Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-653/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-653/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əraz i İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2741/2018 saylı qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 100.6 kv.metr və 120 kv.metr qeyri-yaşayış sahəsinə (hər ikisi bırlıkdə cəmı z20.6 kv.metr) dair adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəqərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinın xxxx 2017-ci il tarixli, 2-1(81)4317/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinın İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-2927/2017 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsınin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)756/2018 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsınin kassasiy a şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatı-İqtisadi Kollegiyasının xxxx 2017-ci ıl tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinın 2-1(81)-4317/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı xxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmış və həmin məhkəmə qərarı icra olunması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsınə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(81)-4317/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin, Səbail rayon İcra Hakimiyyətinın, Fö vqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və Azərbaycan Respublikası Əmlak Məsələlərı Dövlət Komitəsinin müvafıq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə yenıdən işə baxılması və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)4317/17 saylı qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2741/2018 saylı qərardadı ilə (sədrlik edən M.N.Tağız adə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və Azərbaycan Respublikası Əmlak Məsələlərı Dövlət Komitəsinin müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi, işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, aparılmış araşdırmalar nəticəsində və xxxx 2018-ci il tarixdə müvafiq ünvanda İdarənın mütəxəssi sləri tərəfindən aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahələri arxiv sənədlərinə əsasən 38.70 kv.m və 28.60 kv.m olduğu halda, faktiki olaraq 101.90 kv.m və 129.0,kv.m təşkil edir, müvafiq 2 mərtəbəli qeyri-yaşayış sahəsi ayrı-ayrı, lakin bitişik tikililərdir və qeyri-yaşayış sahəsi kimi istifadə olunur, müvafiq daşınmaz əmlakda özbaşına olaraq yenidənqurma işlərinin aparılması və əlavə sahələrin inşa edilməsı nəticəsində qeyri-yaşayış sahələrinin ümumi sahələri 101.90 kv.m və 129.0 kv.m olan 2 mərtəbəli, 2 ədəd qeyri-yaşayış sahələrinə çevrilmiş, bundan əlavə həmin qeyri-yaşayış sahələri Bayıl bazarının daxilində yerləşir, qeyri-yaşayış sahələrində özbaşına olaraq əlavə tikililər inşa edilmiş, bu səbəbdən də qeyri-yaşayış sahələrinin ümumi sah əsi 217.7 kv.m təşkil edir, müvafiq qeyri-yaşayış sahələrində aparılmış əlavə tikinti və yenidənqurma işləri nəticəsində artırılmış əlavə sahələrə dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, ərizəyə əlavə edilmiş obyektdə aparılmış yenidənqurma işlərinə dair istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi) mövcud qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilməmiş və təsdiq olunmamış, belə ki, tikinti obyektlərinın istismara icazə sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 2014-cü il tarixli, 302 saylı qərarı ilə təsdiq edilmış “Tikinti obyektinin istismarına icazənin vahid forması”na və Azərbaycan Respublikası Prezidentinın xxxx 2014-cü ıl tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tik intiyə dövlət nəzarətının həyata keçırilməsi Qaydaları”na uyğun tərtib olunmalı və təsdiqlənməlidir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və Azərbaycan Respublikası Əmlak Məsələlərı Dövlət Komitəsinin müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi, işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlillə ri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması ki mi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2741/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsində müvafiq qeyri-yaşayış sahələri arxiv sənədlərinə əsasən 38.70 kv.m və 28.60 kv.m olduğu halda, faktiki olaraq 101.90 kv.m və 129.0,kv.m təşkil etməsi, müvafiq daşınmaz əmlakda özbaşına olaraq yenidənqurma işlərinin aparılması və əlavə sahələrin inşa edilməsi nəticəsində qeyrıyaşayış sahələri nin ümumi sahələri 101.90 kv.m və 129.0 kv.m olan 2 mərtəbəli, 2 ədəd qeyri-yaşayış sahələrinə çevrilməsi, müvafiq qeyri-yaşayış sahələrinin ümumi sahəsınin 217.7 kv.m təşkil etməsi, əlavə tikinti və yenidənqurma işləri nəticəsində artırılmış əlavə sahələrə dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi, eləcə aparılmış yenidənqurma işlərınə dair istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktının (istismara icazə sənədi) mövcud qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilməməsi və təsdiq olunmaması ilə bağlı istinad edilən hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, ərizədə göstərilən arqumentlər həm cavabdehin imtinasının, həm də hazırkı işin məhkəmə araşdırması zamanı iddiaya etirazı, apellyasiya və kassasiya şikayətinin d əlilləri ilə eyni olmaqla, işə baxan məhkəmələrə qeyd edilən hallar məlum olmuş, beləliklə, iş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra, İPM-in 100-cü maddəsində nəzərdə tutulan əsasları özündə əks etdirən hallar mövcud olmamış, cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş icraatın təzələnməsi üçün əsas ola biləcək hər hansı sübut, məlumat, o cümlədən sənəd ərizəyə əlavə edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin: -100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ər izəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. -101-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. -104.1-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və s. göstərilməlidir. -104.2-ci maddəsinə əsasən, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. -106.1-ci maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün əri zədə göstərilmiş əsaslarla bağlıdır. -106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Apellyasiya Məhkəməsi qeyd edilən normalara əsaslanaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə yeni açılmış hallar barədə ərizə yalnız həmin iş üzrə məhkəmə icraatına cəlb olunmuş proses iştirakçıları tərəfindən verilə bilər. Qanunun qeyd edilən tələbində məqsəd məhz həmin iş üzrə məhkəmə icraatında iştirak etmiş şəxslərə sonradan aşkar olunmuş yeni sübutları, eləcə də ilkin icraat zamanı üzrlü səbəblərdən təqdim olunmamış sübutları məhkəməyə təqdim etmək imkanı tanımaq, bununla da qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halları yenidən mübahisələndirməklə düzgün nəticəyə gəlməkdə ədalət mühakiməsinə kömək etməkdir. Yeni açılmış hallarla bağlı ərizənin təmin və ya rədd edilməsi ərizənin mahiyyəti üzrə baxılaraq yeni açılmış hal kimi qeyd edilən sübutların (və ya hallara) əsaslı olub-olmadığı baxımından aparılan dəyərləndirmədir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bağlı məhkəmə icraatında proses iştirakçısı olmuş şəxslərin ərizəsi əsasında iş üzrə yeni açılmış halın möv cudluğuna ərizədə göstərilmiş əsaslar üzrə qiymət verilərək sonda ərizənin rədd və ya təmin edilməsi nəticəsinə gəlinir. Məhkəmələr iş materiallarına istinad etməklə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin ərizəsində yeni açılmış hallar kimi irəli sürülən dəlillərə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinın xxxx 2017-ci il tarixli qərarı və yuxarı instansiya məhkəmələrinin qərarları ilə qiymət verildiyini, beləliklə, iş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra, İPM-in 100-cü maddəsində nəzərdə tutulan əsasları özündə əks etdirən halların mövcud olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2741/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-n in 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2741/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-653/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-653/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver