Məhkəmə qərarları › İş №2-1(102)-649/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-649/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-649/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Sahib Nəriman oğlunun Abışovun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (57- yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2676/2021 nömrəli iş üzrə 01 dekabr 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V- ********, FİN- xxxxxxx) 6 iyul 1962-ci il tarixdə Laçın rayonunda anadan olub, Bakı şəhəri, Ramana qəsəbəsi, 14-cü mədən küçəsi, ev 31-də yaşayır. O, 11 noyabr 1980-cı ildən 15 dekabr 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 1986-cı ildən 1989-cu ilə qədər texnikumda təhsil alm ışdır.

2. Laçın rayon İcra Hakimiyyəti Başçısının 08/542 saylı, 28 iyul 2000-ci il tarixli arayışına, Laçın rayon Hərbi Komissarlığının 4/816 saylı, 31 avqust 2000-ci il tarixli arayışına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 25 sentyabr 2019-cu il tarixli arayışına əsasən, iddiaçı Laçın rayon özünümüdafiə dəstəsində döyüş əməliyyatında iştirak etmişdir. M/V seriyalı 04325 saylı 20.09.2000-ci il tarixli vəsiqədən görünür ki, o,müharibə veteranıdır.

3. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, o, 29 yanvar 1983cü il tarixdən 25 fevral 1984-cü il tarixədək H.Hacıyev adına Ət-Südçülük sovxozunda fəhlə, 10 may 1984-cü il tarixdə “Lenineft” Neftçıxarma İdarəsinin 8 saylı neft və qaz hasilatı (neft mədəni) sexinə neft və qaz çıxar ma üzrə 3-cü dərəcəli operatot işinə qəbul edilmiş, 31.12.2011-ci il tarixədək həmin idarədə neft və qazçıxarma sexində operator işləmişdir.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinə hər hansı münasibət bildirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək kitabçasında qeyd edilən iş illərini, hərbi xidmət illərini və təhsil illərini sığorta stajına daxil etməklə ona 52 yaşı tamam olduğu gündən, yəni 06 iyul 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabde hin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 06 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə (2 №-li siyahı üzrə) əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, iddiaçı 6 iyul 1962-ci il tarixdə anadan olmuşdur. 1983-cü il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01 yanvar 2006-cı il tarixədək fəaliyyət göstərdiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda 1100000a-15824 saylı kod altında nəzərdə tutulmuşdur.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 25 sentyabr 2019-cu il tarixli, 213 nömrəli arayışında 1991-ci ilin may-oktyabr ayları arasındakı dövr ərzində Laçın rayon özünümüdafiə dəstəsinə döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmiş, əsas olaraq isə Laçın rayon İcra Hakimiyyətinin 08/542 saylı, 28 iyul 2000-ci il tarixli arayışı və Sabunçu rayon Hərbi komissarlığının 043425 saylı, 20 sentyabr 2000-ci il tarixli müharibə veteranı vəsiqəsi göstərilmişdir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi ******* saylı hərbi biletinin surətinin 23-24-cü səhifələrində aparılmış qeydlər möhür və imza ilə təsdiq edilməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi İ4T-İ ******* nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində 29 yanvar 1983 - 25 fevral 1984-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunması mümkün olmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)5250/2021 nömrəli (sədrlik edən: hakim Orxan Həsənov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni 06 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000a-15824 kodu altında göstərilmiş neft və qaz hasilatı üzrə operator işi əmək şəraiti zərərli və ağır olan iş kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzətli iş stajına malik olduğundan, 57 yaşı tamam olan vaxt onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi baradə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2-1(103)- 2676/2021 nömrəli qərarı ilə (hakimlər: Xəyalə Cəmilova -sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-5250/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi baradə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda qeyd edilənlərlə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, m üvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 24.0.1-ci Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: - bölmə X “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1100000a-15824 şifrəsinə (neft və qaz hasilatı üzrə operatorlar) uyğundur. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. bənd “b”. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 1 2 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. bənd “v”. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.

19. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati orqan iddiaçının arz uladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qə rardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əs aslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, aşağıdakıları qeyd etmək zəruridir.

25. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, 57 yaşına çatmalı və əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006cı il tarixədək tamamlamalıdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan, kişi cinsindən olan işçilər, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Y eraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısı üzrə 55 yaşına çatdıqda və azı 25 il əmək stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər.

26. İddiaçının xx.xx.1962-ci il təvəllüdlü olması və 06.07.2019-cu il tarixdə 57 yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının 01.01.2006-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması və bunun 12 il 6 aydan artıq hissəsini 2 saylı Siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə n işdə çalışması da iş materiallarında olan sübutlarla təsdiq edilir.

27. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının 11.11.1980-ci ildən 15.12.1982-ci ilədək (2 il 1 ay 4 gün) hərbi xidmət dövrü, 29.01.1983-cü ildən 25.02.1984-cü ilə kimi (1 il 26 gün), 10.05.1984cü ildən 01.01.2006-cı ilədək ( 21 il 7 ay 20 gün) işlədiyi dövrlər, 1991-ci ilin may ayından oktyabr ayına kimi (5 ay ikiqat hesablanır) döyüş əməliyyatlarında iştirak etdiyi dövr də nəzərə alınmaqla, 1986-cı ildən 30.06.1989-cu ilədək təhsil aldığı dövr isə iş stajı ilə üstüstə düşdüyü üçün nəzərə alınmadan, ümumi iş stajı 25 ildən çox təşkil edir.

28. Hazırkı işdə iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajını tamamlaması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilərək, onun hərbi biletinin surətinin 23-24-cü səhifələrində aparılmış qeydlərin möhür və imza ilə təsdiq edilmədiyi, əmək kitabçasının 42-43-cü səhifələrində 29.01.1983 - 25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində isə aparılmış qeydlərdə möhürlərin oxunmadığına istinad olunur. Bu barədə, məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq hesab edir ki, hərbi biletin 23-24-cü səhifələrindəki qeydlər iddiaçının 1991-ci ilin may ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayon özünümüdafiə dəstələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədardır, bu fakt hərbi biletdə imza və möhür ilə təsdiq olunmasa da, iddiaçının həmin dövrdə döyüş əməliyyatlarında işti rak etməsi faktı iş materiallarındla olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş arayışla tam təsdiq olunur.

29. Digər tərəfdən, cavabdehin "əmək kitabçasının 42-43-cü səhifələrində 29.01.1983- 25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunmasının mümkün olmadığı” barədə dəlilinə münasibətdə qeyd olunur ki, həmin dövr əmək kitabçasında qeyd olunmaqla yanaşı, DSMF-nin Sabunçu rayon Şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş sığortaolunanın ümumi iş (sığorta stajı) stajı barədə məlumatda da əksini tapmışdır. Bundan başqa, cavabdeh tərəf qeyd olunan dövrün onda şübhə doğurması ilə bağlı həmin müddətin iddiaçının sığorta stajına daxil edilməsini istisna edən daha mötəbər a rqumentlər gətirə bilmədiyindən məhkəmə tərkibi hesab edir ki, yalnız istinad olunan dəlil iddiaçının qazandığı hüququndan məhrum edilməsi üçün yetərli deyil və buna əsas da vermir.

30. Beləliklə, məhkəmə tərkibi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən az olmayan ümumi iş stajını tam olaraq tamamlaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə tərkibi hesab edir ki, iddiaçı güzəştli şərtlərlə ona yaşa görə əmək pensiyası tə yin edilməsini tələb etdiyindən, bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilməməsi yoxlanılmalıdır.

32. İş materiallarında olan "X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02/26 saylı 03.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 01.01.2012-ci il tarixdən hal-hazıra kimi Filialın 6 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10-cu bölməsinin "Neft, qaz və qaz konsendantının hasilatı” 10.2 "a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir.

33. SOCAR-ın 09.07.2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı 10.05.1984-cü ildə "Leninneft” NQÇİ-nin 8 saylı NQÇS-nə neft və qazçıxarma üzrə 3-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. 01.03.1985-ci ildə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.09.1987-ci ildə 6 saylı NQÇS-yə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.09.1988-ci ildə neft və qazçıxarma üzrə 3-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.07.1989-cu ildə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 01.04.1992-ci ildə neft və qazçıxarma üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş,31.12.2011-ci il tarixdə işdən azad edilmişdir.

34. SOCAR-ın 14.06.2021-ci il tarixli məkt ubundan görünür ki, iddiaçının fəaliyyət göstərdiyi "Balaxanıneft” NQÇİ quruda yerləşən təşkilatdır və quruda yerləşən təşkilatlarda mövcud olan peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993- cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na aiddir. İddiaçının "neft və qazçıxarma üzrə operator” peşəsində 10.05.1984-cü il tarixdən 23.01.2007-ci il tarixədək işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtl ərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİ bölməsinin "Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” 2-ci Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinə (kod 2130200a-15824) və 23.01.2007-ci il tarixdən 31.12.2011 -ci il tarixədək işlədiyi müddət isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10-cu bölməsinin "Neft, qaz və qaz konsendantının hasilatı” yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ve rən əmək (sığorta) stajı sayılır.

35. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi "neft və qazçıxarma üzrə operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın X bölməsinin "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1100000a-15824 şifrəsinə (neft və qaz hasilatı üzr ə operatorlar) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir.

36. Beləliklə, hazırkı işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin hərəkətsizlik göstərməklə tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur.

37. Məhkəmə tərkibi hesab edir ki, iddiaçıya 06.07.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şik ayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 21(103)-2676/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar