Məhkəmə qərarları › İş №2-1(102)-653/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-653/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-653/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və vətəndaşlıq mənsubiyyətin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3494/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 03 iyul 1971-ci il tarixdə Ağdam rayonunun Göytəpə kəndində doğulmuşdur.1978-1988-ci illərdə Ağdam şəhər 6 saylı orta məktəbdə oxumuş, 1998-ci ildə həmin məktəbi bitirmiş,1989-1991ciillərdə keçmiş sovet ordusunda hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra ailəsinin yaşadığı ünvan 1 ünvanında yaşamaqda davam etmişdir. Hal-hazırda həmin ünvanda daimi qeydiyyatdadır. 1993-1998-ci illərdə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil almış, 2000-ci il tarixdən, eyni zamanda, Rusiya Federasiyasının vətəndaşıdır.

2. O, 07 iyul 2022-ci il tarixdə cavabdehə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdi rilməsini xahiş etmiş, cavabdeh “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı 16 iyul 2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir.

3. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu aşkar edilmişdir. Onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olmağı onun doğulduğu 03 iyul 1971-ci il tarixdən hal-hazıradək vətəndaşı olduğu Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 8 avqust 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə m üraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun barəsində olan “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı 16 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi və mənsubiyyətin tanınması” tələbinə dair 2-1(112)-11212/2022 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçıya aid Azərbaycan Respublik asının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketin surətinə əsasən onun Azərbaycan Respublikasında sonuncu qeydiyyat ünvanı ünvan 2sinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şur asının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləridir.

7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3494/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və Z.B.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11212/20 22 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbindən göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinə müraciətinə əsasən sonuncunun qəbul etdiyi onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina barədə qərarının konkret halda ləğv edilməsini və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını tələb edir. İddianın birinci hissəsində cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina barədə qərarı mübahisələndirilsə də, qaldırılan iddia ümumilikdə məcburetmə haqqında iddiadır. Ümumiyyətlə, hazırkı iddia istər mübahisələndirmə, istər məcburetmə, istərsə də öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlmiş olsun, qüvvədə olan prosessual qanunvericiliyin tələbinə görə hər üç iddia növünün ərazi üzrə aidiyyəti aşağıdakı kimi müəyyənləşdirilmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azər baycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin qeyd olunan normasından göründüyü kimi, maraqlı şəxs tərəfindən birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı qaldırılan mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsinə və Rusiya Federasiyası tərəfindən verilmiş iddiaçının vətəndaşlığını təsdiq edən pasportdan (72 3080695), ərizə anketdən, ölkə ərazisinə giriş qeydlərindən görünür ki, iddiaçı 2000-ci ildən Rusiya Federasıyasının vətəndaşıdır, Azərbaycan Respublikasında sonuncu qeydiyyat ünvanı: ünvan 3nan 8.1.2-ci maddəsinin qeyd olunan tələbləri baxımından, hazırkı mübahisənin ərazi aidiyyəti Ağdam rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması üçün göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. Ağdam şəhərindən məcburi köçkün düşdükdən sonra iddiaçı əvvəlcə Bakı şəhəri, ünvan 4 ünvanında, daha sonra isə ünvan 5nvanında məcburi köçkün kimi yaşamağa başlayaraq, həm yerli icra hakimiyyəti, həm də polis orqanları tərəfindən həmin ünvanlarda müvəqqəti qeydiyyata götürülmüş və ona məcburi köçkün vərəqi açılmışdır.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür cavabdeh işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilib-göndərilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmış, bununla da işin məhkəmə aidiyyəti məsələsini mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdiyi halda, apellyasiya instansiyası məhkəməsinin onun bu fikrini qərardadında təhrif edərək “...cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsini düzgün hesab etmişdir” kimi göstərmişdir.

13. Kassas iyaçı kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə, İPM-in 8-ci maddələrinə istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Məhkəmələr və hakimlər haqqında” Qanun: M a d d ə 4

3. İnzibati məhkəmənin təşkili İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

16. Azərbaycan Resp ublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda isə Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikl ik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, 365-VİQD nömrəli Qanun Maddə 1.1. 8.1.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin: “Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;”; Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. 2.2. Bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin də lillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı işə ərazi aidiyyəti üzrə baxılması ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin h üquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri apelyasiya instansiyası məhkəməsini qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3494/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar