Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-651/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956; FİN: 1SEENKN) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-3359/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 0146 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Döyüş tapşırıqları və avtomobilləri kafedra tədris laboratoriyasında rəis vəzifəsində xidmət etmiş, xx.xx.1997-ci il tarixdə 0922 nömrəli əmrlə “HXH” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası SQ-lərindən hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivdən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü ildən növbəti məzuni yyətdən istifadə etməmişdir. xx.xx.1995-ci il tarixli 158 nömrəli əmrə əsasən məzuniyyətə getmiş, xx.xx.1995-ci il tarixli 168 nömrəli əmrlə məzuniyyətdən qayıtmış, 13 (on üç) gün məzuniyyətdən istifadə etmişdir (getmə əmrində xx.xx.1995-ci ildən qısamüddətli məzuniyyətə getməsi qeyd edilmişdir). xx.xx.1996-cı il tarixli 2 nömrəli əmrə əsasən məzuniyyətə getmiş, xx.xx.1996-cı il tarixli 55 nömrəli əmrlə məzuniyyətdən qayıtmış, əsasən 86 (səksən altı) gün məzuniyyətdən istifadə etmişdir (1995-ci ilin hesabından, getmə əmrində 30.12.95-ci ildən növbəti məzuniyyətə getməsi qeyd edilmişdir). 1997-ci ildə məzuniyyətə getmə əmri yoxdur, xx.xx.1997-ci il tarixli 22 nömrəli əmrlə məzuniyyətdən qayıtmışdır (qayıtma əmrində xx.xx.1997-ci ildən məzuniyyətdən qayıtması qeyd edilmişdir. Növ göstərilməm işdir) Tərxis əmrində 11.10.97-ci il tarixdən hesablanaraq növbəti məzuniyyət verilməklə xx.xx.1997-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir.
3. İddiaçı 21 aprel 2021-ci il tarixdə cavabdehə müraciət edərək 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün, 1994-cü il üçün 45 gün, 1995-ci il üçün 45 gün, 1996cı il üçün 45 gün, 1997-ci il üçün 90 gün olmaqla cəmi 296,25 gün üçün pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün, 1994-cü il üçün 45 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 90 gün, cəmi 296,25 gün istifadə etmədiyi növbəti məzuniyyət üçün pul kompensasiyasının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş və AR Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli, 0944 nömrəli əmri ilə xəstəliyə görə hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Hərbi xidmət dövrü növbəti məzuniyyətdən istifadə etməmiş, həmçinin xəstəliyə görə ehtiyata buraxılarkən verilməli olan 3 aylıq növbəti məzuniyyət də ona verilməmişdir.
6. Cavabdeh məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edərək iddianın mümkünsüz sayılmasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı komissiyaya müraciət edərək, komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. İddiaçı Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin nəzdində yaradılmış ’’hərbi xidmət dövrü istifadə edilməmiş növbəti məzuniyyət” əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə komissiyasına ərizə ilə müraciət etmiş, həmin müraciətə baxılaraq xx.xx.2021-ci il tarixli 36 nömrəli protokolla kompensasiyasının verilməsi qərara alınmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-1064/2022 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia tələbi qismən təmin edilərək iddiaçıya ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdehi n üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İddiaçının xəstəliyə görə ehtiyata buraxılması iş materialları ilə müəyyən edildiyindən, aydın olur ki, ona ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli idi. İddiaçının ehtiyata buraxılması barədə 218 nömrəli xx.xx.1997-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçıya 11.10.97-ci il tarixindən 24.11.97-ci il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir. Belə olan halda, iddiaçının tələbi onun ehtiyat a buraxılması ilə bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsində əsaslı olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-3359/2022 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır..
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında 1995, 1996 və 1997-ci illər üzrə 45 günlük növbəti məzuniyyətdən istifadə etməsi tam təsdiq etsə də iddiaçının xəstəliyə görə ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli olduğunu əsas götürərək iddianı qismən təmin etmişdir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1997-ci il tarixli 22 nömrəli əmrilə iddiaçı xx.xx.1997-ci ildən məzuniyyətdən gəlmiş sayılmış və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 27 oktyabr 1997-ci il tarixli 218 nömrəli əmrinə əsas ən 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyət verilməklə şəxsi heyətin siyahısından çıxarılmışdır. Lakin məhkəmə iddiaçının ehtiyata buraxılmazdan əvvəl xx.xx.1997-ci il tarixədək olduğu növbəti məzuniyyəti nəzərə almamışdır. İddiaçı 1997-ci İldə iki dəfə (45+45=90 gün) növbəti məzuniyyətdən istifadə etmişdir.
14. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara növbəli m əzuniyyət, qısa m üddətli m əzuniyyət, xəstəliyə görə məzuniyyət, tədris təlimi zamanı məzuniyyət, hərbi-tədris müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, tədris məzuniyyəti, yaradıcılıq məzuniyyəti, qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tam am olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, əlavə məzuniyyət verilir. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
15. Həmin Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilməsi, ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilməsi nəzərdə tutulm uşdur.
16. Əsasnamənin 122-ci maddəsinə əsasən Xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində 2 dəfəyə verilə bilər.
17. Azərbaycan Respublikasının 2010-cu il 11 m ay tarixli 1005-İİİQD nömrəli Qanunu ilə “Hərbi qulluqçuların statusu haqqında’’ Qanunun 11-ci maddəsinin 1-ci bəndinin 20-ci abzasına və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinə ikinci hissəsinə aşağıdakı məzmunda müddəa əlavə edilmişdir”. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidm ət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutu lmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kom pensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir”. 18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “ Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQ D nöm rəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə həmin qanunvericilik aktlarının müvafiq norm aların a edilm iş əlavələrdə nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kom pensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırmışdır.
19. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 sentyabr 2012-ci il tarixdə “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etm əyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçula rından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 217 nömrəli Qərar qəbul etmişdir.
20. Qərarın 1-ci hissəsində müəyyən edilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin m üəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rü tbəyə görə maaşın və xidm ət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti dir.. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur.
26. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hər tərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən hüquq normalarını düzgün tətbiq etmişdir, yəni apellyasiya məhkəməsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114, 120, 121-ci maddələrinə “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməs i barədə” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanunu ilə həm “Hərbi qulluqçuların statusu haqqında" Qanuna, həm də "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişikliyə, qanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.” Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997- ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə”Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3cü bəndinə, sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 217 nömrəli Qərarının 1, 2-ci bəndlərinə əsaslanmışdır.
29. Həmçinin apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1- ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qa nunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad etmişdir ki, həmin qərarda Konstitusiya məhkəməsi göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir.
30. Həmin Qərarla: -1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Az ərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş; -2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilmişdir.
31. Qeyd edilmə lidir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda yazılmış hüquq normaları əsas götürülərək müəyyən edilmişdir ki, iddiaçının istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı aşağıdakı kimi göstərilmişdir: 06,05 2021-ci il tarixli 9/2-3754 nömrəli arayışa əsasən 1994-cü il üzrə - 45 gün; 1995-ci il üzrə - 0 gün; 1996-ci il üzrə - 1 gün; 1997-ci il üzrə - 0 gün, cəmi – 46 gün.
32. Bu cədvələ uyğun olaraq cavabdeh iddiaçıya məhkəmə icraatı gedişində 1994cü ildə istifadə etmədiyi 45 günə və 1996-cı ildə istifadə etmədiyi 1 günə görə cəmi 655,96 manat kompensasiya ödənişi etmişdir.
33. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən Bakı Ali Birləşmiş Komandirlər m əktəbi rəisinin 218 nömrəli xx.xx.1997-ci il tarixli Əmrinə əsasən iddiaçı, DM və A kafedrasının tədris labaratoriyasının rəisi, işlərini və vəzifəsini təhvil vermiş, Az. Pesp. MNnin 0944 saylı 27.09.97 il tarixli əmri ilə 18-ci maddənin “B” bəndinə əsasən (xəstəliyə görə) SQ-də həqiqi hərbi xidmətdən ehtiyata tərxis edilmiş, 11.10.97-ci il tarixindən hesablanaraq növbəti məzuniyyət verilməklə 24.11.97-ci il tarixindən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Nizami RHK-na göndərilmişdir.
34. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 11.10.97-ci il tarixindən 24.11.97-ci il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir.
35. Həmçinin apellyasiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 4/239 8 saylı məktuba əsasən müəyyən edilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı ehtiyata buraxılarkən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 27 oktyabr 1997-ci il tarixli 218 nömrəli əmrinə əsasən 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyət verilməklə şəxsi heyətin siyahısından çıxarılmışdır. Lakin ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) gün məzuniyyət barədə heç bir məlumat qeyd edilməmişdir.
36. Bununla yanaşı qeyd edilməlidir ki, işin halları ilə iddiaçının 1995, 1996 və 1997ci illər üzrə 45 günlük növbəti məzuniyyətdən istifadə etməsi tam təsdiq olunur. 37. 1994-cü il üzrə istifadə olunmuş məzuniyyətə gəldikdə isə cavabdeh bu halı qəbul etmiş və həmin dövrə görə iddiaçıya müvafiq kompensasiya ödəmişdir.
38. Lakin o da qeyd edilməlidir ki, “Hərbi Qulluqçuların statusu” haqqında Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
39. İddiaçının xəstəliyinə görə ehtiyata buraxılması iş materialları ilə müəyyən edildiyindən aydın olur ki, onu ehtiyata buraxarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli idi.
40. Lakin cavabdehin iddiaçını ehtiyata buraxılması barədə 218 nömrəli xx.xx.1997ci tarixli əmrinə əsasən, iddiaçıya xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 45 günlük məzuniyyət verilmişdir.
41. Cavabdehin kassasiya şikayətinə görə inzibati orqan iddiaçının 1997-ci ildə ehtiyata buraxılarkə n ona 45 günlük məzuniyyətin verildiyini, lakin həmin il üzrə ilin əvvəlində də 45 günlük məzuniyyətdən istifadə etdiyini, həmçinin Əsasnamənin qeyd edilən maddəsində növbəti məzuniyyət anlayışından istifadə edildiyini qeyd edərək, iddia tələbi ilə razılaşmır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, qanunverici dəqiq şəkildə qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə, həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdi r. Yəni, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir.
43. Bundan başqa cavabdeh iddiaçının ehtiyata buraxdığı ildə cəmi 90 gün məzuniyyətdən istifadə etdiyini buna sübut qismində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1997-ci il tarixli 22 nömrəli əmrilə iddiaçının xx.xx.1997-ci ildən məzuniyyətdən gəlmiş sayılmasını qeyd edir.
44. Lakin cavabdehin bu dəlili də əsassızdır, belə ki, iddiaçının məzuniyyətə getmə əmri yoxdur, məzuniyyətdən isə xx.xx.1997-ci ildən qayıtmışdır. Belə olan halda iddiaçının ilin əv vəlində 45 günlük məzuniyyətdən istifadə etməsi dəlili əsassızdır. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən sübut qismində təqdim edilməli olan lakin arxiv sənədlərinin tam olmaması əsası ilə təqdim edilməmiş məzuniyyətə getmə əmri mövcud deyildir.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-3359/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.