Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-648/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması, sərhədkeçmə məlumatları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2180/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Ukrayna Respublikasının Xarkov Dövlət X4ndan iddiaçıya 2017-ci ildə B17 160438 nömrəli bakalavr diplomu verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən verilmiş 25.05.2018-ci il tarixdə imtina məktubundan görünür ki, iddiaçının sənədləri araşdırılarkən onun adıçəkilən təhsil müəssisəsinin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir. Ekspert rəyində iddiaçı tərəfindən qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazm aq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyri-mümkün olduğunu qeyd etmişdir və bu baxımdan “Qaydaları”n 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəməyə ünvanlandığı 03.10.2019-cu il tarixli, 33/5727 nömrəli məktubunda iddiaçının Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə girişi barədə sərhədkeçmə məlumatına əsasən müəyyən olunur ki, onun dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına əsasən iddiaçının hərəkət istiqamətləri – 19.10.2012 – Yalama – Çıxış Bakı-Xarkov; 22.12.2012 – Yalama – Giriş Xarkov-Bakı; 23.01.2013 – Yalama – Çıxış Bakı-Xarkov; 28.04.2013 – Yalama – Giriş Xarkov-Bakı; 31. 08.2013 – Yalama – Çıxış Bakı-Xarkov; 15.02.2014 – Yalama – Giriş Xarkov-Bakı; 08.09.2014 – Yalama – Çıxış Bakı-Xarkov; 24.11.2014 – Şıxlı – Giriş Gürcüstan; 02.05.2015 – Yalama – Çıxış Ukrayna; 07.06.2015 – Yalama – Giriş Ukrayna; 22.06.2015 – Şıxlı – Çıxış Gürcüstan; 22.06.2015Şıxlı- Giriş Gürcüstan; 22.08.2015- Yalama – Çıxış Ukrayna; 06.09.2015 - Yalama – Giriş Ukrayna; 06.01.2016- Şıxlı – Çıxış Gürcüstan; 18.05.2016 - Yalama – Giriş Ukrayna; 27.08.2016 – Yalama –Çıxış Rusiya; 01.07.2017 - Şıxlı- Giriş Gürcüstan; 12.09.2019 Şıxlı – Çıxış Gürcüstan; 12.09.2019 - Şıxlı- Giriş Gürcüstan olmuşdur. İddiaçı 11 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qeyri-qanuni hesab edilməsi və ekvivalentl iyinin müəyyən edilməsi barədə ərizəsinin təmin edilərək ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Ukrayna Respublikasının Xarkov Dövlət X4na qəbul olunmuş və 2017-ci ildə həmin Akademiyanı bitirmişdir. Ona bu barədə B17 160438 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı 11 yanvar 2018-ci il tarixdə ərizə ilə hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müvafiq sənədləri təqdim etmişdir. O, ərizəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəalarında nəzərdə tutulan bütün sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, o (iddiaçı), X7 X2 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Cavabdehin imtinası tamamilə əsassızdır. Cavabdehin iddiaya dair etirazında qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəalarında nəzərdə tutulan bütün sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, o (iddiaçı), X7 X2 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyrimümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimKərimli Rüstəm Lətif oğlu,2-1(82)784/2019 saylı iş) 20 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək“cavabdeh Azərbaycan Res publikası Təhsil Nazirliyinin imtinası qanunsuz sayılmış, İddiaçı X7 X4 tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli B17 004330 (mətnə uyğun) nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh imtinasında istinad etmiş olduğu dəlillərin əsaslılığı barədə tutarlı dəlillər gətirməmişdir. Cavabdehin (iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla tam şəkildə uzlaşmır və onların dairəsinə daxil deyil. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tər əfindən təqdim edilmiş “sərhərkeçmə məlumatı”na əsasən iddiaçının əyani təhsil aldığı müvafiq illərdə həmin ölkədə olduğu müddət az olmamışdır (semestrlərdə 3 ay, 4 ay və s.). Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X8 və X3, 2-1(103)-2180/2019 saylı iş) 15 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, həm iş materiallarında olan və işin apelyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış 03.10.2019-cu il tari xli iddiaçının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına, həm də iddiaçının nümayəndəsinin məhkəmə kollegiyası iclası zamanı verdiyi izahatına əsasən iddiaçı təhsil aldığı dövr ərzində Ukrayna Respublikası ərazisində illər üzrə az müddətdə olmuşdur. Məhkəmə kollegiyası inzibati orqanın iddiaçının təhsil aldığı qısa müddət ərzində diploma əlavədə qeyd olunan fənlərin mənimsənilməsinin qeyri-mümkün olması ilə bağlı dəlilləri ilə razılaşaraq, hesab etmişdir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, onun təhsil sahəsində ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bu qiymətləndirməni isə həyata keçirmək səlahiyyəti cavabdeh inzibati orqana məxsu sdur. İddiaçı 7 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 1 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikas iyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı- hazirlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydalarım 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra cavabdeh tərəfindən verilir. İddiaçı belə hesab edir məhkəmə nin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmadığına görə qətnamədə göstərilmiş hallar işin nəticəsinə uyğun olmamış, nəticədə maddi hüquq normaları pozulmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması v ə ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2017-ci ildə verilən diplomunda onun X7 X2 “İdman” istiqaməti üzrə bakalavr dərəcəsi “Fiziki tərbiyə müəllimi, Cüdo üzrə məşqçi” peşə ixtisası verildiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əyani təhsil aldığı ali təhsil ocağının yerləşdiyi Xarkov şəhərində bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İşdə olan sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhəd keçmə barədə sənədlərdən iddiaçının təhsil dövrü müddətində təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən, qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının əyani təhsil forması üzrə həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər tədris ilində 24 kredit müəyyənləşdirilməsi və tədris dövrü ərzində bütövlükdə Xarkov şəhərində olması sübuta yetməmişdir. Nəticədə iddiaçının X7 X2 normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin əyani formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Ukraynada az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublika sının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənəd in verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Ukrayna Respublikasında olması sübut olunmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-403/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarında da iddiaçının təhsil dövrü müddətində bütövlükdə t əhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmadığından diplomun tanınmasından imtina edilmişdir. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2180/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-648/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-648/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver