Məhkəmə qərarları › İş №2-1(102)-65/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-65/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-65/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinət və təqaüdün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “ödənilməmiş müavinət və təqaüdün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-1503/2024 nömrəli qərarından cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 037263 nömrəli xx.xx.2022-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 2.Cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 dekabr 2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən (veteran vəsiqəsinin verildiyi tarixdən) qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. “Veteran vəsiqəsi” xx.xx.2022-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq gəlir vergisi üzrə azadolma və güzəştlər Mərkəzi Filialın səlahiyyətləri xaricindədir. 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 aprel 2023-cü il tarixli 3-17-1/2-87404/2023 nömrəli məktubundan görünür ki, İddiaçı veteran vəsiqəsinin verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərman əsasında Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək cari tarixədək ödənişi davam etdirilir. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən vətəndaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməmişdir. 4.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-B-27/2-1716/2023 nömrəli məktubdan görünür ki, DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın tətbiq edilmədiyi bildirilmişdir. 5.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-B-27/2-2487/2023 nömrəli məktubdan görünür ki, DİN-in sabiq əməkdaşı İddiaçı xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiy i müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidməti yeri yenidən dəyişdirilərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir. 6.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş 3-13-27/2-2512/2024 nömrəli 15 iyun 2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş DİN-in müvafiq komissiyasının xx.xx.2022-ci il tarixli 152 nömrəli protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqa nlarının sabiq əməkdaşlarına, Daxili Qoşunların sabiq hərbi qulluqçularına və XTPD-nin sabiq əməkdaşlarına müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi məsələsinə baxaraq, həmin döyüş əməliyyatlarında iştirak faktı müəyyən edilmiş 1991-1994-cü illərdə inzibati ərazidə xidmət etmiş Goranboy RPŞ-nin sabiq əməkdaşı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.Birinci instansiya məhkəməsindəki icraat 7.İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Da xili İşlər Nazirliyi MaliyyəPlan İdarəsinin iş üzrə cavabdeh qismində cəlb edilməsini, 2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ona ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən ödənilməsi, 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-1991-ci illər ərzində Ağdam, 19911995-ci ilin dekabr ayınadək isə Goranboy Rayon Polis Şöbəsində təhqiqatçı və müstəntiq vəzifəl ərində xidmət etmişdir. Xidmətdə olduğu müddətdə erməni qəsbkarlarına qarşı torpaqların müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İ Qarabağ müharibəsi veteranı kimi ona müavinət təyin edilmiş və həmin pul məbləği kimi əmək haqqına əlavələr edilməklə ona verilmişdir. O, 2017-ci ilin əvvəlinədək İ Qarabağ müharibəsi veteranı kimi veteran pulunu əmək haqqına əlavə edilməklə almışdır. 2017-ci ilin iyul ayından isə Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və bir neçə aydan sonra ağır xəstə olduğundan 2019-cu ilin fevral ayından Daxili İşlər nazirinin müvafiq əmrinə əs asən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində işlədiyi müddətdə, yəni 2017-ci ilin iyul ayından 2019-cu ilin fevral ayının 18-dək olan müddət ərzində ondan hər ay “gəlir vergisi” tutulmuş və başı xəstəliyə qarşıdığına görə 2017-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində ona müharibə veteranı müavinəti ödənilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. 9.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya veteran vəsiqəsi 20 oktyabr 2022-ci il verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətənd aşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək la zımdır. Belə ki veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki. iddiaçının istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh orqan ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin nö vü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehə müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də, iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz.

10. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin Bakı İnzibati Məhkəməsinin sorğusuna verdiyi cavabdan aydın olur ki, iddiaçıya xx.xx.2006-xx.xx.2011-ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə Veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək xx.xx.2017- xx.xx.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətd ə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında 17 iyun 2006-cı il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə müəyyən olunan müavinətlər hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara - onların xidmət keçdiyi orqan tərəfindən ödən ilir. İddiaçıya xx.xx.2011-ci il tarixdən sosial müavinəti verən inzibati orqan iddiaçının xidmət etdiyi orqan tərəfindən, yəni Daxili İşlər Nazirliyi olmuşdur. Qeyd edilən müavinət 2019-cu il 15 aprel tarixli Prezidentin Fərmanından sonra təqaüd şəklində cavabdeh orqan tərəfindən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməyə başlanılmışdır. İddiaçının mübahisələndirdiyi dövr qeyd edilən Fərmanadək ona müavinətin ödənilmədiyi dövrlərdir. Yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarından da, aydın olur ki, iddiaçıya həmin sosial müavinətin ödənişi xidmət keçdiyi orqan tərəfindən verilməli idi.

11. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il ta rixli, 2-1(112)-5237/2023 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2017-2019cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə həvalə edilməsi, İddiaçı 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün öhdənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müharibə veteranı adı və statusuna daha əvvəldən malik olmaqla xidmət etdiyi orqanda bu i mtiyazlardan istifadə etdiyindən, onun sonradan müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək üçün müraciət etməməsi əsası ilə müraciətindən imtina edilməsi inzibati orqan tərəfindən iddiaçının etimad hüququnun pozulması kimi qiymətləndirilərək onun 2017-ci ildən xidməti yerini dəyişdirərək 2019-cu ilin fevral ayınadək işlədiyi müddət üzrə müharibə veteranlarına ödənilməli olan müavinəti xidmət keçdiyi orqan, 2019-cu ilin fevral ayından sonrakı dövr, yəni iddiaçının xidməti başa çatdıqdan sonra isə ödənilməmiş müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməlidir.

13. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin ona qarşı təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Həmçinin həmin qərardan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və qərarın Nazirliyə qarşı təmin olunan hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(103)-15 03/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əvəz edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova (sədrlik edən və məruzəçi), R.Ə.Səmədov və E.Ə.Əliyev) 27 iyun 2024-cü il tarixli, 21(103)-1503/2024 nömrəli qərarı ilə hər iki cavabdehin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həv alə edilməsi, İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsi verilmiş, belə ki, məhz həmin vəsiqəyə əsasən iddiaçıya müvafiq dövrlərdə, məsələn: xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmiş, xx.xx.2011xx.xx.2017-ci il tarixlərində xidmət yer i dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş müharibə veteranı vəsiqəsi əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Sonuncu dəfə isə xidməti yeri yenidən dəyişdirilərkən Yasmal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə-xx.xx.2017- xx.xx.2019-cu il tarixlərində müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir. Bu fakt hazırkı iş üzrə cavabdeh qurumun-Daxili İşlər Nazirliyinin MaliyyəPlan İdarəsi tərəfindən məhkəməyə verilmiş 3-13-27/2-2512/2024 nömrəli 15 iyun 2024-cü il tarixli sorğuya cavab məktubu ilə də təsdiq olunur. İddiaçının xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsinin olması ilə bağlı müvafiq sənədlər DİN tərəfindən məhkəməyə təqdim olunmasa da, bu hal iddiaçını n məsuliyyət sferasına düşmür, həm də iddiaçının xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı vəsiqəsinin olması faktı yuxarıda da qeyd olunan DİN-nin sorğuya cavab məktubu ilə də tam təsdiq olunur. İddiaçının xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsinin olması, ona buna görə xidmət etdiyi dövrlərdə vergi güzəştinin tətbiq edildiyi iş materialları ilə təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməlidir. Lakin həmin müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzg ün nəticəyə gəlməmişdir. Belə ki, sonuncunun ayrıca bank hesabı, möhürü və əsasnaməsinin olmasına baxmayaraq hazırki iş üzrə iddiaçının irəli sürdüyü iddia tələbinin təmin olunacağı təqdirdə həmin iddia tələbi üzrə müvafiq müavinətlərin ödənilməsində müstəqil səlahiyyət sahibi olmaması, belə ki, bu səlahiyyət qanunla DİN-ə verildiyi üçün cavabdeh orqan da DİN hesab edilməli və belə olan halda məhkəmə qərarının icrasının mümkün olmayacağı nəzərə alınmamışdır. Odur ki, işin apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz olunduğu üçün məhkəmə qərarı iddiaçıya xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərd ə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilərək, həmin hissədə müavinəti ödəmək öhdəliyi Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır.

18. İddiaçının “2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin DSMF-nin SÖTMF-nin üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin tələbin təmin edilməsi ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, DSMF-nin SÖTMF tərəfindən ödənilməli olan müavinət və təqaüdün ödənilməli olduğu dövrü dəqiq göstərməmişdir. Belə ki, məhkəmə qərarında həmin dövr “2019-cu ilin fevral ayından sonrakı dövr” kimi göstərilsə də, bunun qe yri-müəyyən müddət olduğunu məhkəmə nəzərə almamışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçıya ona sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verilməsi xx.xx.2022-ci il tarixli protokol əsasında həyata keçirildiyi üçün və 2019-cu ilin fevralına qədər ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi qanunla DİN-nin vəzifəsinə aid edildiyindən bundan sonrakı dövr üzrə, yəni 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək (iddiaçıya sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixədək) müavinət və təqaüdün ödənilməsi vəzifəsi DSMF-nin SÖTMF-nin üzərinə qoyulmaladır. Odur ki, məhkəmə qərarı qeyd olunan hissədə də dəyişdirilərək, iddiaçıya 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək (iddiaçıya sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsini n verildiyi tarixədək) müavinət və təqaüdün ödənilməsi vəzifəsi DSMF-nin SÖTMF-nin üzərinə qoyulmalıdır.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına aid hissədə ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının Daxili İşlər Nazirliyinə qarşı təmin olunan hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a.Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayətinin dəlilləri etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

22. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıya ilk dəfə müharibə veteranı adı və vəsiqəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə ehtimal edərək qənaətə gəlmişdir ki, iddiaçıya əvvəlki dövrlərdə inzibati qurum tərəfindən güzəştlər tətbiq edilibsə, deməli xx.xx.2022-ci il tarixdən əvvəl də iddiaçının müharibə veteranı vəsiqəsi və adı olmuşdur. Məhkəmə araşdırması zamanı aydın olur ki, İddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixdə müharibə veteranı adı və statusu verilmişdir. İddiaçıya xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmiş, xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilən zaman DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə ona vergi güzəşti tətbiq edilmişdir. Lakin, iddiaçının yeri yenidən dəyişdirildikdən sonra, Yasamal rayon Polis İdarəsində ona güzəşt tətbiq olunması üçün müvafiq sənədlər tələb olunarkən məlum olmuşdur ki, iddiaçının güzəşt tə tbiq olunması üçün müharibə veteranı adı və vəsiqəsi yoxdur. Qanunvericiliyə uyğun olaraq iddiaçıya xx.xx.2017xx.xx.2019-cu il tarixlərində müvafiq sənədin təqdim edilməməsi səbəbindən güzəştlər tətbiq edilməmişdir. Sadalananlardan aydın olur ki, müxtəlif dövrlərdə iddiaçıya müharibə veteranı kimi güzəştlər tətbiq olunsa da, faktiki olaraq iddiaçının müharibə veteranı adı və vəsiqəsi olmamışdır. İnzibati qurum tərəfindən qanunun normalarının əvvəlki dövrlərdə yanlış tətbiq olunması - iddiaçıya müharibə veteranı adı və vəsiqəsi olmadan güzəşt tətbiq olunması - xx.xx.2017-xx.xx.2019-cu illər üçün verilən imtinanın əsassız olması mənasına gəlmir. Çünki həmin vaxtı məlum olmuşdur ki, iddiaçının müvafiq sənədləri yoxdur. Göründüyü kimi, məhkəmə ehtimala əsasən qənaətə gəlmişdir. İşin obyektiv a raşdırılması üçün vacib olan hal iddiaçının xx.xx.2022-ci il tarixdən əvvəl müharibə veteranı adı və vəsiqəsinin olub-olmamasının dəqiqləşdirilməsidir. İşdə olan Daxili İşlər Nazirliyi MaliyyəPlan İdarəsi tərəfindən verilmiş 3-13-27/2-2512/2024 nömrəli 15 iyun 2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş protokoldan çıxarışda görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ilk dəfə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının ver ilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanun vericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; Maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 25. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanı 2.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.1-1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 26. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə

3. Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərd ə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. 27. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram: 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prez identinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;...

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəm iyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Ma ddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətlərii formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır.

32. Belə ki, işin hallarından görünür ki, iddiaçı ona müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət və təqaüdün 2017-ci ildən vəsiqəni aldığı oktyabr 2022ci il tarixədək olan dövr üzrə ödənilməsini mübahisələndirir.

33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyiş dirilərək İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-1503/2024 nömrəli qərarı “İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müav inətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi” hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.

35. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

36. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə b ağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

37. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. 38. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəs inə əsasən, müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 39. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.1-1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

40. Göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hazırkı iddia üzrə cavabdeh qismində çıxış edən və həmin iddiaya cavab verməli olan inzibati orqan deyildir.

41. Məhkəmə kolleg iyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid olduğundan apellyasiya instansiyası məhkəməsi növbəti apellyasiya baxışı zamanı iddiaçıya xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi tələbinə münasibətdə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması ilə bağlı İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada yardım göstərməlidir.

43. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdehin əsl cavabdehlə əvəz olunması iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə doğurmamalıdır. Bu prosessual qənaət prinsipi baxımından olduqca əhəmiyyətlidir.

44. Əgər iddiaçı apellyasiya instansiya məhkəməsinin yardımını qəbul edərək iddia tələbinin əsl cavabdehlə əvəz olunması barədə ərizə v erərsə, apellyasiya instansiya məhkəməsi həmin ərizəni cavabdeh inzibati orqana təqdim etməli və ondan dəqiqləşdirilmiş tələblə əlaqədar münasibət bildirməsini tələb etməli, daha sonra xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün sosial müavinətin ödənilməsi tələbinə dair əsl cavabdehə qarşı iddiaya baxmalı və hüquqi qiymət verməlidir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi ilə bağlı gəlmiş olduğu nəticəni yuxarıda bəhs olunan qanunvericiliyin müddəalarına zidd hesab edərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

46. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əm ək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

47. Azərbaycan Respublikası Prezidentinin ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7ci yarımbəndi ləğv edilmişdir.

48. Azərbaycan Respublikası Prezidentinin ““Mü haribə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

49. Qeyd edilməlidir ki, qanunvericilikdə baş vermiş dəyişiklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir.

50. Belə ki, xx.xx.2019-cu il tarixədək müharibə veteranı vəsiqəsi almış şəxslərə “Sosial müavinətlər haqqında” Qanununa müvafiq olaraq sosial müavinət stat uslu ödəniş ödənilməsi, müavinətin eyni zamanda vəsiqənin verildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulduğu halda 2019-cu il 1 aprel tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. 2019-cu il 1 aprel tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir.

51. Təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən verilməsi nəzərdə tutulmuşdur. Təqaüdü almaq hüququ isə şəxsin müharibə veteranı statusunu təsdiq edən vəsiqə nin verildiyi tarixdir.

52. Eyni zamanda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi t əqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağını və məqsədini düzgün müəyyən etməmiş, həmçinin iş üzrə materiallara əlavə olunmuş sənədlərin hüquqi təbiətini və mahiyyətini düzgün qiymətləndirməmişdir.

54. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-B-27/2-1716/2023 nömrəli məktubdan görünür ki, DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi bildirilmişdir (s. 37).

55. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-B-27/2-2487/2023 nömrəli məktubdan görünür ki, DİN-in sabiq əməkdaşı İddiaçı xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidməti yeri yenidən dəyişdirilərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Yasmal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir (s.41).

56. Göründüyü kimi 03 may 2023-cü il tarixli məktubda DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi, xx.xx.2023-cü il tarixli məktubda isə DİN-in sabiq əməkdaşı İddiaçı xx.xx.2006xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəştinin tətbiq edildiyi, xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edildiyi, xidməti yeri yenidən dəyişdirilərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilmədiyi göstərilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan məktublardakı dəlillər arasındakı ziddiyyəti n səbəbini araşdırıb aradan qaldırılmamışdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparılmadan, iddiaçıya münasibətdə veteran vəsiqəsinin hansı tarixdən verilməsi aydınlaşdırmadan, iş materiallarındakı sənədləri təhlil etmədən xx.xx.2017-xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi nəticəsinə gəlmişdir.

59. Bu obyektiv araşdırma prinsipi baxımından mühüm əhəmiyyət kəsb edir. Obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti və zifəsindən irəli gəlir.

60. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırki işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı yuxarıda istinad edilən normaların dispozisiya şərtlərinin mövcud olub-olmadığını müəyyən etməyə və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

61. İddiaçı xx.xx.2022-ci il tarixli müharib ə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş DİN-in müvafiq komissiyasının xx.xx.2022-ci il tarixli 152 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanlarının sabiq əməkdaşlarına, Daxili Qoşunların sabiq hərbi qulluqçularına və XTPD-nin sabiq əməkdaşlarına müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi məsələsinə baxaraq, həmin döyüş əməliyyatlarında iştirak faktı müəyyən edilmiş 1991-1994-cü illərdə inzibati ərazidə xidmət etmiş Goranboy RPŞ-nin sabiq əməkdaşı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi qərara alınmışdır.

62. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı qərar qəbul edilibedilməməsi ilə bağlı araşdırma aparmamış, DİN-nin idarələri tərəfindən biri-digərini təkzib edən məktubları arasında olan ziddiyyəti aradan qaldırmamış, bu barədə DİN-ə sorğu verməmişdir.

63. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” vəsiqəsi (ümumiyyətlə vəsiqə) statusu müəyyən edən inzibati akt deyil, inzibati aktla şəxsə verilmiş statusu təsdiq edən sənəddir. Bu baxımdan həmin statusa malik şəxslərə müvafiq vəsiqənin verildiyi tarix deyil, şəxsə həmin statusun verilməsi barədə qərarın qəbul edildiyi tarix həlledici əhəmiyyət daşıyır və “Veteranlar haqqında” Qanunun 7-ci maddəsi də məhz bu mənada təfsir olunmalıdır.

64. Hazırkı halda da, müvafiq statusun nə vaxtdan verildiyi nəzərə alınmalı və ona uyğun olaraq yuxarıda göstərilən qa nunvericiliyin tələblərinə müvafiq olaraq müavinət və təqaüdün təyin edilərək ödənilməsi məsələsi həll olunmalıdır.

65. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qər arında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

67. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)1503/2024 nömrəli qərarı “İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müh aribə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə mümkün sayılmamalı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-1503/2024 nömrəli qərarı “İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödəniş lərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-1503/2024 nömrəli qərarı “İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi” hissəsində ləğv edilsin və iddia tə ləbi həmin hissədə mümkün sayılmasın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-1503/2024 nömrəli qərarı “İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayətl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar