Məhkəmə qərarları › İş №2-1(102)-65/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-65/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-65/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İDF-Mənzil Servis” MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “qəra rın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1365/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonunun Masazır kəndində 13 ha (yəni, 130 000 kv.m) torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) “X12” MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə “X12” MMCyə “Tikinti obyektinin istismarına icazə” verilmişdir (13ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı -“X12” MMC; tik inti obyektinin sifarişçisi -"xxxx" MMC).

3. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya “Tikinti obyektinin istismarına icazə” verilmişdir (2 ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı- "xxxx" MMC; tikinti obyektinin sifarişçisi -"xxxx" MTK).

4. İddiaçı MTK cavabdeh vergi orqanına 2019-cu ilin torpaq vergisi bəyannaməsini təqdim etmiş və bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsini “150.000.00” kv.m. göstərməklə “vergiyə cəlb olunmayan sahə” kimi bəyan etmişdir.

5. Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, **********481600 saylı «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktubla iddiaçıdan 150.000 kv.m torpaq sahəs inin vergiyə cəlb edilməli olmamasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün həmin dövr üzrə dəqiqləşdirilmiş torpaq vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. 6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 iyul 2020-ci il tarixli, **********040400 saylı qərar ilə kameral yoxlama nəticəsində vergi ödəyicisi (iddiaçı) tərəfindən təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000,00 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlərin təqdim edilməməsi əsası ilə 23.200 manat torpaq vergisi hesablanmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 5 avqust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə m üraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarın qanunsuz hesab edilməsi və ləğv olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aid olduğundan və Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmədiyinə görə həmin qərar əsassızdır. Çünki, “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci maddəsinin “a” bəndinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uş aq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Bundan əlavə, vergi orqanının tələb etdiyi təsdiqedici sənədlər elektron, yəni elektron kargüzarlıq vasitə ilə vergi orqanına 01 iyun 2020-ci il tarixdə təqdim edilmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilikdə dövlət və bələdiyyə mülkiyyətində olan ümumi istifadədəki yaşayış məntəqələri torpaqlarının vergidən azad edilməsi nəzərdə tutulmuşdur. İddiaçının bəyannamədə göstərdiyi torpaq sahəsi isə xüsusi mülkiyyətdədir.

10. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, e-2-1(112)-1339/2021 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı to rpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğuna istinad edərək hesablanmış verginin əsassız olduğunu bildirsə də, bəyannamə məlumatlarında qeyd edilən torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğu təsdiq edilmir. Əksinə, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışla xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğu müəyyən edilir. Odur ki, iddia tələbi əsassızdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1365/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəm əsinin 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 207.1.1-ci maddəsində göstərilir ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmir. Həmçinin, "Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci maddəsinin "a ” bəndində göstərilir ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s.) vergidən azad edilir. Bundan əlavə, mübahisələndirilən qərarda təsdiqedici sənədlər əlavə edilmədiyi göstərilsə də, vergi orqanın tələb etdiyi təsdiqedici sənədləri elektron, yəni elektron kargüzarlıq vasitə ilə vergi orqanına 1 iyun 2020-ci il tarixdə təqdim edilmişdir. Həmçinin, tələb edilən bütün sənədlər məhkəməyə də təqdim olunmuşdur. Məhkəmələr Vergi Məcəlləsinin 207.1.1ci maddəsi səhv formada şərh edərək torpaq sahəsinin xüsusi mülkiyyətdə olması əsası ilə iddia tələbini rədd etmişlər. Bundan başqa, məhkəmə prosesində 2020 və 2021-ci illər üçün qeyd edilən torpaq sahə sinə dair vergi hesablanmasına dair Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 18 fevral 2021-ci il tarixli məktubu təqdim edilmiş, lakin məhkəmə bu sübuta qiymət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddia tələbinə dair etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (mübahisələndirilən qərar qüvvədə olan redaksiyası): Maddə

203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçisinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.... Maddə

207. Vergi güzəştləri 207.1. Aşağıdakı torpaqlar torpaq ver gisinə cəlb edilmir: 207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;...

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

23. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, İddiaçı MTK cavabdeh vergi orqanına 2019-cu ilin torpaq vergisi bəyannaməsini təqdim etmiş və bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsini “150.000.00” kv.m. göstərməklə “vergiyə cəlb olunmayan torpaq sahəsi ” kimi bəyan etmişdir. 2

4. Cavabdeh qeyd olunan torpaq sahəsinin Vergi Məcəlləsinin 207.1.1-ci maddəsində təsbit edilmiş “yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları” kateqoriyasına aid olmaması, başqa sözlə, bu halın təsdiq edilməməsi əsası ilə torpaq vergisi hesablamış, aşağı instansiya məhkəmələri də cavabdehin dəlilləri ilə razılaşmış, torpaq sahəsinin xüsusi mülkiyyətdə olması əsası ilə iddia tələbini rədd etmişlər.

25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə araşdırması hərtərəfli aparılmamış, bununla da İPM-nin 12.1 və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur.

26. Belə ki, ilk növbədə məhkəmə kollegiyası yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarının vergiyə cəlb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. Vergi Məcəlləsinin (mübahisələndirilən qərar qəbul edilən za man qüvvədə olan redaksiyası) 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 207.1.1-ci maddəsinə əsasən isə yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmir.

28. Yuxarıda qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, torpaq vergisinə cəlb edilmə halının baş tutması üçün ilk növbədə sözügedən torpaq sahəsi fiziki şəxslərin və ya müəssisələrin mülkiyyətində və ya istif adəsində olmalıdır.

29. Odur ki, hazırkı iş üzrə müəyyən edilməli məsələ iddiaçının bəyannamədə göstərdiyi 15 ha torpaq sahəsinin onun mülkiyyətində və ya istifadəsində olmasıdır. Sözügedən torpaq sahəsi ilə bağlı isə məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: - “X12” MMC-yə Masazır kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsində (RX seriyalı ******* saylı Çıxarış ilə X1 xüsusi mülkiyyətindədir) “Yaşayış binalarının tikintisinə icazə verilməsi” barədə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli Sərəncamı (iş v.58); - Abşeron rayonu, Masazır kəndində 13 ha (yəni, 130 000 kv.m) torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) “X12” MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış; - 13 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”si (tikinti obyektinin podratçısı“X12” MMC; tikinti obyektinin sifarişçisi-"xxxx" MMC); - 2 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə”si (tikinti obyektinin podratçısı"xxxx" MMC; tikinti obyektinin sifarişçisi-"xxxx" MTK); - “X12” MMC tərəfindən inşa edilmiş binaların sərəncam hüququnun iddiaçıya verilməsi barədə Razılaşma (iş v.58).

30. Qeyd olunan sənədlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi 15.0 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olması ilə bağlı ətraflı araşdırılmamışdır. Həmçinin, vergitutma obyektini təşkil edən həmin torpaq sahəsinin mülkiyyətçisi və istifadəçiləri ilə bağlı təqdim edilmiş sənədlər də ziddiyyətlidir. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsi ilə iddiaçının vergidən azad olunması məsələsinə qiymət verməmişdən öncə, hesablanmış verginin vergitutma obyektini təşkil edən torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasını müəyyənləşdirməlidir.

31. Digər tərəfdən, məhkəmə kollegiyası razılaşır ki, sözügedən torpaq sahəsi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinin təsiri dairəsinə düşmür. Belə ki, Torpaq Məcəlləsinin 18.2-ci maddəsinə əsasə n, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlərin altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir.

32. Hazırkı iş üzrə isə torpaq sahəsinin Torpaq Məcəlləsinin müddəalarına uyğun olaraq yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlara aid olması halı təsdiqlənmir və bu halda, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsindəki güzəştin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna edilir. İddiaçı kassasiya şikayətində “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci maddəsinin "a” bəndinə istinad edərək, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsindəki güzəştin ona tətbiq edilməl i olduğunu iddia etsə də, qeyd edilməlidir ki, həmin Təlimat xx.xx.2003-cü il tarixdən qüvvədən düşdüyündən hazırkı işin hallarına tətbiq edilə bilməz.

33. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktuba münasibət bildirmədiyini göstərmişdir. İş materiallarında cavabdehin aşağıdakı məzmunda məktubu vardır: “Vergiyə cəlb edilməyən 15 ha torpaq sahəsinin təsisçilərin mülkiyyətində olması və müvafiq aktlarla kooperativə təhvil verilməsi ilə bağlı 2020-ci il üzrə təqdim edilmiş torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqların aradan qaldırılması barədə müraciətlərə baxılmışdır.... torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlar müraciətlər iniz əsasında... nəzərə alınmışdır...”(iş v.101).

34. Qeyd edilən məktubun məzmunu tam anlaşılan olmadığından, eyni zamanda iddiaçının qeyd edilən məktuba istinadən irəli sürdüyü dəlil aydın olmadığından, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məktubun məzmunu ilə bağlı cavabdehdən izah istəməli, o cümlədən məktubla bağlı iddiaçının dəlillərini dəqiqləşdirməli və qeyd edilən məktubu işdəki digər sübutlarla birgə qiymətləndirməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏR ARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1365/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar