Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-650/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinə hüququn qeydə alınması (iş № 2-1(102)-650/2022) Hakimlər: Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qarajın üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (AZE ********, FİN-xxxxxxx) xx.xx.1954-cü ildə Tovuz rayonu, Çataq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçı 1987-ci ildən 2012-ci ilədək ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1992- ci il tarixli, 844 nömrəli Sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S 16 saylı binanın bir qrup sakini ilə birlikdə ona qarajın tikintisi üçün yer ayrılmış və həmin vaxtdan etibarən öz hesabın a mişar daşı ilə qaraj inşa edilərək, bugünədək tərəfindən istifadə olunur. İddiaçı qarajın dövlət qeydiyyatına alınması üçün 13.11.2019-cu il tarixdə cavabdehə rəsmi məktubla müraciət etmiş, lakin adıçəkilən qurumun 13.12.2019-cu il tarixli məktubu ilə müraciəti rədd edilmişdir.
3. Cavabdeh iddiaçıya göndərdiyi 13.12.2019-cu il tarixli məktubunda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B y/s, 16 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binası (qaraja) yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyindən və yerləşməsinə dair texniki sənədlər təqdim edilmədiyindən müraciətinin təmin edilməsi tərəflərində n mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 7 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1987-ci ildən 2012-ci ilədək ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Həmin mənzil yenə də, ona məxsusdur və orada oğlu yaşayır. 2012-ci ildən etibarən isə ünvan 3 ünvanında yaşayır. Bakı şəhəri Sura xanı rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1992- ci il tarixli, 844 nömrəli Sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S 16 saylı binanın bir qrup sakini ilə birlikdə ona qarajın tikintisi üçün yer ayrılmış və həmin vaxtdan etibarən öz hesabına mişar daşı ilə qaraj inşa edilərək, bugünədək tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun həyata keçirilməsi məqsədilə qeyd olunan qarajın dövlət qeydiyyatına alınması üçün 13.11.2019-cu il tarixdə cavabdehə rəsmi məktubla müraciət etmiş, lakin cavabdehin 13.12.2019-cu il tarixli, nömrəli məktubu ilə müraciəti rədd edilmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.
7. Məhkəmənin sorğusu ilə əldə olunmuş Azərbay can Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 23.03.1992-ci il tarixli, 844 saylı sərəncamın və həmin sərəncama əlavə edilmiş kooperativ üzvlərinin siyahısının təsdiq olunmuş ksero surətlərinə əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 844 nömrəli, 23.03.1992-ci il tarixli sərəncamına əsasən “Günəş” qaraj tikinti kooperativinin əlavə 5 nəfər üzvünün siyahısı təsdiq edilmişdir. Sözügedən siyahıda 2-ci sırada iddiaçının adı və onun mənzilinin nömrəsi qeyd olunmuşdur.
8. İşdə olan 165 nömrəli MTK tərəfindən verilmiş 15 nömrəli, 03.04.2021-ci il tarixli arayış və qarajla bağlı fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış sahəsi, ev 16, mənzil 27 ona məxsusdur və hazırda həmin mənzildə ailəsi ilə birlikdə onun oğlu iddiaçı yaşayır. A-B yaşayış sahəsi 16 saylı binanın qarşısında, yolun kənarında sakinlərə məxsus bir neçə şəxsi avtomobil qarajları fəaliyyət göstərir və həmin qarajlardan biri, yəni 224 nömrəli qaraj iddiaçıya məxsusdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-642/2021 saylı iş) 19 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində iddiaçının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 10. "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır. İddiaçı sözügedən qaraja dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə hüquqmüəyyənedici sənədləri təqdim etmişdir ki, həmin sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının qeyd olunan qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apell yasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3 -məruzəçi, X1 və X8, 2-1(103)2320/2021 saylı iş) 10 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədn saxlanılmışdır.
13. Cavabdeh kasasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
14. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" Y/S, 16 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış binasına (qaraja) aıd teyniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxanşın ve rilməsi ilə bağlı 18.11.2019-cu il tarixdə poçt vasitəsilə İdarəyə müraciət etmişdir. Ərizəyə sənədlərin surətİ əlavə edilmiş. sözügedən sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir.
15. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyriyaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər {torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı iiə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanınm tikilinin inşa edilməsinə İcazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir. Bundan əlavo, sö^.ügedən qeyri-yaşayış binası yaşayış binalannın həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyindən və yerləşməsinə dair texniki sənədlər təqdim edilməmişdir. Həmçinin Suraxanı Ray on İcra Hakimiyyətinin 23.03.1992-ci il tarixli, 844 nömrəli Sərəncamı ilə yalnız "Günəş" qaraj tikinti kooperativinin əlavə 5 nəfər üzvünün siyahısı təscliqlənmiş, və bu siyahmm təsdiqlənməsinin məqsədi "qarajların tikiirnssi və qeydiyyata alınması" yox, "boksların (daşınar əmlak) qurasdırılması" olıiıuşdur. Qeyd olunanan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
16. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza ləyin edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş. həmçinin üçüncü şəxslərin c əlb edilməsi barədə İdarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
17. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli 2-1(103)2320/2021 saylı qərarının ləğv edilməsi və iddiaçının idda tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və x itam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edi lməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (-); 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-).
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı t ərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılm asının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
21. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifa dəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikin ti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. 22. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində veri lmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarı ilə və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayəti 8 (səkkiz) səhifədən ibarət olsa da, onun 6 (altı) səhifəsini sadəcə bir çox maddi və proessusual hüquq no rmalarının məzmununu sadalaması təşkil edir, yəni cavabdeh sözügedən maddi və prosessual hüquq normalarını kassasiya şikayətinə yazmaqla kifayətlənərək onun qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən həmin hüquq normalarının pozulmasının işin konkret halları baxımından nədən ibarət olmasını göstərməmişdir ki, bu da cavabdehin kassasiya şikayətində yazdıqlarının formal və deklarativ xarakter daşıdığını isbat edir. Halbuki cavabdeh kassasiya şikayətində göstərmişdir ki, “apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur”dur.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh onun qənaətinə görə, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozulmasını mütləq şəkildə işin konkret halları ilə əlaqələndirməklə sübut etməli idi. Lakin cavabdeh kassasiya şikayətində bunu etməmişdir.
28. Həmçinin cavabdeh kassasiya şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi tərəfindən “ müvafiq ünvanda ekspertiza təyin edilməmiş” və “ həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə idarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş”dir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə icaslasında cavabdehin müxtəlif nümayəndələri iştirak etsələr də, məhkəmə iclaslarının protokollarından göründüyü kimi, onların heç birindən nə ekspertiza təyin edilməsi, nə üçüncü şəxslərin işə cəlb edilməsi, nədə ki, ümumiyyətlə heç bir vəsatət məhkəməyə verilməmiş, apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasların ın isə heç birində cavabdehin nümayəndələri iştirak etməmiş, hər hansı vəsatətlərdə apellyasiya məhkəməsinə göndərməmişlər. Sadəcə olaraq sözügedən məsələlər cavabdeh tərəfindən apellyasiya şikayətində yazılmışdır.
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 23.03.1992-ci il tarixli, 844 saylı sərəncamın və həmin sərəncama əlavə edilmiş kooperativ üzvlərinin siyahısına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 844 nömrəli, 23.03.1992-ci il tarixli sərəncamına əsasən “Günəş” qaraj tikinti kooperativinin əlavə 5 nəfər üzvünün siyahısı təsdiq edilmişdir. Sözügedən siyahıda 2-ci sırada İddiaçı Oruc oğlunun adı və onun mənzilinin nömrəsi qeyd olunmuşdur.
31. Həmç inin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 165 nömrəli MTK tərəfindən verilmiş 15 nömrəli 03.04.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış sahəsi, ev 16, mənzil 27 ona məxsusdur və hazırda həmin mənzildə ailəsi ilə birlikdə onun oğlu X5 yaşayır. A-B yaşayış sahəsi 16 saylı binanın qarşısında, yolun kənarında sakinlərə məxsus bir neçə şəxsi avtomobil qarajları fəaliyyət göstərir və həmin qarajlardan biri, yəni 224 nömrəli qaraj İddiaçı məxsusdur.
32. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********86 nömrəli, 13.12.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə si, A-B y/s, 16 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış (qaraja) aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 18.11.2019-cu il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binası (qaraja) yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyindən və yerləşməsinə dair texniki sənədlər təqdim edilmədiyindən müraciətinin təmin edilməsi tərəflərindən mümkün deyildir.
33. Beləliklə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 844 nömrəli, 23.03.1992-ci il tarixli sərəncamına əsasən “Günəş” qaraj tikinti kooperativinin əlavə 5 nəfər üzvünün, o cümlədən İddiaçı Oruc oğlunun adı qeyd olunan siyahısı təsdiq edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış sahəsi, ev 16, mənzil 27 iddiaçıya məxsusdur və hazırda həmin mənzildə ailəsi ilə birlikdə onun oğlu X5 yaşayır. A-B yaşayış sahəsi 16 saylı binanın qarşısında, yolun kənarında sakinlərə məxsus bir neçə şəxsi avtomobil qarajları fəaliyyət göstərir və həmin qarajlardan biri, yəni 224 nömrəli qaraj İddiaçı məxsusdur. İddiaçı qaraja aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 13.12.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi sözügedən qeyri-yaşayış binası (qaraja) yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyi və yerləşməsinə dair texniki sənədlər in təqdim edilmədiyi bildirilmişdir. Halbuki, 165 nömrəli MTK tərəfindən verilmiş 15 nömrəli 03.04.2021-ci il tarixli arayışdan və qarajla bağlı fotoşəkillərdən sözügedən qarajın A-B yaşayış sahəsi 16 saylı binanın qarşısında, yolun kənarında sakinlərə məxsus bir neçə şəxsi avtomobil qarajları ilə bir sırada yerləşməsi, sıra nömrəsinin 224 nömrəsi olması müəyyən edilmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur.
35. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin imtina məktubunda göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqin i tapmadığından, onun apelyasiya şikayətində göstərdiyi “Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməli” barədə dəlillərini də əsassız hesab edir və qeyd olunan dövlət orqanlarının üçüncü şəxs qismində tərəf kimi cəlb edilməsinə və ekspertizanın təyin edilməsinə zərurət görmür.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli apellyasiya məhkəməsinin inzibati kollegiyasının 10 dekabr 20 21-ci il tarixli 2-1(103)-2320/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.