Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-650/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qeydiyyatdan çıxarılma; oxşar işlər üzrə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyab r 2024-cü il tarixli, 2-1(103)-3200/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (Yeni ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(112)-15828/2023 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəm əsinin (hakim E.Ə.Əliyev) 21 fevral 2024-cü il tarixli, 2-1(112)3592/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək üçüncü şəxs X2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, (Yeni ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
4. Üçüncü şəxs X4 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən), K.H.Əkbərov və P.A.Hüseynov) 24 sentyabr 2024-cü il tarixli, 2-1(103)3200/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edi lərək iddia rədd edilmişdir.
6. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı və Doquşeva Mariyat qardaşları-yəni, hazırkı iş üzrə üçüncü şəxs X3 bildirmədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən “istifadə hüququnun itirilməsi” tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçıların tələbi təmin edilmişdir. Hazırkı iş üzrə üçüncü şəxs X4 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qət edilmiş qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb təzələnməsi barədə qərardad qə bul edilməsini xahiş etmişdim. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, 15 iyul 2021-ci il tarixli, qərardadı ilə, həmin məhkəmənin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bundan sonra hazırkı iş üzrə üçüncü şəxs X1rdaşı İddiaçı və bacısı Doquşeva Mariyat ləğv edilmiş qiyabi qətnamə üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 5068/2021 saylı qətnaməsi ilə D oquşeva Mariyat və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə X2 istifadə hüququnun olmamasına dair iddia tələbini təmin edilməməsi qət olunmuşdur. X4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə qardaşı İddiaçı və bacısı Doquşeva Mariyat tərəfindən buraxılmadığından X4 mənzilə köçmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi ilə X2 cavabdehlər Doquşeva Mariyat və İddiaçı qarşı mənzilə köçürülməyə dair hissədə iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürül məsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Doquşeva Mariyat və İddiaçı tutularaq mənə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci mad dələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: 1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmən in konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin ö zünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəl lənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işl ər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, M.B.Qənbərlinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iş üzrə 2- 1(102)-145/2018 nömrəli, 23 yanvar 2018-ci il tarixli, S.N.Kərimovun Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iş üzrə 21(102)-2444/2019 nömrəli, 24 sentyabr 2019-cu il tarixli, Y.A.Rizayevanın Şəki şəhər (rayon) Polis Şöbəsinə qarşı iş üzrə 2-1(102)-737/2022 nömrəli, 06 may 2022-ci il tarixli, R.P.Səmədovun Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-1849/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli, A.M.İbrahimovun Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-338/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli, V.M.Aşimovanın Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-2263/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarlarda və LR.Ağayevanın cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-1448/2024 nömrəli, 5 aprel 2024-cü il tarixli qərardadında) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğu halda, o, həmin əmlakda qeydiyyatda olan, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya əmlaka münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxs(lər)in qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edə n qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
15. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir ne çəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3200/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.