Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-651/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-651/19 Bakı şəhəri 20 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ba kı şəhəri Pirallahı rayon şöbəsinin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018ci il tarixli, 2-1(103)-2579/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında və arayışda öz əksi ni tapmış işlədiyi bütün iş illərinin və hərbi biletində göstərilən müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün və diplomunda göstərilən təhsil müddətinin iş stajına daxil edilməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1966-cı il tarixdə anadan olmuşdur. 16 iyul 1990-cı il tarixli 26 saylı əmrə əsasən X2 Geofizika ekspedisiyasında 4-cü dərəcəli karotajçı, 16 avqust 1990-cı il tarixdən mühəndis vəzifəsində işləmiş, 21 aprel 1997-ci il tarixdən işdən öz xahişi ilə azad olunmuş, 02 aprel 1998-ci il tarixdən X1 geofizika ekspedisiyasının 1 saylı Mədən geofizika partiyasında 6-cı dərəcəli karotajçı vəzifəsində, 01 fevral 2000-ci il tarixdən mühəndis, 21 dekabr 2001- ci il tarixdən 13-cü dərəcəli dəstə rəisi, 01 fevral 2006cı il tarixdən 43 saylı kompleks mədən fizika dəstəsində dəstə rəisi vəzifəsində çalışmış, 07 yanvar 2014-cü il tarixdən öz xahişi ilə işdən azad olunmuş, 08 yanvar 2014-cü il tarixdən hal-hazıradək “Azəri mədən geofizika ekspedisiyasının kompleks mədən fizika dəstəsində” dəstə rəisi vəzifəsində çalışır. Həmçinin, hərbi xidmətdə olmuş və təhsil almışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun tələb olunan stajı olmadığından, ərizəni təmin etməkdən imtina etmişdir. Halbuki, ona məxsus əmək kitabçası, hərbi bilet, diplomdan görünür ki, 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı vardır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının təqdim etdiyi sənədlərə görə onun 01 yanvar 2006-cı il tarixədək ümumi stajı 16 il 03 ay 17 gün və 08 il 06 ay 05 gün güzəştli iş stajı olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümün deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-1(82)2320/2018 saylı qərarı (hakim Rüstəm Kərimli) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçası, diplom və hərbi biletdəki qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018 -ci il tarixli, 2-1(103)-2579/2018 saylı qərarı ilə (sədrlik edən hakim Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qərarda birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razı olduğunu bildirmiş və əlavə olaraq heç bir əsas göstərməyərək, hüquq normalarını sadalamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 yanvar 2010-cu il tarixədə qüvvəyə minmiş dəyişiklik olananadək) 31.1, 37.7, “Vətəndaşların pensiya təminatı haqqınd a” Azərbaycan Respublikası Qanununun 13-cü maddələri, sonuncu Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı və həmin Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səb əbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajına malik deyildir. Daha bir dəlillə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, vətəndaşların təhsil aldığı dövr onların sığorta stajına daxil edilmir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutları göstərilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prose ssual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Digər prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, maddi hüquq normalar yalnız işin hallarına münasibətdə tətbiq oluna bilər ki, onların müəyyən edilməsi isə prosessual hüquq normaların tətbiqinin nəticəsi olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları, habelə apellyasiya instansiya məhkəməsinin özünün müəyyən etdiyi işin halları əks olunmamışdır. Halbuki, Azərbaycan Respublika sı İPM-nin 69.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiya məhkəməsinin qərarında işin hallarının müəyyən edilməsi isə məhkəmənin vəzifəsi olmaqla Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında öz əksini tapmışdır: - 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; - 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; - 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar; - 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur; - 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir; - 58.6-cı maddəsinə əsasən, sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər; - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; - 82-ci maddəyə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsəl ələr, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanmış qanunvericiliyin tələblərinə görə, apellyasiya instansiya məhkəməsi sübutlar və işin faktiki halları ilə bağlı səlahiyyətli məhkəmə olmaqla, işin həllinə yönəlmiş bütün halları müəyyən etməyə borcludur və bunu həyata keçirərkən əlavə olaraq zəruri sübutları da tələb edə bilər. Bu vəzifəni yerinə yetirərkən məhkəmə şikayətin hədləri ilə bağlı olsa da, lakin ilk əvvəl işin müəyyən edilməmiş hallarının tamamlanmasında maraqlı olmalıdır. “Faktiki hallar” anlayışı isə iddiaçının və yaxud cavabdehin m übahisə ilə bağlı bildirdiyi halları nəzərdə tutmur və bu baxımdan “işin faktiki vəziyyəti” ilə bağlı anlayışından fərqləndirmək zəruridir. Sonuncu məsələ Azərbaycan Respublikası İPM-nin 69.3-cü maddəsində müəyyən edilmişdir ki, ona əsasən qərarın təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası yuxarıda istinad edilmiş prosessual qanunvericiliyə əsaslanmaqla qeyd edir ki, ap ellyasiya instansiya məhkəməsinin qərarında (əsaslandırma hissəsində) məhz məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları mütləq qaydada göstərilməlidir. Yalnız bundan sonra məhkəmə tərəfindən bu və ya digər hallara uyğun tətbiq etdiyi maddi hüquq normalar müəyyən edilməli və mübahisənin həlli barədə nəticə əldə olunmalıdır. Habelə, kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə artıq apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara tətbiq edilmiş maddi hüquq normaların yoxlanılması aid olduğu üçün, ilk olaraq hansı halların müəyyən edilməsi qərardan bəlli olmalıdır. Bu olmadıqda, tətbiq edilmiş maddi-hüquq normaların yoxlanılmasında da çətinlik yaranır və mahiyyət etibarı ilə kassasiya instansiya məhkəməsi bu halların müəyyən edilməsinə ehtimalla, mülahizə ilə yanaşaraq mübahisəyə qiymət vermək məcburiyyətində qalır. Bu qaydalara riayət edilməməsinin nəticəsi olaraq məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarla bağlı gəldiyi nəticəyə münasibətdə aşağıdakıları qeyd edir. Qərarda yalnız Azərbaycan Respublikası İPM-nin və pensiya qanunvericiliyinin müddəaları sadalanmış, lakin qərarın mətnindən tam aydın deyildir, apellyasiya instansiya məhkəməsi tərəfindən hansı hallar müəyyən edilmiş, habelə həmin hallar hansı sübutlarla öz təsdiqini tapmışdır ki, apellyasiya məhkəməsi həmin hallara münasibətdə maddi hüquq normalarını tətbiq etmişdir. Ən azından, apellyasiya məhkəməsinin qərarından iddiaçının hansı tarixdən güzəştli şərtlərlə pensiya hüququnun yarandığı göstərilmədiyindən, hansı tarixə münasibətdə hüquqi qiymə tləndirmənin aparıldığı qeyri-müəyyəndir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, kassasiya şikayətində bildirilmiş dəlillərin qiymətləndirilməsi də mümkün deyildir, çünki onların qiymətləndirilməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına uyğun tətbiq etdiyi maddi hüquq normaları ilə bağlı olmalıdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslandıdırlmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 87.8-ci maddəsi müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin Məcəllənin 92.0.6-ci maddəsinə əsasən. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğ un olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinin müdiri XXX tərəfindən verilmiş verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2579/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-651/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-651/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver