddəsinə əsasən, kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən, həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz zəhməti və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakındakı paya olan hüququnu itirir. Hə min Məcəllənin 564-cü maddəsinə əsasən, kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyəti üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına bu bölmənin qaydaları tətbiq olunur. X8 1987-ci il 3 noyabr tarixdə öldükdən sonra həmin təsərrüfata vərəsəlik açılmamış, təsərrüfat, həmçinin həyətin əmlakı həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq X2. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 8 may tarixli 6 saylı qərarına əsasən 0.25 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsindəki evə dair X7 adına texniki pasport tərtib olunmuşdur. X7 2012-ci ildə ölümündən sonra onun mülkiyyətində olmuş torpaq sahəsi vərəsəlik qaydasında Hacıyeva Solmaz Şərif qızının və X12 mülkiyyətinə keçmiş, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
37. Məhkəmələr işin bu faktik halları əsasında o nəticəyə gəlmişdir ki, iddia olunan daşınmaz əmlak kolxozçu həyətinin üzvü X3 1987-ci ildə ölümündən sonra mirasın tərkibinə daxil olmadığından və təsərrüfat, həmçinin həyətin əmlakı həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq X1 iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
38. Hazırda baxılan işin də faktik halları, yuxarıda qeyd olunan iddianın faktik əsasları ilə eynidir. İddiaçı əvvəlki iddialarda atasından miras qalmış evə dair hüquqlarını bəyan etmişdisə, hazırda atasından miras torpaq sahəsinin miras qaldığını bildirərək iddia vermişdir.
39. İnzibati məhkəmə icr aatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
40. İşə baxmış məhkəmlər haqlı olaraq qeyd etmişlər ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə başqa məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verilməsinə çalışmışdır ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir. Bütün iddiaların predmeti axır nəticədə ev və torpaq sahəsidir ki, həmin predmet barəsində də yekun məhkəmə qərarları var.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2-1(107)-71/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.