Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-647/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Pandemiyadan zərərçəkmiş müəssisələrə vergi güzəştlərinin tətbiqi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəh əri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-286/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 15 iyul 2021-ci il tarixdə **********131900 nömrəli qərarı ilə iddiaçıya 2020-ci il hesabat dövrü üzrə 136.925,69 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı vergi ödəyicisi kimi ********** VÖEN-lə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 15 iyul 2021-ci il tarixdə **********131900 nömrəli kameral vergi yoxlaması barədə qərar qəbul edilmişdir. Qərar qanunsuz və əsassızdır. İddiaçı pandemiyadan əziyyət çəkmiş müəssisə olduğu üçün yardım edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Bu müraciətə əsasən cavabdeh bildirmişdir ki, koronovirus (COVİD-19) pandemiyasından əziyyət çəkilməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və idd iaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür. Muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicilərinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur, belə ki, proqram təminatı bir aydan sonra ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi üçüncü dəfə iddiaçının ərizəsinə eyni məzmunlu məktubuna cavab olaraq bildirmişdir ki, iddiaçının pandemiyadan zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən ayrılmış üçüncü mərhələdə iddiaçıya ayrılmış vəsait qeyd olunan bankdakı hesabına köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəssisəyə qeyd olunan məzmunda ünvanlanaraq bildirilmişdir ki, ölkədə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Pandemiyanın ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əmək haqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün nəzərdə tutulan maliyyə dəstəyinin alınması və İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq metodiki göstəriş və müraciət forması hazırlanmışdır. X2 İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərə bilər. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil edilmiş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış ərizələrə cavab məktublarına əsasən, İddiaçı MMC Koronovirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş sözügedən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı - dördüncü mərhələ (dekabr ayı üzrə, xx.xx.2021-ci il tarixə olan məlumat) siyahının 130-cu sə hifəsinin 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. Bu xüsusat da iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisə olduğunu sübut edir. Cavabdehin 14 iyul 2021-ci il tarixli **********604100 saylı qərarda qeyd olunur ki, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMC-nin mal qalığı 880254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır.” Bu qərarın nəticəsində iddiaçıya 7941,78 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərardan bir gün sonra 15 iyul 2021-cü il tarixdə mübahisələndirilən **********131900 nömrəli qərar qəbul olunaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 136925,69 manat məbləğində vergi borcu hesablanmışdır. Bir gün keçdikdən sonra hansı hala görə cavabdeh vergi orqanı bu qənaətə gəlməsi aydın deyildir Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Vergi Məcəlləsinin 23.1 və 37-ci maddələrinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328279,64 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Həmin kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********832900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsasla ndırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 7941,78 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********604100 nömrəli qərar göndərilmişdir. İddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2589677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2264471,38 manat olan mallar əldə etmişdir, (2191488,18 manat + 73012,70 manat mal). Odur ki, fa ktiki statistik kənarlaşma yaranmış və kameral yoxlama zamanı bu kənarlaşma aradan qaldırılmışdır. Bundan başqa, Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********998400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 136925,69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli Qərar göndərilmişdir. Belə ki, iddiaçınin fəaliyyəti sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayar aq E-QF topdan satış fəaliyyəti ilə bağlı olmuşdur və bu səbəbdən Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan istiqamətləri üzrə fəaliyyət göstərən ödəyicilərinin siyahısına aid edilməmiş və 75% güzəşt hüququ ödəyiciyə şamil edilməmişdir. İddiaçı iddia ərizəsində kameral vergi yoxlama müddətinin ötürülməsi dəlili ilə əlaqədar bildirir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci ilin mənfəət vergi bəyannaməsi təqdim etdikdən sonra cavabdeh tərəfindən 14 və 15 iyul 2021-ci il tarixlərdə kameral vergi yoxlaması aparmaqla müddəti ötürməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1959/2022 nömrəli qərarı ilə iddia təmin edil miş, cavabdehin 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün iddiaçının Vergi Məcəlləsinin 224.1.2ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüququndan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq cavabdeh iddiaçının azadolma hüququnu nəz ərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələblərini və yuxarıda istinad edilən digər normalarını pozmuşdur.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-286/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - İnnovasiya və X1 tərəfindən təqdim edilmiş 01 avqust 2023-cü il tarixli 3-27104/2-482/2023 nömrəli məktuba əlavə edi lmiş iddiaçının icazə verilmiş işçilərinin siyahısından görünür ki, elektron portal üzərində sürücülər, fəhlə, marketinq üzrə mütəxəssis, baş menecer, mühasib, maliyyə işləri üzrə menecer, anbardar, direktor, satış təmsilçisi, marketinq üzrə mütəxəssis işə çıxmalarına icazə verilmişdir. Müvafiq olaraq pandemiya başlanılan ay üzrə aprel və may aylarında 10 işçiyə, iyun ayında 9 işçiyə, iyul ayında 15 işçiyə, avqust ayında 04 işçiyə, sentyabr ayında 02 işçiyə, oktyabr ayında 02 işçiyə, dekabr ayında 13 işçiyə icazə verilmişdir. Göründüyü kimi pandemiya dövründə (2020-ci il üzrə) iddiaçının işçilərinə aylar üzrə demək olar ki, tam tərkibdə (50 faizdən çox) işləməyə rəsmi icazə verilmişdir. Belə olan halda, yəni iddiaçının yalnız ona maddi yardım edilməsi əsası ilə müvafiq güzəştdən istifadə etməsi barədə dəlilləri qanunvericiliyin tələbləri ilə uzlaşmır. - Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarından göründüyü kimi, şirkətlərə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrlərdə müvafiq faktiki fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Odur ki, İddiaçı MMC-nin mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahənin pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapmır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 316-16/2-378/23 nömrəli, 03 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsinin tələ blərində ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışının və ya topdan satışı ilə bağlı müddəa öz əksini tapmamışdır. Aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” 15 iyun 2021-ci il tarixli **********131900 nömrəli qərarın, həmçinin kameral vergi yoxlamasının, yoxlamanın nəticələrinin vergi qanunvericiliyinə uyğunluğu müəyyən edilmişdir.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsas ını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi bu qərara gələrkən, İddiaçı MMC-nin həmin vaxt ümumiyyətlə, neçə nəfər əmək müqaviləsi əsasında işçinin olduğunu araşdırmamış, əsassız olaraq, öz qərarında işçilərin 50 faizindən çoxunun işlədiyi qənaətinə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə sorğuya cavabda qeyd olunan şəxslərin İddiaçı MMC-nin əmək müqaviləsi əsasında işlədiyi işçiləri olub-olmadığını araşdırmamışdır. Həmçinin məhkəmə öz qərarında iddiaçının faktiki olaraq topdan satış fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən halları əsaslandıra bilməmişdir. Məhkəmə yalnız cavabdeh inzibati orqanın iddia ərizəsinə etiraz ərizəsində qeyd olunanlarla razılaşaraq, əsaslandırma olmadan öz qərarında qeyd etmişdir.
12. İddiaçı hər bir halda cavabdeh inzibati orqanın 15 iyul 2021-ci il tarixli qərarını mübahisələndirmişdir.” Yanaşması isə tam absurddur. Belə ki, cavabdeh inzibati orqanın 14 iyul tarixli qərarı 15 iyul 2021-ci il tarixli qərarı ilə ləğv edildiyindən, həmin qərar mövcud olmadığından mübahisələndirilə bilməzdi. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlamasının nəticəsi barədə qərar qəbul etdikdən sonra, Hər hansı bir dəqiqləşmiş bəyannamə olmadan bir gün sonra yenidən qərar qəbul edə bilməzdi. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın aid olduğu hesabat dövründə - 2020-ci il tarixdə qüvvədə olan re daksiya) 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.... 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:... 222.5.9. Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində həmin Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6cı, 6.2- ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavə Fəaliyyətinə icazə verilən sahələr... 4.Əsas istehsal növləri... 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;... 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndisl ik və layihələndirmə xidmətləri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri;... Pərakəndə və topdan satış üzrə... 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar;... Məişət xidmətləri üzrə... 6.2. kimyəvi təmizləmə; 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları;... Xüsusi xidmət növləri üzrə... 9.2. tərcümə xidmətləri.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ol an digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasit ələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən is tifadə etmişdir.
22. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
24. Hazırkı iş üzrə araşdırma predmeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndinə əsasən iddiaçının fəaliyyətinin məhdudlaşdırılmış fəaliyyət olması və fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasıdır.
25. Apellyasiya instansiyası məhkəməsi İnnovasiya və X1 tərəfindən təqdim edilmiş 01 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş iddiaçının icazə verilmiş işçilərinin siyahısına əsas lanaraq pandemiya dövründə (2020-ci il üzrə) iddiaçının işçilərinə aylar üzrə tam tərkibdə (50 faizdən çox) işləməyə rəsmi icazə verilməsi nəticəsinə gəlmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından iddiaçının fəaliyyətinin işçilərin ümumi sayının 50 faizindən çox olması şərtilə icazə verilməsini müəyyən etmək mümkün olmur.
28. Belə ki, iddiaçının fəaliyyətinin qismən (50 faiz) məhdudlaşdırılmasının müəyyən olunması üçün ilkin növbədə həmin dövr üzrə iddiaçının işçilərinin tam sayı müəyyən olunmalıdır. Lakin işin hallarından iddiaçının işçilərinin tam sayı müəyyən olunmur.
29. Bundan əlavə, məhkəm ə kollegiyası iddiaçının fəaliyyət sahəsi ilə bağlı qeyd edir ki, işin hallarına əsasən iddiaçının fəaliyyət sahəsi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışıdır.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyət növü ilə bağlı qeyd etmişdir ki, iddiaçının fəaliyyət sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq, faktiki olaraq topdan satış fəaliyyəti ilə bağlı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində göstərilən fəaliyyətlərə uyğun olub-olmamasını müəyyən etməli olduğu halda onun faktiki fəaliyyəti ilə qeydiyyatı arasındakı fərqi müəyyən etmişdir.
32. Beləlikl ə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-286/2023 nömrəli q ərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.