Məhkəmə qərarları › İş №2-1(102)-652/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-652/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(İİ qrup əlilliyə görə əmək pensiyası, pensiya kapitalı, məhkəmənin işin hallarını araşdırmaq vəzifəsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2414/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə iddiaçı) XX.XX.1958-ci ildə Tovuz rayonunda anadan olmuşdur, hal-hazırda Bakı şəhəri, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komi ssiyası tərəfindən verilmiş çıxarışa əsasən iddiaçı xx.xx.2019-cu il tarixdən İİ qrup əlildir. İddiaçı əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh xx xxxxxx 2019-cu il tarixli, **********32 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı olmadığından əmək pensiyası hüququ yaranmır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia t ələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona pensiya təyin olunması ilə bağlı müvafiq sənədləri toplayıb cavabdehə təqdim etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Şöbəyə təqdim olunmuş sənədlər əsasında onun (iddiaçının) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı olmadığından, əmək pensiyası hüququ yaranmır. İddiaçı daha sonra bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək kitabçasının təsdiqi qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Hesab edir ki, əmək kitabçasına əsasən onun əmək pensiyası təyin edilməsi üçün lazım olan sığorta stajı mövcuddur və ona görə də cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildir mişdir ki, iddiaçının şöbəyə təqdim etdiyi sənədlər əsasında ona əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığından ərizəni icra etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1638/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1975-2006-cı illərdə müxtəlif işlərdə işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər olduğundan, beləliklə də o, əmək pensiyası təyin edilməsi üçün zəruri olan iş stajına malik olduğundan iddia əsaslıdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1 03)-2414/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1638/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya əmək pensiyası təyin edilməsi barədə düzgün nəticəyə gəlsə də, əmək pensiyasının növünü və iddiaçının pensiya hüququnun nə vaxt yarandığını müəyyən etmədiyindən qərar dəyişdirilməlidir. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, həmin qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ve rməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3. 1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.2.7 -ci maddəsinə qeyd edilir ki, pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Hazırki mübahisə üzrə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığından cavabdeh orqan tərəfindən ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliklə müəyyən olunmuş sənədlər tam olmadığı halda və heç bir əsaslandırma aparmadan qanunsuz qərar çıxarmış, bununla da prosessual pozuntuya yol ver mişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1 -ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən şikayət qismən - apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəbdən irəli gəlir. İşin hallarından müəyyən olunur ki, iddiaçı İİ qrup əlil kimi əlilliyə görə ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli ya ş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı 1958-ci ildə doğulmuşdur, xx xxxxxx 2019-cu il tarixdə ona İİ qrup əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təm inatına imkan verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci şərtlə bağlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində müəyyən edilmiş qaydada hesablandıqda 15 il 4 ay (61-15=46x4=184:12=15 il 4 ay) sığorta stajı mövcud olmalıdır. Cavabdeh iddiaçının bu stajının mövcud olmadığını iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüquq olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Kollegiya hesab edir ki, apelyasiya məhkəməsi həmin dövrləri sosial sığorta stajına daxil etməkdə haqlı olmuşdur. Belə ki, Ali Məhkəmə artıq özünün əvvəlki çoxsaylı qərarlarında belə hüquqi mövqeyi ifadə etmişdi r. Beləliklə də, aşağı instansiya məhkəmələrinin iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ilk şərtin ödənilməsi, yəni zəruri sığorta stajını (15 il 4 ay) toplaması barədə qənaəti düzgündür. Lakin bununla belə kollegiya hesab edir ki, apelyasiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını sonadək işə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Apelyasiya məhkəməsi iddiaçıya əlilliyə görə pensiya təyin edilməli olduğu nəticəsinə gəlsə də, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi məsələsini ümumiyyətlə müzakirə etməmiş, bununla bağlı hər hansı qiymətləndirmə aparmamışdır. Odur ki, təkrar apelyasiya baxışı zamanı məhkəmə digər şərtin, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan p ensiya təminatına imkan verib-vermədiyi məsələsini araşdırmalıdır. Qeyd olunduğu kimi bu məsələ üzrə məhkəmələr tərəfindən hər hansı araşdırma və qiymətləndirmə aparılmamışdır. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu mənada, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsini cavabdehi n qaldırıbqaldırmamasından asılı olmayaraq, iddiaçıya İİ qrup əlil kimi əlilliyə görə pensiya təyin edilməsi nəticəsinə gələrkən məhkəmə həmin məsələni xidməti vəzifəsinə görə aydınlaşdırmağa və qanunun tələb etdiyi şərtin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borclu olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, ist inad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Apelyasiya məhkəməsi özünün bu və zifəsini yerinə yetirmədiyindən onun tərəfindən çıxarılmış qərar ləğv edilməklə iş təkrar baxışa qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2414/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar