Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, 10.04.2019 Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2558 /2018 saylı 16 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Rusiya Federasiyasının “Hüquq və cəzaların icrası Federal xidmətinin idarəetmə Akademiya”sı tərəfindən 28.04.2017-ci ildə verilmiş 106204 ******* nömrəli (qeydiyyat nömrəsi 308) bakalavr diplomuna əsasən həmin universitetin “hüquqşünaslıq” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmiş, Dövlət İmtahan Komissiyasının qərarı (25.04.2017-ci il tarixli 4 saylı protokolu) ilə ona bakalavr ixtisası verilmişdir. Həmin diploma əsasən iddiaçı hüquq fakültəsində təhsil aldığı zaman 48 fənndən yaxşı, əla və məqbul qiymət almış, tədris təcrübəsini keçmiş, 6 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. İddiaçı xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 02.03.2018-ci il tarixli 2304-111/ANJ saylı cavab məktubu ilə bildirmişdir ki, Rusiya Federasiyası Hüquq və Cəzaların İcrası Federal Xidmətinin İdarəetmə Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetini n 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Rusiya Federasiyasının “Hüquq və cəzaların icrası Federal xidmətinin idarəetmə Akademiya”sı tərəfindən iddiaçının adına verilmiş 106204 ******* nömrəli, 25.04.2017-ci il tarixl i diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İmtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasının “Hüquq və cəzaların icrası Federal xidmətinin idarəetmə akademiya”sı tərəfindən adına verilmiş 106204 ******* nömrəli, 28.04.2017-ci il tarixli (qeydiyyat nömrəsi 308) bakalavr diplomu üzrə ali təhsil ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31 avqust 1988-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, məlum səbəblərə görə məcburi köçkün kimi 1993-cü ild ən Gəncə şəhərində məskunlaşmışdır. Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 2010-cu il tarixdə həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2012-ci ildə ikinci ali təhsil kimi Rusiya Federasiyasının “Hüquq və cəzaların icrası Federal xidmətinin idarəetmə akademiya”sının hüquq fakültəsinin qiyabi şöbəsinin 2-ci kursuna daxil olmuşdur. 2014-cü il tarixdə Gəncə Apelyasiya Məhkəməsinə aparıcı mütəxəssis kimi işə götürülmüş, Rusiya Federasiyasına 2012-ci ildən başlayaraq sessiya zamanı hər il dərslərə gedib-gəlmiş, 5-cu kursda olarkən, yəni 2016-ci ildə dərslərə gedə bilmədiyindən dövlət imtahanından kəsilmiş, 2017-ci ildə imtahanları müvəffəqiyyətlə verdiyindən təhsilini başa vurmuşdur. İkinc i ali təhsil diplomunun ölkə ərazisində tanınması və nostrifikasiya olunması üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinə müraciət etmiş, həmin idarənin 02 mart 2018-ci il tarixli imtina məktubu ilə ona diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi bildirilmişdir. Məktubda göstərilmişdir ki, guya Rusiya Federasiyasının “Hüquq və cəzaların icrası Federal xidmətinin idarəetmə akademiya”sının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Halbuki, 2016-cı il istisna olmaqla hər il dərslərdə iştirak etmək üçün Rusiya Federasiyasına gedib gəlmiş, 2017-ci ildə isə Rusiya Federasiyasının “Hüquq və cəzaların icrası Federal xidmətinin idarəetmə Akademiya”sı tərəfindən adına 308 nömrəli, 28.04.2017-ci il tarixli bakalavr diplomu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənəd verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən də, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün əsas ola bilər. Göründüyü kimi, qanunverici şərtləşdirilmiş hər hansı bir məsələ barəsində mənfi rəyin olmasını, ekvivalentlik haqqında Şəhadətnam ənin verilməsindən imtina etmək üçün mütləq əsas kimi müəyyən etməmişdir. Yəni həmin əsas imperativ deyildir. Bu baxımdan inzibati orqan bu cür məsələlər barəsində qərar qəbul edərkən məsələyə lokal deyil, qlobal, yəni hərtərəfli yanaşmalı, işin bütün zəruri hallarını nəzərə almalıdır. Cavabdehin təqdim etdiyi iddiaya qarşı etirazı imtina məktubu ilə eyni məzmundadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2057/2018 saylı, 18 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: X.X.İmanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisad i Kollegiyasının 2-1(103)-2558/2018 saylı iş üzrə 16 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2057/2018 saylı 18 may 2018-ci il tarixli ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət etmədiyindən, onun aldığı təhsilin həm məzmunun, həm də müddətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərə k onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)" Qaydalarının 3.6-cı maddəsinə əsasən, ekvivalentiik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Hə min Qaydaların 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani- qiyabi olduqda, lakin Azərbaycan Resp ublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Lakin hazırkı iş üzrə cavabdeh iddiaçıya Qaydaların 3.7-cı maddəsində sadalanan hansı hala görə imtina cavabı verdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçının aldığı təhsilin forması (qiyabi), müddəti (4 il), istiqaməti (hüquq), sənədin verdiyi hüquqlar (magistr təhsili almaq imkanı və həmin ixtisas üzrə işləmək imkanı) Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Bunun əksi isə cavabdeh və apelyasiya instansiya məhkəməsi tərəfindən sübuta yetirilməmişdir. İddiaçı əlavə təhsil olduğu üçün o, birbaşa Rusiya Federasiyasının “Hüquq və Cəzaların İcrası Federal Xidmətin İdarəetmə Akademiya”sında hüquq ixtisasının 2-ci kursuna daxil olmuş, 2014-cü il tarixdən Gəncə Apelyasiya Məhkəməsinə apar ıcı mütəxəssis kimi işə qəbul olunmuş, 2012-ci il tarixdən, yəni akademiyaya daxil olan vaxtdan sessiya zamanı hər il dərslərə gedib-gəlmişdir. İddiaçı yalnız 5-ci kursda olarkən, yəni 2016-cı il tarixdə dərslərə gedə bilmədiyindən dövlət imtahanından kəsilmiş, lakin 2017-ci il tarixdə imtahanlarını müvəffəqiyyətlə verərək təhsilini başa vurmuş, 2017-ci il tarixdə həmin akademiyanın məzunu olmuşdur. Buna baxmayaraq, Təhsil Nazirliyinin imtina məktubunda və apelyasiya şikayətində Rusiya Federasiyasının Hüquq və Cəzaların İcrası Federal Xidmətin İdarəetmə Akademiyasının normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın, yəni iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diplomuma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün o lduğunu göstərmişdir. İddiaçı ali təhsil aldığı müddətin hər bir ilində, hər semestrində həmin akademiyada olmuş və universitetin təhsil qaydalarına, qanunlarına tam uyğun ali təhsil almışdır. İddiaçı təhsil aldığı müddətdə yalnız 2016-cı ildə Rusiya Federasiyasına gedə bilməmiş, bu səbəbdən həmin il kəsilmiş və 2017-ci ildə Rusiya Federasiyasına gedib imtahanları verərək ikinci ali təhsilini başa vurmuşdur. İddiaçı dəfələrlə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxaraq təhsil almaq üçün Rusiya Federasiyasına getmişdir. Həmin fakt Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya verilmiş pasportunda da öz əksini tapır. İddiaçıya məxsus həmin pasportda 19.06.2012- 01.07.2012, 02.06.2013 26.06.2013, 26.01.2014 - 08.02.2014,14.02.2015 - 21.02.2015 və 19.04.2017-22.04.2017 il tarixlərində Rusiya Federasiyasında olduğu öz təsdiqini tapır, həmin müddətlər giriş-çıxış vaxtı ilə eynidir. Beləliklə, iddiaçının təhsil müəssisəsinin yerləşdiyi yerdə olduğu müddətin ümumilikdə cavabdeh tərəfindən cəmi 20 gün hesablanması işin həqiqi hallarına uyğun deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİ RMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası vətənda şlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.(1.0.43, 27.1, 27.4, 29.0, 29.0.21, 42.2) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən, Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifə ləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: - bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. - bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. - bakalavriat səviyyəsində tələbənin fənn üzrə tədris işinin həcminin vaxt ölçüsü kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 30 saata (15 auditoriya və 15 tələbənin sərbəst işi) bərabərdir. Tədris planlarında nəzərdə tutulmuş hər bir fənnin tədrisi bir semestrdə başa çatır və imtahanla yekunlaşır (bədən tərbiyəsi fənni istisna olmaqla). - tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. - əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. - yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. - yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir. - 4.1-ci maddəsinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin m üxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; -təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Həmçinin, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, «təqribən eyni olan ixtisaslarda m əzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduqda müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhə miyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, laboratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Qaydaların: - 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.3.-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apelyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət etmədiyindən, onun aldığı təhsilin həm məzmunun, həm də müddətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş iddiaçıy a məxsus həmin pasportda onun 19.06.2012 - 01.07.2012, 02.06.2013 26.06.2013, 26.01.2014 - 08.02.2014, 14.02.2015 - 21.02.2015 və 19.04.201722.04.2017-ci il tarixlərində Rusiya Federasiyasında olduğu öz təsdiqini tapır, həmin müddətlər giriş-çıxış vaxtı ilə eynidir. Beləliklə də, onun təhsil müəssisəsinin yerləşdiyi yerdə olduğu müddətin ümumilikdə cavabdeh tərəfindən cəmi 20 gün hesablanması işin həqiqi hallarına uyğun deyil. Kollegiya qeyd edir ki, iddiaçının respublikadan giriş-çıxış qeydləri barədə pasport məlumatlarına istinadən onun 2012-ci ildə 12 gün, 2013-cü ildə 24 gün, 2014-cü ildə 13 gün, 2015-ci ildə 7 gün, 2017-ci ildə isə cəmi 3 gün Rusiya Federasiyasında olduğu müəyyən edilsə belə, bu müddətlərin müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət etməsi ağlabatan mühaki mə sayıla bilməz. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2558/2018 saylı iş üzrə 16 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-652/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-652/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver