Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-649/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər İcra Hakimiyyət Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mümkünsüz iddia, hüquqi maraq ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış obyektinin layihəsinin memarlıqplanlaşdırma layihəsinin razılaşdırılması barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2060/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 02/581 nömrəli məktubu nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan İddiaçı xxxxdə mağaza layihələndirilməsi və tikintisi üçün 120 kv.m. torpaq sahəsi ayrılması haqqında xx.xx.1999-cu il tarixli, 702 saylı torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Bakı şəhərində, o cümlədən Nizami rayonu əraz isində aparılan abadlıq və təmizlik işləri zamanı iddiaçıya məxsus Q.Qarayev prospektində “Neftçilər” meteostansiyasının çıxışında yerləşən köşk digər köşklərlə bərabər 2001-ci ilin fevral ayında götürülmüşdür. Lakin iddiaçının yuxarı təşkilatlara çoxsaylı müraciət və təkidli xahişlərini, ailəsinin maddi vəziyyətinin ağır olduğunu, Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabit olduğunu nəzərə alaraq xxxxbinanın yaxınlığında məhəllədaxili ərazidə həmin köşk müvəqqəti yerləşdirilmişdir. (Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2003-cü il tarixli, F-2 saylı məktubu). İddiaçı qeyri-yaşayış obyektinin layihəsinin memarlıq-planlaşdırma layihəsinin razılaşdırılması üçün Cavabdehnə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab ol araq bildirmişdir ki, qanunsuz aparılmış tikinti işlərinin sənədləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, qaldırılmış məsələnin həlli imkan xaricindədir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, xxxx məhəllədə yerləşən qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli layihəsinin təsdiq olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 18 ildir ki, xxxx məhəllədə ona məxsus qeyriyaşayış (ticarət obyekti) sahəsində fəaliyyət göstərir. O, həmin obyekti tikdiyi gündən dəfələrlə icra hakimiyyətlərinə, o cümlədən, cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etsə də, obyektin memarlıq-planlaşdırma layihəsini təsdiq etdirə və əldə edə bilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(82)-1134/2018 saylı xx xxxx 2018cı il tarixli qərarı ilə (sədrlik edən:Z.M.Tağıyev) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olduğundan iddia təmin edilə bilməz. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2060/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1134/2018 saylı xx xxxx 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi bildirir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarlarından belə anlaşılır ki, torpağın ayrılması barədə sərəncam olsa da, Nizami rayon İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyi ilə tikilmiş ticarət obyekti həmişəlik sənədləşdirilmədən saxlanılmalıdır. İddiaçı hesab edir ki, ticarət obyekti özbaşına tikilməmişdir. Tikinti işləri Nizami rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının icazəsi və gözü qarşısında aparılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iddiaçının iddia ərizəsinin məzmunundan, apelyasiya və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, qeyri-yaşayış sahəsi (ticarət obyekti) onun tərəfindən 2001-ci ildən inşa edilmişdir və həmin vaxtdan bu günədək həmin obyekt fəaliyyət göstərir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunur ki, həmin ticarət obyektinin layihəsi obyekt inşa edildikdən 17 il sonra yalnız 2017-ci ildə iddiaçının sifarişi ilə lisenziyalı təşkilat («xxxx» MMC) tərəfi ndən hazırlanmış və təsdiq olunması üçün cavabdehə təqdim edilmişdir. Yəni, obyektin tikintisi müvafiq icazə (sərəncam) almadan obyektin memarlıq planlaşdırma hissəsinin layihələndirilməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan həyata keçirilmişdir. Hazırda isə iddiaçı obyektin tikinti-quraşdırma işləri 18 il əvvəl aparıldığı halda, fəaliyyət göstərən həmin ticarət obyektinə dair memarlıq planlaşdırma bölməsinin layihələndirməsinə razılıq verilməsini tələb edir. Göründüyü kimi, hazırkı anda, yəni obyektin tikintisi başa çatdığından və iddiaçının orada fəaliyyət göstərdiyi təqdirdə, layihələndirmə məsələsi faktiki olaraq öz hüquqi əhəmiyyətini itirmişdir. İddiaçının iddia ərizəsində ifadə olunan məqsədindən görünür ki, əslində onun niyyəti fəaliyyət göstərdiyi həmin obyekti sat maq və ya üzərində başqa sərəncamverici hərəkətlər etmək üçün onu öz adına rəsmiləşdirməkdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən tikintisinə icazə verilməsi tələb olunan ticarət obyektinin tikintisi başa çatdığı və iddiaçının artıq 18 il ondan istifadə etdiyi halda, sonradan, yəni 18 il sonra onun memarlıq bölməsinin təsdiq edilməsi, yuxarıda qeyd edildiyi kimi, öz əmiyyətini itirdiyindən, həmin layihələndirmə sənədinin təsdiqinə ehtiyac ola bilməz. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudl uğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və q anunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılm alıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, iddiaçı obyektin tikintisini artıq başa çatdırdığından memarlıqplanlaşdırma həlli layihəsinin təsdiq olunması öz əhəmiyyətini itirmiş, buna zəruriyyət qalmamışdır. Belə olan halda, tikintisi artıq başa çatmış qeyri-yaşayış sahəsinin memarlıqplanlaşdırma həlli layihəsinin təsdiq olunması barədə hazırkı iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallar da Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2060/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2060/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddi açı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı qeyri-yaşayış obyektinin layihəsinin memarlıq-planlaşdırma layihəsinin razılaşdırılması tələbinə dairiddiası mümkün sayılmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-649/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-649/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver