Məhkəmə qərarları › İş №2-1(102)-652/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-652/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi, buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1994/2020 saylı, 7 dekabr 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur.

2. İddiaçı 24.11.1979-cu il tarixdən 04.12.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, 11.01.1982-ci il tarixdən 01.04.1996-cı il tarixədək Mingəçevir təmir sa həsində müxtəlif dərəcəli çilingər; 01.04.1996-cı il tarixdən 03.02.1997-ci il tarixədək “xxxx” ASC Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsində köməkçi avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cı dərəcəli təmirçi çilingər, 03.02.1997-ci il tarixdən 01.12.2000-ci il tarixədək həmin müəssisədə usta, 01.12.2000-ci il tarixdən 02.07.2001-ci il tarixədək həmin müəssisədə 6-cı dərəcəli çilingər; 02.07.2001-ci il tarixdən 05.01.2009cu il tarixədək “xxxx” MMC-də köməkçi avadanlıqların təmiri sexində 6-cı dərəcəli buxarqaz-turbinli avadanlıqları təmir edən çilingər; 05.01.2009-cu il tarixdən 05.01.2010-cu il tarixədək “xxxx” MMC-də 6-cı dərəcəli çilingər; 06.01.2010-cu il tarixdən 29.12.2012-ci il tarixədək “xxxx” ASC-də 6-cı dərəcəli çilingər; 30.12.2012-ci il tarixdən 27.02.2015-ci i l tarixədək “xxxx” MMC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir ki, bu da hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək onun ümumi iş stajının 25 il 11 ay 29 gün, yəni 25 ildən artıq olması deməkdir.

3. Bundan başqa, “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən verilmiş 30.08.2019cu il tarixli 201-20 nömrəli İşin xarakteri haqqında arayışda qeyd olunmuşdur ki, iddiaçı 01.04.1996-cı il tarixdən Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir (01.04.1996-cı il. Əmr № 03/K). 03.02.1997-ci ildə usta vəzifəsinə keçirilmişdir (03.02.1997-ci il. Əmr№ 10/K). 02.07.2001-cil tarixdə Müəssisənin ləğvi ilə əlaqədar olaraq işdən azad edilmişdir (“xxxx” SCEİB 21.06.2 001-ci il. Əmr № 80). 02.07.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Köməkçi Avadanlıqların Təmiri sexinə 6-cı dərəcəli buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər vəzifəsinə işə qəbul olunmuşdur (30.07.2001-ci il. Əmr № 269/K). 01.09.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqların Təmiri sexi Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır (03.09.2001-ci il. Əmr № 326/K). 05.01.2009-cu il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. Zərərli iş şəraitində işlədiyi üçün 02.07.2001-05.01.2009-cu il tarixədək 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Məlumat üçün, “xxxx” ASC-nin 21.06.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müə ssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. “xxxx” ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx-Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” MMC adlandırılmışdır. “xxxx” ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. Arayış “xxxx” MMC-nin Arxivində kadrlar şöbəsində və mühasibatlıqda saxlanılan sənədlərə əsasən yazılmışdır. 4. “xxxx” ASC-nin 10.09.2019-cu il tarixli 01-7P.660 nömrəli işin xarakteri haqqında arayışa görə, iddiaçı 11.01.1982-ci ildən (əmr № 05-ok, 15.01.1982-ci il) Mingəçevir təmir sahəsində 2-ci dərəcəli çilingər vəzifəsi ndə, 18.10.1982-ci il tarixdən (əmr №118-ok, 25.10.1982-ci il) 3-cü dərəcəli qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifəsində, 03.02.1986-cı il tarixdən (əmr №10-l, 31.01.1986-cı il) 4-cü dərəcəli qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifəsində, 02.07.1990-cı ildən (əmr № 241, 02.07.1990-cı il) 5-ci dərəcəli qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifəsində, 02.01.1995-ci ildən (əmr № 26, 24.01.1995-ci il) 6-cı dərəcəli qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifəsində, 02.01.1996-cı ildə (əmr № 48, 07.02.1996-cı il) ikinci peşə kimi 2-ci dərəcəli qaz kəsicisi vəzifəsi verilmişdir, 01.04.1996-ci ilədək (əmr № 16a-ş, 02.04.1996-cı il) və AR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (iki müəssisə rəhbərliyinin razılığı ilə Xüsusiləşdirilmiş Təmi r Quraşdırılma İdarəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. Göstərilən peşə AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən çilingərlərin işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 14 il 2 ay 20 gün təşkil edir. Məlumat üçün, “xxxx” ASC-nin 23.01.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalatTəmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx” ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən “xxxx” MMC adlandırılıb. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılıb. 5. “xxxx” ASC-nin 10.09.2019-cu il tarixli 23 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı 11.01.1982-01.04.1996-cı il tarixlərdə “Azbaşenerji”nin və “xxxx” İB-nin İstehsalatTəmir Müəssisəsində işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır.

6. Cavabdehin iddiaçıya ünvanladığı 08.10.2019-cu il tarixli məktubda göstərilmişdir ki, idarəyə təqdim etdiyi 16 fevral 1982-ci il tarixli əmək kitabçasında qeyd olunan 11.01.1982-02.01.1996-cı il tarixləri arasındakı dövr Mingəçevir təmir sahəsində işlədiyi çilingər peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 21 noyabr 2019-cu il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əmək kitabçasında və təqdim edilən arayışlarda göstərilən 11.01.1982-ci il tarixdən-bu günə kimi olan əmək stajını, həmin stajın 14 il 2 ay 20 gününün güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməyini nəzərə a lmaqla, güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı 03.06.2018-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırmışdır ki, iddiaçının müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 35 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda 58 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Mingəçevir Rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pens iya hüququndan istifadə etməyinə maneə yaratmışdırlar. Sonuncu dəfə isə onun güzəştli pensiya hüququnun yaranması üçün tələb olunan 12 il 6 ay stajının olmadığını əsas gətirməklə imtina cavabı vermişlər. Halbuki təqdim etdiyi bütün arayışlardan göründüyü kimi onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranmasına lazım olan 12 il 6 ay stajdan əlavə də stajı vardır. Həmçinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini müh afizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı 57 yaşında yəni 03.06.2018-ci il tarixədək 35 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 14 il 2 ay 20 gününü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Onun tələb olunan ümumi stajı 35 ildən çox təşkil edir. Onun 15 ilindən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Dediyi hallar iş yerindən ona verilən arayışda da aşkar şəkildə əks olunmuşdur. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququm vardır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələrinə etdiyi müraciətimə müsbət cavab verilməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişlər.

9. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1765/2019 saylı 18.12.2019-cu il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə verilmişdir. 12. 04.06.2020-ci il t arixli məhkəmə iclasında iddiaçının iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.09.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır 13. “xxxx” ASC-nin Məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 08.06.2020-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı 11.01.1982-ci ildə (əmr 05-ok, 15.01.1982-ci il) “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində 2-ci dərəcəli çilingər kimi işə qəbul olunub, 18.10.1982-ci il tarixdə (əmr №118-ok, 25.10.1982-ci il) h əmin sahədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, 03.02.1986-cı il tarixində (əmr № 10-n, 31.01.1986-cı il) həmin sahədə 4-cü dərəcəli çilingər peşəsinə keçirilib, 02.07.1990-cı ildə (əmr № 241, 02.07.1990-cı il) həmin sahədə 5-ci dərəcəli çilingər peşəsinə keçirilib, 02.01.1995-ci ildə (əmr № 26, 24.01.1995ci il) həmin sahədə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib, 02.01.1996-ci ildə (əmr № 48, 07.02.1996-cı il) ikinci peşə kimi 2-ci dərəcəli qaz kəsicisi peşəsi verilmiş və 01.04.1996-ci ilədək (əmr № 16a-ş, 02.04.1996-cı il) AR Əmək Qanunları Məcəlləsinin 36cı maddəsinin 5-ci bəndinə (iki müəssisə rəhbərliyinin razılığı ilə Xüsusiləşdirilmiş Təmir Quraşdırılma İdarəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. 06.01.2010cu ildə (əmr № 10/17-kş, 28.01.2010-cu il) “xxx x” ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli çilingər kimi işə qəbul olunub, 28.12.2012-ci ildə (əmr №-152/17-kş, 28.12.2012-ci il) Sumqayıt Texnologiyaları Parkının Ağır Maşınqayırma Departamentində 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 29.12.2012-ci ildə (əmr 48/6-kş, 29.12.2012-ci il) AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşə, AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü f əslinə əsasən Elektrik stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən çilingərlərin işi (11.01.1982-ci ildən 01.04.1996-ci ilədək və 06.01.2010-cu ildən 29.12.2012-ci ilədək) bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 17 il 2 ay 23 gün təşkil edir. Məlumat üçün, “xxxx” ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx” MMC, “xxxx” MMC adlandırılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-2569/2020 saylı iş) 10 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin e dilərək iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya məxsus əmək kitabçası və iş yerindən güzəştli arayışlarla təsdiq olunur ki, o, 01.01.2006-cı il tarixə, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibat i kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X4, 2-1(103)-1994/2020 saylı iş) 7 dekabr 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

17. Cavabdeh 25 sentyabr 2020-ci il tarixdə qərarın surətini almış, 23 oktyabr 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

18. Əmək kitabçasına əsasən iddiaçı 11.01.1982-ci ildən 01.04.1996-cı il tarixinədək Mingəçevir təmir sahəsində “qazanxana avadanlığının təmiri üzrə çilingər” peşəsində çalışmışdır. İddiaçı güz əştli iş stajını təsdiqləyən arayış kimi “xxxx” ASC-nin 10.09.2019-cu il tarixli işin xarakteri haqqında arayışına əsaslanır. Həmin arayışda “xxxx” ASC, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinə istinad edir.

19. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını topladığını iddia etdiyi üçün onun çalışdığı peşənin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda öz əksini tapıb-tapmadığı məsələsinə qiymət verilməlidir. Birinci instansiya məhkəməsi adı çəkilən 2 saylı Siyahıda 2140000a18455 koduna istinad edərək iddianı təmin edib. Həmin kod altında aşağıdakı peşələr nəzərdə tutulub: - “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yana caq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”.

20. Nəzərə almaq lazımdır ki, qeyd edilən peşə 2 nömrəli məlum Siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlanan 13-cü bölməsində öz əksini tapıb. İddiaçının çalışdığı və hazırda “xxxx” ASC-nin fəaliyyət sahəsinin “elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” sahəsinə aid olub-olmadığı iş materialları ilə təsdiqlənə bilmir. “xxxx” ASC-nin istinad edilən arayışı ilə bu müəssisənin tikinti-təmir sahəsində fəaliyyət göstərdiyi anlaşılır. Belə olan halda, məhkəmənin sözügedən koda istinad etməsinin mötəbərliyi şübhə altına alınır.

21. İddiaçının 1 yanvar 2006-cı il tarix inədək olan güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Odur ki, Filialın imtinası əsaslı olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümk ünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 26. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: günədək Maddə

13. Axırıncı iş yerindən a sılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 27. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabineti nin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 28. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflər i ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

30. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilm iş, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİİ bölmədə iş materialları ilə təsdiqlənə bilmədiyindən onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

36. Apelyasiya məhkəməsinin mövqeyinə görə 1 yanvar 2006-cı ilə qədər iddiaçı 2 saylı Siyahıda mövcud olan peşədə işləmiş və həmin vaxta qədər 25 ildən az olmayan ümumi iş stajı, 12 il 6 aydan az olmayan güzəştli iş stajı mövcud olmuşdur.

37. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə işlədiyi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. 38. “xxxx” ASC-nin 08.06.2020-ci il tarixli Arxiv arayışına əsasən, iddiaçı 11.01.1982-ci ildə “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində 2-ci dərəcəli çilingər kimi işə qəbul olunub, 18.10.1982-ci il tarixdə həmin sahədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, 03.02.1986-cı il tarixində həmin sahədə 4-cü dərəcəli çilingər peşəsinə keçirilib, 02.07.1990-cı ildə həmin sahədə 5ci dərəcəli çilingər peşəsinə keçirilib, 02.01.1995-ci ildə həmin sahədə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib, 02.01.1996-ci ildə ikinci peşə kimi 2-ci dərəcəli qaz kəsicisi peşəsi verilmiş və 01.04.1996-ci ilədək Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (iki müəssisə rəhbərliyinin razılığı ilə Xüsusiləşdirilmiş Təmir Quraşdırılma İdarəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. 06.01.2010-cu ildə “xxxx” ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli çilingər kimi işə qəbul olunub, 28.12.2012-ci ildə Sumqayıt Texnologiyaları Parkının Ağır Maşınqayırma Departamentində 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 29.12.2012-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşə, Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən çilingərlərin işi (11.01.1982-ci ildən 01.04.1996-ci ilədək və 06.01.2010-cu ildən 29.12.2012-ci ilədək) bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 17 il 2 ay 23 gün təşkil edir. Məlumat üçün, “xxxx” ASCnin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx” MMC, “xxxx” MMC adlandırılmışdır.

39. Həmçinin xxxx” ASC-nin “xxxx” MMC tərəfindən verilmiş arayışlarda qeyd olunmuşdur ki, iddiaçı 02.07.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Köməkçi Avadanlıqların Təmiri sexinə 6-cı dərəcəli buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər vəzifəsinə işə qəbul olunmuşdur, 05.01.2009-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. “xxxx” ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx-Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” MMC adlandırılmışdır. “xxxx” ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır.

40. İddiaçının elektrik stansiyasında buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər peşəsində işləməsi işdə olan əmək kitabçası və iş yerlərinin təqdim etdiyi arayışlarla da təsdiq olunmuşdur.

41. İddiaçının 11.01.1982-ci il tarixdən 01.04.1996-ci il tarixədək “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində Turbin və köməkçi avadanlıqların təmiri sahəsində işlədiyi çilingər vəzifəsi, habelə 02.07.2001-ci il tarixdə n 01.01.2006-cı ilədək Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Köməkçi Avadanlıqların Təmiri sexində buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “21400000 - Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütü n adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur.

42. İddiaçı 1 yanvar 2006-cı ilə qədər Siyahıda nəzərdə tutulan turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə çilingər peşəsində fəaliyyət dövrü 12 il 6 aydan çox olmuşdur.

43. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğu, həmçinin 3 iyun 1961-ci il təvəllüdlü olduğu nəzərə alınaraq, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiya hüququna malik olması nəticəsinə gəlmişdir.

44. İddiaçının işlədiyi peşə 2 saylı siyahıda Xİİİ bölmədə əksini tapdığından məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillə rini əsaslı hesab etməmişdir.

45. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

46. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1994/2020 saylı, 7 dekabr 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar