Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-648/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı «xx.xx.2009 -cu il tarixli, **********0847 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2252/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ilin avqust ayı üçün hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin bərpası barədə ərizələri təqdim edərək, iddia müddətinin bərpa edilməsi, ********** 0847 nömrəli xx.xx.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(103)-1579/2020 nömrəli qərardadı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), V.Məmmədov və E.Nağıyeva ) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1( 112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, işin sonrakı hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayilmamasını xahiş etmişdir
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(102)422/2021 nömrəli qərardadla cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
7. Bakı İnzibati məhkəməsinin 2-1(112)-87/2022 saylı, 9 fevral 2022-ci il tarixli (hakim M.Qarayeva) qərarı ilə iddia təmin edilməmişdir.
8. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli 2-1(103)-2252/2022 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.İmanov) Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplər ə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əla və olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya mümkün sayılmamalıdır.
13. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilsə də, şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur.
14. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir.
15. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona 9 mart 2023-cü il tarixli bildirişlə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmi ş, 3 aprel 2023-cü il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
16. Hazırkı qərardadın 11-ci bəndində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinə vəkilin orderi əlavə olunmadığı və həmin çatışmazlıqların iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə aradan qaldırılmadığını nəzərə alaraq kassasiya mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 21(103)-22 52/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.