Məhkəmə qərarları › İş №2-1(102)-65/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-65/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-65/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" şirkəti ticarət mərkəzinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakdan istifadəyə maneənin aradan qaldırılması; əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rahib Nəbizadə Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" şirkəti ticarət mərkəzinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X2, X4) “əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi və s.” tələblərinə dair inzibati iş üzrə Sumqayı t Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-1(105)-352/2021 nömrəli qərardadından iddiaçı tərəfindən, həmin Məhkəmənin eyni tarixli və eyni nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 204 saylı, 1997-ci il 9 aprel tarixli sərəncamına əsasən "xxxx" şirkətinin hüquqi xələfi olan “Şərq bazarı”na satış sahəsinin tikintisi üçün 4.500 kv.m torpaq sahəsi ayrılmışdır.

2. MA seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən əmlak kompleksi kimi müəssisə və 1,08896 ha torpaq sahəsi mü lkiyyət hüququ əsasında R.M.Babayevin və A.S.Həsənovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması göstərilmişdir.

3. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2016-cı il 26 fevral tarixli, 43 saylı sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən, iddiaçının istifadəsində olan sahədə ticarət mərkəzinin müasir tələblərə cavab verəcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2017-ci il 7 iyun tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə, yəni iddiaçının mülkiyyəti ndə olan “A” və “B” korpuslarının sökülməsi və bununla da onun əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə qadağan olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 3679,1 kv.metr ticarət təyinatlı tikili, keçmiş “Şərq" bazarı adlanan ərazi onların ümumi birgə mülkiyyətindədir. Onların mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin daşınmaz əmlakda 1997-ci il 27 yanvar tarixdə təsis edilmiş, hazırkı təsisçiləri bərabər payla onlara olan "xxxx" Şirkəti-Ticarət Mərkəzi fəaliyyət göstərməkdədir. Sumqayıt şəhərində aparılan abadlıq işləri ilə əlaqə dar “RSHT" Şirkəti Ticarət Mərkəzinin də yenidən qurulmasının layihələndirilməsi üçün cavabdeh tərəfindən 2016-cı il 26 fevral tarixli, 43 saylı sərəncam verilmiş və qanunvericiliyə uyğun qaydada tikinti işlərinin layihəsi hazırlanıb bütün aidiyyəti qurumlarla razılaşdırılaraq ekspertizadan keçirilməklə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Layihədə, mülkiyyətlərində olan 1997-ci ildə özəlləşdirilmiş keçmiş "Şərq" bazarına məxsus "A" və "B" korpuslarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, qalan ərazidə isə yeni layihə əsasında tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. 2017-ci il 15 may tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətində də tikintinin layihəsi ilə razılaşdıqlarını, tikinti işlərinə başlanması üçün ərazidə “A” və 'B” korpuslarından başqa əlavə bütün birmə rtəbəli günün tələblərinə cavab verməyən tikililərin sökülməsinin zəruri olması bildirmişlər. Bu səbəbdən cavabdehin tələbi ilə 2017-ci il 22 may tarixdə iddiaçı ilə cavabdehin “Sumqayıt şəhər Təmizlik Departamenti” arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən yeni layihə ilə inşa ediləcək tikintidə lazım olmayan tikintilərin sökülüb təmizlənməsi nəzərdə tutulmuşdur. Beləliklə, ərazinin təmizlənməsinə başlanmış, 1 ha torpaq sahəsindəki “A” və “B” korpuslarından başqa bütün birmərtəbəli konstruksiyaların sökülməsi işlərinə başlanmış və onların sökülməsi əsasən başa çatmışdır. 2017-ci il 25 may tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov bildirmişdir ki, mülkiyyətlərində olan “A” və “B” korpusları da sökülməlidir. Həmin tikililər Sovet dövründə, 1988-cı illərin sonlarında inşa olunmaqla əsaslı tikililərdir və qanunvericiliyə uyğun qaydada da özəlləşdirilərək hazırda xüsusi mülkiyyətdədirlər. Onların sökülməsinə heç bir ehtiyac yoxdur və layihəyə görə də, həmin tikililər əsaslı təmir olunmalıdır. X7 isə bildirmişdir ki, razılaşmadığı təqdirdə həmin tikililər polis qüvvələri cəlb olunmaqla zorla söküləcəkdir. 2017-ci il 5 iyun tarixdə Fəzail Hüseynovun dediyi kimi Sumqayıt şəhər Polis idarəsinin yüksək rütbəli zabitləri, post-patrul xidmətinin bütün heyəti, 50 nəfərə yaxın polis işçisi, cavabdehin bütün işçiləri başda Fəzail Hüseynov olmaqla, başçının müavinləri Akif Quliyev, Sahib Quliyev, şöbə müdiri Natiq Dadaşov, şəhərsalma idarəsinin rəisi Həsən Həsənov və digər işçilər polislərə əmr verərək ərazini mühasirəyə alıb, müəssisənin işçilərini işə buraxmayaraq idarəyə girməyə qadağan etmiş və “Qartal” tikinti firmasından və digər təşkilatlardan texnika və 40 nəfərə yaxın canlı qüvvəyə əmr edərək qanuni xüsusi mülkiyyətlərində olan dəyəri əlli milyon manata yaxın olan üç mərtəbəli mehmanxana və inzibatı binanı, iki mərtəbəli Çexiya istehsalı olan metal konstruksiyadan yığılmış ticarət sahəsi 3600 kv.metr olan əsaslı tikinti binaların sökülməsinə əmr verilmişdir. Hal-hazırda həmin binalardan B korpusu heç bir rəsmi xəbərdarlıq, müraciət olunmadan sökülmüşdür. Bu haqda video və fotolar mövcuddur. Həmin fotolardan və videolardan görünür ki, əraziyə polislər cəlb edilmiş və icra hakimiyyətinin əməkdaşları söküntüyə rəhbərlik etmişdir. Hal-hazırda hüquqi şəxs kimi iddiaçının iş fəaliyyəti dayandırılmış, müəssisə nin bütün mühasibat və hüquqi sənədləri söküntü altında qalmışdır. 2017-ci il 20 iyun tarixdə iddiaçı cavabdehə müraciət edərək bu qanunsuz söküntü nəticəsində onlara vurulan 50.000.000 manatın ödənilməsini tələb etmişdir. 2017-ci il 21 iyun tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə teleqram ilə müraciət edərək, söküntü aparılan ərazidə yoxlama aparmış, söküntü aparan şəxslər bildirmişlər ki, söküntü Sumqayıt Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə aparılır. Yoxlama zamanı müəyyən edilmişdir ki, söküntü aparılarkən təhlükəsizlik tədbirləri görülməmişdir. Bu səbəbdən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısına xəbərdarlıq edilmişdir. 2017-ci il 4 iyul tarixdə iddiaçı cavabdehə müraciət edərək, yeni layihə üzrə tik inti işlərinə başlamaq üçün icazə verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının heç bir müraciətinə cavab verməmişdir. Hal-hazırda verilmiş iddia tələbi üzrə yekun məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Sumqayıt şəhərində aparılan abadlıq işləri ilə əlaqədar "xxxx" Şirkəti Ticarət Mərkəzinin də yenidən qurulmasının layihələndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 2016-cı il 26 fevral tarixli, 43 saylı Sərəncam vermişdir. 2017-ci il 22 may tarixdə "xxxx" Şirkəti Ticarət Mərkəzinin Prezidenti R.H.Babayev və Sumqayıt şəhər Təmizlik Departamenti MMC-nin rəhbəri M.Q.Məmmədov arasında bağlanmış söküntü və təmizlik işlərinin aparılması haqqında müqavilənin 1.1-ci bəndinə uyğun olaraq «Sifarişçi» "xxxx" Şirkəti Ticarət Mərkəzi Sumqayıt şəhərinin mövcud baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafını təmin etmək məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma, abadlıq işləri çərçivəsində «Şərq bazarı» adlanan ticarət mərkəzinin yenidən qurularaq müasir standartlara uyğun istifadəyə verilməsi məqsədilə həmin ticarət mərkəzinin sökülməsini və söküntü materiallarının ərazidən daşınaraq ərazinin təmizlənməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2ci bəndinə əsasən «İcraçı» ticarət mərkəzinin sökülməsini və söküntü-tikinti materiallarını və ərazidə olan digər lazımsız avadanlıq və əşyaları ərazidən daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh tərə findən "xxxx" Şirkəti «Şərq bazarı» adlanan ticarət mərkəzinin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş, eləcə də, bilavasitə iddiaçının hüquq və azadlıqlarını pozan heç bir qanunsuz müdaxiləyə yol verilməmişdir. Göründüyü kimi, iddiaçı, «Şərq bazarı» adlanan ticarət Mərkəzinin söküntüsünün rəsmi şəkildə öz üzərinə götürdüyü halda, Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası İPM-nın 2.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırması əsassızdır. Bundan başqa ticarət obyektinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi bütövlükdə Rəşid Babayevə məxsus dey il. Belə ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2011-ci il 5 avqust tarixli qərarı ilə Rəşid Babayevin və Afət Həsənovanın adına özəlləşdirilmiş torpaq sahəsinin 790.8 kv.m kiçildilərək 1.0098,8 ha olmuşdur və hal hazırda 790.8 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir. Rəşid Babayev torpaq sahəsinə dair ilkin olan çıxarışdan sui-istifadə edir və həmin çıxarışı yenisi ilə əvəz edilməsindən boyun qaçırır. Sumqayıt şəhər İcra Hakimiyyəti “Yerli icra hakimiyyətləri barədə Əsasnamənin” tələblərinə uyğun olaraq nəzarət etdiyi inzibati ərazisində olan qanunsuz tikililərin dayandırırlması və qanunsuz tikililərin qarşısının almaq məqsədi ilə tikinti aparılan ərazilərə daxil olaraq qanunsuzluqların qarşısını almaq hüququna malikdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayı t İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 oktyabr tarixli, 2-1(85)972018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tədqiqatı zamanı iddiaçıya məxsus ticarət obyektinin sökülməsi ilə bağlı cavabdeh tərəfdən hər-hansı bir inzibati aktın qəbul edilməsi, eyni zamanda həmin obyektin cavabdeh tərəfindən sökülməsi müəyyən olunmamışdır. İddiaçının tikililərin cavabdeh tərəfindən sökülməsini bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apel lyasiya Məhkəməsinin 2-1(105)-57/2019 saylı 2019-cu il 18 mart tarixli qərardadı ilə həmin qərar ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş MA seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünməkdədir ki, Sumqayıt şəhəri,9-cu mikrorayonda yerləşən əmlak kompleksi kimi müəssisə və 1,08896 ha torpaq sahəsi mülkiyyət hüquqi əsasında X1 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə bir vəziyyətdə "xxxx" Şirkəti Ticarət Mərkəzinin cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində pozulmuş hüququn bərpası üçün, yəni mövcud iddia ilə çıxış etməs i üçün subyektiv hüququ olmamışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1981/2019 saylı 2019cu il 7 avqust tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli qərardadı qismən - ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi hissəsində ləğv edilmiş, iş ləğv edilən hissədə təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhk əməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə hüquqi şəxsin mənəvi zərərin ödənilməsi tələbinin irəli sürülməsi müəyyən edilməmişdir, çünki mənəvi zərərin yetirilməsi onda ifadə olunur ki, zərər vuran şəxsin hərəkətlərindən sonra şəxs mənəvi sarsıntı, iztirab keçirir, zərərçəkmişin şüurunda zərər vuranın bu hərəkətləri mənfi psixoloji reaksiyaya səbəb olur. Qanunvericiliyin göstərilmiş müddəalarına əsaslanmaqla məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin mümkünlük şərtlərinə apellyasiya məhkəməsi qiymət verməsə də, lakin düzgün olaraq tələbi mümkün hesab etməmişdir.

15. Apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq hesab etmişdir ki, mülkiyyətinin sökülməsi nəticəsində ondan məhrum olmaqla, yalnız həmin mülkiyyətçi inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Həmin mülkiyyətçinin iddiaçı olan hüquqi şəxsin təsisçisi olması əsası ilə hüquqi şəxsin belə ziyanın tələb etmək hüququna malik olması isə qanunvericilikdə müəyyən edilməmişdir. Həmçinin iddiaçının əsaslandığı hallar görə, ticarət mərkəzinin yenidən qurulmasının layihələndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2016-cı il 26 fevral tarixli sərəncam qəbul olunmuşdur. Yəni istinad edilən sərəncam bilavasitə hüquqi şəxsə aid olmuşdur ki, onun icrası ilə bağlı hüquqlarının pozulmasına iddiaçı istinad etmişdir. Lakin apellyasiya məhkəməsinin iddiaçının istinad etdiyi hallarla bağlı hər hansı bir qiymətləndirmə apa rmamış və bu iddia növünə münasibətdə onun mümkünlük şərtlərini təhlil etməmişdir. Nəticə etibarı ilə apellyasiya məhkəməsi bu tələbə münasibətdə əsaslandırılmamış qərar qəbul etmişdir ki, bu hal özü-özlüyündə onun kassasiya qaydasında ləğv edilməsi üçün mütləq əsasdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı v ə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının bildirdiyi tələbin mahiyyəti araşdırılmaqla, onun bu tələbi irəli sürməkdə hüquqi marağının nədən ibarət olduğu müəyyən edilməli və daha sonra iddiaçının tələbinin dəqiqləşdirilməsi təklif olunmalı, nəticəsindən asılı olaraq həmin tələbin mümkünlük şərtləri ödənildiyi təqdirdə tələbə qiymət verilməlidir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 18 dekabr tarixli, 2-1(105)672/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 6 oktyabr tarixli qərarı ləğv edilmiş və iş iddia tələbinin – ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi hissəsinə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qərarından görünür ki, iddia tələbinə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin yeni layihə üzrə inşa edilməsinə edilən maneənin cavabdehə qadağan edilməsi ilə bağlı hissəsinə ümumiyyətlə qiymət verilməmiş və həmin hissə araşdırılmamışdır. Beləliklə, iş iddia tələbinin ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi hissəsində baxılması üçün həmin məhkəməyə göndərilməlidir. d. birinci instansiya məhkəməsindəki ikinci icraat

18. İddiaçı 2021-ci il 22 fevral tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavab dehə və onun tabeçiliyində olan, onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli, 2-1(112)-110/2021 nömrəli qərardadı ilə “əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneənin aradan qaldırılması” hissəsində iddia mümkün sayılmamışdır.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbinin araşdırması zamanı cavabdeh təşkilatın Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarında riayət etdiyi müəyyən olunur. Belə ki, iddiaçı “RHST” şirkəti tikintiyə icazə verilməsini tələb etməmişdir.

21. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmayan hissədə müm kün sayılmasını xahiş etmişdir.

22. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli, 2-1(112)-110/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının balansında olan “A” korpuslu binanın cavabdeh tərəfindən sökülməsinə və ya hər hansı qanunsuz müdaxiləsinə qadağa qoyulmaqla, cavabdeh və ona tabe olan qurumlar tərəfindən iddiaçının balansında olan 4.500 kv.m torpaq sahəsindən və “A” korpuslu binadan istifadə etməsinə qoyula biləcək maneələr aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - “RHST” şirkətinin sahibliyində olan 4.500 kv.m torpaq sahəsinin üzərində mövcud olmuş tikililər artıq sökülmüş və həmin sahənin üzərində hər hansı bir tikili mövcud deyil. Layihədə “RHST” şirkətinin balansında olan “A” k orpusu kimi göstərilən 3 mərtəbəli tikili hal hazırda mövcuddur, lakin şirkətin balansında olan “B” korpusu kimi göstərilən tikili isə artıq sökülmüşdür. Belə olduğu təqdirdə hesab olunur ki, hal hazırda “RHST” şirkətinin balansında olan 4.500 kv.m olan torpaq sahəsinin üzərində hər hansı bir tikili mövcud olmadığına görə, o cümlədən “B” korpusu adlanan tikili söküldüyünə görə həmin tikililərinin söküntüsünə qadağanın qoyulması tələbinin təmin edilməsi mümkün deyil. Lakin “RHST” şirkətinin balansında olan və layihədə “A” korpusu kimi göstərilən tikili mövcud olduğuna görə həmin tikilinin söküntüsünə cavabdeh tərəfindən edilə biləcək hər hansı bir qanunsuz müdaxiləyə yol verilə bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyətin in qanunsuz tikililərin sökülməsi və ya bu məqsədlə inzibati ərazilərə maneəsiz daxil edilməsi hüququnun olması nəzərdə tutulmamışdır. Qeyd olunan Əsasnaməyə əsasən yerli icra hakimiyyətləri ərazilərində inşa edilən qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə müvafiq qurumlara (FHN və Şəhərsalma və Arxitektura komitəsinə) müraciət etmək hüququna malikdir. Ona görə də, iddia tələbinin ticarət təyinatlı tikilinin sökülməsinin qadağan edilməsi və iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi hissələrində qismən təmin edilərək, “RHST” şirkətinin balansında olan “A” korpuslu binanın cavabdeh tərəfindən sökülməsinə və ya hər hansı qanunsuz müdaxiləsinə qadağa qoyulmalıd ır; - İddia tələbinin əmlakdan istifadəyə maneə hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qeyd olunan qanunvericilik aktlarının tələblərindən məlum olur ki, fiziki və ya hüquqi şəxslər mülkiyyətində olan əmlakdan maneəsiz şəkildə istifadə etməkdə sərbəstdirlər. Hazırkı iddia tələbi üzə iddiaçıya daim i əsaslarla Sumqayıt şəhər İcra Hakimiyyətinin 1997-ci il tarixli sərəncamı ilə 4.500 kv.m torpaq sahəsi ayrılmış, o cümlədən şirkətin balansında “A” və “B“ korpuslu binalar var. Bu isə "xxxx" şirkətinin onun hüquqi xələfi olan “Şərq” bazarına ayrılmış 4.500 kv.m torpaq sahəsindən, “A” korpuslu qeyri yaşayış binasından sərbəst istifadə etmək hüququnun olmasına dəlalət edir. "xxxx" şirkətinin balansında olan “B” korpusu kimi adlandırdığı bina söküldüyünə görə həmin qeyri-yaşayış binasından istifadə edilməsi tələbinə baxılmasına lüzum yoxdur. Çünki həmin “B” korpusu adlandırılan qeyri yaşayış sahəsi "xxxx" şirkətinin balansında olmasına baxmayaraq, faktiki mövcud deyil, həmin tikilinin altında olan torpaq sahəsi isə “RHST” şirkətinin deyil, X2 ilə X3 birgə mülkiyyətindədir. Ona görə də məhkə mə hesab etmişdir ki, iddia tələbinin ikinci hissəsində qismən təmin edilərək, “RHST” şirkəti balansında olan 4.500 kv.m torpaq sahəsindən və “A” korpuslu binadan istifadə etməsinə cavabdeh və ona tabe olan qurumlar tərəfindən qoyula biləcək maneələr aradan qaldırılmalıdır.

24. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-1(105)-352/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli qərar dadı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneənin aradan qaldırılması tələbinin mümkün sayılmasını xahiş etmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-1(105)-352/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq bildirmişdir ki, R.Babayevin iddia ərizəsində göstərildiyi qaydada tam şəkildə təmin olunaraq Sumqayıt şəhər i 9 mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi barədə tələbi əsaslı olmamışdır və birinci instansiya məhkəməsi bu hissədə qəbul edilmiş qərarı düzgün hesab edir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “AzərDövlətLayihə” Dövlət Baş Layihə İnstitutun 2016-cı il 12 iyul tarixli izahat yazısından məlum olmuşdur ki, ticarət obyektinin tikintisi üçün nəzərdə tutulmuş 1.5390 ha torpaq sahəsinin yalnız 4.500 kv.m hissəsinin "xxxx" şirkətinə aiddir. Yerdə qalan və Rəşid Babayevin iddia etdiyi kimi 1.08896 ha və ya Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2011-ci il 5 avqust tarixli qərarından sonra ölçüsü 790.8 kv.m kiçildilərək 1.0098,8 ha olan torpaq sahəsinin "xxxx" şirkətinə heç bir aidiyyətı olmamışdır. Fövqəlad ə Hallar Nazirliyinin “AzərDövlətLayihə” Dövlət Baş Layihə İnstitutun 2016-cı il tarixli “Şəhərsalma Əsaslandırması” adlandırdığı eskiz layihəsinin "xxxx" şirkətinin sahibliyinə verilmiş torpaq sahəsində tikililərin aparılması nəzərdə tutulmuşdur.

31. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətlərinin dəlilləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli qərardadından verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhk əməsinin gəldiyi nəticə hazırkı inzibati mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2019-cu il 7 avqust tarixli, 2-1(102)-1981/2019 saylı qərarına ziddir. Belə ki, Ali Məhkəmə tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli, 2-1(105)57/2019 saylı qərardadı qismən - ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədə iddia tələbinin mümkün hesab edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 21(105)-672/2019 saylı qərarı Ali Məhkəmənin gəldiyi nəticəyə uyğun olmuşdur. Yəni Ali Məhkəmə, aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticə ilə razılaşmamış, iddianın mümkün sayılmasını qanunsuz hesab etmişdir. Göstərilən əsaslarla, Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli, 2-1(118)-110/2021 saylı qərardadı, Ali Məhkəmənin 2019-cu il 7 avqust tarixli qərarında əks olunmuş hüquqi mövqenin tam əksidir. Sumqayıt Apellyasiya Məhkəməsi 2021-ci il 4 oktyabr tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadını dəyişdirmədən qüvvədə saxlamış, bununla da Ali Məhkəmənin 2019-cu il 07 avqust tarixli qərarına zidd nəticəyə gəlmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvəyə minmiş məhkəmə aktı - Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş hal, yəni iddianın mümkün sayılmasına dair hala yenidən qiymət verilmiş və yanlış nəticə çıxarılmışdır. Hazırkı iddia tələbi müəyyən hərəkətləri etməkdən çəkinməyə dairdir. Cavabdeh inzibati orqanın əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneəyə dair hərəkəti nəticəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152 və 157-ci, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi ilə təsbit olunmuş hüquqlarını və qanunla qorunan maraqlarını pozur. Bu səbəbdən İddia tələbi mümkündür və mahiyyəti üzrə baxılmalıdır.

34. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli qərarından ve rilmiş kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Şərq” bazarında 44 ədəd qeyri-yaşayış sahəsi inşa etmiş şəxslərlə "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri X2 ilə X5 arasında 2011-ci ildən başlanaraq məhkəmə mübahisələri baş vermiş, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2011-ci il 5 avqust tarixli qərarı ilə yuxarıda qeyd olunan 2010-cu il 30 iyun tarixli, 2658 nömrəli torpaq alğı-satqı müqaviləsi və MA seriyalı ******* №-li Çıxarış mübahisə predmeti olan 790 kv.metr sahədə etibarsız hesab olunaraq ləğv edilmiş, qanuni qüvvədə olan Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2013-cü il 7 noyabr tarixli, 2-1(85)-485/2013 nömrəli qərarı ilə də Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2011-ci il 5 avqust tarixli, 2(85)1191/2011 nömrəli qərarının, Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyin tələblərinə əsasən həmin qərara tam uyğun icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarı bu günə kimi icra olunmamışdır. Həmin məhkəmə qərarları icra olunmadığına görə də, tərəflər arasında mübahisə predmeti olan 790 kv.m torpaq sahəsi hazırda "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri X2 ilə X3 mülkiyyətində sayılır, əks halda da həmin 790 kv.m torpaq sahəsi “Şərq” bazarının hüquqi varisi olan "xxxx" Şirkəti Ticarət Mərkəzinin qanuni istifadəsindədir.

35. Ali Məhkəmənin 2019-cu il 7 avqust tarixli, 2-1(102)-1981/2019 nömrəli qərar ı ilə iddiaçının Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi” tələbi ayrı-ayrı hissələrə bölünmür və həmin hissədə iddia mümkün sayılaraq bütövlükdə təkrar baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Ali Məhkəmənin göstərişləri əsasında işə baxan Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan 2019-cu il 18 oktyabr tarixli, 2-1(105)-672/2019 nömrəli qərardadı ilə də Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2018-ci il 16 oktyabr tarixli qərardadı ləğv edilmiş və iş iddia tələbinin - ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi hissəsində baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yuxarı instansiya məhkəmələri iddiaçının həmin hissə üzrə iddianı tam şəkildə mümkün saymış və həmin göstərişdən sonra birinci instansiya məhkəməsi iddianı ya təmin, yaxud da rədd etməli idi. Sumqayıt İnzibati Məhkəməsi isə iddia tələbini ayrı-ayrı hissələrə bölüb baxmış və məhkəmənin 2021-ci il 30 mart tarixli, 2-1(118)-110/2021 nömrəli qərarı ilə iddia tələbi qismən təmin olunaraq “iddia çının balansında olan “A” korpuslu binanın cavabdeh tərəfindən sökülməsinə və ya hər hansı qanunsuz müdaxiləsinə qadağa qoyulmaqla, cavabdeh və ona tabe olan qurumlar tərəfindən "xxxx" şirkətinin balansında olan 4.500 kv.m torpaq sahəsindən və “A” korpuslu binadan istifadə etməsinə qoyula biləcək maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, eyni tarix və nömrəli qərardadla da iddianın “əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneənin aradan qaldırılması” hissəsi mümkün sayılmamışdır. İddia tələbindən göründüyü kimi, söhbət iddiaçılara məxsus torpaq sahəsi və orada yerləşən tikililərdən gedir və iddia tələbi də cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi və orada yerləşən tikililərdən istifadəyə, onun yeni layihə üzrə inşa edilməsi nə edilən maneə, bununla da iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədədir. Məhkəmənin hazırkı mövqeyi onu göstərmişdir ki, cavabdeh iddiaçının balansında olan “A” korpuslu bina və 4.500 kv.m torpaq sahəsindən əlavə şirkətin fəaliyyətinə, xüsusilə də onun təsisçilərinin mülkiyyətində və şirkətin əsas fəaliyyət sahəsi olan 1,08896 ha torpaq sahəsində fəaliyyət göstərməsinə, orada qanunvericiliyə uyğun qaydada, yəni Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən icazə tələb edilməyən tikinti, təmir işlərinin aparılmasına da qanunsuz müdaxilə edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin ayrı-ayrı hissələrə bölünüb baxılması, iddianın bir hissəsini n mümkün sayılmaması, eləcə də iddia tələbinin mahiyyətinin özbaşına dəyişməklə yeni iddia tələbinin quraşdırılması qanunvericiliyin tələblərinə ziddir. Hazırkı işə baxan birinci instansiya məhkəməsinin, yuxarı instansiya məhkəmələri tərəfindən baxılması mümkün sayılmış iddia tələblərini bir-birindən ayırması, eləcə də onun bir hissəsi üzrə iddianı qeyri-mümkün hesab etmiş, digər hissəsinin məzmununun dəyişdirilməsi qanunvericiliyin tələblərinə ziddir.

36. İddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarında göstərilən tikintiyə icazə verilməməsi, iddiaçıların mülkiyyətindəki əmlakın cavabdeh əməkdaşlarının göstərişi ilə qanunsuz sökülməsi, bununla bağlı cavabdehdən maddi və mənəvi ziyanın tələb olunması barədə deyilənlər, eləcə də tikintiyə icazə verilməsi qayda larına dair hüquqi normalarına dair müddəalar, iş üzrə birinci instansiya məhkəməsinin 2018-ci il 16 oktyabr tarixli, 2-1(85)-97/2018 nömrəli qərarından mexaniki formada köçürmə olmaqla formal xarakter daşıyır və onların hazırkı iş üzrə iddianın predmetinə heç bir aidiyyəti yoxdur. Həmin qərarda göstərilənlərin əsas götürülüb hazırkı iş üzrə iddia tələbinin mahiyyətinin dəyişdirilərək qismən təmin olunması qanunvericiliyin tələblərinə ziddir. Ona görə ki, bu barədə yuxarı instansiya məhkəmələrinin mövqeyi artıq məlumdur. Apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasıya şikayətinə baxılması zamanı heç bir araşdırma aparmamış və həmin məhkəmənin qərarında göstərilənləri mexaniki surətdə öz qərarına köçürməklə kifayətlənmişdir. b. cavabdehi n kassasiya şikayətinin dəlilləri

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əvvəl qeyd etdiyi fakt ilə təkzib edir. Belə ki, "xxxx" şirkətin balansında olan «B» korpusu kimi adlandırdığı bina söküldüyünə görə həmin qeyri-yaşayış binasından istifadə edilməsi tələbinə baxılmasına lüzum yoxdur. Çünki həmin «B» korpusu adlandırılan qeyri-yaşayış sahəsi "xxxx" şirkətinin balansında olmasına baxmayaraq, formal olaraq mövcud deyil, həmin tikilinin altında olan torpaq sahəsi isə "xxxx" şirkətinin deyil, X2 ilə X3 birgə mülkiyyətində olmasını qeyd edən məhkəmə, “A” korpusunun da “B” korpusu ilə "xxxx" şirkətinin deyil, məhz X2 ilə X3 birgə mülkiyyətində olan torpaq sahəsinin üzərində olmasını unutmuş və səhv nəticəyə gəlmişdir. Bu əsas üzrə iddiaçının tələbi mümkün sayılmamalı idi. Hə mçinin məhkəmə “cavabdeh və ona tabe olan qurumlar tərəfindən qoyula biləcək maneələr aradan qaldırılmalıdır” kimi nəticəyə gələrkən maneənin ümumiyyətlə olduğunu, əgər varsa, nədən və hansı formada olmasını əsaslandırmamış və səhv nəticəyə gəlmişdir. Daha sonra məhkəmə gəldiyi nəticəni təkzib edərək qeyd etmişdir ki: “Hesab olunur ki, "xxxx" şirkətinin balansında «A» korpuslu adlanan qeyri-yaşayış binasına layihəyə uyğun rekonstruksiya işlərinin aparılmasına, o cümlədən 4.500 kv.m. torpaq sahəsi üzərində və «B» korpusu adlanan qeyri-yaşayış binasının razılaşdırılmış layihə üzrə tikintinin aparılmasına icazənin verilməsi üçün hər hansı bir maneə mövcud deyil.” Həmçinin bildirilməlidir ki, cavabdeh tərəfindən "xxxx" şirkətinin balansında olan 4.500 kv.m. torpaq sahəsindən və «A» korpuslu bi nadan istifadə etməsinə hər-hansı maneənin qoyulması barədə heç bir inzibati akt qəbul edilmədiyini, eləcə də, iddiaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlilinin olmadığını, buna dair heç bir mötəbər sübut təqdim etmədiyini məhkəmə nəzərə almamışdır. Bu əsas üzrə də iddiaçının tələbi mümkün sayılmamalı idi. c. kassasiya şikayətinə etirazın dəlilləri

38. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbinin mümkün sayılması barədə qanuni qüvvədə olan Ali Məhkəmənin 2019-cu il 7 avqust tarixli qərarı mövcuddur və bu məsələ artıq tərəflər arasında mübahisə predmeti ola bilməz. Bundan başqa, cavabdehin kass asiya şikayətinin dəlilləri də ümumi xarakterli fərziyyələrdir. Belə ki, kassasiya şikayətində göstərilmişdir ki, mübahisə predmeti olan tikintilərin yerləşdiyi torpaq sahəsi "xxxx" Şirkətinin deyil, X2 ilə X3 birgə mülkiyyətindədir. Lakin "xxxx" Şirkətinin Ticarət Mərkəzi məhz X2 ilə X5 tərəfindən yaradılmış və həmin şəxslər qeyd olunan şirkətin təsisçiləri olmaqla bərabər həm də onun sahibidirlər. Əlavə olaraq kassasiya şikayətində göstərilmişdir ki, guya cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və binadan istifadə olunmasına maneçilik törədən heç bir inzibati akt qəbul edilməmiş və cavabdehin iddiaçının hüquqlarını pozan və qanunla qorunan maraqlarını pozulduğunu təsdiq edəcək heç bir sübut və dəlil yoxdur. Halbuki, iddiaçının mülkiyyətində olan “B” korpuslu bina məhz cavabdeh tərəfindən qanunsuz olaraq sökdürülmüş, digər bina və torpaq sahəsində də qanunvericiliyin tələbinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasına bilavasitə cavabdeh tərəfindən süni maneçiliklər törədilmiş, eləcə də iddiaçı tərəfindən məhz cavabdehin sərəncamı əsasında hazırlanaraq FHN və bütün qurumların razılığı alınmış Tikinti Layihəsi müxtəlif bəhanələrlə bu günə kimi cavabdeh tərəfindən qəbul olunmur və tikintinin aparılmasına icazə verilmir. Beləliklə, cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

39. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiy a şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

41. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktlarının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

43. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

44. Normanın məzmunundan göründüyü kimi, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia o halda mümkün sayılır ki, iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın.

45. Hazırkı halda, “əmlakın yeni layihə üzrə inşa edilməsinə e dilən maneənin aradan qaldırılması” hissəsində istinad edilən layihə üzrə tikintiyə icazə verildiyinə dair işdə sübut olmadığı, buradan, iddiaçı hazırkı mərhələdə həmin layihə üzrə tikinti aparmaq hüququna malik olmadığı halda, o, inzibati orqan tərəfindən hüququnun pozulduğunu iddia edə bilməz.

46. İddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 avqust tarixli, 2-1(102)-1981/2019 saylı qərarına (“əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneənin aradan qaldırılması” hissəsində) istinadı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, əvvəla, Ali Məhkəmənin istinad olunan qərarında apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsaslarından biri kimi iddiaçının istinad etdiyi hallarla bağlı apellyasiya instansiyası məhkəməs i tərəfindən hər hansı bir qiymətləndirmə aparılmadığı, bu iddia növünə münasibətdə onun mümkünlük şərtlərinin təhlil edilmədiyi göstərilmişdir. Başqa sözlə, həmin qərarda iddianın mümkünlük şərtlərinin yoxlanılması və qiymətləndirilməsi barədə göstərişlər vardır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, işin faktiki hallarının araşdırılması prinsipinin tələblərinin təmin olunması iddianın mümkünlüyünə də aiddir. İddianın mümkünlük şərtləri isə icraatın bütün mərhələlərində, o cümlədən yekun qərar qəbul edilərkən yoxlanılmalıdır. Hazırkı halda da, məhz həmin hissədə iddianın mümkünsüz olduğu işin hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir.

47. İddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdu r.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçının verdiyi şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

49. Məhkəmə tərəfindən hüquqi yardımın göstərilməsi məqsədi ilə "xxxx" şirkətinə bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilməsinin təklif edildiyinə baxmayaraq, iddiaçı 2021-ci il 22 fevral tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

50. İddia ərizəsi və ona əlavələrin ümumi məzmunundan göründüyü kimi, iddiaçının tələbinin həcmi hə m təsisçilərin (üçüncü şəxslərin) mülkiyyətində olan daşınmaz əmlakları (torpaq sahəsini və həmin sahə üzərindəki tikililəri), həm də bilavasitə iddiaçıya (onun sələfinə) ayrılmış 4500 kv.m torpaq sahəsini əhatə edir. Birinci instansiya məhkəməsi və onun gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddia tələblərini faktiki mövcud olan və bilavasitə iddiaçının sahiblik və istifadə hüquqları ilə əhatə olunan daşınmaz əmlaklara (o cümlədən, üçüncü şəxslərin mülkiyyətində olan və iddiaçının balansında olduğu qeyd olunan “A” tikilisinə) və bu əmlaklara müdaxilələrə münasibətdə təmin etmişdir. Başqa sözlə, məhkəmənin təmin etdiyi tələblər iddiaçının ümumi tələblərinin tərkibinə aid olmuşdur. Buna görə də, məhkəmənin iddia tələbindən kənara çıxdığına, bununla da İPM-in 52-ci maddəsinin tələblərinin pozulduğuna dair şikayətin dəlili əsaslı deyil.

51. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdehin verdiyi şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

52. Şikayətin dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi “A” korpusunun da “B” korpusu ilə "xxxx" şirkətinin deyil, məhz X2 ilə X3 birgə mülkiyyətində olan torpaq sahəsinin üzərində olmasını unutmuş və səhv nəticəyə gəlmişdir. Bu əsas üzrə iddiaçının tələbi mümkün sayılmamalı idi.

53. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, “A” tikilisinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin üzərində olması iddiaçının həmin tikiliyə mülkiyyətçilərin iradəsinə uyğun olaraq sahiblik və ondan istifadə hüquqlarını arada n qaldırmır. Beləliklə, iddiaçı həmin əmlaka dair hüququnun pozulduğunu iddia edə bilər.

54. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə “cavabdeh və ona tabe olan qurumlar tərəfindən qoyula biləcək maneələr aradan qaldırılmalıdır” kimi nəticəyə gələrkən maneənin ümumiyyətlə olduğunu, əgər varsa, nədən və hansı formada olmasını əsaslandırmamış və səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən "xxxx" şirkətinin balansında olan 4.500 kv.m. torpaq sahəsindən və «A» korpuslu binadan istifadə etməsinə hər-hansı maneənin qoyulması barədə heç bir inzibati akt qəbul edilmədiyini, eləcə də, iddiaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlilinin olmadığını, buna dair heç bir mötəbər sübut təqd im etmədiyini məhkəmə nəzərə almamışdır. Bu əsas üzrə də iddiaçının tələbi mümkün sayılmamalı idi.

55. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, məhkəmə qərarının nəticə hissəsinin məzmunundan göründüyü kimi, məhkəmə cavabdehin üzərinə faktiki mövcud olan maneələrin deyil, 4.500 kv.m torpaq sahəsindən və “A” korpuslu binadan iddiaçının istifadə etməsinə qoyula biləcək (gözlənilən) maneələrin aradan qaldırılması öhdəliyini qoymuşdur. Bu zaman, cavabdeh tərəfindən, təkcə hər hansı inzibati aktın qəbul edilib-edilməməsi şərt deyil. Belə ki, hüquqa müdaxilə, o cümlədən, hüquqların həyata keçirilməsinə maneənin yaradılması inzibati akt qəbul edilmədən, faktiki xarakterli hərəkətlə (fəaliyyətlə) də mümkündür. “B” tikilisinin iddiaçının iradəsinə zidd olaraq sök ülməsi faktının məhkəmələr tərəfindən müəyyən edildiyi nəzərə alındıqda, iddiaçının öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair hazırkı məzmunda iddiasının mümkünlüyü şübhə doğurmalı deyil.

56. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-1(105)-352/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar