Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-652/24) (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2898/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 54 nömrəli Texniki Peşə Məktəbində kran maşinisti ixtisası üzrə təhsil almış, xx.xx.1979-cu il tarixdə SSR Sənaye Tikinti Nazirliy inin “Sənaye Tikinti Mexanizasiya” Trestinin TQİ-3 Qüllə kranın 4-cü dərəcəli maşinistin stajoru kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu il tarixdə Qüllə kranın 4-cü dərəcəli maşinisti keçirilmiş, xx.xx.1979-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən 4-cü dərəcəli kran maşinisti köməkçisi kimi əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1982-ci il tarixdə kranın 5-ci dərəcəli maşinistin stajoru, 12.1982-cu il tarixdən 6-cı dərəcəli maşinist keçirilmiş, xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsində əyani təhsil almış, xx.xx.1991-ci il tarixdə “Xəzərdənizneftsosial tikinti” tr estinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş ustası kimi əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1992-ci il tarixdən həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir.
2. İddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçının "xxxx" ASC-nin 06 yanvar 2021-ci iİ tarixli 01/01 nömrəli və 15 sentyabr 2022-ci il tarixli 01/97 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunsa da, "xxxx" ASC-nin xx.xx.1995-ci i l tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 8 ay 19 gün xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 20072020-ci il tarixləri arasındakı dövr üzrə cəmi 6 il 6 ay)), güzəştli iş stajının isə 12 il 6 aydan az (2 il 9 ay 29 gün (xx.xx.1992-xx.xx.1995-ci il dəri arasındakı dövr)) təşkil edir. Belə ki, 2007-2020-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində həmin dövr üzrə 87 ay (2010-cu il üzrə, 2011-ci ilin 11 ayı üzrə, 2014-ci ilin 1 ayı üzrə, 2015-ci ilin 7 ayı üzrə, 2016-cı 11 ayı üzrə, 20172019-cu illər üzrə və 2020-ci ilin 9 ayı üzrə) sığ orta ödənişi öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə 13 il 06 ay 12 gün təşkil edir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzif ələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri eynidir.
5. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-3846/2023 nömrəli qərarı (hakim B.M.Cəlalov) ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhk əməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1960-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çox, 26 il 8 ay 11 gün təşkil edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının işlədiyi "xxxx" ASC-nin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Xəzər dəniz neft sosial tikinti tresti (2003-cü ildən "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 05 iyun 1996-cı il tari xindən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdar əsinin 23 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 18, qanuni təmsilçisi (rəhbəri) X1r. Cavabdehin etirazının dəlilinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında yaradılmışdır. İddiaçının əmək kitabçası məlumatlarına əsasən o, xx.xx.1995-ci ildə Xəzər dəniz neft sosial tikinti trestində işləmiş, həmin müəssisə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrə li sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi, cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmaması barədə dəlili əsassızdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmə XXVİİ, 2290000a a) fəhlələr, 2290000b—23419 (yeni tikinti və quraşdırma işlərinin ustaları) 2290000b— 24441 - iş icraçıları vəzifələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edi lmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə kimi “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir. Göründüyü kimi, iddia çının güzəştli iş stajı 12 il 06 aydan artıq (13 il, 6 ay, 14 gün) təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən onun xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. İddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2021-ci il tarixdə olmuşdur. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən pensiya ödənilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2898/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-3846/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 01 yanvar 1995-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının 1995-ci il tarixdən sonra işədiyini iddia etdiyi müəssisənin cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi həmin tarixdən, yəni 1995-ci il tarixdən sonra fəaliyyətinin olmamasına münasibət bildirərkən yalnız verilmiş sorğulara gələn cavablara əsaslanmışdır. Lakin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 fevral 2023- cü il tarixli məktubunda “Xəzərdənizneftsosialtikinti” trestinin (2003-cü ildən "xxxx" Açı q Səhmdar Cəmiyyəti) 05 iyun 1996-cı il tarixdən qeydiyyatda olduğu qeyd olunmuşdur. Həmin müəssisənin qeydiyyatda olması hələ heç də onun fəaliyyətinin olması kimi qiymətləndirilə bilməz. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş 01/97 nömrəli 15 sentyabr 2022-ci il tarixli arayışda 2010-cu il tarixdə trestin inzibati binasının satılmasından sonra mühasibat sənədlərinin həmin binada qalmaması və yeni mülkiyyətçi tərəfindən atılması ilə bağlıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərl i və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixti saskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxı lması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) Bənd
1. Əmək stajı iş, xidm ət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bənd
25. Əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Bənd
27. Ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” “kod 22900000 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmə XXVİİ, 2290000a a)fəhlələr, 2290000b—23419 (yeni tikinti və qura şdırma işlərinin ustaları) 2290000b— 24441 - iş icraçıları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbin in dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, hazırki qərarın 1-2-ci bəndlərində sadalanan işin müəyyən edilmiş halları ilə iddiaçının 57 yaşının xx.xx.2017-ci il tarixdə tamam olması və xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması öz təsdiqini tapır.
26. İddiaçıya 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanunvericiliklə tələb olunan və hazırki mübahisə predmeti olan 12 il 6 ay güzəştli iş stajına malik olub-olmaması ilə bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1992xx.xx.1995-ci illər arasındakı dövr ərzində olan 2 il 9 ay 29 gün güzəştli iş stajını qəbul etməklə mübahisələndirmir. Mübahisə predmeti olan müddət iddiaçının "xxxx" ASC-də xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətdir. Belə ki, cavabdeh "xxxx" ASC-nin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyətdə olma dığını əsas gətirməklə həmin müddətin iddiaçının güzəştli iş stajına daxil edilməsindən imtina edir.
27. İddianın hüquqi əsasına və cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən müəssisənin fəaliyyəti ilə bağlı lazımi qaydada araşdırma aparılmış və sorğulara əsasən göndərilmiş cavab məktublarına, habelə hazırki qərarın 15 və 17-ci bəndlərində sadalanan qanunvericiliyin göstərişi əsasında iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçının məhz "xxxx" ASC-də xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi öz təsdiqini tapmışdır.
28. Məhkəmə kollegiyası hazırki iş üzrə məhkəmələr tərəfindən aparılmış araşdırmaları yetərli hesab edərək qeyd edir ki, vətəndaşa pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəali yyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
29. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat apardığı, iddiaçının xeyrinə olan hall arı araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər də daxil olmaqla onun xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli iş stajı mövcud olduğundan onun "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və 2006-cı ilə qədər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiy asının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2898/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.