Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-653/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X3, X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil, üçüncü şəxs R.Əliyevanın vəkili Hücrəddin Hac ıbalayevin iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X3, X1 iştirakı ilə) qarşı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 21(103)-1991/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və cizgisi”nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün, habelə vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və cizgisi”nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların döv lət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması vəzifəsi Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Texniki səhv olaraq tərtib edilmiş və 20 M və 20 L adlı bağ sahələri üçün nəzərdə tutulmuş plan və cizgilər (sonradan plan və ölçülər) Ərazi İdarəsi tərəfindən ləğv edilməli və bu qanuna uyğunsuzluğu aradan qaldırmalıdır. Göstərilən məqamla bağlı müvafiq qaydada ərizə ilə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmiş, məhkəmə qərarları barədə bildirilmiş və xahiş edilmişdir ki, mübahisəli torpaq sahəsi barədə vaxtı ilə texniki səhv kimi verilmiş torpaq sahəsinin plan və cizgilərinin və həmçinin, plan və ölçülərin ləğv edilməsi barədə müvafiq hərəkətlər aparılsın. Həmin ərizəyə sonuncu idarə tərəfindən xx.xx.2017-ci il tarixli məktubla cavab verilərək bil dirilmişdir ki, məhkəmə qərarı icra edilməsi üçün İdarəyə rəsmi qaydada daxil olmamış və icra sənədinin rəsmi qaydada Ərazi İdarəsinə daxil olacağı halda ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Ancaq cavabdeh təşkilatın bu qaydada ərizəyə münasibət bildirməsi birbaşa həmin inzibati orqanın üzərinə düşən hərəkətlərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Çünki yuxarıda qeyd edilən məhkəmə qərarları üzrə keçirilmiş məhkəmə proseslərində cavabdeh olaraq Bakı Şəhər Ərazi İdarəsi olmuşdur. İkinci tərəfdən, çıxarılmış məhkəmə qərarları mübahisələndirmə haqqında iddia olmuş və torpaq sahəsinin planlarının ləğvi barədə olmuşdur. Deməli, qeyd edilən planların ləğv edilməsi üçün hansısa bir icra sənədinin məhkəmə tərəfindən inzibati orqana göndərilməsinə ehtiyac yoxdur, çünki artıq qa nuni qüvvəyə minmiş məhkəmə qərarı ilə göstərilən planlar İəğv edilmiş və inzibati orqan da digər münasibətlərdə bu halı əsas götürməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-578/2018 nömrəli (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli 449907 və 449906 nömrəli “Torpaq sahəsinin planı və cizgisi” və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli AA049569 nömrəli və xx.xx.2013- cü il tarixli AA049563 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli AA0670029 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi qərara alınmışdır. Mə hkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs R.Əliyevaapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-84/2019 nömrəli (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərarı ilə üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi,birinci instansiya məhkəməsinin 2-1(82)-578/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının qismən - xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üz rə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddiasının təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, 3-cü şəxs R.Əliyevanın apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin 2-1(82)-578/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının digər hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.x x.2019-cu il tarixli, 2-1(102)1703/2019 nömrəli(R.Nəbizadə - sədrlik edən və məruzəçi, hakimlər A.Hüseynov və X.Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-84/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının iddianın rədd edilən hissəsində-20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə x xxxx 2013-cü il tarixli 049569 saylı, xx xxx 2013-cü il tarixli 449907 saylı və xx xxxxxxx 2014- cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmas ı hissəsində ləğv edilməsi, işin iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi, kasasiyanın xx xxx 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmaması, bu hissədə şikayətin qəbulundan imtina edilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1991/2019 nömrəli(A.N uriyeva - sədrlik edən və məruzəçi, hakimlər V.Ağayev və C.Yusifov) qərarı ilə üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarının qismən – xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi tələbinə dair hissədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddi açının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə iş materiallarına diqqətlə fikir verməmişdir. Belə ki, hazırki mübahisə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli Qərarı barəsində deyil, həmin qərarın düzgün olmadan icra olunmasındandır. Yəni, qeyd edilən qərar mübahisəli torpaq sahəsi haqqında deyil, 20L nömrəli bağ sahəsi barədə verilmişdir ki, həmin bağ sahəsinin də iddiaçıya heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, məhkəmə torpaq sahəsinin iddiaçının sahiblik və istifadəsində olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığını qeyd etmişdir. Ancaq bu necə ola bilərdi ki, iddiaçının həmin torpaq sahəsində subyektiv hüququ olduğu halda (Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarına istinadən), ondan istifadə və sahibliyi mövc ud olmasın? Apelyasiya instansiyası tərəfindən apelyasiya şikayətinin təmin olunmasında əsas tutduğu istiqamət iddiaçının mövcud mübahisə ilə bağlı subyektiv hüququnun olmamasını əsaslandırmaq istəməsi olmuşdur. Bunun üçün də, mübahisəli torpaq sahəsinə torpağa sahibliyi əsaslandıran və iddiaçıya ayrılmasını özündə ehtiva edən hansısa hüquqmüəyyənedici sənədlərin olmamasını qeyd etmişdir. Hətta bununla bağlı hər hansı bir hüquqmüəyyənedici sənədin olmadığının işin mübahisəsiz halı olması və bu barədə heç bir sübutun məhkəməyə təqdim edilməməsi barədə qərarda göstərilmişdir. Yəni, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu ancaq torpağın iddiaçıya verilməsini (ayrılmasını) əsaslandıran sərəncam, qərar, müqavilə və s., bu kimi digər sənədlərin olması anında mövcud o la biləcəyini əsaslandırmağa çalışmışdır. Subyektiv hüquqa münasibətin düzgün olmadan tətbiqinin digər 2-ci əsası, üçüncü şəxsin mübahisəli torpaq sahəsinə heç bir aidiyyətinin olmamasındadır. Çünki üçüncü şəxs ona ayrılmış bağ sahəsinə münasibətdə subyektiv hüquqları vardır (əslində onunla 1990-cı il tarixdə bağlanmış icarə müqavilələrinin özü şübhəlidir, ona görə ki, Hövsan ərazisində bağların sırası konkret rəqəmlərlə olduğu halda, üçüncü şəxsə aid olan bu bağın sıra nömrəsinə rəqəmdən başqa hərf də əlavə edilmişdir. Məsələn, «L» hərfi). Üçüncü şəxslərin mübahisəli əraziyə deyil, ancaq bağ sahələrinə münasibətdə subyektiv hüququ olduğu halda, iddiaçının isə hal-hazırda sahiblik və istifadəsində olan torpaq sahəsinə subyektiv hüququ mövcuddur. Çünki üçüncü şəxsə (eləcə də şəxslərə) ayrıl mış torpaq sahələrinin hazırki iş üzrə mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Subyektiv hüquqla yanaşı X2 mülkiyyətində olan torpaq sahəsinin birinci instansiya tərəfindən qəbul edilmiş qərarla pozulmasını göstərmişdir. Ancaq bu elə deyil, vaxtı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bağ sahələri barədə planların verilməsi öhdəliyinin DƏDRX-nə üzərinə qoyan zaman (bu qarar 2012-ci il tarixlidir), həmin məhkəmə qərarı sonradan dövlət orqanı tərəfindən düzgün işlənilməmişdir. Daha doğrusu, məhkəmə qərarı düzgün icra edilməmişdir. Belə ki, həmin qərarın icrası zamanı bağ sahəsi kimi qələmə verilməsi üçün, torpaq sahələrinin planları mübahisəli torpaq sahəsinin koordinatları kimi müəyyən edilərək işlənilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətin də Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1991/2019 nömrəli qərarının «apelyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, eləcə də iddia tələbinin xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissələrində ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normala rının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1991/2019 nömrəli qərarının «apelyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, eləcə də iddia tələbinin xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissələrində ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs vəkili Hücrəddin Hacıbalayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs İ.Həsənov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi və üçüncü şəxs İ.Kazımov məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı ol madan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və üçüncü şəxsin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı «apelyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, iddia tələbinin xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-1991/2019 saylı qərarla, üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarının qismən – xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı xx xxxx 2013-cü il tarixli, N AA 0 49563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 58.7, 82-ci maddələrinə, Mülki Məcəllənin 14.1, 14.3, 158.1.2, 158.2, 158.4, 178.6, 179.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 55, 84-cü maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində xx xxxx 2019-cu il tarixli, 2-1(102)-1703/2019 saylı qərar qəbul edilərək, iddiaçının kasasiya şikayəti qismən təmin edilməklə, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-84/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qərarı iddianın rədd edilən hissəsində – 20L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adın a olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə x xxxx 2013-cü il tarixli 049569 saylı, xx xxx 2013-cü il tarixli 449907 saylı və xx xxxxxxx 2014-cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iş iddianın rədd edilən hissəsində, yəni, 20L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmiş, kasasiya xx xxx 2013-cü il tari xli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmamış, bu hissədə şikayətin qəbulundan imtina edilmişdir. Həmin Qərarın «Əsaslandırma hissəsində» göstərilmişdir ki, «Hazırkı kasasiya şikayətinin predmeti yalnız 20L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvi barədədir. İddiaçının şikayəti 20L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün mübahisələndirilməsinə dair apelyasiya məhkəməsinin qərarının ləğvinə aid hissədə qismən əsa slıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Apelyasiya instansiyası məhkəməsi 20L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən xx xxx 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Belə görünür ki, x xxxx 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü xx xxx 2013-cü il tarixli torpaq sahəsinin planı və cizgisi əsasında verilmişdir. Apelyasiya instansiyası məhkəməsi xx xxx 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladığı halda, onun əsasında verilmiş x xxxx 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğvi tələbi barədə iddianı təmin etməsini bu kontekstdən əsaslandırmamış, x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən xx xxxxxx 1990-cı il tarixli müqavilə işdə olmamış, həmin müqavilə tələb edilib onunla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə həmçinin istinad edilən və işin 200-cü səhifəsində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarının surətinin məhkəmənin möhürü ilə təsdiq edilməməsinə, onun qanuni qüvvəyə mınməsinə aydınlıq gətirilməmiş, qanuni qüvvədə olduğu halda məhkəmə qərarının düzgün icra edilməsini aydınlaşdırılmamış və bu işdə iddiaçı olan İddiaçı həmin iş üzrə məhkəmə icraatının tərəfi olub-olmaması müəyyən edilməmiş, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, xx xxxxx 2013-cü il tarixli qərarın bu işdə olan iddiaçı üçün məcburi hüquqi qüvvəyə malik olmasına münasibət bildirilməmişdir. İşin 9-cu səhifəsində olan qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, 20 L saylı bağ sahəsinə dair R.S.Əliyevanın adına verilmiş xx xxxxxx 2013-cü il tarixli plan və ölçü ləğv edilmişdir. Bu işdə olan tərəflər həmin icraatın tərəfi olmuşlar. xx xxxxxx 2016-cı il tarixli məhkəmə qərarında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli rəyinə istinad edilərək qeyd edilmişdir ki, mütəxəssis rəyində göstərilənlərə əsasən, mübahisələndirilən ərazi Bağçılıq Birliyi tərəfindən vətəndaşlara icarəyə verilmiş ərazi hüdudları daxilində yerləşmədiyindən və mülki işin 5-ci səhifəsində olan ləğv edilmiş DT və XK-nın Bakı şəhər şöbəsinin məktublarından da göründüyü kimi, xx xxxxxx 1990-cı il tarixli icarə müqavilələrinə əsasən Raisa Əliyevaya və İslam Kazımova ayrılmış torpaq sahələrinin ilkin sxemləri mülki işin materiallarında olmadığından, həmin torpaq sahələrinin onlara ayrılmış bağ sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə qərarında həmçinin ekspert rəyinə istin adən qeyd edilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli torpaq sahəsinin planında göstərilən sahənin vaxtilə vətəndaşlara bağ sahəsi kimi icarəyə verilən ərazi hüdudları daxilində deyil, başqa ərazi hüdudları daxilində olduğu müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi ləğv olunmuş x xxxxxx 2013-cü il tarixli planı və ölçüsündə və hazırkı mübahisə predmeti olan x xxxx 2013-cü il tarixli 049563 saylı planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin eyni olub-olmamasını yoxlamamış və İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə uyğun hüquqi qiymətləndirmə aparmamışdır. Apelyasiya instansiyası məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarının düzgün icra edilməsini aydınlaşdırmamış, tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsinin, ek spert və mütəxəssis cəlb edilməsinin, istinad edilən digər məhkəmə qərarlarının qəbul edilməsinə əsas olmuş işlərə baxış keçirilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Lakin apelyasiya instansiyası məhkəməsi onun üçün məcburi xarakter daşıyan Ali Məhkəmənin mübahisəli torpaq sahəsinin plan və ölçüsünə aid hüquqi mövqeyini nəzərə almamış, «hazırkı işdən məlum olur ki, qeyd edilən qərarın icrasının düzgün olubolmaması barədə mübahisə mövcud deyil» kimi əsassız nəticəyə gəlmişdir. Halbuki iş üzrə barizdir ki, sözügedən məsələ ilə bağlı mübahisə mövcuddur ki, bu da Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli q ərarından açıq-aşkar şəkildə bəllidir, belə ki, Ali Məhkəmənin məcburi xarakter daşıyan göstərişləri, o cümlədən tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsi, ekspertizanın və mütəxəssislərin cəlb edilməsi, Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarında konkret şəkildə yazılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi bunların heç birini etməyərək, iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı «apelyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunm ası, iddia tələbinin xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1991/2019 saylı qərarı «apelyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, iddia t ələbinin xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-653/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-653/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver