Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-649/2021 06.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina; İPM-in 12-ci maddəsinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1513/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubla iddiaçının ərizəsini təmin etmək dən imtina etmişdir. 2.Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin **********8 nömrəli, xx.xx.2019-cu il tarixli imtinasının qanunsuz və əsassız hesab edilməsinə, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslan dırmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuşdur, xx.xx.1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 27 il təşkil edir. Bu stajın 14 ili zərərli sahələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısına (2130200a-14012 qaldırıcıların maşinistləri) əsasən, 2006-cı ilə qədər ümumilikdə 27 il iş stajının, bunun da 14 ili zərərli sahələrdə qazandığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşından yaranmışdır. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etm işdir. Cavabdeh isə əsassız olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddianın təmin edilməsi, cavabdehin **********8 nömrəli xx.xx.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçıya 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi g ünə, xx.xx.2006-cı il tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (2130200a-14012 qaldırıcıların maşinistləri) nəzərdə tutulan peşədə iş stajı 14 il, ümumi iş stajı (25 il 07 ay 19 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apel lyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1513/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının tədqiqi zamanı işçinin əmək stajı barədə məlumatların kitabçaya dəqiq daxil edilmədiyi müəyyən edilmiş, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının işə qəbul və işdən azad olma barədə əmrlərinin tarixləri ilə əmrlərin qeydiyyat kitabının açılıb-bağlanma tarixləri arasında ziddiyyət olduğu aşkar edilmişdir. Eyni zamanda, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işləməsi və həmin qeydin əmək kitabçasında əks olunmaması onun həqiqiliyinə şübhə yaradır.
11. Məhkəmə qərarını iddiaçı xx.xx.2021-ci il tarixində almışdır.
12. İddiaçı həmin qərardan xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1513/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİL ARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil etmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tədqiqatına təqdim edilmiş 31 nömrəli əmrlər kitabının 193 nömrəli xx.xx.1979-cu il tarixli əmrinin məzmununa diqqət yetirdikdə aydın olur ki, iddiaçı həqiqətən də xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər həmin müəssisədə işləmiş, hərbi xidmətə getdiyinə görə işdən azad edilmiş və buna görə də, işlədiyi dövr üzrə ona son haqq-hesab verilmişdir. Həmin arayış və əmrləri hansısa özəl müəssisə versə idi bunu başa düşmək olardı. Lakin dövlət müəssisəsi tərəfindən belə bir saxtakarlıq və qanunsuzluğa yol verilməsi ehtimalı ağlabatan deyil.
14. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyinin şübhə altında olmasına istinad etsə də, həmin əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğundur. Apellyasiya instansiyası məhkəməsi isə qərar qəbul edərkən göstərilən halları nəzərə almamış, nəticədə qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kass asiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik ol duqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli ş ərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 21. ““Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. 2
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 nömrəli Qərarına əsasən, iş haqqında məlumatların daxil edilməsi, əmək kitabçalarının uçotu, doldurulmuş və ya doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu işə götürən şəxsin imzası olmaqla, möhürlənməlidir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 1.2. Bu Məcəllə i lə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Mülki Prosessual Məcəllə: Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəbl ər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; X4rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; X4rşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; X4rşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Hazırkı qərarın 18-21-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. İddiaçı tələb edilən iş stajının mövcud oldu ğunu iddia etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən iş stajının təsdiq olunmadığını qeyd etmişdir. Kassasiya şikayətinin dəlillərində də iddiaçı məhkəmənin bu mövqeyini mübahisələndirərək əmək kitabçasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olduğunu, əmək kitabçasındakı qeydlərə əsasən də zəruri iş stajının təsdiq olunduğunu qeyd etmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparmayaraq hazırkı qərarın 23-cü bəndində göstərilən prosessual hüquq normalarının tələbini pozmuşdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının işə qəbul və işdən azad olma barədə əmrləri mötəbər hesab etməmiş və bu zaman ona istinad etmişdir ki, iş materiallarına əlavə edilmiş 31 nömrəli (vizual baxışdan səlis görsənmir) əmrlərin qeydiyyat kitabının üzlüyünün ksero surətində kitabın açılma tarixi xx.xx.1978, bağlanma tarixi isə xx.xx.1979-cu il göstərilmiş, lakin iddiaçı xx.xx.1978-ci il tarixli əmrlə işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli əmrlə işdən azad edilmişdir. Göstərilən ziddiyyət iddiaçının işə qəbul olma və işdən azad edilmə barədə əmrlərinin mötəbərliyini şübhə altına alır.
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əmrlərin qeydiyyat kitabının üzlüyünün ksero surətində kitabın açılma və bağlanma tarixlərinin əmrlərin tarixi ilə ziddiyyət təşkil etməsi, hələ həmin əmrlərin mötəbər olmadığı mənasına gəlmir. Belə ki, sübutların araşdırılması barədə prosessual normaların tələblərindən göründüyü kimi, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, iddiaçının işə qəbul və işdən azad olma barədə əmrləri ilə əmrlərin qeydiyyat kitabı arasında ziddiyyət yarandığı təqdirdə məhkəmə əmrləri mötəbər hesab etməməklə kifayətlənməməli, hər iki sübutu, eləcə də iş materiallarında olan digər sənədləri tam və hərtərəfli araşdırmalı, bu sübutları tərəflərin izahatları ilə birlikdə qiymətləndirməli və yalnız bundan sonra sübutlardan hansının mötəbər olduğunu aydınlaşdırmalı, iddianın əsaslı olub-olmadığına qiymət verməli idi.
34. Apellyasiya instansiyası məhkəməsi əmrlərin qeydiyyat kitabı ilə əmrlər arasında ziddiyyət ya randığına istinad edərək iddia tələbini əsassız hesab etsə də, qərarın məzmunundan görünür ki, məhkəmə iclasında qeydiyyat kitabının tam və hərtərəfli araşdırılması aparılmamış, məhkəmənin bu mövqeyi yalnız qeydiyyat kitabının üzlüyünün ksero surətində göstərilən tarixlərə əsaslanmışdır. Hansı ki, məhkəmə öz qərarında da qeyd etmişdir ki, sözügedən sənəd vizual baxışdan səlis görsənmir. Buna baxmayaraq, məhkəmə həmin sənədi araşdırmadan ona istinad edərək iddiaçının işə qəbul və işdən azad olma barədə əmrlərini mötəbər hesab etməyərək həm sübutların araşdırılması ilə bağlı hazırkı qərarın 23-24-cü bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuş, həm də məhkəmə qərarının əsaslandırılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığ ı hazırkı qərarın 25-ci bəndində göstərilən hüquqi mövqelərə zidd qərar qəbul etmişdir.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi əmrlərin qeydiyyat kitabını tam və hərtərəfli araşdırmalı, iddiaçının işə qəbul və işdən azad olunması barədə əmrlərlə əmrlərin qeydiyyat kitabı arasında olan ziddiyəti aradan qaldırmalı, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.
36. İddiaçı kassasiya şikayətində qərarın ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan kassasiya şikayəti “iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi” hissəsində təmin edil ə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1513/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.