Məhkəmə qərarları › İş №2-1(102)-650/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-650/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-650/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( vergi məsuliyyətinə cəlb edilmə haqqında qərarın ləğv edilməsi, müddəti keçmiş ümidsiz borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbay can Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın və həmin qərar əsasında hesablanmış əsas vergi borcunun və maliyyə sanksiyasının, hesabatların müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın və həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilərək "İddiaçı" MMC-nin şəxsi hesabından silinməsinin cavabdehə həvalə edilməsinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2304/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, "İddiaçı" MMC-də (iddiaçı) ləğv edilmiş Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2010-cu il tarixli qərarı ilə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələri xx.xx.2011-ci il tarixli aktla rəsmiləşdirilmiş, həmin akt əsasında xx.xx.2011-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2009-cu il üzrə 1727,03 manat məbləğində mənfəət vergisi, 7065.12 manat məbləğində ƏDV, ümumilikdə 8792,15 manat məbləğində əsas vergi və həmin məbləğə tətbiq edilmiş 4476,08 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması ilə hesablanmış əsas vergi məbləğinin bir hissəsi vergi ödəyəcisinin həmin dövrə yaranmış artıq ödəməsinə mütənasib olaraq silinmiş və vergi ödəyicisinin ümumilikdə 6501,11 manat vergi borcu qalmışdır. Qeyd edilən 6501,11 manat vergi borcunun tərkibi vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə əsasən tərtib edilmiş səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2011-ci il tarixli qərar üzrə hesablanmış 1985,03 manat əsas vergi və 4476,08 manat maliyyə sanksiyasından, 40,0 manat məbləği isə 2014-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2015-ci il tarixli "He sabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyəcisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında" qərar üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ibarətdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın və həmin qərar əsasında hesablanmış 1985,03 manat əsas vergi və 4476,08 manat maliyyə sanksiyasının, xx.xx.2015-ci il tarixli "Hesabatların müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında" Qərarın və həmin qərar əsasında tətbiq edilmiş 40,0 manat məbləğində m aliyyə sanksiyasının ləğv edilərək "İddiaçı" MMC-nin şəxsi hesabından silinməsinin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəmiyyətin tək təsisçisi və baş direktoru olan X3 qanunvericiliyin tələbləri çərçivəsində cəmiyyətin fəaliyyətinin dayandırılması barədə müraciət etdiyi tarixdən etibarən (bir neçə gün sonra) şəxsi işi ilə əlaqədar xarici ölkəyə köçmüşdür və 2011-ci ildən isə Qazaxıstan Respublikasında daimi yaşayır. 2019-cu ilin əvvəllərində Bakıdakı qonşuları ilə telefon əlaqəsi saxlayan zaman ona bildirilmişdir ki, onlara məlum olmayan məsələ il bağlı Vergilər Nazirliyindən bildiriş gəlmişdir. Evdə heç kim olmadığından poçtalyon mək tubu onlara verməmiş bildirmişdir ki, məktub xxxx və İddiaçı MMC-yə ünvanlanmışdır. Bu hadisədən sonra, Cəmiyyətin tək təsisçisi və baş direktoru olan X3 vəkillə müqavilə bağlayaraq, məsələlərə aydınlıq gətirməyə çalışmışdır. Vəkil tərəfindən cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə edilmiş xx.xx.2019-cu il tarixli müraciət əsasında onlara məlum olmuşdur ki, "İddiaçı" MMC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 6.501,11 manat ödənilməmiş vergi borcu vardır. Cavabdeh tərəfindən verilmiş məktuba əsasən yuxarıda qeyd edilən 6.501,11 manat vergi borcunun tərkibi vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə əsasən tərtib edilmiş səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2011-ci il tarixli "Vergi ödəyi cisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar üzrə hesablanmış 1 985,03 manat əsas vergi və 4 476,08 manat maliyyə sanksiyasından, 40,0 manat məbləği isə 2014-cü il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2015-ci il tarixli "Hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında" Qərar üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ibarət olduğu məlum olur. Həmin qərarlar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi səbəbindən ləğv edilməlidir. Belə ki, "İddiaçı" MMC tərəfindən xx.xx.2009-cu il tarixli "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış" ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin 3 nömrəli Filialının Koordinasiya şöbəsinə müraciət edilərək, xx.xx.2009cu il tarixindən xx.xx.2014-cü il tarixinədək cəmiyyətin fəaliyyətinin muzdlu işçilərə əmək haqqının ödənilməməsi ilə dayandırılması barədə müraciət edilmiş və həmin tarixdə müraciət qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən hansısa səbəbdən iddiaçı barəsində vergi borcu və sanksiyaların tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-ci maddəsinə əsasən, "Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və y a digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Cəmiyyətin tək təsisçisi və baş direktoru olan xxxx qanunvericiliyin tələ bləri çərçivəsində cəmiyyətin fəaliyyətinin dayandırılması barədə müraciət etdiyi tarixdən etibarən (bir neçə gün sonra) şəxsi işi ilə əlaqədar xarici ölkəyə köçdüyündə və bu günə qədər nə "İddiaçı" MMC, nə də xxxx Azərbaycan Respublikası ərazisində hər hansı bir fəaliyyətlə məşğul olmadığından cəmiyyətə qarşı hər hansı bir vergi borcunun hesablanması və tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Tərəflərindən xx.xx.2019-cu il tarixində cavabdehə müraciət edilərək, borcun silinməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********162900 saylı, xx.xx.2019-cu il tarixində poçta təqdim edilmiş və xx.xx.2019-cu il tarixidə onların ünvanına çatdırılmış məktubla müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə baxılacağı bildirilsə də, müraciətlərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, heç bir cavab verilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1699/2019 saylı qərarı ilə (hakim E.M.Mustafayev) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edərək, AR Vergi Məcəlləsinin və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2011-ci il tarixli qərar AR VMnin müəyyən edilmiş tələblərinə riayət edilməklə qəbul edi lmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyindən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2304/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 1699/2019 saylı qərarı qismən - borcun ”İddiaçı” MMC barəsində qəbul edilmiş xx.xx.2011-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında " Qərarın və həmin qərar əsasında hesablanmış 1985,0 3 manat əsas vergi və 4476,08 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesabından silinməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddia bu hissədə təmin edilərək “İddiaçı" MMC barəsində qəbul edilmiş xx.xx.2011-ci il tarixli “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərarın və həmin qərar əsasında hesablanmış 1985,03 manat əsas vergi və 4476,08 manat maliyyə sanksiyası, cəmi 6461 (altı min dörd yüz altmış bir) manat 11 (on bir) qəpiyin İddiaçı MMC-nin şəxsi hesabından silinməsi cavabdehə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ümumilikdə 6461,11 manat borcu üzrə tələbetmə müddəti 2014-ci ildə bitmişdir. Lakin cavabdeh tərəf (vergi orqanı) bu borcun qeyd olunan vaxtdan sonrakı dövr üzrə əməliyyatlar (malların təqdim edilməsi) üzrə yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmiş, eləcə də həmin borcun ödənilməsinin təmin edilməsi üsullarından (vergi ödəyicisinin hesablarından borcun dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, həmin hesablara həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, əmlakın siyahıya alınması üçün tədbirlər görmək və s.) müvafiq dövrdə istifadə etməsi ilə bağlı da məhkəməyə heç bir sübut və dəlil təqdim etməmişdir. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək həmin qərarın qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası iddiaçıya hesablanmış vergi borcunun Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 5 illik tələbetmə müddətinin keçməsini nəzərə alaraq silinməsi barədə qərar qəbul etsə də, əsas vəzifəsi olduğu halda iddianın mümkünlüyü məsələsini yoxlamamışdır. Belə ki, vergi ödəyicisi vergi borcunun 5 illik müddət keçməsi ilə əlaqədar silinməsinə dair vergi orqanına müraciət etməmiş və bununla bağlı vergi orqanından imtina cavabı almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada mə lumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından da göründüyü kimi, iddiaçı "İddiaçı" MMC-nə qarşı qəbul edilmiş xx.xx.2011-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın və həmin qərar əsasında hesablanmış 1985,03 manat əsas vergi və 4476,08 manat maliyyə sanksiyasının, xx.xx.2015-ci il tarixli "Hesabatların müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında" Qərarın və həmin qərar əsasında tətbiq edilmiş 40,0 manat məbləğində maliyyə sanksiyasının ləğv edilərək "İddiaçı" MMC-nin şəxsi hesabından silinməsinin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC-yə hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən ümidsiz borc kimi silinməsindən cavabdeh tərəfindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmas ına səbəb olan hal kimi qiymətələndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, "İddiaçı" MMC-də ləğv edilmiş Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2010-cu il tarixli qərarı ilə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələri xx.xx.2011-ci il tarixli aktla rəsmiləşdirilmiş, həmin akt əsasında xx.xx.2011-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2009-cu il üzrə 1727,03 manat məbləğində mənfəət vergisi, 7065.12 manat məbləğində ƏDV, ümumilikdə 8792,15 manat məbləğində əsas vergi və həmin məbləğə tətbiq edilmiş 4476,08 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması ilə hesablanmış əsas vergi məbləğinin bir hissəsi vergi ödəyəcisinin həmin dövrə yaranmış artıq ödəməsinə mütənasib olaraq silinmiş və vergi ödəyicisinin ümumilikdə 6501,11 manat vergi borcu qalmışdır. Qeyd edilən 6501,11 manat vergi borcunun tərkibi vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə əsasən tərtib edilmiş səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2011-ci il tarixli qərar üzrə hesablanmış 1985,03 manat əsas vergi və 4476,08 manat maliyyə sanksiyasından, 40,0 manat məbləği isə 2014-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnaməsinin vaxtında təqdim edilməməsinə görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2015-ci il t arixli "Hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyəcisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında" qərar üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.1-ci maddəsinə görə, hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.3-cü maddəsinə əsasən, vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4-ci maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqd an sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 93.1.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. 93.2-ci maddəsinə görə, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. 149.2-ci maddəsinə əs asən, bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. 177.2-ci maddəsinə əsasən, ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. 178-ci maddəsinə əsasən, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin b itməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Qərarda həmçinin vurğulanmışdır ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunveric iliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablaşma hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə, Vergi Məcəlləsinin 65-ci, 89-cu və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qo yulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Qərarda göstərilmişdir ki, məhkəmənin müraciətində qaldırılmış məsələ ilə bağlı vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar vergi orqanları tərəfindən həyata keçirdiyi tədbirlərin, bu tədbirlərin keçirilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərin, yaranmış vergi borclarının ümidsiz hesab edilməsinin əsaslarının açıqlanması böyük əhəmiyyət kəsb edir. İddiaçı MMC-nin mübahisələndirdiyi borcla bağlı 2009-cu ilin vergilər üzrə borcu 3 il ərzində hesablansa da, həmin borcun ödənilməsi üçün Vergi Məcəlləsinin 85.4-ci maddəsi ilə müəyyən olunan 5 illik tələb etmə müddəti 2014-ci il tarixdə bitmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı MMC-nin ümumilikdə 6461,11 manat borcu üzrə tələbetmə müddəti 2014-ci ildə bitmişdir. Lakin cavabdeh tərəf (vergi orqanı) bu borcun qeyd olunan vaxtdan sonrakı dövr üzrə əməliyyatlar (malların təqdim edilməsi) üzrə yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmiş, eləcə də həmin borcun ödənilməsinin təmin edilməsi üsullarından (vergi ödəyicisinin hesablarından borcun dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, həmin hesablara həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, əmlakın siyahıya alınması üçün tədbirlər görmək və s.) müvafiq dövrdə istifadə etməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, ləğv edilmiş Bakı şəhər Vergilər Departamentinin İddiaçı MMC-yə qarşı vergi borcunun tutulması tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2014-cü il tarixli. 2(82)- 4349/2014 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilsə də, sonradan xx.xx.2019-ci il tarixli, 2(82)-4349/2014 saylı məhkəmə qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Sonda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 22(82)-687/2019 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan vergi orqanı a pelyasiya şikayəti vermişdir və Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli, 2-2(103)-534/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)- 687/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin şəxsi hesab vərəqəsinə əsasən, İddiaçı MMC-nin mübahisələndirilən qərarın qəbul olunduğu, yəni xx.xx.2011-ci il tarixə hesablanmış 8792,15 manat əsas vergi məbləğinin bir hissəsi vergi ödəyicisinin həmin dövrə yaranmış artıq ödəməsinə mütənasib olaraq silinmişdir və vergi ödəyicisinin ümumilikdə 6461,11 manat vergi borcu qalmışdır. İddiaçı MMC-yə hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən ümidsiz borc kimi silinmə sindən cavabdeh tərəfindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətələndirilməlidir. Cavabdehin kassasiya şikayətində bildirilir ki, iddiaçı - vergi ödəyicisi vergi borcunun 5 illik müddət keçməsi ilə əlaqədar silinməsinə dair vergi orqanına müraciət etməmişdir və beləliklə də iddianın mümkünlüyü məsələsi mübahisələndirilmişdir. Cavabdehin bu dəlili iş materialları iş təkzib olunur. Belə ki, iş materiallarında olan ərizədən görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 müddətin keçməsi ilə əlaqədar vergi borcunun silinməsi və iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə hazırda mübahisələndirilən qərarların ləğv edilməsinə dair ərizə ilkin olaraq cavabdehə müraciət etmişdir. Ona görə də kassasiya şikayətinin bu dəlili əsassızıdır. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normala rı düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir, iddianın təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2304/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar