Məhkəmə qərarları › İş №2-1(102)-652/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-652/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmət dövrünün və iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hərbi xidmət dövrünün və iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2736/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. F.Cəfərov adına X2 xx.xx.2022-ci il tarixli, 35 nömrəli arayışına əsasən iddiaçı 1 sentyabr 1969-cu il tarixdən 3 nömrəli əmrlə 47 nömrəli peşə məktəbinə təhsil müddəti bir il olan 1 saylı “Ocaqçı” qrupu na qəbul olmuş və əyani təhsil almışdır. 24 iyul 1970-ci il tarixdə 10 nömrəli əmrlə 11 saylı qrupun “elektromontyor” ixtisası üzrə 47 nömrəli texniki peşə məktəbindən xaric olmuşdur.

2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 128 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1974xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

3. İddiaçıya məxsus AZE ******* nömrəli, xx.xx.1992-ci il tarixli “Kolxozçunun əmək kitabçası”na əsasən iddiaçı: - xx.xx.1972-ci il tarixdən 1997-ci il tarixədək 1 may kolxozunda; - xx.xx.1998-xx.xx.2001-ci il tarixdə "xxxx" X1 sürücü işləmişdir.

4. Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci i tarixli, 216/a nömrəli arxiv arayışına əsasən iddiaçı 1972-1973-cü illərdə Boyəhmədli kolxozun da, 1978-1980-ci illərdə Bakı kolxozunda, 1980-1998-ci illərdə R.Səfərəliyev kolxozunda işləmişdir.

4. İddiaçı ona xx.xx.2004-cü il tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, təqdim edilən 1 may 1992-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi sosial sığorta stajı 17 il 5 ay 20 gün olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçının əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun AZE ******* saylı əmək kitabçasında qeyd edilən əmək stajının və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1548/2021 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Ba kı İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçasındakı iş illərinin və hərbi xidmət dövrünün sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 avqust 1955-ci il tarixdə Kəlbəcər rayonunun Bozlu kəndində doğulmuşdur, hazırda Bərdə rayon Qaradəmirçi kəndində yaşayır. Erməni silahlı birləşmələrinin Kəlbəcəri işğalı zamanı əsir düşmüşdür. İddiaçı 1 yanvar 1972-ci il tarixdən 31 dekabr 1984-cü il tarixədək Kəlbəcər rayonu 1 May kolxozunda kolxozçu kimi işləmişdir. Sonradan hərbi xidmətə getmiş, hərbi xidmətdən sonra 15 mart 1985-ci il tarixdə R.Səfərəliyev adına kolxozda sıravi kolxozçu, 20 aprel 1987-ci il tarixdə həmin kolxozda trak torçu işinə qəbul olunmuşdur. 5 yanvar 1998-ci il tarixdə "xxxx" müştərək kommersiya firmasında sürücü işləmiş və 23 mart 2001-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. O, hazırda təqaüdə çıxmaq istəyir. Ona bildirilmişdir ki, 2006-cı ildən sonra fərdi hesabında sığorta ödənişi olmamış və bundan başqa əmək stajı 25 il təşkil etmir, bu səbəbdən də ona əmək pensiyası təyin olunmur. Onun əmək kitabçasındakı iş illəri və hərbi xidmət dövrü ona əmək pensiyası almağa imkan verir və işləməsi öz təsdiqini əmək kitabçası ilə tapsa da, DSMF Bərdə rayon şöbəsi bunları nəzərə almamışdır.

10. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçı xx.xx.1955-ci ildə Kəlbəcər rayonu, Bozlu kəndində anadan olmuş, onun pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. İddiaçın ın əmək pensiyasının təyin olunması barədə müraciəti ilə bağlı cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul olunmuşdur. İddiaçının təqdim etdiyi 1 may 1992-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi sosial sığorta stajı 17 il 5 ay 20 gün olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qeyri-mümkündür.

11. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-2622/2022 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət dövrü sığorta stajına daxil edilməklə o na yaşa görə (16 avqust 2020ci il tarixdən) əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud məhkəmə praktikasına və bununla bağlı formalaşmış inzibati praktikaya uyğun olaraq əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn arxivə göndərilən sorğuya cavab alınmamasına görə baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması i ddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Həmçinin iddiaçı 1974-1976cı illərdə hərbi xidmətdə olmuşdur. Həm 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsi, həm də həmin tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsi şəxsin hərbi xidmət dövrünü onun sığorta stajı kimi nəzərdə tutur. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və arxiv arayışlarında göstərilən iş stajının sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.

13. Cavabdeh həmin qərardan apellyasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2736/2022 nömrəli qərarı (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-2622/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, əsli işdə olan, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1972-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2001-ci il tarixədək müxtəlif iş yerlərində və vəzifələrdə çalışmışdır (29 il 2 ay 22 gün). Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda iddiaçının xx.xx.2006-cı il tarixədək 17 il 5 ay 20 gün staja malik olduğunu bildirsə də, hansı iş yerində stajın nəzərə alınmadığını qeyd etməmiş, apellyasiya şikayətində də bu məsələni dəqiqləşdirməmişdir. Bundan əlavə, işdə olan arayışlara əsasən iddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuş (1 il 11 ay 20 gün), xx.xx.1969-xx.xx.1970-ci il tarixlərdə 47 nömrəli peşə məktəbində təhsil almışdır (9 ay 23 gün).

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq göstərir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Kəlbəcər rayon “1 may kolxozu”nda işləməsi ilə bağlı Milli Arxiv İdarəsi Kəlbəcər rayon Dövlət Arxivinə sorğu ünvanlanmış və cavab məktubunda həmin kolxozun sənədlərinin işğal zonasında qalması qeyd olunmuşdur. Digər hal isə əmək kitabçasında öz əksini tapmış "xxxx" X1 işlədiyi dövrlərdir. İşin müəyyən edilən hallarından da görünür ki, həmin müəssisənin fəaliyyətinin yoxlanılması müəssisənin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti də əsassız olaraq təmin edilməmişdir. İşi araşdıran hər iki instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlər lə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) ya şa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunu n qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənəd lər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətini n dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia çının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun qanunvericilikdə göstərilən yaş həddinə çatması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olması zəruridir.

32. Cavabdehin imtinasının əsasında iddiaçının ümumi sosial sığorta stajının tələb olunan müddətdən (25 ildən) az olması (17 il 5 ay 20 gün) dayanır. Kassasiya şikayətinin dəlillərində isə cavabdeh iddiaçının Kəlbəcər rayon “1 may kolxozu”nda və "xxxx" X1 işlədiyi dövrləri mübahisələndirir.

33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin xüsusatlarla bağlı iddiaçının əmək kitabçasının məl umatlarının mötəbərliyini qəbul etmişdir.

34. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1969-xx.xx.1970-ci il tarixlərdə texniki peşə məktəbində təhsil almış, xx.xx.1972-ci ildə əmək fəaliyyətinə başlamış (xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuş) və xx.xx.2001-ci il tarixədək müxtəlif iş yerlərində və vəzifələrdə çalışmış, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

35. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üz rə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

36. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

37. Qərarın 20-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

38. Bununla belə, iddiaçının 1972-1973-cü illərdə Boyəhmədli kolxozunda, 19781980-ci illərdə Bakı kolxozunda, 1980-1998-ci illərdə R.Səfərəliyev kolxozunda işləməsinə dair Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci i tarixli, 216 /a nömrəli arxiv arayışı iş materiallarına əlavə olunmuşdur.

39. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı nəinki sübuta yetirilməmiş, hətta təqdim edilən arxiv arayışı əsasında mötəbərliyini daha da artırmışdır.

40. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ca vabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2736/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar