Məhkəmə qərarları › İş №2-1(102)-649/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-649/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-649/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-649/19 Bakı şəhəri 27 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli, 2-1(103)-2617/201 8 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 sentyabr 2017-ci il tarixli, **********2020 və **********2016 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmamasına baxmayaraq, cavabdeh vergi orqanı bir sıra qanunsuz hərəkətlərə yol verərək iddiaçıya məxsus mağazalarda operativ vergi nəzarəti həyata keçirmiş, iddiaçının xidməti müqavilə bağladığı işçilərə dair müvafiq sənədləri iddiaçıdan götürmədən, onların v ə digər şəxslərin iddiaçıya məxsus mağazada əmək müqaviləsi olmadan işlədiklərinə dair akt tərtib etmişdir. İddiaçı tərəfindən tələb olunmasına baxmayaraq, cavabdeh operativ vergi nəzarətinin keçirilməsinə dair qərarı, aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarışı və digər müvafiq sənədləri iddiaçıya təqdim etməmiş, yoxlamanın 16 avqust 2017ci il tarixdə aparılmasına baxmayaraq, həmin sənədləri yalnız 21 avqust 2017-ci il tarixdə “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə göndərmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, vergi orqanında iddiaçıya məxsus təsərrüfat subyektlərində işçilərin əmək müqaviləsi və xidməti müqavilə olmadan çalışmasına dair mənbəyi bəlli əməliyyat məlumatı olmuş, bu əsasla həmin obyektlərdə operativ vergi nəzarəti həyata keçirilməklə iddiaçı tərəfindən 17 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Yoxlama zamanı iddiaçı ilə əlaqə saxlanılsa da, iddiaçı Bakı şəhərindən kənarda olduğunu bildirmiş, bu səbəbdən yoxlamanın vergi ödəyicisinin nəzarət kitabçasına qeyd edilməsi mümkün olmamış və bütün sənədlər onun elektron poçt ünvanına göndərilmişdir. İddiaçı tərəfindən kütləvi şəkildə, yəni 17 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı, iddiaçının buna bilərəkdən və planlı şəkildə yol verdiyini deməyə əsas verir ki, həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci i l tarixli, 2-1(81)5730/2017 saylı qərarı ilə (hakim Şərafət Məmmədova) iddia təmin edilmişdir. Həmin məhkəmə bildirmişdir ki, operativ vergi nəzarətinin aparılmasına dair qərar, aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış və tələbnamə, vergi nəzarəti zamanı vergi ödəyicisinə dərhal təqdim edilməli olmasına baxmayaraq, iddiaçıya təqdim olunmamışdır. Bundan başqa, tələbnamə iddiaçının hüquqları nəzərə alınmadan qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib olunmuş, tələbnamədə iddiaçı tərəfindən zəruri sənədlərin təqdim olunması üçün bir gün nəzərdə tutulmasına baxmayaraq, vergi orqanının mövqeyinə əsasən həmin müddət tələbnamənin tərtib olunduğu tarixdə bitmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar q əbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2018-ci il tarixli, 2-1(103)-640/2018 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin olunmamışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2018-ci il tarixli, 2-1(102)-1201/2018 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaql a iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi bir tərəfdən iddiaçı müəssisənin rəhbərinin yoxlama zamanı ona məxsus olan və yoxlamanın aparıldığı obyektdə olmaması səbəbindən cavabdeh tərəfindən müvafiq sənədlərin ona təqdim edilməməsinin vergi orqanının vəzifəli şəxslərinin günahı ucbatından baş vermədiyini, digər tərəfdən isə iddiaçı tərəfindən zəruri sənədlərin yoxlamaya təqdim edilmədiyini bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda və apellyasiya şikayətində iddiaçı ilə onun işçiləri arasında bağlanmış xidməti müqavilə ilə əmək müqavilələrini bir-birindən fərqləndirməmiş, apellyasiya məhkəməsi isə bununla bağlı araş dırma aparmamışdır. Halbuki, qanunvericilik əmək müqaviləsinin tərəflərindən birini işəgötürən digərini isə işçi kimi müəyyən etmiş, iddiaçı tərəfindən təqdim olunmuş xidməti müqavilələrdə isə müqavilə tərəfləri olaraq sifarişçi və icraçı göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli, 2-1(103)-2617/2018 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və Abiddin Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəsini almadan fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb olunması faktının baş verməsi vergi orqanının qanunvericili klə ona verilmiş səlahiyyətlərindən istifadə etməsi üçün kifayətdir. Habelə, iddiaçı ilə onun işçiləri arasında müvafiq əmək müqavilələri bağlansa belə, həmin müqavilələrin hüquqi qüvvəsini alması barədə qanunvericiliklə təsbit olunan sübutların yoxlamayadək vergi orqanına təqdim olunmaması vergi orqanının hərəkətlərinin qanuniliyinə dəlalət edir. Həmçinin bildirilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2017-ci il tarixli xidmət müqavilələri əmək müqaviləsi olmayıb məhkəmə kollegiyasında daha çox əmək müqaviləsi bağlamaqdan yayınmağa xidmət edən vasitə fikri formalaşdırmışdır. İddiaçı əvvəlki dövrlər üçün oxşar xidmətlərin göstərilməsi ilə bağlı müvafiq xidməti müqavilələr bağlamış olsaydı, bu zaman həmin müqavilələr üzrə aparılmış ödənişlər onun 2017-ci ilin 2 və 3-cü rüblərinə dair vergi bəyannamələrində öz əksini tapmalı idi. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 44, 49, 87, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 39, 49, 50.1.7, 50.6, 58.10, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58, 61, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində göstərdiyi iddianın hüquqi əsaslarını təkrarlamış və bildirmişdir ki, cavabdeh tərəfindən operativ vergi nəzarətinin aparılması üçün Azərbayca n Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Digər dəlillə bildirilmişdir ki, müəssisə ilə mağazada işləyən işçilər arasında xidməti müqavilələri bağlanmış, lakin vergi orqanı həmin müqavilələrə heç bir əhəmiyyər verməmiş, habelə iddiaçının izahat və etirazını dinləməmişdir. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi şahid ifadələrinə birtərəfli qaydada yanaşmış və onun tərəfindən çıxış etmiş şahid ifadələrinə qeyri-obyektiv hüquqi qiymət vermişdir. Kassasiya şikayətinin dəlillərinin hüquqi əsası olaraq iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53, 3.2, 31.0.3, 24.0.2, 50.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi ilə və AZEMİS vasitəsilə SMS xəbərdarlıqla məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehin 16 avqust 2017-ci il tarixli **********9040 saylı və 16 avqust 2017-ci il tarixli **********9042 saylı qərarları əsasında iddiaçıya məxsus ünvan 1 ünvanda və ünvan 2gi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı iddiaçı (VÖEN **********) tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 nəfər fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə əmək müqaviləsi bağlamadan jəlb edilməsi halı aşkar edilmiş və vergi ödəyicisinin barəsində 16 avqust 2017-ci il tarixli VN-11 seriyalı 004515, 004514 nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyini n pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29 sentyabr 2017-ci il tarixli **********2020 saylı və 29 sentyabr 2017-ci il tarixli **********2016 saylı qərarlar qəbul edilmiş, qərarlar əsasında iddiaçıya ümumilikdə 17.000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. 2017-ci ilin 2 və 3-cü rübləri üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələrdən aşkar olunur ki, iddiaçı cəmi 2 nəfərə, X2 və X1 ödədiyi 9.000 və 1.200 manat gəlir məbləğinə 1.260 və 168 manat olmaqla, «1602. Vergi ödəyijisçi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə ödənən gəlirlər üzrə» cəmi 1.428 manat ödəmə mənbəyində tutulan vergi hesablamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsas ən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, cavabdehin mübahisəli qərarları qa nuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalara, o cümlədən Vergi Məcəlləsinin 50-cı maddələrinin tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Kassasiya şikayətinin dəlilində iddiaçı bildirmişdir ki, operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - Vergi Məcəlləsi):: - 50.2.-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2. 3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. Maddələrin tələblərindən göründüyü kimi, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün bir neçə əsaslar nəzərdə tutulmuşdur ki, onlara mənbəyi bəlli mənbələrdən məlumatların əldə edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən qanunvericiliyin, o cümlədən əmək qanunvericiliyin tələblərinin pozulması barədə əsasların olması aiddir. Cavabdeh tərəfindən bild irilmişdir ki, təsərrüfat subyektində işçilərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi barədə mənbəyi bəlli əməliyyat məlumatı olmuşdur. Göstərilmiş əsas yoxlanılarkən, onun qanunvericiliyin aşağıdakı müddəalarına uyğun olduğu müəyyən edilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 10-cu maddəsinin İ hissəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: (1-18); - 14-cü maddəsinin İX hissəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatlarının mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan mə lumatlar aşkarlanmamalıdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanının İ bəndinə əsasən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının (...) Vergilər (...) nazirlikləri (...) tərəfindən bu orqanların salahiyyətləri daxilində, əməliyyat-axtarış subyektlərinin tələbatları və (...) məhdudiyyətlər nəzərə alınmaqla tətbiq edilir. İstinad edilmiş maddələrdən göründüyü kimi, cavabdeh qurum əməliyyat-axtarış fəaliyyətinin subyekti kimi müəyyən edilmiş və keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdiyi əməliyyat məlumatı, mənbəyini açıqlamamq şərti ilə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması barədə əsas yaratdığı halda, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsinin şərti yerinə yetirilmiş hesab edilməlidir. Beləliklə, cavabdehin göstərdiyi əsas qanunvericilikdə nəzərdə tutulduğundan, məhkəmə kollegiyası iddiaçının bildirdiyi dəlillə razılaşmadığını qeyd edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəsini almadan fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb olunması faktının cavabdeh tərəfindən müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçının təqdim etdiyi xidmət müqavilələri əmək müqaviləsi olmayıb, əmək mü qaviləsi bağlamaqdan yayınmağa xidmət edən vasitə kimi qiymətləndirilməlidir. Bu mövqeyi mübashisələndirən iddiaçının dəlillərinə görə, müəssisə ilə mağazada işləyən işçilər arasında xidməti müqavilələr bağlanmış, lakin apellyasiya məhkəməsi şahid ifadələrinə birtərəfli qaydada yanaşmış və onun tərəfindən çıxış etmiş şahid ifadələrinə qeyri-obyektiv hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası dəlili aşağıdakılara görə əsaslı hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi): - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada (…) operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir; - 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (...) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;(50.1.7); - 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. (...); - 50.6-ci maddəsinə əsaəsn, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. (...); - 58.10-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddələrin baxılan məsələyə münasibətdə mənasına görə, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzərətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Beləliklə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində(bundan sonra mətndə Əmək Məcəlləsi) əmək müqaviləsinin (kontraktı) hansı qaydada hüquqi qüvvəyə minməsi müəyyən edilməlidir. Həmin Məcəllənin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 3-cü maddəsnin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi-(...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir; - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektr on informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsaəsn, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonr a qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Bu müddəaların tətbiqi ilə bağlı apellyasiya məhkəməsi müəyyən etmişdir ki, operativ vergi nəzarəti qaydasında aparılmış yoxlama zamanı 17 nəfər şəxsin işlərə cəlb olunduğu müəyyən edilmiş, lakin onlarla əmək müqavilələri bağlanılmamış, elektron informasiya sistemində onlar qeydiyyatda keçirilməmiş və bu barədə iddiaçı müvafiq sənədlərini təqdim etməmişdir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşdığını qeyd edir və hesab edir ki, cavabdehin qərarının qəbul edilməsi üçün faktiki hallar düzgün müəyyən edilmiş və onlara uyğun olaraq hüquqi əsas kimi düzgün olaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsini n tələblərinə görə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının təqdim etdiyi “Xidməti müqavilələrə” münasinbətdə isə məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normaların tətbiq edilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin 150-cı maddəsi ödəmə mənbəyində verginin tutulması qaydalarını tənzimləmiş və mübahisəli məsələyə münasibətdə aşağıdakıları müəyyən etmişdir: - 150.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər (...) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar; - 150.2-ci maddəsinə ə saəsn, bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Müddəalara əsasən, fiziki şəxslərin aylıq gəlirindən vergi ödənilməlidir. Bu məqsədlə gəlir kimi müvafiq ödənişi həyata keçirən şəxs vergini gəlirdən tutmalı və budcəyə ödəməlidir. Fiziki şəxslərə isə həmin qəlir iki qaydada verilə bilər: əgər həmin şəxslər muzdla işləyən şəxslərdirsə, onlara verilən əmək haqqı gəlirə aid edilmişdir (150.1.2); əgər həmin şəxslər vergi orqanında uçotda deyildilərsə və hüquqi şəxsin və ya sahibkarın işçisi d eyildirlərsə, lakin müvafiq xidmətləri (işləri) göstərirlərsə, bunun müqabilində aldıqları pul vəsaiti onların gəlirinə aid edilmişdir (150.1.7). Bu təhlilin nəticəsi isə onunla bağlıdır ki, birinci halda fiziki şəxslərin ödəmə mənbəyi olan şəxslə münasibətləri əmək müqaviləsindən irəli gəlmiş, ikinci halda isə fiziki şəxslərin ödəmə mənbəyi ilə bağlı münasibətləri xidmətlərin göstərilməsi və ya işlərin görülməsi ilə bağlı mülki müqavilədən irəli gəlmişdir. Mübahisənin düzgün həlli üçün iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin hüquqi təbiəti müəyyən olunmalıdır və bu hissədə cavabdehin bildirdiyi hüquqi əsaslarla razılaşaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 97-ci maddəsi gəlirə muzdlu işlə əlaqədar əldə edilən gəliri (97.3.1) və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəliri (97.3.2.) aid etmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsi fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirə əmək haqqını aid etmişdir. Vergi Məcəlləsinin 99-cu maddəsi isə muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlərə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri aid etmişdir. Bu müddəların yuxarıda göstərilmiş Vergi Məcəlləsinin 150.1.2 və 150.1.7-ci maddələri ilə əlaqəli təhlili o nəticəni yaradır ki, işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlandığı halda, fiziki şəxsin əldə etdiyi gəlir muzdlu işlə əlaqədar alınan gəlirə aid olmaqla əmək haqqından ibarətdir. İşəgötürən tərəfindən xidmət müqaviləsi bağlandığı halda isə, fiziki şəxsin əldə etdiyi gəlir sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirə aid olmalıdır. Belə ki, Vergi Məcəlləsinin: - 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti — şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; - 13.2.11- ci maddəsinə əsasən, xidmət (iş) –- malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Maddələrin məzmununa görə, vergi qanunvericiliyinin anlamında xidmət müqaviləsi bağlandığı halda fiziki şəxsin gördüyü işlərin nəticəsi maddi ifadə kimi əks olunmalı və həmin maddi məhsula görə fiziki şəxs gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş olur. Bu halda fiziki şəxsin göstərdiyi xidmət və ya gördüyü işlərlə bağlı sifarişçi ilə münasibətləri bağlanmış müqavilə əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İşin hallarına görə təqdim edilmiş müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsi kimi qiymətləndirildiyi halda, tərəflər arasında bağlanan müqavilənin predmetini xidmətin göstərilməsini sifariş etmiş şəxsin niyyətinə uyğun olaraq podratçının icra etdiyi işin nəticəsi maddi əhəmiyyət kəsb etməlidir. Sifariş əsasında yaradılmış məhsulu təqdim etməklə xidmət göstərən (iş görən) gəlir əldə edir. Bundan fərqli olaraq, əmək müqaviləsi bağlandığı zaman işçinin p eşəkar ixtisası nəzərə alınmaqla onun əmək funksiyalarının yerinə yetirilməsinin qaydası müəyyən edilir və bunun müqabilində işçi müəyyənləşdirilmiş əmək haqqını alır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cu maddəsinin 9-cu bəndinə əsasən, əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur; - 154-cü maddənin 1-ci bəndinə əsaəsn, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Təqdim edilmiş müqa vilələrdən göründüyü kimi, fiziki şəxslər “satılmış malları müştərilər üçün paketlərə doldurmaq”, “proqram vasitəsilə elektron sistemə işlənməsi üzrə məsləhərçi və operator”, “müştərilərə məsləhət və izahatlar” vermək, “təmizlik işlərinin görülməsi” üzrə xidmətlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlamışdırlar. Yəni bu müqavilələrin predmetini hər hansı bir maddi əhəmiyyət kəsb edən məhsulun istehsalına dair sifariş deyil, işçilərin müəyyən vaxt ərzində müəyyən funksiyaların yerinə yetirilməsi təşkil edir. Onların yerinə yetirilməsi müqabilində isə aylıq ödənişin həyata keçirilməsi müəyyən edilmişdir. Yəni daimi xarakter daşıyan eyni funksiyaların yerinə yetirilməsi ilə bağlı pul formasında aylıq məbləğin ödənilməsi iddiaçının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə, qanunve riciliyin aparılmış təhlilin nəticəsi ondan ibarətdir ki, vergitutuma məqsədləri ücün xidmətlərin göstərilməsi və ya işlərin görülməsi yalnız o halda xidmət müqaviləsi kimi qiymətləndirilə bilər ki, əgər icraçının sifariş əsasında gördüyü işin nəticəsi maddi formada ifadə edilir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq həmçinin hesab edir ki, həmin şəxslər iddiaçı ilə mülki hüquq münasibətlərində deyil, əmək münasibətlərində olmuşdurlar. Mülki qanunvericiliyin tələbləri tərəflər arasında iradə ifadəsinin məzmununu əsas götürsə də, lakin vergi qanunveriliyin tələblərinin tətbiqi ilə müqayisədə Vergi Məcəlləsinin 13.1-ci maddəsində müəyyən olunmuşdur ki, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sa hələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində xidmətin (işin) görülməsinin xüsusiyyəti kimi maddi ifadə kəsb edən fəaliyyət müəyyən edildiyindən, bu anlayışdan istifadə edilməklə tərəflər arasında təqdim edilmiş xidmət müqaviləsinə qiymət verilməlidir. Bununla da məhkəmə kollegiaysı belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi müqavilələr vergi qanunveriliyin tələbləri baxımından xidməti müqavilə kimi qiymətləndirilə bilməz. Şahid ifadaləri ilə bağlı cavabdehin bildirdiyi dəlil mahiyyət etibarı ilə sübutların qiymətləndirilməsi ilə bağlıdır və məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 58. 1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; - 58.2-ci maddəsinə əsasən, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər; - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddələrin tələblərindən göründüyü kimi, şahid ifadələri sübutların növünə aid olsa da, lakin sübutlara qiymət verərkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərə almaq lazımdır ki, qanuna müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda aprılmış qiymətləndirmədən göründüyü kimi, mübahisələndirilən qərarların qəbul edilməsinin faktiki əsasları geniş şərh edilmiş və bildirilmişdir ki, maliyyə sanksiyanın tətbiq edilməsi üçün əsas – işəgötürənin işçi ilə əmək müqaviləsini bağlanmadan və ya bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilmədən işlərə cəlb edilməsidir. Bu faktiki əsasın yoxlanılması qanunda konkret olaraq tənzimləndiyindən, başqa sübutlar vasitəsilə, o cümlədən şahid ifadələri bu hal müəyyən oluna bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli, 2-1(103)-2617/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar