Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-653/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxslə- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ata adının dəyişdirilməsi) Hakimlər: Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) qarşı ata adının dəyişdirilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 21(103)-2660/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AA*******, FİN kod: xxxxxxx) xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 2 fevral 1984-cü il tarixli, 354 nömrəli “Doğum haqqında akt qeydi”nin və 22 nömrəli “Atalığı müəyyən etmək haqqında akt qeydi”nin təsdiq edilmiş surətlərinə əsasən X4 xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası 29.11.1960-cı il təvəllüdlü X6 (milliyyəti erməni), anası 11.12.1964- cü il təvəllüdlü X5 (milliyyəti rus).
3. X4 Nəsimi rayon qeydiyyat şöbəsinə 30 sentyabr 2016-cı il tarixdə “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” ərizə ünvanlayaraq soyadının “Sokolova”, ata adının isə “Yuryevna” ilə dəyişdirilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 25.11.2016-cı il tarixli rəyi ilə X1 soyadının və ata adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir.
5. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin 13 dekabr 2016-cı il tarixli qərarı ilə X1 soyadının “Sokolova”ya, ata adının isə “Yuryevna”ya dəyişdirilməsindən imtina edilmişdir. 6. 15 aprel 2018-ci il tarixli, 0044 6 0004 nömrəli “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydi”nin təsdiq edilmiş surətinə əsasən X4 soyadını dəyişmiş, dəyişəndən sonra İddiaç ı olmuşdur. 7. 11 may 2018-ci il tarixdə verilmiş AZ-İV 117676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx xxxxxx 1983cü ildə Bakı şəhərində anadan olmuş, atası X6 (milliyyəti erməni), anası 11.12.1964-cü il təvəllüdlü X5 (milliyyəti rus).
8. Vİİ JQ 870801 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Gürcüstan Respublikasının vətəndaşı X10 ilə Azərbaycan Respublikasının vətəndaşı X7 (iddiaçının anası) 7 dekabr 1999-cu il tarixdə nikahl bağlamışlar.
9. Gürcüstan Respublikasına aid 15BA87712 nömrəli pasportun notarial qaydada təsdiq edilmiş surətinə əsasən, 16 noyabr 1972-ci ildə Marneulidə doğulmuş X11 Respublikasının vətəndaşıdır.
10. Gürcüstan Respublikasının vətəndaşı X12 rayon qeydiyyat şöbəsinə 16 sentyabr 2018-ci il tarixli ərizə ünvanlayaraq İddiaçı ata qrafasında Robertovna əvəzinə onun adının (Azad) yazılmasına etiraz etmədiyini bildirmişdir.
11. İddiaçı Nəsimi rayon qeydiyyat şöbəsinə 18 sentyabr 2018-ci il tarixdə “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə” ünvanlayaraq onu tərbiyə etmiş şəxsin adını ata adı kimi götürmək istədiyi üçün ata adının “Azad” adına dəyişdirilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyi ilə İddiaçı ata adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir.
13. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin 23 noyabr 2018-ci il tarixli qərarına və həmin tarixli, 1024 nömrəli məktubuna əsasən təqdim edilən sənədlər yoxlama aparılması üçün Bakı şəhəri Nəsimi r ayon polis idarəsinə göndərilmişdir. Lakin aparılan müvafiq yoxlama nəticəsində 1 noyabr 2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq 23.11.2018-cı il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsindən imtina edilməsi barədə qərar çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin 23 noyabr 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsini, ərizəsinin təmin edilərək ata adının “Roberto vna”dan “Azad qızı”na dəyişdirilməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1983-cü ildə Bakı şəhərinin Xətai rayonunda anadan olmuşdur. O, doğulandan sonra atası və anası ilə birlikdə Xətai rayonunda yaşamışdır. Anası Naziyeva (Sokolova) Natalya Yuryevna Azərbaycan Respublikası vətəndaşıdır, milliyyəti rusdur, 11 dekabr 1964-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Atası X6 29 sentyabr 1960-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur, milliyyəti ermənidir. 1988-ci ildə münaqişələr başlayanda atası onları tərk edərək Rusiyaya getmiş və bir daha geri qayıtmamış, ondan sonra onun barəsində heç bir məlumatı olmamışdır. 2018-ci ilin aprel ayına qədər “Arzumanyan" soyadını daşımışdır. Münaqişələr başlayanda 5 yaşı olmuş, soyad sonluğunun “yan” olması səbəbindən məktəbə gedə bilməmişdir. Anası onun üçün evə müəllim dəvət edirmiş və o, 1989-cu ildən 1995-ci ilədək evdə təhsil almışdır. İddiaçı 1995-ci ildə Xətai rayonundan Sabunçu rayonuna köçmüşdür. 1995-2000ci illərdə Bakı şəhəri Sabunçu rayon 67 saylı orta məktəbdə təhsil almışdır. Orada anasının soyadına uyğun olaraq "Sokolova" soyadı ilə oxumuşdur. 9 və 10-cu sinfi oxumaq üçün şəxsiyyət vəsiqəsi tələb olunmuşdur. 2001-ci ildə şəxsiyyəti təsdiq edən sənədlə (9 nömrəli formada arayış) təmin olunmuşdur. İddiaçının şəxsiyyətini təsdiq edən sənəddə soyadı "Arzumanyan” olduğu üçün 10 və 11-ci sinfi oxuya bilməmişdir. Müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi 15 aprel 2018-ci il tarixdə soyadını “Arzumanyan”dan “Sokolova“ya dəyişdirmişdir. 18 sentyabr 2018-cı il tarixdə iddiaçı ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin ərizə barəsində cavabdeh 23.11.2018ci il tarixdə ata adının dəyişdirilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar ona 25 dekabr 2018-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(81)1213/2019 nömrəli qərarı (hakim Ş.Süleymanova) ilə iddia tələbi təmin edilməmişdir.
17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya in stansiyası məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019cu il tarixli, 2-1(103)-1772/2019 nömrəli qərarı (hakimlər S. Seyidova-sədrlik edən, V. Məmmədov və İ. Əhmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(81)-1213/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2-1(102)-3241/2019 nömrəli qərarı (hakimlər A. Hüseynov -sədrlik edən, F. Əl iyev və H. Nəsibov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 21(103)-1772/2019 nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən məsələ ilə əlaqədar yoxlama aparan polis idarəsinin rəyinə istinad etmiş və göstərmişdir ki, həmin idarə iddiaçının ata adının dəyişdirilməsi məsələsi ilə bağlı mənfi rəy vermiş və müraciətin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. İş materiallarında polis idarəsinin yuxarıda sözügedən rəyi mövcud olmamış, eyni zamanda cavabdeh şöbənin işin materiallarına əlavə edilmiş yazılı sənədlərində (mübahisələndi rilən qərarında, məktublarında və s.) rəyin məzmunu açıqlanmamışdır. Yəni polis idarəsinin mənfi rəy verməsinin əsasları iş üzrə müəyyən edilməmişdir. Eyni zamanda işin materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi 14.03.2019-cu il tarixli məktubunda iddiaçının cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxs kimi barəsində həmin İdarədə hər hansı məlumatın olmaması qeyd olunmuşdur. Bundan başqa, işin materiallarında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi 20.02.2019-cu il tarixli məktubunda iddiaçının Azərbaycan Respublikası hüdudlarından k ənara hərəkətinə heç bir məhdudiyyətin tətbiq olunmadığı bildirilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhdudiyyətlər mövcud deyilsə, Qaydalara görə, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. İddiaçının atalığı, Gürcüstan vətəndaşı olan X8r. O, iddiaçının anası ilə Bakı şəhərində 07.12.1999-cu il tarixdə nikaha daxil olmuş və həmin tarixdən iddiaçıya atalıq etmişdir. Apellyasiya instansiya məhkəməsi isə yuxarıda qeyd edilən hallara hər hansı hüquqi qiymət verməmiş, müvafiq araşdırmalar aparmadan hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 16 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1007/2020 nömrəli qərardadı (hakimlər H. Həmidov-sədrlik edən, E. Nağıyeva və V. Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(81)-1213/2019 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsində ikinci icraat
24. Bakı İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(112)-2928/2021 nömrəli qərarı (hakim P. Hüseynov) ilə iddia tələbi təmin edilməmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia əsassızdır və təmin edilməməlidir.
26. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2660/2022 nömrəli qərarı (hakimlər S. Bəktaşi-sədrlik edən, Ş. Məmmədova və A. Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(112)-2928/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, 15.04.2018-ci il tarixdə iddiaçı X1 soyadı «Arzumanyan»dan «Sokolova»ya d əyişdirilmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə ona verilmiş potensial hüququndan istifadə etmişdir və bundan sonra iddiaçı ata adının dəyişdirilməsi tələbi ilə bağlı inzibati orqana müraciət etmişdir. Caaabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyinə əsasən iddiaçının ata adının dəyişdirilməsindən imtina etmişdir.
29. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri:
30. İddiaçı hesab edir ki, hüquq normalarının məcmusuna əsasən adın, ata adının və ya soyadın dəyişdirilməsinə yalnız üç halda yol verilmir - şəxs cinayət mühakimə icraat ına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda. Qeyd edilən halların yoxlanılması üçün cavabdeh müvafiq rayon (şəhər) polis idarəsinə müraciət etməlidir. Polis idarəsinin əsaslandırılmış rəyindən sonra yenidən cavabdeh Polis İdarəsinin rəyi də daxil olmaqla sənədləri nəzərdən keçirməli və adın dəyişdirilməsinin məqsədəmüvafiq sayılması barədə rəy çıxarmalıdır (həmin rəy Qaydalara əlavə edilmiş 2 saylı Əlavəyə uyğun olmalıdır). Cavabdeh öz yekun rəyi əsasında qərar qəbul etməli və müvafiq dəyişikliyə icazə veribvermədiyini göstərməlidir. Onun işində bu üç haldan heç biri mövcud deyil. O, heç bir cinayət işi üzrə icraata şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir, götürülməmiş və ya ödənilməmiş məhkumluğu mövcud deyil, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməmişdir. Qaydaların 6.5-ci bəndində göstərilən imtinanın üç əsası yekun xarakter daşıyan siyahıdır və hüquq tətbiq edən orqanının mülahizəsi ilə genişləndirilərək başqa əsaslar nəzərdə tutula bilməz. Cavabdeh Qaydaların maddi-hüquq normalarını onun işinə düzgün tətbiq etməmişdir. Onun işində bu üç haldan heç birinin olmamasına görə onun müraciətinin təmin edilməsinin maddi-hüquqi əsasları mövcuddur. Cavabdehin qərarı maddi-hüquqi baxımdan əsassızdır. Cavabdeh Polis İdarəsinin rəyini avtomatik olaraq qəbul etməyə haqlı deyil və onun əsaslandırılmış olmasını yoxlamağa borcludur. Lakin bu iş üzrə görünür ki, cavabdeh polis i darəsinin rəyini onun əsaslandırılmış olmasını yoxlamadan qəbul etmişdir. Bundan başqa, cavabdeh sübutların düzgün qiymətləndirilməsini aparmamış, iş üzrə sübutları düzgün tətbiq etməmiş və öz qərarını əsaslandırmamışdır.
31. Bundan başqa, polis orqanının səlahiyyəti aşağıdakı məsələləri aydınlaşdırmaqdan ibarətdir: ərizəçinin şəxsiyyətinin müəyyənləşdirilməsi - ata adının dəyişdirilmə məqsədinin istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmaq olmasını müəyyən etmək. Polis İdarəsinin verdiyi rəydə onunla bağlı bu məsələlərdə hər hansı nöqsan olması müəyyən edilməmişdir, lakin bunun əvəzinə Polis İdarəsi heç bir əsaslandırma aparmadan məqsədəmüvafiq saymama barədə rəy vermişdir. Ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübut ları məhkəməyə təqdim edə bilməməsi ilə bağlı məhkəmənin mövqeyinə cavab olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Göründüyü kimi qanunvericilik ata adının dəyişdirilməsini fiziki şəxsə ixtiyar kimi verir. Başqa sözlə, ata adının dəyişdirilməsi ərizəçinin subyektiv iradəsindən asılıdır və bunun üçün hər hansı zərurət şərti qanunvericiliklə irəli sürülməyib. Ata adı erməni adıdır və o, bu ata adı ilə yaşamaqdan qorxur. İlk dəfədir ki, ata adının dəyişdirilməsi ilə bağlı müraciət edir. Bundan əlavə, qanunvericilikdə ata adının dəyişdirilməsi ilə bağlı şəxs tərəfindən sübut təqdim etmək tələbi yoxdur, əgər sübut tələb olunmursa, onda ərizəçinin mötəbər sübut təqdim etmək öhdəli yi də yoxdur. Çünki bu məsələ ərizəçinin iradəsinə aid məsələdir, ərizəçinin mülahizəsinə buraxılır və istisna edici əsaslar yoxdursa, onda dövlət orqanı həmin iradəyə imperativ olaraq riayət etməlidir. Bakı Apellyasiya Məhkəməsi işi hərtərəfli araşdırmamış, birinci instansiya məhkəməsinin səhvini təkrarlamış, bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ilkin qərarının əsaslandırmasına yaxın mövqe nümayiş etdirərək Ali Məlikəmə tərəfindən həll edilmiş, iş üzrə mübahisə doğurmayan arqumenti yenidən mübahisələndirmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini icra etməmiş, qərarını işin halları ilə uzlaşmayan qeyri-dəqiq (aydın olmayan) ifadələrlə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nət icələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. 6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: 6.8.1. ərizə verən şəxsin soyadı, adı, atasının adı; 6.8.2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi; 6.8.3. daşımaq istədiyi ad, ata adı və soyad; 6.8.4. doğulduğu tarix və yer; 6.8.5. milliyyəti və vətəndaşlığı; 6.8.6. yaşayış və iş yeri, vəzifəsi; 6.8.7. hərbi qeydiyyat yeri; 6.8.8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada; 6.8.9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada); 6.8.10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer); 6.8.11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt; 6.8.12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi). 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X3 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardı rsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə ol unmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərar ını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası işin ma teriallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.
40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
41. Hazırkı mübahisə mahiyyət eti barı ilə iddiaçının ata adının “Robertovna”dan “Azad qızına” dəyişdirilməsinə nail olmaqdan ibarətdir.
42. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş və bu zaman onun soyadı, adı və ata adı X2muşdur. İddiaçı 30 sentyabr 2016-cı il tarixdə soyadının “Sokolova”, ata adının isə “Yuryevna” ilə dəyişdirilməsinə dair ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qəbul edilmiş 13 dekabr 2016-cı il tarixli qərarla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
43. Bundan sonra, iddiaçı soyadının “Sokolova” ilə dəyişdirilməsinə dair cavabdehə təkrar müraciət etmiş və 15 aprel 2018-ci ildə iddiaçının soyadı dəyişdirilmişdir. Halhazırda iddiaçı ata adının dəyişdirilməsi üçün cavabdehə müraciət et mişdir, lakin cavabdeh onun ata adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab olunmadığı barədə Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin rəyinə əsaslanaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
44. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən ilk növbədə qeyd edir ki, şəxsin adının, soyadının və ata adının dəyişdirilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının qanunvericiliyi ilə yetərli səviyyədə tənzimlənir.
45. Nəzərə almaq lazımdır ki, şəxsin adının, soyadının və ata adının dəyişdirilməsi onun qanunla təminat altına alınan və qorunan hüququdur. Həmin hüququn səmərəli və obyektiv şəkildə həyata keçirilməsi baxımından qanunvericilikdə müəyyən qayda və tələblər nəzərdə tutulmuşdur.
46. Belə ki, soyadın, adın və ata adının dəy işdirilməsi qaydaları bu qərarın 33-34-ci bəndələrində istinad olunan normalar əsasında hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən: - Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; - Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir; - Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs oldu qda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
47. Aşağı instansiya məhkəmələri tərəfindən hazırkı mübahisə üzrə müəyyən edilmiş hallara əsasən iddiaçı xx xxxxxx 1983-cü il təvəllüdlüdür və 16 dekabr 2001-ci il tarixdə yetkinlik yaşına çatmışdır.
48. Bundan başqa, iddiaçının anası X7 ilə 7 dekabr 1999-cu il tarixdə nikah bağlamış Gürcüstan Respublikasının vətəndaşı X10 onu tərbiyə etmiş şəxs kimi iddiaçının ata adının (Robertovna) onun adı (Azad) ilə dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
49. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 14.03.2019-cu il tarixli məktubda iddiaçının cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə i nzibati qaydada həbs edilmiş şəxs kimi barəsində həmin İdarədə hər hansı məlumatın olmadığı qeyd edilmiş, habelə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 20.02.2019-cu il tarixli məktubda iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənara hərəkətinə heç bir məhdudiyyətin tətbiq olunmadığı bildirilmişdir.
50. Hazırkı işə Azərbaycan Respublikası Ali Məhkəməsində ilk dəfə baxılan zaman məhkəmə qərarında qeyd edilmişdir ki, iş üzrə polis idarəsinin mənfi rəy verməsinin əsasları müəyyən edilməmiş, iddiaçının cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxs kimi barəsində hər hansı məlumatın olmaması, Azərbaycan Respublikasının hüdudlarından kəna ra hərəkətinə heç bir məhdudiyyətin tətbiq olunmaması, eləcə də, iddiaçının atalığının razılıq ərizəsi nəzərə alınmamış, nəticədə, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
51. Bundan sonra, işə birinci və apellyasiya instansiyası məhkəmələrində yenidən baxılarkən kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərə əməl olunmamış, iş üzrə Nəsimi rayon Polis İdarəsinin mübahisələndirilən rəyi iş materiallarına əlavə edilsə də, mənfi rəy verilməsinin əsasları müəyyən edilməmiş, habelə iş üzrə müəyyən olunmuş digər hallara düzgün hüquqi qiymət verilməmişdir.
52. Nəticədə, birinci instansiya məhkəməsi ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə yetərli sübutların təqdim olunmadığına istinadən iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, eyni zamanda əlavə olaraq iddiaçının soyadının «Arzumanyan»dan «Sokolova»ya dəyişdirilməsi nəticəsində qanunvericiliklə ona verilmiş potensial hüququndan artıq bir dəfə istifadə etdiyini qeyd etmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli müvafiq rəyində iddiaçının ata adının dəyişdirilməsinin məqsədə müvafiq hesab olunmaması qeyd edilsə də, bunun səbəbləri açıqlanmamışdır. Buna baxmayaraq cavabdeh həmin rəyə əsaslanaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
54. Bununla bağlı nəz ərə almaq lazımdır ki, yuxarıda istinad olunan Qaydalara görə, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon polis idarəsinə göndərir. Rayon polis idarəsi sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır.
55. Normanın məzmunundan göründüyü kimi, iddiaçının ərizəsi əsasında toplanmış sənədlərin cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməsi, ərizəçinin şəxsiyyətinin müəyyən edilmə si, habelə, onun istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının müəyyən edilməsi və bunun müəyyən olunduğu təqdirdə qarşısının alınması məqsədlərinə xidmət edir. Rayon polis idarəsi tərəfindən müvafiq yoxlama bu istiqamətdə aparılmalı və yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəy təqdim olunmalıdır.
56. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçının şəxsiyyəti, onun cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxs kimi barəsində hər hansı məlumatın olmadığı müəyyən edilmiş, lakin müəyyən olunmuş həmin xüsusatlar nəzərə alınmadan və heç bir əsaslandırılma aparılmadan mənfi rəy vermişdir.
57. Mübahisəyə dair iş üzrə materiallardan id diaçının ata adının dəyişdirilməsinin onun istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmaq məqsədi daşımadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 1 noyabr 2018-ci il tarixli rəyi yuxarıda istinad olunan Qaydaların tələbləri pozulmaqla tərtib olunmuş, cavabdeh isə lazımi araşdırma aparmadan, sadəcə həmin rəyə istinad etməklə qərar qəbul etmişdir.
58. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının müraciəti üzrə qərarın qəbul olunması cavabdehin məsuliyyət sferasına aiddir. Onun məsuliyyət sferasına aid olan qərarın qəbulu zamanı cavabdehin müvafiq rəyə və ya hər hansı sübuta üstünlük verməsi və yalnız həmin rəy və ya sübut əsasında qərar qəbul etməsi yolverilməzdir. Nəzərə alm aq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 47-ci maddəsinə əsasən inzibati orqan, o cümlədən cavabdeh sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməyə borcludur.
59. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iddiaçının ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutların məhkəməyə təqdim olunmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində ata adının dəyişdirilməsi ilə bağlı kifayət qədər tutarlı əsaslar göstərmişdir və məhz həmin əsaslar onun hazırkı iddia ilə məhkəməyə müraciətini şərtləndirmişdir.
60. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilk dəfə cavabdehə müraciət edərkən soyadının “Sokolova”ya, ata adının isə “Yuryevna”ya dəy işdirilməsini xahiş etmişdir. Sonradan o, sadəcə soyadının “Sokolova”ya dəyişdirilməsi ilə bağlı müraciət etmiş və onun soyadı müraciətinə uyğun dəyişdirilmişdir. Hazırda isə o, əvvəllər heç vaxt dəyişdirmədiyi ata adının dəyişdirilməsi tələbi ilə cavabdehə müraciət etmişdir.
61. Yuxarıda istinad olunan Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.246.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin bəndlərin tələbinə görə, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
62. Məhkəmə kollegiyası, iddiaçının bir dəfə soyadını dəyişməklə qanunvericiliyin ona verdiyi potensial hüquqdan artıq istifadə etməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə də razılaşmır və qeyd edir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə, artıq yuxarıda ifadə olunduğu kimi, yalnız istinad edil ən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı dəyişdirilən soyadının növbəti dəfə dəyişdirilməsi üçün deyil, əvvəllər dəyişdirilməmiş ata adının ilk dəfə dəyişdirilməsi tələbi ilə müraciət etmişdir.
63. Beləliklə, hazırkı mübahisədə ata adının dəyişdirilməsi ilə bağlı yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ata adının dəyişdirilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçının ata adının dəyişdirilməsindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur və onun ata adının dəyişdirilməsinə olan hüququnun pozulması ilə nəticələnmişdir.
64. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2660/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir.
65. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 21(103)-2660/2022 nömrəli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat şöbəsinin 23 noyabr 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarı ləğv edilsin, İddiaçı ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi öhdəliyi cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərar qətidir.