Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-653/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2726/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********147879 nömrəli qərardan görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyul 2018-aprel 2021 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır 2. xx.xx.2021-ci il tarixli, KY211588881 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, y uxarıda qeyd edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, Vergi Məcəlləsi, maddə 38.3.5, yoxlanılan dövr xx.xx.2018-xx.xx.2021-ci il göstərilmişdir. 3. xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********147879 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmə tinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X1 tərəfindən İddiaçı üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 4. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********160037 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən vergilərin cəmi 201.017,89 manat azaldılması, 9577,54 manat artıq hesablanması müəyyən edilmiş, 143142.4 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən növbədənkənar səyyar vergi yoxlaması əsasında İddiaçı MMC barəsində tərtib edilmiş **********147925 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən "X2" MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********160037 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarının ləğv edilməsi haqqında qərar qəbul e dilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021 tarixli, № **********147879 qərarla "X2" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması başlanmış, yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünü əhatə etmiş və xx.xx.2022-ci il tarixdə yekunlaşaraq **********147925 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən müəssisə tərəfindən guya yoxlama dövrü üzrə 334.000 (üç yüz otuz dörd min) manat məbləğdə vergidən yayındırılmış məbləğ müəyyən edilmişdir. Sözügedən yoxlama aktı tamamilə əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, qeyd olunan növbədənkənar vergi yoxlaması zamanı yoxlama dövrü üzrə ödənilməmiş vergilərin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən hesablanmışdır. Qeyd edilən Qaydalara əsasən mənfəətin hesablanması yalnız o halda həmin qaydalara uyğun aparıla bilər ki, vergi ödəyicisinin gəlirini müəyyən etmək mümkünsüz olsun. Lakin yoxlama zamanı iddiaçı tərəfindən vergi orqanına müəssisənin yoxlama dövrünə aid mənfəətinin müəyyən edilməsi üçün bütün sənədlər təqdim edilmiş və həmin sənədlərə əsasən müəssisənin mənfəətinin hesablanması mümkün olsa da, vergi orqanı əsassız olaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməklə mənfəətin hesabla nmasını yuxarıda qeyd edilən Qaydalara uyğun aparmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-332/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********160037 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmiş və iş üzrə 100 (bir yüz) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənil məsi qərara alınmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2726/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, E.Əliyev və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, muzdlu işlə əlaqədar əldə edilən gəlir fiziki şəxsin işlədiyi müəssisə tərəfindən onun fəaliyyətinə görə ödənilən əmək haqqı, yaxud bu işdə n işəgötürən tərəfindən ona verilən hər hansı bir ödəmədir. Bu ödəmə müəssisə tərəfindən ödənilən könüllü ödənc olub, ödəmə mənbəyində tutulan verginin vergitutma obyektidir. İş materiallarından görünür ki, cavabdeh iddiaçı müəssisənin rəhbəri tərəfindən nağdlaşdırılmış vəsaiti onun gəliri kimi qiymətləndirərək yuxarıda istinad olunan vergiləri hesablasa da, həmin pul müəssisə tərəfindən onun rəhbərinə könüllü olaraq yerinə yetirdiyi işlərə görə ödənilmiş məbləğ olmamış, deməli cavabdeh həmin məbləği muzdlu işlə əlaqədar əldə edilən gəlirə aid etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası X5nə münasibətdə qeyd etmişdir ki, müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni Vergilər İdarəsinə təqdim etmiş və **********5 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövrdə müəssisə X5nin ödəyicisi olmuşdur. Cədvəl məlumatlarından göründüyü kimi, vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə 110872,85 manat ƏDV hesablanmışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 166cı maddəsinə əsasən xx.xx.2018-cı il tarixdən xx.xx.2021-cı il tarixədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş “X5’’ bəyannamələrinin düzgünlüyü yoxlanıldı və verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən büdcəyə 119081,84 manat hesablanaraq, nəticədə 8208,99 manat kənarlaşma aşkar edildi. Belə ki, kənarlaşmanın səbəbi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarix ədək olan dövr üzrə müəssisə “X4” MMC-yə elektron qaimə-fakturalarla mal təqdim etdiyi və müəssisənin bank hesabına 185770,0 manat mədaxil olunduğu, ƏDV-nin subuçot hesabına 33438,60 manat ƏDV məbləğinin ödənildiyi, bu məbləğdən (xx.xx.2020-ci il tarixdə bankda olan hesablaşma hesabına ödənilən) 48810,0 manat (ƏDV-si 8785,80 manat) məbləğin 2020-ci ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində daxil olmuş məbləğ olaraq bəyan edilmədiyi və müəssisə tərəfindən vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilməməsi olmuşdur. Məhkəmənin qərardadının icrası məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 26 fevral 2024-cü il tarixli, 9/889 nömrəli ekspert rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim edilmiş iş materiallarında olan mövcud sənədlər əsasında İddiaçı 2018, 2019, 2020 və 2021-ci ilin birinci rübü üzrə malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri və gəlirdən çıxılan xərcləri tam olaraq öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli Səyyar vergi yoxlaması aktında, eyni zamanda vergi ödəyicisinin bəyannamə məlumatlarında göstərilən cəmi 1578106,04 manat gəliri (o cümlədən, 2019-cü il üzrə 1131862,22 manat, 2020-ci il üzrə 446243,82 manat) və gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1520184,78 manat (o cümlədən, 2019-cü il üzrə 1095167,55 manat, 2020-ci il üzrə 425017,23 manat) göstərilmişdir. Qeyd edilmişdir ki, yoxlanılan dövr (xx.xx.2018-xx.xx.2021-ci illər) üzrə İddiaçı gəlirin əldə edilməsi ilə b ağlı xərcləri iş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarış, EHVF və s. cild 2, c.i.v. 3-76, 144-202, 236-259) sənədlərindən ibarətdir. Lakin qeyd edilən xərc sənədləri (o cümlədən əmək haqqı xərcləri və s.) təqdim edilmiş iş materiallarında tam olaraq öz əksini tapmamışdır”.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlama zamanı vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanlarına t əqdim olunmuş "Mənfəət vergisi" bəyannaməsinin (2020-cı il) düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən mənfəət vergisi 11429,22 manat məbləğində azaldılmışdır.
14. Vergi orqanının 83.9-cu maddəsinin tətbiqi üçün əsas gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin təsdiqedici sənədləri yoxlamaya tam təqdim edilməməsi olmuşdur.
15. Əgər xərci təsdiq edən sənədlər iddiaçıda mövcud olsa idi, yoxlamanın aparıldığı dövrdə vergi orqanına, eləcə də, məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilə bilərdi. Belə olan halda, mövcud olmayan və təqdim olunmamış sənədlərin cavabdehdən tələb edilməsi tamamilə əsassızdır.
16. Müəssisə yoxlanılan dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Vergilər İdarəsinə təqdim edilmiş bəyannamələrə əsasən tədiyəçi tərəfindən sadələşdirilmiş verginin hesablanmasında 161,09 manat kənarlaşmaya yol verilmişdir.
17. Yoxlamanın əhatə etdiyi dövrdə müəssisə "İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər" üzrə məcburi dövlət sosial sığorta haqqının ödəyicisi olmuşdur. Bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfinden bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 44129,52 manat məcburi dövlət sosial sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 44129,52 manat sığorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50% miqdarında, yəni 22064,76 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
18. Yoxlamanın əhatə etdiyi dövrdə müəssisə "Muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) "üzrə sığorta haqqının ödəyicisi olmuşdur. Bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 1684,68 manat işsizlikdən sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılm ış 1684,68 manat sığorta haqqı aidiyyəti bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50% miqdarında, yəni 842,34 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
19. Yoxlanılan dövrdə müəssisə X5nin ödəyicisi olmuşdur. Cədvəl məlumatlarından göründüyü kimi, Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə 110872,85 manat ƏDV hesablanmışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən xx.xx.2018-cı il tarixdən xx.xx.2021-cı il tarixədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş "X5" bəyannamələrinin düzgünlüyü yoxlanıldı və verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən büdcəyə 119081,84 manat hesablanaraq, nət icədə 8208,99 manat kənarlaşma aşkar edildi.
20. Ekspert qarşısında qoyulan 2-ci sual sırf ayrı ayrılıqda hər bir vergi növü və sosial sığorta haqları üzrə kənarlaşmanın nə qədər təşkil etdiyi ilə bağlı olsa da, ekspert bu sualı ümumiyyətlə cavablandıra bilməmiş, sadəcə hesablamanın mümkün olmamasını bildirmişdir. Bu nəticəyə istinad edərək, vergi orqanının hesablamasını tamamilə ləğv etmək qanunsuz və əsassızdır.
21. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə tərəfindən, həmçinin, prosessual fəallıq prinsipi pozulmuş, müəssisənin rəhbərliyi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlərin hansı təyinat üzrə xərcləməsinin müəyyən edilməsi məqsədilə həmin şəxsin məhkəməyə şahid kimi çağırılaraq dindirilməsi və nağd qaydada çıxarılmış vəsaitlərin xərclənmə təyinatının və bunu təsdiq edən sənədlərin məhkəməyə təqdir edilməsi istiqamətində hər hansı araşdırma aparmamışdır.
22. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər han sı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. (səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan) 67.3. vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. (səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan) 67.4. vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan) 83.9. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan) 97.1. rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.3. gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 98.1. fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-2726/2024 saylı qərarla yuxarıda göstərilmiş qənaətə gələrkən belə hesab etmişdir, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********160037 saylı qərarın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsi ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tət biq etməklə, iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
29. Belə ki, iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********147879 nömrəli qərarına əsasən, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyul 2018-aprel 2021 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır. 30. xx.xx.2021-ci il tarixli, KY211588881 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, yuxarıda qeyd edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmişdir.
31. H əmçinin xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********147879 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X1 tərəfindən İddiaçı üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır.
32. Eyni zamana iş materiallarında olan “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********160037 nömrəli qərarına əsasən, İddiaçı tərəfindən vergilərin (o cümlədən mənfəət vergisi, X5, sadələşdirilmiş vergi, “işsizlikdən sığorta haqqı”, “işəgötürülənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər”, “muzdla işləyənləri işəgötürən sığotaedənlər”, “işsizlikdən sığorta haqqı”, “muzdla işləyənləri işəgötürən sığotaedənlər (işsizlik)” üzrə sığorta haqqı) cəmi 201.017,89 manat azaldılması, 9577,54 manat artıq hesablanması müəyyən edilmiş, 143142.4 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır.
33. Məhkəmə kollegiy ası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi eyni və ya oxşar dəlilləri kassasiya şikayətində də yazmışdır.
34. Belə ki, cavabdeh iddiaçıya 2019-cu il üzrə mənfəət vergisi hesablayarkən onun təqdim etdiyi xərc sənədlərinin tam təqdim edilməməsinə istinad edərək, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəətini şərti rentabellik əsasında müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etmiş və onu düzgün də təfsir etmişdir.
36. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası ( sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
37. Səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir.
38. Səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan 67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
39. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
40. Səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67.14cü maddəsinə görə Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
41. Səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq olaraq, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar (yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarı) əsasında hesablanır.
42. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, qanunverici VM-in 83.9-cu maddəsini yalnız vergi ödəyicisinin əldə etdiyi mə nfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı və ardıcıllığa uyğun olaraq 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda tətbiq edilməsini mümkün hesab etmiş, cavabdeh isə həmin maddənin tətbiqinin hansı əsasla mümkün olmamasını əsaslandırmadan birbaşa 83.9-cu maddəni tətbiq etmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi doğru olaraq vurğulamışdır ki, cavabdeh tərəfindən istinad edilmiş Vergi Məcəlləsinin 67.17-ci maddəsi xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş, lakin cavabdeh həmin normanı 2019-cu il üzrə vergi dövrünə tətbiq etmişdir.
44. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin “cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”, qənaətinə gəlməsi qanuna uyğun olmuşdur.
45. Həmçinin qeyd edilməlidir ki, cavabdeh səyyar vergi yoxlaması aktında gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin təsdiqedici sənədləri yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığını bildirmiş, apellyasiya məhkəməsi müəssisənin təqdim etdiyi həmin sənədlərin xərc sənədləri kimi qəbul edilməsinin mümkünlüyünü müəyyən etmək üçün məhkəməyə təq dim edilməsi barədə cavabdehə sorğu vermişdir.
46. Həmin sənədlər cavabdeh tərəfindən təqdim edilməmiş, apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi sənədlərin başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim edildiyini bildirmişdir.
47. Lakin işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********410100 nömrəli məktubunda göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində "X2" MMC-də (VÖEN: **********) xeyli miqdarda vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı aparılır. Azərbaycan Respublikası CPM-nin 199-201-ci maddələri ilə konfidensiallığının qorunması nəzərdə tutulan məlumatlar və sübutlar istisna olduğundan, bundan əlavə həmin sorğuda qeyd olunan məlumatların, həmçinin prosessual qərarların və ekspert rəylərinin göndərilməsi nəzərdə tutulmadığından, həmin sənədlərin göndərilməsi mümkün olmamışdır.
48. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 3.8., 53.3., 94.0., 94.0.1., 94.0.2-ci maddələrinə istinadən haqlı olaraq belə qənaətə gəlmişdir ki, “cavabdehin iddiaçıya VM-in 83.9-cu maddəsini tətbiq etməsi, onun xərc sənədlərini tam təqdim etməməsi ilə bağlı olsa da, cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Belə ki, mümkündür ki, iddiaçının təqdim etdiyi xərc sənədləri onun xərcini müəyyən etmək, o cümlədən özü tərəfindən bəyan edilən xərc məbləğinin düzgün olduğunu demək üçün kifayət edirdi, lakin nə qədər ki, vergi orqanı həmin sənədləri nə məhkəməyə, nə də ekspertə təqdim etməmişdir, bu halın, eyni zamanda əksinin dəqiq müəyyən edilməsi mümkünsüzdür. Bu halı sübut etmək vergi orqanının vəzifəsi olduğundan və onun tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən, qeyd olunan şübhələr vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 2019-cu il üzrə 31815,57 manat əlavə mənfəət vergisi və onun 50%-i həcmində, yəni 15907,79 manat maliyyə sanksiyası tətbiq edilməsi qanunsuz olmuşdur.”
49. Eyni ilə cavabdeh iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi hesablayarkən 2019cu ildə olduğu kimi onun təqdim etdiyi xərc sənədlərinin tam təqdim edilməməsinə istinad edərək, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəətini şərti rentabellik əsasında müəyyən etmişdir.
50. Burada qeyd edilməlidir ki, cavabdeh iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi hesablayarkən 2019-cu il üzrə eyni qaydalara istinad etdiyindən, apellyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, 2019-cu il üzrə vergi hesablaması ilə bağlı qeyd olunanlar həmçinin 2020-ci il üzrə hesablanmış əlavə mənfəət vergisinə də şamil edilməlidir.
51. Belə olan halda isə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu il üzrə 11429,22 manat əlavə mənfəət vergisi və onun 50%-i hə cmində, yəni 5714,61 manat maliyyə sanksiyası tətbiq edilməsi də qanunsuz olmuşdur.
52. Bununla yanaşı iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanmasına səbəb yoxlamanın əhatə etdiyi dövrdə iddiaçının bank hesabından nağd qaydada çıxarılmış vəsaitlərin müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilməsinə istinad edərək, həmin vəsaitləri fiziki şəxslərin gəliri kimi nəzərə alması olmuşdur.
53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələlərdə maddi hüquq normaları düzgün tətbiq edilmişdir ki, belə ki, VM-in 13.2.34-cü maddəsinə görə muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədl əri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.
54. Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
55. Həmin Məcəllənin 96.1-ci maddəsinə müvafiq olaraq rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
56. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.
57. Vergi Məcəlləsinin 97.1-ci maddəsinə görə rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlar ından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
58. VM-in 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.
59. VM-in 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
60. Eyni zamanda, səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan VM-in 150.1-ci maddəsinə müvafiq olaraq aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla iş ləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər.
61. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
62. Başqa sözlə muzdlu işlə əlaqədar əldə edilən gəlir fiziki şəxsin işlədiyi müəssisə tərəfindən onun fəaliyyətinə görə ödənilən əmək haqqı, yaxud bu işdən işəgötürən tərəfindən ona verilən hər hansı bir ödəmədir. Bu ödəmə müəssisə tərəfindən ödənilən könüllü ödənc olub, ödəmə mənbəyində tutulan verginin vergitutma obyektidir.
63. Lakin iş materiallarından görünür ki, c avabdeh iddiaçı müəssisənin rəhbəri tərəfindən nağdlaşdırılmış vəsaiti onun gəliri kimi qiymətləndirərək yuxarıda istinad olunan vergiləri hesablasa da, həmin pul müəssisə tərəfindən onun rəhbərinə könüllü olaraq yerinə yetirdiyi işlərə görə ödənilmiş məbləğ olmamış, yəni cavabdeh həmin məbləği muzdlu işlə əlaqədar əldə edilən gəlirə aid etməkdə haqlı olmamışdır.
64. Eyni zamanda cavabdehin ƏDV-nin hesablaması ilə bağlı qeyd edilməlidir ki, iddiaçının vergi öhdəliyinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 26 fevral 2024-cü il tarixli, 9/889 nömrəli ekspert rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim edi lmiş iş materiallarında olan mövcud sənədlər əsasında İddiaçı 2018, 2019, 2020 və 2021-ci ilin birinci rübü üzrə malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri və gəlirdən çıxılan xərcləri tam olaraq öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli Səyyar vergi yoxlaması aktında, eyni zamanda vergi ödəyicisinin bəyannamə məlumatlarında göstərilən cəmi 1578106,04 manat gəliri (o cümlədən, 2019-cü il üzrə 1131862,22 manat, 2020-ci il üzrə 446243,82 manat) və gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1520184,78 manat (o cümlədən, 2019-cü il üzrə 1095167,55 manat, 2020-ci il üzrə 425017,23 manat) göstərilmişdir.
65. Qeyd edilir ki, yoxlanılan dövr (xx.xx.2018-xx.xx.2021-ci illər) üzrə İddiaçı gəlirin əldə edilmə si ilə bağlı xərcləri iş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarış, EHVF və s. cild 2, c.i.v. 3-76, 144-202, 236-259) sənədlərindən ibarətdir. Lakin qeyd edilən xərc sənədləri (o cümlədən əmək haqqı xərcləri və s.) təqdim edilmiş iş materiallarında tam olaraq öz əksini tapmamışdır”.
66. Buna görə də rəyin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, yuxarıda göstərilən səbəblərdən xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmalı olan cəmi vergilərin və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları MDSS və işsizlikdən sığorta haqlarının mövcud iş materialları ilə konkret hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı.
67. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-1053 nömrəli məktubundan görünür ki, rəyə əsasən iş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair” Aktda öz əksini tapmış cari bəyannamələr üzrə "X2" MMC-nin borc məbləği aşağıdakı kimidir: 2022-ci il iyun ayı üzrə ƏDV – 1902, 95 manat; 2022-ci il 2-ci rüb üzrə MDSS – 5811, 57 manat; 2022-ci il 2-ci rüb üzrə Vahid İTS – 1130,00 manat.
68. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)2726/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.