Məhkəmə qərarları › İş №2-1(102)-652/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-652/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 22.12.2021-ci il tarixli, 2-1(103)-2852/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuşdur, atası X2, anası X5r.

2. İddiaçının atası X2 26.08.1974-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan məcburi köçkündür (15.04.2002-ci ildən məcburi köçkün vəsiqəsi verilmişdir).

3. İddiaçının anası X7 14.12.1972-ci ildə Goranboy rayonu, Zeyvə kəndində anadan olmuşdur, Bakı şəhəri, Xətai RPİ, Elçin Əliyev küçəsində qeydiyyatdadır.

4. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 303 saylı 23 iyun 2021-ci il tarixli məktubuna əlavə edilmiş 28 may 2007-ci il tarixli 156 saylı müqavilədən görünür ki, X2 onunla yaşayan dörd nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Ramana – 450 qəsəbədə iki otaqlı 156 saylı evdə, sakini olduğu Şuşa rayonunun Malıbəyli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmışdır.

5. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6138/2020 saylı 16.11.2020-ci il tarixli qətnaməsi ilə X8 ilə X2 arasında Şuşa rayon Qeydiyyat şöbəsində 30.06.2001-ci ildə 5 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 08.01.2009-cu il təvəllüdlü X3 atası X1 yanında saxlanılması qət edilmişdir.

6. Şuşa rayon İcra Hakimiyyətinin 10 iyun 2021-ci il tarixli 5/288 saylı məktubundan görünür ki, İddiaçı məcburi köçkün kimi Şuşa rayonundan 60 manat vahid aylıq müavinət alır.

7. İddiaçının atası Ziyəddin İsgəndərov, qızı İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

8. İddiaçının atası Ziyəddin İsgəndərova ünvanlanmış 01/1090 saylı 26 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçının atası Ziyəddin İsgəndərov cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “qızına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Daha sonra iddiaçı X2 ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-5232/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir.

12. İddia tələbi belə əsaslandırılmışdır k i, iddiaçının atası Z.İsgəndərov Şuşa rayonunun Malıbəyli kəndindən məcburi köçkün düşən zaman onun (iddiaçının atasının) 17 yaşı var idi və o, ailəli deyildi. Belə olan halda keçmiş həyat yoldaşının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) ola bilməzdi. Həmçinin, qanunvericiliyin tələbinə uyğun olaraq dövlət tərəfindən İddiaçı üçün aylıq 60 manat “çörək pulu” ödənilir və o, bank kartı vəsitəsilə həmin məbləği alır. Bu fakt bir daha onu təsdiq edir ki, dövlət İddiaçı məcburi köçkün kimi tanımışdır və bu səbəbdən ona qidalanmaq üçün müvafiq məbləğ ödəyir. Belə olan halda, qaydalarda olan ziddiyyət məhz vətəndaşın xeyrinə həll edilməlidir. Belə ki, atası məcburi köçkün olduğu üçün iddiaçının da “məcburi köçkün” statusu alaraq, dövlətin təyin etdiyi birdəfəlik və digər y ardımlardan yararlanmaq hüququ vardır. Anasının məcburi köçkün olmadığına görə, qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmaması səbəbindən ona “məcburi köçkün” statusunun verilməsindən imtina edilməsi ədalətsizdir.

13. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tələbi tam əsassız olduğundan və heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından təmin edilməməlidir.Təqdim edilmiş sənədlər Komitə tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının valideynləri 30.06.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Sabunçu rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. İddiaçının atasının Şuşa rayonu, Malıbəyli kəndində, anasının isə ünvan 1 ünvanda qeydiyyatda olduğu müəyyən edilmişdir. İdd iaçının anasının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğal olunmuş rayon (şəhər) olmadığından ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydaların 4.1.6-cı maddəsinə əsasən imtina verilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

14. Bakı İnzibati Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2-1(112)-5232/2021 saylı qərarı (hakim S.Salahova) ilə iddia tələbi təmin edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (4.1.6- cı maddəsi sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.12.2021-ci il tarixli, 2-1(103)-2852/2021 nömrəli (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və C.Yusifov ) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin 30.07.2021-ci il tarixli, 2-1(112)-5232/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri, imtina məktubunun və iddiaya dair yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazın dəlilləri iddia ərizəsinə uyğun dur. Etirazda kassasiya şikayətinin təmin olunmaması, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqq ında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə ə sasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. İş üzrə apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yu xarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İddiaçı cava bdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir.

29. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 148 saylı 08 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səla hiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir.

30. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün s tatusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

31. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunm uşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir.

33. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddi açı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.

34. Hazırki işdən müəyyən olunur ki, Sabunçu rayon Məhkəməsinin 2(008)6138/2020 saylı 16.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının anası X8 ilə atası X2 arasında Şuşa rayon Qeydiyyat şöbəsində 30.06.2001-ci ildə 5 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 08.01.2009-cu il təvəllüdlü X3 atası X1 yanında saxlanılmışdır.

35. İddiaçının atası 2020-ci ildən məcburi köçkün statusuna malikdir və 2003-cü il təvəllüdlü övladı İddiaçı onun himayəsindədir.

36. Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin 10 iyun 2021-ci il tarixli 5/288 saylı məktubundan görünür ki, İddiaçı məcburi köçkün kimi Şuşa rayonundan 60 manat vahid aylıq müavinət alır.

37. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı maddəsi sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz.

38. Məhkəmə tərkibi oxşar işlə r üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

39. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.12.2021-ci il tarixli, 2-1(103)-2852/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar