Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-650/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarın mübahisələndirilməsi; bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2020-ci il 11 avqust tarixli, 2-1(103)-917/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 251506,40 manat əlavə vergi məbləği və 41397,95 manat maliyyə sanksiyasının onun hesabından silinməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 251.506,35 manat məbləğində vergi borcunun hesablanması və 4139 7,95 manat maliyyə sanksiyasının tətbiqi ilə bağlı cavabdehin “vergilərin hesablanması barədə” 2018-ci il 16 iyul tarixli, **********583900 nömrəli qərarının maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyinə görə qanunsuz əlverişsiz inzibati akt hesab etməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının özünə fərdi yaşayış evi tikməsi Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən əsassız və qanunsuz olaraq çoxmərtəbəli bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlıq fəaliyyəti kimi qəbul edilmiş, kameral vergi yoxlaması aparmış, bu əsasla onun hərəkəti sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyindən vergidən yayınma halı kimi qiymət ləndirilərək ona analoji yoxlama adı ilə 2016-cı ilin 4-cü rübünə olan dövrə 2018-ci il 16 iyul tarixdə 251506,40 manat əlavə vergi məbləği və 41397,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 292904,35 manat məbləğində borc hesablanmış, həmin borc şəxsi hesab vərəqəsinə işlənərək ondan ödənilməsi tələb edilmişdir.
4. Vergi orqanı tərəfindən yanlışlığa yol verilmiş, şəxsi ehtiyacları üçün tikilmiş fərdi yaşayış evi beşmərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş, buna görə də yanlış nəticə çıxarmışlar. Bununla vergi əməkdaşları eyni zamanda vergi qanunvericiliyinin tələblərini pozmuşlar.
5. İddiaçı əvvəllər tamam başqa sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı ********** nömrəli VÖEN almış, sonradan sahibkarlıq fəali yyətini dayandırdığından VÖEN ləğv edilmişdir. Qanunvericilik normalarının tələblərindən əsasən əhalinin fərdi ehtiyaclarının və ya kommersiya məqsədləri ilə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər sayılmaqla apardıqları tikintiyə görə sadələşdirilmiş vergi ödəməlidirlər. İddiaçı isə belə bir fəaliyyətlə məşğul olmamış, özünün şəxsi ehtiyacları üçün fərdi yaşayış evi tikmiş, onun fəaliyyəti Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində qeyd olunmuş bina tikintisi fəaliyyətinə dair anlayışı əhatə etmir. Ona görə də, bu maddələrini tələbləri onun fəaliyyətinə tətbiq edilməməlidir. Bundan əlavə, vergi əməkdaşları heç bir əsas olmadan, onun ləğv etdiyi ********** nömrəli VÖEN-ni özbaşına bərpa etmiş və qanunsuz olaraq bu VÖEN-ə əsasən onun şəxsi ehtiyacları üçün tikdiyi fərdi yaşayış evini sahibkarlıq fəaliyyəti kimi qiymətləndirib 2016-cı ilin İV rübünə ona 292904,35 manat məbləğində vergi borcu hesablamışlar.
6. Beləliklə, iddiaçının inşa etdiyi yaşayış binası satış üçün inşa edilməmiş, tikinti sənədlərinə müvafiq olaraq özünə çoxmənzilli fərdi yaşayış evi inşa etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən silinməsi xahiş edilən 292.904,35 vergi borcunun tərkibi “Vergilərin hesablanması barədə” 2018-ci il 16 iyul tarixli, **********583900 nömrəli qərardan, əlavə faiz hesablamalarından ibarətdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ünvan 1 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahə sində ümumi sahəsi 3401,02 kv.m olan binanın 2016-cı ilin 4-cü rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, müvafiq hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.
8. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli **********430600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, 2016-cı ilin 4-cü rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin cari sadələşdirilmiş vergi bəyannaməsinin və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və müvafiq sənəd lər vergi orqanına təqdim edilmədiyindən 2018-ci il 16 iyul tarixdə 2016-cı ilin 4-cü rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 251506,35 manat vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə 2018-ci il 16 iyul tarixli, **********583900 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir.
9. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcə lləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır.
10. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-59 5/2019 saylı, 04 mart 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 251.506,35 manat məbləğində vergi borcunun hesablanması ilə bağlı cavabdehin “vergilərin hesablanması barədə” 2018-ci il 16 iyul tarixli, **********583900 saylı qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyinə görə qanunsuz əlverişsiz inzibati akt hesab etməklə ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerində fərdi yaşayış binasının tikilməsi iddiaçının yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olması qənaətinə gəlinməsi üçün əsas sayıla bilməzdi. İddiaçı belə bir tikinti fəaliyyəti ilə məşğul olduğu təqdirdə, həmin yaşayış binasının və ya onda yerləşən mənzillərin alğı-satqısı həyata keçirilməli idi. Cavabdeh isə bununla bağlı məhkəməyə hər-hansı sübutu təqdim etməmişdir. Həmçinin, cavabdeh vergi hesablamasının aparılması üçün qanunvericiliyin əlaqəli məlumatlardan istifadə edilməsinə dair tələblərinə və kameral vergi yoxlamasının həyata keçirilməsi müddətinə riayət etməmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 02 iyul tarixli, 2-1(103)-1405/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)39/2020 saylı, 2020-ci il 29 yanvar tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 02 iyul tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu maddi hüquq normasının yoxlanılması üçün müvafiq işin hallarının müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində bi ldirilmiş dəlilə uyğun olaraq bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2020-ci il 11 avqust tarixli, 2-1(103)-917/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi və onların bir qisminin ilkin müqavilə kimi təqdim edilməsi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yerinə yetirildiyini anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yaradır ki, bu əsas üzrə iddiaçı ən azından bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs ki mi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilməlidir. Təqdim olunmuş müqavilələrə nəzər saldıqda aydın olmuşdur ki, həmin müqavilələr müxtəlif şəxslərlə bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilələrdən ibarətdir. Qeyd edilən müqavilələrə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra iddiaçı müvafiq mənzilləri satmağı, alıcılar isə almağı öhdəlik kimi qəbul edirlər. Müqavilə əsasında alıcı təqdim edilməsi nəzərdə tutulan mənzilin qiymətinin bir qismini satıcıya ödəyir, qalan qismini isə əsas müqavilə bağlandıqda ödəməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilələrdə vergi ödəyicisi tərəfindən qeyd edilən verginin ödənilməsi barədə hər hansı qeyd aparılmamışdır. Həmçinin sözügedən müqavilələrdə vergi ödəyicisinin, nəinki, sadələşdir ilmiş vergini ödəməsi, hətta, alğı-satqı zamanı əmlakın mülkiyyətçisi olmadığı aşkar olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası qeyd etmişdir ki, “binanın kommersiya məqsədləri üçün tikilməməsi”nə dair dəlilləri iş materiallarında olan hər hansı sübutla təsdiq edilmir, əksinə təqdim olunmuş müqavilələrlə binanın sırf sahibkarlıq məqsədləri üçün tikildiyi sübut olunur.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya məhkəməsi hə r hansı bir araşdırma aparmadan və heç bir əsas olmadan Vergi Məcəlləsinin 37.1. 37.2, 37.2-1, 37.4, 67. 72, 218.1, 218.1.3, 218.4, 218.4.3, 219.3. 219.3-1 maddələrinin tələblərini və iddiaçının coxmənzilli fərdi yaşayış evi tikməsinə dair hüquqi sənədlərini sadalamaqla heç bir hüquqi əsası olmayan, heç bir sübuta istinad etmədən iddiaçını bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirmişdir.
23. Eyni zamanda, işdə olan ilkin alğı-satqı müqavilələri üzrə də heç bir araşdırma aparmadan iddiaçının həmin şəxslərdən borc almasına görə onlarla belə müqavilə bağlamasına, borcunu qaytardıqdan sonra həmin müqavilələri ləğv etməsinə dair izahatı ilə bağlı müqavilə bağlanmış şəxslərdən hər hansı birini dinləmədən, bununla bağlı cinayət işi olduğ undan cinayət işinin nəticəsini sorğulamadan (işin icraatı dayandırılmışdır), özünün qeyd etdiyi kimi iddiaçının ilkin alğı-satqı müqaviləsi bağladığı anda hətta həmin əmlakın mülkiyyətçisi olmadığını, ilkin alğı-satqı müqavilələrinin bir qisminin həqiqətən ləğv edilməsini və bir qisminin də müddətinin keçməsi ilə xitam edilməsin nəzər almadan, onlara heç bir hüquqi qiymət vermədən, onları qəbul etməməsini və gəldiyi nəticəni əsaslandırmadan, hətta iddiaçını inşa etdiyi fərdi yaşayış binasını “kommersiya məqsədləri üçün tikilməsinə dair” cavabdehin dəlillərinin iş materiallarında olan hər hansı bir sübutla təsdiq edilmədiyi qənaətinə gələrək, əksinə təqdim edilmiş müqavilələrlə binanın sırf sahibkarlıq məqsədləri üçün tikildiyinin sübut olduğunu göstərmişdir.
24. Yuxarıda qeyd olunduğu kim i, işdə olan sənədlərdə və “Vergilərin hesablanması barədə” 2018-ci il 16 iyul tarixli, **********583900 nömrəli qərarda iddiaçının vergi ödəyicisi olması və iddiaçı ilə bağlı kameral yoxlama aparılması üçün vergi orqanında heç bir əsas, hər hansı bir sənəd-sübut olmamışdır. Belə ki, vergi orqanında iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olması bağlı heç bir sənəd olmamışdır, həmçinin iddiaçı da vergi orqanına hər hansı bir sənəd, o cümlədən vergi bəyannaməsi təqdim etməmişdir. Yəni cavabdeh tərəfindən iddiaçıya dair “Kameral vergi yoxlaması” aparılması üçün heç bir qanuni əsas olmamışdır. İkincisi, apellyasiya və kassasiya şikayətlərində istinad etdiyi heç bir hüquqi qüvvəsi olmayan ilkin alğısatqı müqavilələri və ya həmin müqavilələr barədə hər hansı bir məlumat mübahisələndiril ən qərar qəbul edilərkən cavabdehə məlum olmamışdır. İlkin alğısatqı müqavilələri mübahisələndirilən 2018-ci il 16 iyul tarixli qərar qəbul edildikdən çox sonra əldə edilmişdir. Yəni həmin qərara əsasən 2018-ci il 21 sentyabr tarixdə bu faktla bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi başlanmış və həmin ilkin alğı-satqı müqavilələr istintaq tərəfindən əldə edilmişdir. Yəni cavabdehin istinad etdiyi dəlil qərar qəbul edilərkən məlum olmadığından və yoxlama aparılması üçün başqa hər hansı əsas olmadığından birmənalı olaraq “Vergilərin hesablanması barədə” 2018-ci il 16 iyul tarixli, **********583900 nömrəli qərar qanunsuzdur. Beləliklə, kameral vergi yoxlaması qanunsuz və əsassız aparılmış və Vergilər Məcəlləsinin 37.1ci maddəsinin tələbləri pozulmuşdur. İddia tələbinin mah iyyəti məhz qərarın qanunsuz və əsasız olmasından ibarətdir. Lakin məhkəmə bu dəlil təhrif edərək sübutları yanlış qiymətləndirmişdir. Apellyasiya məhkəməsi ilkin alğı-satqı müqavilələri ilə bağlı qanunvericilik normalarını- Mülki Məcəllənin 402.4 və 402.5-ci maddələrinin müddəalarını tətbiq etməli olduğu halda, əsassız və qanunsuz olaraq heç bir hüquqi nəticəsi olmayan, hüquqi qüvvəsini mübahisəyə kimi itirmiş müqavilələri cavabdehin ən tutarlı dəlili kimi qəbul etmiş, məhz buna istinad edərək qərar qəbul etmişdir.
25. Ali Məhkəmənin İnzibati Kollegiyasının “İddiaçı X1 cavabdeh Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə” 2020-ci il 16 sentyabr tarixli, 21(102)-l500/2020 saylı qərarından da görünür ki, həmin mübahisənin predmeti də eyni ilə İddiaçı mübahisə pr edmetidir. Yəni Q.Mehdizadə də özünə məxsus şəxsi evini müvafiq sənədlərə əsasən söküb yerində çoxmərtəbəli çoxmənzilli fərdi yaşayış evi tikmiş, vergi orqanı onun qanunsuz olaraq vergi ödəyicisi kimi qiymətləndirib barəsində “Kameral vergi yoxlaması aparmış və ona da əsassız vergi borcu hesablamışlar. Birinci instansiya məhkəməsi iddiaçı Q.Mehdizadənin inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsinə dair iddia tələbini təmin etmiş, yuxarı instansiya məhkəmələri də qüvvəsində saxlamışdır.
26. Ali Məhkəmənin həmin qərarının “Kassasiya instansiyası məhkəməsinin mövqeyi hissəsinin 38 və 39-cu bəndlərində göstərilir ki, İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçı cox mənzildən ibarət binanın hansı fərdi ehtiyaclara hesablandığını əsaslandırmaq öhdəliyi daşımır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçının vəkilinin şifahi vəsatəti nəzərə alınmaqla 2021-ci il 06 aprel tarixə təyin edilmiş məhkəmə iclası 2021-ci il 13 aprel tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə icraat iştirakçılarına məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında təmsil olunmamış, iştirak etməmələrinin üzrlü səbəblərinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsini n mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
28. Vergi Məcəlləsi: Maddə
218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: (...) 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər)... Maddə
219. Vergitutma obyekti (...) 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir...
29. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.
31. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları İPM-in tələblərinə uyğun araşdırılmış, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
33. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 218.1.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həmin normanın tətbiqi (vergi ödəyicisinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə aid edilməsi) bina tikintisinin məqsədi ilə şərtlənir: bina əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməlid ir.
34. İşin məhkəmələr tərəfindən tədqiq olunmuş materialları ilə müəyyən edilir ki, Xətai RİHB-nın 2016-cı il 25 iyul tarixli 240 saylı sərəncamı əsasında İddiaçı tərəfindən xüsusi mülkiyyətində olan Xətai rayonu, Sarayevo küçəsi, 13T ünvanda yerləşən qeyri-yaşayış binasını söküb, yerində təqdim olunmuş layihəyə uyğun olaraq çoxmənzilli fərdi yaşayış binasının tikintisinə icazə verilmişdir.
35. Təməlqoyma işlərinə 2016-cı ilin 4-cü rübündə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 2 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi və onların bir qisminin ilkin müqavilə üzrə təqdim edilməsi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərini təmin edir. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yaradır ki, bu əsas üzrə iddiaçı ən azından bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilməlidir.
37. İddiaçının şikayətinin həmin müqavilələrlə bağlı dəlili ondan ibarətdir ki, işdə olan ilkin alğı-satqı müqavilələri iddiaçının müqavilə tərəfləri olan şəxslərdən borc alması məqsədi ilə bağlanmışdır, iddiaçı borcunu qaytardıqdan sonra həmin müqavilələr ləğv ediləcəkdi. Apellyasiya instansi yası məhkəməsi bu xüsusatı araşdırmamışdır.
38. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, həmin müqavilələr üzrə tərəfləri öz iradə ifadələrinə uyğun razılığa gəlmək və bunu (iddiaçının qeyd etdiyi kimi, borc öhdəliyini) müqavilə ilə rəsmiləşdirmək imkanından onları məhrum edən, həmçinin işdə olan, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi müqavilələrin qüvvəsini aradan qaldıran hər hansı hal müəyyən edilməmişdir.
39. İddiaçının şikayətində Ali Məhkəmənin İnzibati Kollegiyasının “İddiaçı X1 cavabdeh Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə” 2020-ci il 16 sentyabr tarixli, 2-1(102)-l500/2020 saylı qərarına istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmi r. Belə ki, məhkəmə kollegiyası həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının istinad etdiyi həmin işdən fərqli olaraq cavabdeh inzibati orqan hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqus t tarixli, 2-1(103)-917/2020 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.