Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-651/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmə barədə ərizənin rədd edilməsi) Hakimlər: Kərimov Səyyad Əli oğlu - məruzəçi, Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçünc ü şəxslər "xxxx" MTK, Orucov Anar Rəsul oğlu) “reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 21(103)-2928/2021 nömrəli qərardadından üçüncü şəxs Orucov Anar Rəsul oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE № ********; FİN xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Üçüncü şəxs Orucov Anar Rəsul oğlu (AA1051863; FİN 4TE9E3N) Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 1 ünvanında qeydiyyatda olmaqla yaşayır
3. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 27 sentyabr 2006-cı il tarixli, 3 saylı müqaviləyə əsasən, sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının İV mərtəbəsində, ümumi sahəsi 210 m2 olan 4 otaqlı, 8 nömrəli mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər.
4. İddiaçı tərəfindən mənzilin pay dəyəri "xxxx" MMC-yə ödənilmiş və bu barədə ona 27 sentyabr 2006-cı il tarixli kassa mədaxil orderi verilmişdir.
5. İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 nömrəli mənzil üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifə sinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 21(81)-3759/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən inşa edilmişŞ, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmiş, iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli mənzilə dair 23 noyabr 2018-ci il tarixli, ******* nömrəli çıxarış verilmiş, daha sonra iddiaçı mübahisələndirilən mənzili Orucov Anar Rəsul oğluna s atmış, həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Orucov Anar Rəsul oğluna 7 dekabr 2018-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 8. "xxxx" MTK 27 avqust 2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(81)-3759/2018 nömrəli inzibati işin təzələnməsini və onun üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmişdir və həmin bina "xxxx" MTK-ya məxsusdur. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısının 12 oktyabr 2004-cü il tarixli, 234 saylı sərəncamı, Bakı şəhərinin xəritə sindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıc aktı, 9 dekabr 2019-cu il tarixli, 246 saylı istismara icazə, 6 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu və s. mövcuddur. Yalnız 2020-ci ilin avqust ayında təsadüfən onlara məlum olmuşdur ki, qeyd etdiyi ünvanda yerləşən binanın bir sıra mənzillərinə çıxarışlar alınmış və həmin çıxarışlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3759/2018 saylı qərarında qeyd edilmişdir ki, iddiaçı və "xxxx" MMC arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, 5 mart 2006-cı il tarixli "xxxx" MTK və "xxxx" MMC arasında bağlanmış müştərək fə aliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü bəndində qeyd olunmuşdur ki, mənzillərin satılması üçün alıcılarla müqavilə "xxxx" MTK tərəfindən bağlanmalıdır. Qeyd edilən işə baxıldığı zaman "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqlarına toxunulmuşdur və həmin işdə "xxxx" üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalı idi. Məhkəmədə işə baxılması barədə "xxxx" Mənzil-Tikinti Kooperativi məlumatlı olmamış, müvafiq sənədləri təqdim etmək imkanı olmamış və bununla da hüquqları pozulmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(81)-3759/2018 nömrəli qərardadı ilə (hakim Şəlalə Həsənova) "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzə lənmiş, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)- 3759/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı ərizəçi "xxxx" MTK-nın qanunla qorunan hüquq və maraqlarına toxunduğundan həmin qərar ləğv edilməlidir.
12. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli, 21(112)-7068/2020 nömrəli qərardadı ilə (hakim Şəlalə Həsənova) Orucov Anar Rəsul oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
13. Üçüncü şəxs Orucov Anar Rəsul oğlu Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(81)-3759/2018 nömrəli qərardadından apellyasiya şikayəti verərək "xxxx" MTK-nın ərizəsinin rədd edilməsini, icraata xitam verilməsini və iş üzrə cinayət faktının olmasını nəzərə alaraq xüsusi qərardad çıxarılmaqla cinayət işinin başlanılması üçün prokurorluq orqanlarına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2-1(103)-1140/2021 nömrəli qərardadı ilə (hakimlər Vidadi Məmmədov-sədrlik edən, Elmira Nağıyeva, Aida Hüseyn) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(81)-3759/2018 nömrəli qərardadı ləğv edilmiş, "xxxx" MTK-nın ərizəsi təmin edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli qərardadı qəbul etməzdən əvvəl mütləq qaydada daşınmaz əml akın dövlət reyestrini aparan orqana mübahisəli mənzilin mülkiyyətçiləri barədə sorğu etməli olduğu halda, həmin sorğu ilə qərardadı çıxardıqdan sonra, yəni 13 oktyabr 2020-ci il tarixində müraciət etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qərardadı Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Qərarına zidd olmuş, inzibati məhkəmə icraatına cəlb olunan "xxxx" MTK-nın güman olunan hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt məhkəmə tərəfindən müəyyən edilməmişdir. 16. "xxxx" MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İn zibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1362/2021 nömrəli qərarı ilə (hakimlər Kəmaləddin Bədəlov-sədrlik edən, Nigar Rəsulbəyova və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2-1(103)-1140/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" MTK tərəfindən təqdim olunan ilkin sənədlər Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən binanın üzərində onun mülkiyyət hüquqlarının olması barədə nəticəyə gəlməyə imkan verir. Belə olan halda isə, hazırkı iddia tələbinə baxılması və müvafiq qərarın qəbul edilməsi birbaşa onun hüquqlarına toxunan məsələdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxsin – hazırkı halda "xxxx" MTK-nın pozulmuş hüquqlarının mövcudluğu işdəki ilkin sənədlərlə təsdiqləndiyindən, onun üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsi yolverilən olmalıdır. Bundan başqa, işə baxan apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK tərəfindən “vaxtında” məhkəməyə müraciət edilməməsinə istinad etsə də, faktiki olaraq "xxxx" MTK-nın hüquqlarının pozulduğunu bildiyi vaxtın başlanğıc anını müəyyən etmədən, bu barədə araşdırma aparmadan, sadəcə bundan əvvəl digər mənzillərlə bağlı oxşar mübahisələr olmasına istinad etməklə belə nəticəyə gəlmişdir ki, "xxxx" MTK “vaxt” şərtinə əməl etməmişdir. Halbuki, hər bir mənzilə dair mübahisəyə fərdi yanaşılmalı və faktiki olaraq hazırkı iş üzrə mübahisəli mənzilin özgəninkiləşdirilməsinə əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19 sentyar 2018-ci il tarixli qərarından "xxxx" MTK-nın nə vaxtdan məlumatlı olması məsələsinə hərtərəfli qiymət verilməlidir. Məhkəmə dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasına istinad etsə də, bu hal iddia tələbinə mahiyyəti üzrə baxılan zaman qiymət verilməli məsələdir. Hazırda isə həmin prezumpsiyaya əsaslanmaqla üçüncü şəxsin hüquqlarının pozulub-pozulmadığına qiymət vermək yolverilməzdir. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1(103)-2928/2021 nömrəli qərardadı ilə (hakimlər Xəyalə Cəmilova-sədrlik edən, Mirzə Tağızadə, Elşən Kazımov) üçüncü şəxs Orucov Anar Rəsul oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(81)-3759/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, "xxxx" MTK tərəfindən təqdim olunan ilkin sənədlər Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən binanın üzərində onun mülkiyyət hüquqlarının olması barədə nəticəyə gəlməyə imkan verir. Belə olan halda isə hazırkı iddia tələbinə baxılması və müvafiq qərarın qəbul edilməsi birbaşa onun hüquqlarına toxunan məsələdir.
21. Üçüncü şəxs Orucov Anar Rəsul oğlu kassasiya şikayəti v erərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)2928/2021 nömrəli qərardadının və Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(81)-3759/2018 nömrəli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin bütövlükdə təmin edilməsini və icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı tərəfindən "xxxx" MMC-dən podrat müqaviləsi əsasında mənzil əldə edilməsi heç bir halda üçüncü şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. "xxxx" MMC-nin hazırda mübahisə obyekti olan mənzillə bağlı hüquqlarını təsbit etmək niyyəti vardırsa, bu halda həmin mənzilə aid hüquqlarını tə sdiq edən (podrat müqaviləsi, ödənişin təsdiqi və sair) sənədləri təqdim edərək mülki qaydada "xxxx" MMC-dən tələb etməlidir. Beləliklə, apellyasiya şikayətinin rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəs atətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq mün asibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqların a toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarı “...məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqla rının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadı
40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfindən icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olm ayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür... (-)
42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra iş ə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxiə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.
52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqe lər nəzərə alınmalıdır. Həmin qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə m inmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüv vəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.
53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər....
73. Bununla yanaşı, təcrübədə həmçinin elə hallara rast gəlmək mümkündür ki, məhkəmələr cəlbetməni həyata keçirsələr belə, onun növünü dəqiq göstərmirlər, yəni cəlbetmənin zəruri və ya adi qaydada həyata keçirildiyi qeyri-müəyyən qalır. Yaxud, cəlbetmənin növü göstərilsə də, düzgün cəlbetmə həyata keçirilməmiş olur, yəni zəruri cəlbetmə qaydasında cəlb edilməli olan şəxs adi cəlbetmə qaydasında icraata cəlb edilir və ya əksinə. Bu kimi hallarda, müvafiq yuxarı instansiyası məhkəməsi yalnız işi icraatına qəbul etdikdən sonra öz mövqeyini lazımi qaydada əsaslandırmaqla həmin şəxsin adi, yaxud zəruri qaydada cəlb edilməli olan şəxs olduğunu müəyyən etməli və bu barədə çıxaracağı qərardadla cəlbetmədə yol verilmiş yanlışlığı düzəltməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Orucov Anar Rəsul oğlunun kassasiya ş ikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya məhkəməsinin qərardadı ləğv olunmalı, üçüncü şəxs "xxxx" MTK-nın ərizəsi təmin olunmamalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvini və ərizənin təmin olunmamasını şərtləndirən aşağıdakı səbəblərin qeyd edilməsini zəruri sayır.
31. Nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, hər hansı şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma eht imalına və keyfiyyətinə malik olmalıdır. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmanın zəruri şərti kimi çıxış edən qeyd olunan halların mövcud olduğu təqdirdə, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməlidir və ya edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
32. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zə ruri cəlbetmə institutunu tənzimləyir. İPM-in adi cəlbetməni tənzimləyən 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə, adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. Başqa sözlə, adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir. Mübahisə edil ən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda isə, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir.
33. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, ücüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının ( cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətinə mümkün təsirinə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraq larına birbaşa təsiri həmin aktın üçüncü şəxslərə münasibətdə konkret hüquqlar və vəzifələr yaratdığı, yaxud mövcud hüquqları və vəzifələri ləğv etdiyi və ya dəyişdirdiyi hallarda özünü göstərir. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbulu ilə bağlı mübahisələrin həllinə yönəlmiş iddia icraatlarında mümkündür. Digər hallarda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma vəziyyəti yarana bilər.
34. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin hüquqi mövqeyə görə, inzibati məhkə mə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu halların müəyyən edildiyi təqdirdə yol verilə ndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzəl ənməsi barədə qərardad qəbul edilə bilməz.
36. Hazırkı mübahisədə artıq mübahisələndirilə bilməyən və qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi tələb olunduğundan, yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxsin icraata cəlb edilməsini şərtləndirən halların müəyyən edilməsi tələb olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə "xxxx" MTK mübahisə edilən hüquq münasibətində birbaşa iştirak etmədiyi, habelə inzibati məhkəmə icraatının tərəfləri və ərizəçi MTK barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdən hallar mövcud olmadığı üçün, o üçüncü şəxs qismində məhkəmə icraatına cəlb oluna bilməz.
37. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında bağlanılmış 27 sentyabr 2006-cı il tarixli, 3 nömrəli müqaviləyə əsasən, sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının İV mərtəbəsində, ümumi sahəsi 210 m2 olan 4 otaqlı, 8 nömrəli mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər.
38. Nəzərə alınmalıdır ki, ərizəçi "xxxx" MTK-nın maraqlarına toxunulma hazırkı mübahisəyə münasibətdə iddianın təmin edilməsi barədə məhkəmə qərarından və çıxarışın verilməsi barədə reyestr xidmətinin hərəkətindən qaynaqlanmır. Belə ki, ərizəçi "xxxx" MTK-nın üçüncü şəxs qismi ndə icraata cəlb olunması hüquqi baxımdan ona heç nə qazandırmır, eləcə də onun hüquqi marağının təmin olunması baxımından heç bir əhəmiyyət kəsb etmir. Başqa sözlə, onun icraata üçüncü şəxs qismində cəlb edilməsi iddiaçının "xxxx" MMC ilə etibarlı müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasını istisna edə bilməz. Belə ki, iddiaçının mənzil üzərində hüququ onunla "xxxx" MMC arasında bağlanılmış müqaviləyə, yəni hüquqmüəyyənedici sənədə əsaslanır. Başqa sözlə, həmin müqavilənin-hüquqmüəyyənedici sənədin qüvvədə, beləliklə də, etibarlı olduğu müddətdə iddiaçı müqavilə predmeti olan mənzil üzərində hüququnu saxlayır və həmin hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlı sayılmalıdır. Digər tərəfdən, iddiaçı hətta çıxarışın ləğv olunduğu təqdirdə belə, həmin mənzil üzərində müqaviləy ə əsaslanan hüququnu saxlamaqda davam edir. Bu mənada iddiaçının hüququnun qeydiyyata alınması barədə tələbi, eləcə də məhkəmənin həmin tələbin təmin edilməsi barədə qərarı İPM-in 28-ci maddəsi anlamında digər şəxslərin, o cümlədən "xxxx" MTKnın hüquqlarına və maraqlarına hər hansı şəkildə toxunmur və belə toxunma imkanına da malik deyildir.
39. Bununla bağlı nəzərə alınmalıdır ki, sözügedən məhkəmə qərarı yalnız iddiaçıya və cavabdehə münasibətdə hüquqi təsirə malikdir. Belə ki, həmin məhkəmə qərarı yalnız mübahisə edilən hüquq münasibətinin tərəflərinə, yəni iddiaçıya və cavabdehə münasibətdə hüquqi təsirə malikdir və onlar arasındakı mübahisənin həlli ilə bağlıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeyd edilən məhkəmə qərarı iddiaçının hüquqmüəyyənedici sənədə əsaslanan tələ b hüququnu və cavabdehin iddiaçı qarşısında qeydiyyata alma öhdəliyinin olduğunu, məhz bu səbəbdən qeydiyyatın aparılması vəzifəsini təsbit edir. Bu baxımdan, prinsip etibarı ilə, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi yalnız məhkəmə icraatı tərəflərinin hüquqi maraqları ilə əhatə olunur. Belə mübahisələr üzrə məhkəmə qərarı üçüncü şəxslərin qanunla qorunan maraqlarına hər hansı müdaxilə imkanına ümumiyyətlə malik olmur. Həmin qərar "xxxx" MTK-ya və ya başqa şəxslərə münasibətdə hər hansı öhdəliyi də ehtiva edən akt kimi qiymətləndirilə bilməz.
40. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MTK-nın maraqlarına mənzil üzərində iddiaçının hüququnun qeydiyyata alınması barədə məhkəmə qərarı deyil, yuxarıda istinad olunan müqavilə toxuna bi lər və bu məsələ "xxxx" MTK ilə "xxxx" MMC arasında olan münasibətlər müstəvisində həll olunmalıdır. Bununla belə, hər bir halda mənzili əldə etmiş vicdanlı alıcının hüquqlarının qorunacağı da nəzərə alınmalıdır.
41. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmamış, İPM-nin 28-ci maddəsinin müddəalarının tətbiqində və təfsirində (qiymətləndirilməsində) səhvə yol verilmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-2928/2021 nömrəli qərardadı ləğv edilməli, "xxxx" MTK-n ın iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin olunmamalıdır.
42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 21(103)-2928/2021 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi rədd edilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.