Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-649/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, hüquqi maraq ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınaraq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 1 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3198/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “X13” markalı, SALLSAA247A100047 ban nömrəli, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə müraciət edərək “X13” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi 14 dekabr 2 022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, X13” markalı, ban nömrəsi SALLSAA247A100047 olan nəqliyyat vasitəsi Niderlandda oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması müəyyən edilməsi səbəbindən müraciətin müsbət həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus X13 markalı, 99NR085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh DİN Baş Dövlət Yol Polis İdarəsi üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılm ışdır ki, X13 markalı, 99NR085 dövlət qeydiyyat nişanlı, ban SALLSAA247A100047 nömrəli 2007-ci il buraxılışlı avtomobilin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8358/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X13” markalı, SALLSAA247A100047 ban nömrəli nəqliyyat vasitəsi Niderlanda oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması işin mübahisəsiz halıdır. Cavabdeh qurumun hərəkələri mülkiyyətdən istifadəyə nəzarətlə bağlıdır. X2 və X4 əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarının tanınması üçün əsas ola bilməz. Odur ki, təqdim olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqlar barədə iddiaçıya (ərizəçiyə) məlumat verilmişdir. Nəticə etibarilə cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
8. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3191/2023 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X6 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8358/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29.4 və 60-cı maddələrinə, Mülki Məcəlləsinin 210-cu maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 12.1, 13.1, 17, 18, 24.1, 24.2 və 67.5-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
13. Qeyd edilmişdir ki, apelyasiya instansiya sı məhkəməsi cavabdeh orqanın hərəkətsizliyini hüquqi cəhətdən obyektiv qiymətləndirməmişdir. İddiaçı sözügedən əmlaka münasibətdə vicdanlı alıcıdır və onun dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ cavabdeh orqan tərəfindən həyata keçirilə bilmir. Cavabdeh orqan iddiaçıya münasibətdə ona məxsus nəqliyyat vasitəsini rəsmiləşdirərək qeydiyyat şəhadətnaməsi verməli olduğu halda inzibati orqan iddiaçının müraciəti əsasında həmin əmlaka dair mülkiyyət hüququnun rəsmiləşdirilməsinə borcludur. Sözügedən qeydiyyat şəhadətnaməsinin verilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, iddiaçı diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməm işdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
19. Belə ki, hazırkı iş üzrə iddiaçının cavab dehə qarşı iddia verməkdə hüquqi marağı “X13” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin öz adına rəsmiləşdirilməsindən ibarətdir.
20. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin əsassız olması qənaətinə gələrək iddianı rədd etmişlər.
21. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbə münasibətdə heç bir hüquqi marağı yoxdur. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir.
22. Plenumun sözügedən qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yox lanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
23. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddi a müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd);
24. Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
25. Hazırki işə münasibətdə məhkəmə kollegiyası iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsaslanaraq bildirir ki, iddiaçının adına qeydiyyata alınmasını tələb etdiyi nəqliyyat vasitəsi onun adınadır. Yəni “X13” markalı, SALLSAA247A100047 ban nömrəli, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən İddiaçı adına qeydiyyata alındığından iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməs i üçün hüquqi marağı qalmayıb. Belə ki, tələbin yönəldiyi predmet iddiaçıya məxsusdur.
26. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
27. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarını rəhbər tutaraq qeyd edir ki, iddiaçının hazırki iddiaya münasibətdə hər hansı hüquqi marağı olmadığından iddia mümkün sayıla bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3191/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı iddiası mümkün sayılmasın. Qərar qətidir.