Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-650/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı vəkili Vəkili, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin vəkili Vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09. 10.2018-ci tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin 24.10.2016-cı il tarixli ********* qərarı ilə iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi 11.08.2017-ci il tarixli ********* saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında 27 sentyabr 2017-ci il tarixli ********* saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. 27 sentyabr 2017-ci il tarixli ********* saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar ilə iddiaçıya 2015-ci il üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 205.863,83 manat vergi borcu və 103.131,92 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 27 sentyabr 2017-ci il tarixli ********* saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-237/2018 saylı, 27 apr el 2018-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 27 sentyabr 2017-ci il tarixli ********* saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09.10.2018-ci tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-237/2018 saylı, 27 aprel 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus VÖEN-nin məhkəmə qaydasında ləğv edilməsinə baxmayaraq 27 sentyabr 2017-ci il tarixli ********* saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar ilə iddiaçıya 2015-ci il üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 205.863,83 manat vergi borcu və 103.131,92 manat məbləğində maliyyə sanksiyası hesablanması qanunazidd olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09.10.2018-ci tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsinin istinad etdiyi məhkəmə işi üzrə Ali Məhkəmənin verdiyi izahda iddiaçının “VÖEN”-nin ləğv edilməli old uğu qeyd olunsa da, həmin iş üzrə mübahisələndirilən məsuliyyət qərarı ilə hesablanmış 34.813,46 manat ÖMV qüvvədə saxlanılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 08.12.2016-cı il tarixli qərarı ilə Departamentin apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin 02.05.2016-cı il tarixli qərarı qismən – hesablanmış 16.000,0 sadələşdirilmiş vergi, 34.813,46 manat ÖMV və ona hesablanmış 50 faiz maliyyə sanksiyasının ləğvi hissədə ləğv edilərək iddia həmin hissədə təmin edilməmişdir. Ali Məhkəmə isə 12.07.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08.12.2016-cı il tarixli qərarını qismən ləğv edərək 16.000,0 manat sadələşdirilmiş vergi və ona müvafiq tətbiq edilmiş 8.000,0 manat maliyyə sanksiyası hissədə iş üzrə icraata xitam vermiş, Bakı Apel lyasiya Məhkəməsinin qərarını qalan hissədə dəyişdirmədən saxlamışdır. Başqa sözlə həmin iş üzrə Ali Məhkəmə iddiaçının VÖENinin ləğv edilməli olduğunu qeyd etsə də, hesablanmış 34.813,46 manat ÖMV-ni qüvvədə saxlamaqla iddiaçının vergi öhdəliyinin onun uçotda olub-olmamasından asılı olmadığı qənaətinə gəlmişdir. Belə olan halda həmin əsasla hazırki iş üzrə hesablanmış məbləğlər araşdırılmadan iddianın təmin edilməsi qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən, uçot-baza məlumatlarına əsasən Iddiaçı 20.05.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alındığını nəzərə alsaq, vergi qanunvericiliyinin tələbi baxımından həmin vaxtdan onun vergi ödəyicisi kimi hüquq və vəzifələri yaranmışdır. Eyni zamanda iddiaçı həmin vaxtdan fəaliyyəti zamanı yaranmış vergi öhdəlikləri üçün cavabdehlik daş ıyır. Kassator İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 90, 96-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 385.1.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09.10.2018-ci tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1804/2018 saylı 09.10.2018-ci tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin vəkili Vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09.10.2018-ci tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09.10.2018-ci tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, “Səyyar vergi yoxlamasını n keçirilməsi haqqında” ******** nömrəli 24.10.2016-cı il tarixli qərar ilə Iddiaçı fəaliyyəti üzrə 01.06.2015-ci il tarixdən 01.10.2016-cı il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə iddiaçı Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti başçısının 21.01.2015-ci il tarixli sərəncamına əsasən Ünvan yerləşən fərdi yaşayış evini sökərək, yerində yenidən təqdim olunmuş layihəyə uyğun olaraq bir bloklu, 7 mərtəbəli (4.901,52 m2) yaşayış binası tikdirmişdir. Tikinti başa çatdıqdan sonra iddiaçının binanı fərdi yaşayış məqsədi üçün istifadə etməyərək, təqdim etdiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə tikin tinin ümumi sahəsini, o cümlədən yaşayış, qeyri yaşayış və satışa yararlı sahələrini müəyyənləşdirmək məqsədi ilə Departamentin "Mütəxəssis dəvət edilməsi haqqında" ********* nömrəli 24.11.2016cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən inşa etdirilmiş binanın ümumi sahəsi 4.901,52 m2 təşkil etmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və AZİMETİnin məlumatlarına əsasən yaşayış binasının tikintisi zamanı özül tavası, zirzəmi mərtəbəsi və 1ci mərtəbənin tikinti quraşdırma işləri üçün betonun 21.05.2015-ci il tarixdə verildiyini nəzərə alaraq, təməl qoyma işlərinin 2015-ci ilin may ayında həyata keçi rildiyi müəyyən edilmişdir. Qeyd olununlar nəzərə alınmaqla iddiaçıya mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2015-ci ilin 2-ci rübü üçün 205.863,84 manat (4.901,52 m2 x 10 x 4.2 (Bakı şəhəri 3-cü zona)) vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı E.Yusifzadə cavabdeh tərəfindən 01 iyun 2015-ci il tarixdə ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmasının qanunsuz olmasına istinad etməklə, digər tələblərlə yanaşı, cavabdeh vergi orqanının şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ƏDV uçotunun ləğvinə dair iddia qaldırmışdır. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 21(81)-281/16 saylı, 02 may 2016-cı il tarixli qərarı ilə iddiaçının həmin tələbi təmin edilmişdir. Qeyd olunan iddia tələbi üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)-805/17 saylı iş üzrə 12 iyul 2017-ci ildə qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2-1(102)-805/17 saylı qərardadı ilə həmin qərara izah verilərək göstərilmişdir ki, «Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1985/16 saylı, 08 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanması, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında ləğv edilmiş Bakı Vergilər Departamenti tərəfindən X açılmış ********* saylı vergi ödəyicisinin eyniləşdirm ə nömrəsinin ləğv edilməsi başa düşülsün». Göründüyü kimi, iddiaçıya məxsus ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) məhkəmə qərarı qaydasında ləğv edilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən 27 sentyabr 2017-ci il tarixli ********* saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)-805/17 saylı iş üzrə 12 iyul 2017-ci il tarixli yekun məhkəmə aktının icrasının həyata keçirilib-keçirilməməsini, başqa sözlə cavabdeh tərəfindən VÖEN-in ləğv edilib-edilməməsi məsələsini araşdırmalı, bundan sonra hazırkı iş üzrə iddiaçıya hesablanmış vergi məbləğinin qanuniliyinə qiymət verməli, başqa sözlə həmin iş üzrə iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasına dair əsaslarla hazırkı iş üzrə iddiaçıya hesablanmış vergi məbləğinin əsaslarının eynilik təşkil edib-etməməsinə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Vergilər Departamentinin kassasiya şikayəti qismən təmin edilsin. Nazirliyi yanında Lokal Gəlirlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1804/2018 saylı 09.10.2018-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-650/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-650/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver