Məhkəmə qərarları › İş №2-1(102)-651/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-651/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-651/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli 2-1(103)-1739/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1945-ci il tarixdə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır.

2. DSMF Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 23.01.2007-ci il tarixli qərarı ilə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanu nunun 9,5 və 10-cu maddələrinə müvafiq olaraq, 2 nömrəli siyahı üzrə 01.01.2007-ci il tarixdən 129,93 manat məbləğdə ömürlük pensiya təyin edilmişdir.

3. İddiaçıya məxsus əmək kitabçasında əksini tapmış məlumatlara əsasən, o 07.06.2001-ci ildə Bakı “Radio quraşdırma” İB Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 1-ci dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmiş, 10.07.2001-ci il tarixdə Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 8-ci dərəcəli bölmə komandiri keçirilmiş, 29.11.2004-cü ildə Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 3-cü dərəcəli atıcı keçirilmiş, 08.01.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, pensiya təyin edilən zaman onun Bakı “Radioquraşdırma” İstehsalat Birliy inin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 07.06.2001-ci ildən 08.01.2007-ci ilədək atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilmədiyini bildirmiş və bu dövrün də sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

5. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və 06.12.2018-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, ərizədə qeyd etdiyi ikinci iş yeri haqqında heç bir arayış təqdim edilmədiyindən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 07.06.2001-ci ildən 10.07.2001-ci ilədək Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, 10.07.2001-ci ildən 29.11.2004-cü ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və 29.11.2004-cü ildən 08.01.2007-ci ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Çünki o, əmək kitabçasında göstərilən bütün müddətlər ərzində faktiki işləmişdir. İşlədiyi müddətlər onun adına açılmış əmək kitabçası ilə və arayışlarla öz təsdiqini tapmışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2-1(82)790/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir.

9. Qərarla razılaşmayan cavabdeh ondan apelyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29.10.2019-cu il tarixli, 2-1(103)-2416/2019 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi natamam olmuş, iddiaçı yalnız Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 07.06.2001-ci ildən 08.01.2007-ci ilə atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, bundan sonra hansı hərəkətlərin edilməsini iddia ərizəsində göstərməmiş, birinci instansiya məhkəməsi isə yardım etmək vəzifəsindən istifadə etmədən natamam iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. ç. Birinci instansiya məhkəməsindəki ikinci icraat

12. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 07.06.2001-ci ildən 10.07.2001-ci ilə qədər Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, 10.07.2001-ci ildən 29.11.2004-cü ilə qədər Hərbiləşdirilmiş Mühafizə dəstəsində 8-ci dərəcəli atıcı və 29.11.2004-cü ildən 08.01.2007-ci ilə qədər Hərbiləşdiril miş Mühafizə dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona “Bakı Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Hərbi Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2-1(112)-3111/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, 07.06.2001-ci ildən 10.07.2001-ci ilədək Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1ci dərəcəli atıcı, 10.07.2001-ci ildən 29.11.2004-cü ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və 29.11.2004-cü ildən 08.01.2007-ci ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli at ıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla, ona yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiyasının yenidən hesablanmasını istədiyi müddətin həm 01.01.2006-cı il tarixədək, həm də ondan sonrakı dövrü onun əmək kitabçası, iddiaçının pensiya işində olan DSMF tərəfindən verilmiş məcburi dövlət sosial sığorta haqqı barədə arayış, “Üfüq” İB “Radioquraşdırma” zavodunun arayışı və cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi arayışla təsdiq olunur.

15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarı n ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2-1(103)-1739/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nagıyeva və C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsindən «Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla,» sözləri çıxarılmış, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmış, cavabdehin apelyasiya şikayəti qismən təmin edilmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarı n ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində deyilir ki, iş materiallarından göründüyü kimi iddiaçının məhkəməyə verdiyi iddia tələbində göstərdiyi eyni məzmunlu müraciətlə 22.11.2018-ci il tarixdə müraciət etmiş və bu zaman iddia tələbini təsdiq etmək məqsədi ilə iş yerlərindən arayış təqdim etməmişdir. Məhz bu səbəbdən inzibati orqan həmin arayışın təqdim edilməsinin zəruriliyi barədə iddiaçıya rəsmi cavab ünvanlamışdır. Lakin iddiaçı qeyd edilən arayışı inzibati orqana təqdim etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması gedən zaman iddiaçı inzibati orqan tərəfindən ondan is tənilən arayışı məhkəməyə təqdim etmişdir (09.12.2019-cu il tarixdə 65/02 k saylı arayış). Bununla da iddiaçı qeyd edilən arayışı inzibati orqana təqdim etməməklə ona edilmiş müraciəti tam, hərtərəfli və qanuni araşdırmağa inzibati orqana imkan vermədən məhkəməyə müraciət etmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı ona əmək pensiyası təyin edilərkən hal-hazırki iddia tələbində göstərdiyi iş yerləri barədə inzibati orqana məlumat verməmişdir. Bunu iddiaçı özü də inzibati orqana 22.11.2018-ci il tarixdə ünvanlandığı ərizəsində etiraf etmişdir. Məhz bu şəbədən inzibati orqan iddiaçının 22.11.2018-ci il tarixli müraciətinə qanuni və haqlı cavab verərək, qanunla inzibati orqana verilmiş səlahiyyət çərçivəsində, iddiaçının qeyd etdiyi iş yerlərindən arayışlar təqdim edilməsini istəmişdi r. b. Kassasiya şikayətinə etirazlar

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

21. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haq qında” Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

2. Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işl əyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 24. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda b u müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Res publikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşa ğıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 26. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şə xslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, iddiaçıya DSMF Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 23.01.2007-ci il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 9,5 və 10-cu maddələrinə müvafiq olaraq 01.01.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman iddiaçının Bakı “Radioquraşdırma” İB-də (indiki “Üfüq” İB-nin “Radioquraşdırma” zavodunda) 07.06.2001-08.01.2007-ci il tarixədək olan əmək stajı nəzərə alınmamışdır.

32. İddiaçının Bakı “Radioquraşdırma” İB-də 07.06.2001-08.01.2007-ci il tarixədək işləməsi, ona mə xsus olan İT-İ ******* nömrəli əmək kitabçasının notarial təsdiqli surəti, iddiaçının pensiya işində olan DSMF tərəfindən verilmiş Məcburi dövlət sosial sığorta haqqı barədə arayış, “Üfüq” İB “Radioquraşdırma” zavodunun arayışı və cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi arayışla təsdiq olunur.

33. Tərəflər arasında yaranmış mübahisə iddiaçının Bakı “Radioquraşdırma” İB-də 07.06.2001-08.01.2007-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi tanınmasından ibarətdir.

34. Cavabdeh iddiaçının bu dövrə aid stajı qəbul etməkdən imtina etməsini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd etdiyi ikinci iş yeri haqqında heç bir arayış təqdim etmədiyindən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır.

35. Apelyasiya instansiyası məhkəməsi cavabdehin imtinasını əsassız hesa b etmiş və gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndi ilə əsaslandırmışdır.

36. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

37. Belə ki, cavabdehin etiraz dəlilləri, iş stajını təsdiq etmək üçün əmək kitabçasının sübut kimi hüquqi əhəmiyyətinin araşdırılmasını tələb edir.

38. Cavabdeh tərəfin bu dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndində qeyd olunurdu ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

40. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kita bçası olmuşdur.

41. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

42. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir.

43. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir.

44. Belə ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən b aşqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

45. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyas ı hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır.

46. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir.

47. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəli llərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

48. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

49. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri).

50. Kassasiya şikayətinin dəlilləri – iddiaçının staja daxil edilməsini tələb etdiyi dövrün nəzərə alınması üçün qeyd edilən arayışı inzibati orqana təqdim etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, məhkəmə araşdırması gedən zaman iddiaçı inzibati orqan tərəfindən ondan istənilən arayışı məhkəməyə təqdim etməsi, bununla da iddiaçı qeyd edilən arayışı inzibati orqana təqdim etməməklə ona edilmiş müraciəti tam, hərtərəfli və qanuni araşdırmağa inzibati orqana imkan vermədən məhkəməyə müraciət etməsi əsassızdır. Çünki iddiaçının 18.08.2006-ci il tarixə qədər stajını təsdiq edən bütün sənədlər - əmək kitabçasının təsdiqlənmiş surə ti, əmək haqqının aylar üzrə məbləği barədə arayış, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə arayış və s. inzibati orqanda saxlanan pensiya işində vardı. Cavabdehin iddiaçıya ümumi məzmunlu imtina cavabı verməsi ona dəlalət edir ki, inzibati orqan iddiaçının müraciətinə baxarkən onun pensiya işinə baxış keçirməmiş, ətraflı və tam araşdırma aparmadan iddiaçıya formal cavab vermişdir.

51. Məhkəmə kollegiyası qeyd olunan əsaslardan çıxış etməklə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən olunmur.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli 21(107)-1739/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar