Məhkəmə qərarları › İş №2-1(102)-65/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-65/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-65/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamənin ləğvi tələbinə dair iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Qurbanova Reyhan Bəşir qızı, X13) “şəhadətnamənin ləğv edilm əsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(107)-3/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən rayon Mahamalar kənd Musabəyov adına kolxozun xx.xx.1992-ci il tarixli 01 nömrəli iclas qərarına əsasən İddiaçı2 Cəmil oğluna 0,08 ha, İddiaçı1 isə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır (əsas: X16 filialının xx.xx.2015-ci il tarixli 124 nömrəli arxiv çıxarışı).

2. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazbinə kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi İddiaçı2 və Uluxanova Nəzakət Vəkil qızının mülkiyyətinə verilmiş, hüquqları to rpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamə ilə rəsmiləşdirilmiş, İddiaçı1 adına isə onun mülkiyyət hüququnu təsdiq edən sənəd hazırlanmamışdır.

3. Balakən rayon Mahamalar kənd Musabəyov adına kolxozun xx.xx.1998-ci il tarixli 04 nömrəli iclas qərarı ilə X4 adında olan 0,08 ha torpaq sahəsi X8 adına keçirilmişdir (əsas: Balakən rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 296 nömrəli arxiv arayışı).

4. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmiş Mahamalar kənd inzibati ərazi nümayəndəliyi kolxozun islahatı ilə əlaqədar kənddə yaşayan pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1636 sıra nömrəsində X8 adına 0,08 ha qanuni həyətyanı torpaq sahəs inin olması qeyd edilmişdir.

5. Bundan sonra, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına istinad edilərək Qazbinə kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi X8 mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli (kod: ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir (şəhadətnamədə adı X5 göstərilmişdir). Hazırda Balakən şəhəri, Müslüm Maqamayev küçəsində yerləşən həmin 0,1787 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə 47 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmiş, daha sonra xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sonunc u həmin torpaq sahəsini Qurbanova Reyhan Bəşir qızına bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi üzərində Qurbanova Reyhan Bəşir qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, adına xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir.

6. Bununla yanaşı, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına istinad edilərək Qazbinə kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi də X9 mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

7. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli iclas qərarına və xx.xx.2006-cı il tarixli 88 nömrə li sərənacamına əsasən, bələdiyyənin mülkiyyətinə aid olan kəndin prespektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə İddiaçı3 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin tarixdə bələdiyyə ilə İddiaçı3 arasında torpaqların alqı-satqısına dair akt bağlanmış, alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin yerquruluşu sənədləri hazırlanaraq bələdiyyənin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı3 həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh2nə, X15 Komitəsinə və Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) və JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamələrin ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) şəhadətnamədə qeyd olunan 0,18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının və şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

9. İddiaçılardan İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, kolxozun məlum qərarı ilə ona 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış, 2009-cu ildə həmin torpaq sahəsinə dair adına torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamə hazırlanaraq ona təqdim edilmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun qanuni istifadəsində olan həmin torpaq sahəsi də daxil olmaqla üçüncü şəxs X8 mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsa sən 0,18 ha həyətyanı torpaq sahəsi verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli (kod: ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Halbuki, 2010-cu ilədək üçüncü şəxs həmin torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı olmamışdır.

10. Digər İddiaçı1 isə tələbini onunla əsaslandırmışdır ki, kolxozun məlum qərarı ilə ona 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, lakin ona məlum olmayan səbəblərdən adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmamışdır. İddiaçı2 adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamədə qeyd olunan torpaq sahəsi onun qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.

11. İddiaçı3 isə tələbini onunla əs aslandırmışdır ki, bələdiyyə qərarı ilə 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, bələdiyyə ilə aralarında alqı-saqtı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir və 11 ildən artıq müddətdir ki, ailəsi ilə birlikdə həmin evdə yaşamaqdadır. 2010-cu ildən sonra ona məlum olmuşdur ki, bələdiyyə qərarı ilə ona satılmış 0,08 ha həyətyanı torpaq sahəsi də daxil olmaqla üçüncü şəxs X8 mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən 0,18 ha həyətyanı torpaq sahəsi verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli (kod: ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hesab edir ki, bələdiyy ə qərarı ilə mübahisəli torpaq sahəsi onun mülkiyyətinə verildiyindən həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına başqa bir mülkiyyət sənədinin olması qanunsuzdur.

12. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-10/2018 saylı, 2018-ci il 13 mart tarixli qərardadı ilə (hakim R.Məcidov ) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə, X15 Komitəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) və JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamələrin ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) şəhadətnamədə qeyd oluna n 0,18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının və şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: ********) şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair iddia, habelə İddiaçı3 cavabdehlər Cavabdeh2nə, X15 Komitəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə hazırlanmış torp ağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) şəhadətnamənin 0,10 ha torpaq sahəsinə (ona məxsus fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsindən kənarda yerləşən hissəsi üzrə) münasibətdə ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: ********) şəhadətnamədə qeyd olunan 0,18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının və şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları mümkün sayılmamışdır.

13. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-10/2018 saylı, 2018-ci il 13 mart tarixli qərarı ilə (hakim R.Məcidov ) iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiyası məhkəmələrindəki icraat

15. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-333/18 saylı, x xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və G.Abbasov) Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Cavabdeh həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2232/2018 saylı, 2018-ci il 14 noyabr tarixli qərarı ilə (hakimlər İ.Hüseynov (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və Z.Quliyev) Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 7 avqust tarixli 2-1(107)-333/2018 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmələr Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli Qərarı ilə X11 cəmi 0.08 ha ölçüdə torpaq sahəsinin və Qazbinə Bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha ölçüdə torpaq sahəsinin ayrılması faktına əsaslanırlarsa, bu halda, aydınlaşdırılmalı olan hal həmin torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyətlərini müəyyən etməkdir. Belə ki, məhkəmələrin istinad etdikləri eyni faktlardan çıxış edərək X11 ayrılmış 0.08 ha torpaq sahəsinin iddiaçının hasara aldığı torpaq sahəsi ilə, yaxud da hazırkı icraatın iştirakçısı olmayan, lakin rəydə göstərilən X2 metal torla bağlayaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qənaətinə gəlmək olar. Yuxarıda istinad edilən rəydə göstərilir ki, Qazbinə bələdiyyəsinin 2006-cı il 30 dekabr tarixli, 07 saylı qərarı ilə İddiaçı3 satılması nəzərdə tutulan həyətyanı torpaq sahəsinin yerquruluşu planı düzgün tərtib olunmadığı üçün həmin sa hənin hansı hissədə yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmin rəylə kifayətlənməyərək İddiaçı3 satılan həyətyanı torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, bununla da mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı idi.

19. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) şikayət təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(84)-10/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsi və üçüncü şəxslər X11 və Qurbanova Reyhan Bəşir qızına qarşı “İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

20. İddiaçı3 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində göstərilir ki, vəkil M.M.Emçiyevanın adına X16 Filialndan göndərilmiş arayışlardan məlum olur ki, Mahamalar kənd Musabəyov adına kolxozda 1998-ci ildə islahat keçirilən vaxt N. Ağacanovanın adında və ya istifadəsində he ç bir qanuni torpaq sahəsi olmamışdır. İşdə olan iddia ərizəsinə əlavə edilən torpağın verilməsinə dair 1992-ci il tarixli aktlar da təsdiq edir ki, İddiaçı1 0.10 ha torpaq sahəsi indiki Xalqlar dostluğu küçəsindəki ərazidən verilmiş və sol tərəf qonşusu Xəlilov Ramazan olmuşdur. Sağ tərəfində isə qonşu olmamışdır. İddiaçı2 isə 0.08 ha torpaq sahəsi indiki Naxçıvanski küçəsindən verilmiş hal-hazırda İkram Nurməmmədovun istifadə etdiyi yerdir ki İddiaçı2 0.08 ha torpaq verilərkən İddiaçı3 tərəfindən inşa etdiyi evin yerləşdiyi ərazi də kolxoz tərəfindən ipək qurdu baxmaq üçün çəkil bağı yetişdirmək üçün onun istifadəsinə verilmişdir. İddiaçı2 maddi durumu ilə əlaqədar ev tikə bilmədiyi üçün rayon mərkəzində yaşamış, kolxoz tərəfindən verimiş həmin 0.16 ha torpağı istifadə üçün həmin torpağı n qarşısında yaşayan X3 vermişdir. İ.Nurməmmədov 0.16 ha torpaq sahəsini qoruyaraq 2006-cı ilədək istifadə etmişdir. 2006-cı ildə İddiaçı3 Qazbinə bələdiyyəsinə müraciət edərək ev tikmək üçün torpaq almaq istədiyini bildirmiş, Qazbinə bələdiyyəsi İ.Nurməmmədovun istifadə etdiyi bələdiyyə torpağını ona göstərmişdir. Razılaşmışlar. Həmin torpaq sahəsinin Qazbinə bələdiyyəsinin xəritəsində bələdiyyənin mülkiyyəində olduğu göstərilmişdir. İş üzrə cavabdehlər qeyd edirlər ki, N.Ağacanovaya 0.18 ha torpaq sahəsi 1998-ci ildə verilib, bələdiyyələr 2000-ci ildə yaranıb. Onu da qeyd edək ki, Musabəyov kolxozunda islahat 1998-ci ildə başa çatıb, subyektlərə torpaqların verilməsi də 1998-ci ildə yekunlaşıb. Ümumiyyətlə N.Ağacanovanın adına Musabəyov adına kolxozun iclas protokollarında hər hansı bir torpaq sahəsi olması haqda məlumat yoxdur. Şəki İnzibati Məhkəməsi qərardad və qərar çıxararkən, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2018-ci il 07 avqust tarixli qərarını çıxararkən, eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası təkrar xx xxxxxx 2020-ci il tarixli qərarını çıxararkən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli 80 nömrəli mütəxəssis rəyinə əsaslanmaları nəticədə səhv qərarların çıxarılmasına səbəb olmuşdur. Mütəxəssis rəyində qeyd edir ki, 544 A nömrəli şəhadətnamə ilə N.Ağacanovayanın mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsinin 0.09 ha İddiaçı3 tərəfindən, 0.09 ha İkram Nurməmmədov tərəfindən istifadə olunur. Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas qərarı ilə İddiaçı3 satı lması nəzərdə tutulan həyətyanı torpaq sahəsinin yerquruluşu planı düzgün tərtib olunmadığı üçün həmin sahənin hansı hissədə yerləşdiyini dəqiqləşdirmək mümkün olmamışdır. b. Kassasiya şikayətinə qarşı etiraz

22. Üçüncü şəxs Qurbanova Reyhan Bəşir qızı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar lıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir. 28. “İnzibati icraat haqqında” Qanun Maddə

10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətb iq olunur. Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarı 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmişt irakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mümkün hesab edilməməli halda məhkəmələr işə mahiyyəti üzrə baxmışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddi tələbi mümkün sayılmamalıdır.

30. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqın da şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

31. Azərbaycan Respublikası Ali Məhkəməs inin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

32. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin m ahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

33. İş materiallarından görünür ki, iddiaçının X8 adına verilmiş JN seriyalı 544 nömrəli KOD 40108038 nömrəli şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddiaları əvvəllər məhkəmələrin icraatında olmuş və iddia tələbi həmin hissədə mümkün sayılmamışdır.

34. Belə ki, iddiaçılar İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli KOD 40108038 və JN seriyalı 544 nömrəli KOD 40108038 nömrəli şəhadətnamələrin ləğv edilməsi, onlara məxsus 0.08 ha torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Həmin iddia Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-184/2015 saylı xx xxxx 2015-ci il tarixli qərardadı ilə (hakim K.Vəliyev) mümkün sayılmamamış, bu qərardaddan iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-138/2015 saylı xx xxx 2015-ci il tarixli qərardadı ilə (hakimlər G.Abbasov, V.Qasımov, K.Rəhimov) təmin edilməmişdir.

36. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından da iddiaçılar kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 21(1020-934/15 saylı xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), R.Nəbizadə və İ.Dəmirov) kassasiya şikayəti təmin edilməmişdir.

37. Məhkəmələr bu iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, işin müəyyən olunan hallarına görə mübahisə predmeti olan JN-319 A saylı və JN-544 saylı şəhadətnamələr Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında hazırlanmışdır. Azərbaycan Respublikasında bələdiyyələrə seçkilər 1999-cu ilin dekabr ayında keçirilmiş, bələdiyyələr isə 2000-ci ilin yanvar ayının sonlarından formalaşmağa başlamışdır. Balakən rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı qəbul edilərkən bələdiyyələr formalaşmamışdır. Belə olan halda Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 nömrəli iclas qərarı, xx.xx.2006-cı il tarixli 88 nömrəli sərəncamı ilə Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidən İddiaçı3 satılmış torpaq sa həsinin N.Ağacanovanın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün ola bilməz.

38. Məhkəmə göstərmişdir ki, İddiaçı3 bələdiyyə tərəfindən 0,08 ha torpaq sahəsi satılan zaman “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbləri yerinə yetirilməmiş, İddiaçı3 torpaq sahəsinin ona satılması barədə bələdiyyəyə müraciət edərkən torpaq sahəsinin yerini, yaxud həmin yerin ünvanını və ölçüsünü göstərməmiş, bələdiyyə tərəfindən 0,08 ha torpaq sahəsinin ona satılması qərara alınsa da, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmamış, torpaq sahəsinin naturadakı vəziyyəti mövcud sənədlər əsasında müəyyən deyildir. Bundan başqa İddiaçı3 torpaq sahəsini bələdiyyə nin 2006-cı il tarixli qərarı ilə əldə etmiş olsa da, bələdiyyə mülkiyyətində olmamışdır. X13 ondan əvvəl həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Naimə Ağacanovaya həyətyanı torpaq sahəsi Balakən Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ayrıldığından, həmin qərar isə hazırda qüvvədə olduğundan, qeyd edilən qərar əsasında hazırlanan şəhadətnamənin ləğv edilməsini tələb etmək qanuni hesab edilə bilməz.

39. Bundan başqa, İddiaçı3, İddiaçı2 və X6 cavabdehlər Cavabdeh2nə, Azərbaycan Respublikası X15 Komitəsinə, Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 544 A saylı şəhadətnamənin, onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxa rışın ləğv edilməsi, eyni zamanda qüsurlu tərtib edilmiş JN 319 A saylı şəhadətnamənin ləğv edilməsi, JN 319 A saylı şəhadətnamənin əvəzinə, şəhadətnamədə qeyd olunan 0.08 ha həyətyanı torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

40. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(84)-425/2016 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən şəhadətnamələr Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən verilmişdir. Rayon Aqrar İslahat Komissiyasının həmin qərarı qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamələrin, həmçinin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsinə baxılması qanunla yolverilməz hesab olunur. Mübahisələndirilən şəhadətnamələr ləğv edilmədən isə mübahisə predmetinə aid torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi də mümkünsüzdür. Göründüyü kimi, birinci tələbin mümkünsüzlüyü sonrakı tələblərin də mümkünsüzlüyünə gətirib çıxarır.

41. Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-255/2016 saylı iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən hər iki şəhadətnamə Balakən rayon AİK-ın xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən verilmişdir. Ona görə də, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin verilməsini inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati aktlar hesab etmək olmaz. Həmin akt inzibati deyil, hüquqi aktdır, özündə Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. Belə olan halda, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı mübahisələndirilmədən JN-544 A nömrəli (kod ********) və JN-319 A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin mübahisələndirilməsi mümkün deyildir. RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırla nması barədə iddia tələbi isə JN-544 A nömrəli (kod ********) və JN-319 A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ləğv olunmadan təmin edilə bilmədiyindən, həmin tələblərin taleyi də Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarının mübahisələndirilməsindən asılı olacaqdır.

42. İddiaçıların kassasiya şikayəti də Ali Məhkəmənin 2-1(102)-389/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-255/2016 saylı iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

43. İddiaçı hazırki tələbində formal dəyişiklik etməklə “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin qoyulması“ məzmunda vermiş olsa da, iddianın əsasları onun əvvəlki tələbləri ilə eynidir. İşin hallarında hər hansı dəyişiklik yoxdur. İddiaçı əvvəlki tələblərini də bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin üçüncü şəxs X8 adına verilmiş JN-544 A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaqla üst-üstə düşməsi ilə əsaslandırırdı.

44. Hazırda baxılan iddia üzrə də məhkəmələrin əvvəlki işlərdə (Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-138/2015 saylı xx xxx 2015-ci il tarixli qərardad və 2-1(107)-255/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qərardadda) gəldiyi o nəticə keçərlidir ki, mübahisələndirilən şəhadətnamə Balakən rayon AİK-ın xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən verilmişdir. Ona görə də, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsini inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati aktlar hesab etmək olmaz. Həmin akt inzibati deyil, hüquqi aktdır, özündə Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. Belə olan halda, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı mübahisələndirilmədən JN-544 A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam ənin mübahisələndirilməsi mümkün deyildir.

45. Bundan başqa, iş materiallarından görünür ki, X8 digər şəxslərə qarşı tələbləri ilə yanaşı cavabdeh İddiaçı3 qarşı inşa etdiyi tikilini öz hesabına sökməklə iddiaçının mülkiyyətində olan Balakən rayonu Qаzbinə kəndində yerləşən 0,1420 ha və 0,1787 hа tоrpаq sаhələrindən çıxarılması tələbi Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Həmin iş üzrə iddiaçının apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(107)-3/2020 nömrəli qərarı ləğv edi lsin. İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin qarşı onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar