Məhkəmə qərarları › İş №2-1(102)-654/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-654/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-654/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxxxxxxxxx” MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergilərin hesablanması barədə” qərarın mübahisələndirilməsi; gəlirdən çıxılan xərclərin uçotu; xərclərə dair sənədlərin təqdim edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İd arəsinə qarşı ““Vergilərin hesablanması barədə” Qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 noyabr tarixli 2-1(103)-2696/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdehin “Vergilərin hesablanması barədə” 2018-ci il 30 aprel tarixli, **********299900 saylı Qərarı ilə iddiaçıya 2016-cı ilin mənfəət vergisi üzrə kameral yoxlama nəticəsində 11.531,61 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı cavabdehə dəqiqləşdirilmiş bəyannamə və müvafiq təsdiqedici sənədlər təqdim etməklə müraciət edərək “Vergilərin hesablanması barədə” 2018-ci il 30 aprel tarixli Qərarın ləğv olu nmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı 2018-ci il 1 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin vergilərin hesablanması barədə 2018-ci il 30 aprel tarixli, **********299900 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında iddiaçıya mənfəət vergisi üzrə kameral qaydada əlavə olaraq hesablanmış 11.531,61 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı 2018-ci il 26 noyabr tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin hesablanması barədə” 2018-ci il 14 noyabr tarixli **********930300 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslanm ışdır ki, müəssisə dövlət büdcəsinə ödənilməli olan vergi və digər ödənişləri vaxtlı-vaxtında həyata keçirmiş və qanuni fəaliyyət göstərmişdir. Cavabdeh tərəfindən müəssisədə 2016-cı ilin mənfəət vergisi üzrə kameral qaydada yoxlama aparılmış və 11.531,61 manat əlavə vergi hesablanmışdır. İddiaçı cavabdehə dəqiqləşdirilmiş bəyannamə və müvafiq təsdiqedici sənədlər təqdim etməklə vergi borcunun silinməsi barədə müraciət etmiş, lakin cavabdeh onun müraciətini nəzərə almamış və əsassız hesablanmış vergi borcunu ləğv etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən 2017-ci il 13 fevral tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirləri 158.583,97 manat, gəlirdən çıxılan xərcləri 147.262,0 manat, vergiyə cəlb olunan mənfəət 11.321,97 manat və keçmiş illərin zərəri 17.566,93 manat göstərilməklə 0,0 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçının 75.225,0 manat xərc məbləğinin sənədlərlə təsdiqini tapmadığı və bu səbəbdən kənarlaşmanın yaranması aşkar olunmuşdur. Belə ki, iddiaçı müəssisə “Bakı Metropoliteni” üçün layihə işləri görmüş, işlərin müqavilə əsasında subpodratçı “xxxxxxxx” MMC tərəfindən görülməsi nəzərdə tutulmuşdur. Hər iki vergi ödəyicisi ƏDV ödəyicisi olmuş, lakin “xxxxxxxx” MMC tərəfindən iddiaçıya 75.225,0 manat dəyərində göstərilmiş xidmətlərin elektron vergi hesab fakturası təqdim edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçıya müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi təklif olunmuş, iddiaçı tərəflər arasında bağlanmış müqavilələri, kassa mədaxil-məxaric orderlərini və digər sənədləri təqdim etsə də, xidmətlərin göstərilməsi zamanı tərtib edilməli olan qaiməfakturaları təqdim edə bilməmişdir. Bu səbəbdən, vergi orqanı tərəfindən iddiaçıya 2016-cı ilin mənfəət vergisi üzrə 11.531,61 manat əlavə hesablama aparılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 dekabr tarixli 2-1(81)4686/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin 2018-ci il 14 noyabr tarixli **********930300 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən aparılan əməliyyatlar nağdsız qaydada həyata keçirilməli olduğu halda, iddiaçı 75.225 manat məbləğində əməliyyatın ödənişini nağd qaydada həyata keçirmiş və cavabdeh haqlı olaraq həmin məbləği gəlirdən çıxılan xərc kimi qəbul etməmişdir. Lakin vergi orqanı iddiaçının gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib, digər hissəsini isə qəbul etməmiş və iddiaçının mənfəətini qanunvericiliklə nəzərdə tutulmamış metod ilə hesablamışdır. Qanunvericiliyin tələblərinə görə xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 mart tarixli 2-1(103)-73 1/19 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla yanaşı, həmçinin hesab etmişdir ki, cavabdeh vergi orqanı iddiaçıya 2016-cı ilin mənfəət vergisinin hesablanması zamanı qanunvericiliklə kameral vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2192/19 saylı, 2019-cu il 25 sentyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2019-cu il 19 mart tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonramətndə - İPM) 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 noyabr tarixli 2-1(103)-2696/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı v ergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında xərclərin uçotunu aparmaqla, mübahisələndirilən 2016cı ilin mənfəət vergisi bəyannaməsində bəyan etdiyi 158.583,97 manat məbləğində gəlirin əldə olunmasında 75.225 manat məbləğində xərcinin mövcudluğu mötəbər sənədlərlə təsdiq olunmur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 18 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 15 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə mübahisələndirilən vergi borcunun əsaslı olub-olmamasını, həmin borcun düzgün hesablanıb-hesablanmadığını, həmçinin MMC-nin çəkdiyi xərclərin müəyyən etməyin mümkün olub-olmadığını aydınlaşdırmaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə dair vəsatət təqdim olunsa da, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Bakı Metropoliteni üçün layihə işlərinin görülməsi məqsədi ilə iddiaçı ilə “xxxxxxxx” MMC arasında bağlanmış subpodrat müqaviləsi üzrə görülməli olan işlərin bir qismi, yəni 75225 manat dəyərində xidmətlər iddiaçı tərəfindən “xxxxxxxx” MMC-yə nağd şəkildə ödənilmiş və həmin əməliyyatlar hər iki hüquqi şəxs tərəfindən kassa-mədaxil orderinin qəbzi və kassa məxaric orderinin qəbzi vasitəsilə rəsmiləşdirilmişdir. Görülmüş işlərə görə yekun olaraq “xxxxxxxx” MMC tərəfindən HM seriyalı 607648 nömrəli 2016-cı il 7 dekabr tarixli Elektron vergi hesab fakturası tərtib edilmişdir. Qeyd olunan əməliyyatlar üzrə ƏDV dövl ət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. VM-in 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. VM-in 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.21-ci maddəsində gö stərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən VM-in 37-ci maddəsinin tələbləri pozulmuş, qanunvericilikdə göstərilmiş müddətə riayət edilməmiş, bununla da əsassız olaraq vergi borcu hesablanmışdır. VM-in 175.1.3-cü maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir. Bununla da, vergi orqanı iddiaçıya mənfəət vergisi üzrə əlavə vergi hesablayarkən hesablama metodunu düzgün tətbiq etməmişdir. Belə ki, VM-in 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 3 7.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə vermədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda. mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxalixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alman rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrinin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. VM-in 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1 -ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-in 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli Qərarı ilə 20 faizlik şərti rentabellik götürülməklə həmin mənfəət vergisi müəyyən olunur. Göründüyü kimi, hazırkı iş üzrə verginin hesablanması metodu qanunvericilikdə nəzərdə tutulmamışdır. Sadalanan maddələrə əsasən vergi orqanı iddiaçının gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib, o biri hissəsini nəzərə almaya bilməzdi. Xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalı idi. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, etirazda qeyd edilir ki, məhkəmə 2019-cu il 28 noyabr tarixli qərarında haqlı olaraq hesab etmişdir ki, iddiaçı vergi qanunvericiliyinin tələbləri qaydasında xərclərin uçotunu aparmamışdır. Mübahisələndirilən 2016-cı ilin mənfəət vergisi bəyannaməsində bəyan etdiyi 158.583,97 manat məbləğində gəlirin əldə olunma sında 75.225 manat məbləğində xərcinin mövcudluğu mötəbər sənədlərlə təsdiq olunmur. İddiaçının dəlilləri bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, bir halda iddiaçı qeyd edir ki, görülmüş işlər elektron vergi hesab fakturası ilə rəsmiləşdirilmişdir, digər halda isə qeyd edir ki, xərclərin bir hissəsi üzrə elektron vergi hesab fakturası olmadığından və xərclərin bir qismi təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli Qərarı əsasında vergilər hesablanmalıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçı mübahisələndirilən hesabat dövrü üzrə 75.225 manat məbləğində xərcin çəkilməsini iddia edirdisə, onda həmin ödənişləri təsdiq edən elektron vergi hesab-fakturasını təqdim etməli idi. Belə ki, istər iddiaçı, istərsə də iddiaçı i lə qarşılıqlı əməliyyat aparmış şəxs olan “xxxxxxxx” MMC ƏDV ödəyicisi olmuşlar. Bundan əlavə, iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, “xxxxxxxxxxx” MMC ilə “xxxxxxxx” MMC arasında olan müqaviləyə uyğun olaraq müəyyən işlər görülməsi, xidmətlər göstərilməsi nəzərdə tutulsa da, “xxxxxxxx” MMC neft məhsullarının və səmt qazının topdan satışı fəaliyyəti ilə vergi orqanında qeydiyyatdan keçmişdir. Eyni zamanda, təqdim olunmuş sənədlərə uyğun olaraq xidmətlərin göstərildiyi vaxt, yəni 2016-cı ilin iyul-sentyabr ayları üzrə “xxxxxxxx” MMC tərəfindən təqdim olunmuş bəyannamələrdə 2 nəfər işçi sayı göstərilmişdir ki, həmin işçilərdən birinin cəmiyyətin icra orqanının rəhbəri olması nəzərə alınsa, əsas fəaliyyəti neft məhsullarının və səmt qazının topdan s atışı olan “xxxxxxxx” MMC-nin müqavilələrdə nəzərdə tutulmuş layihələndirmə işlərini hər hansı işçi qüvvəsi ilə həyata keçirməsi ümumiyyətlə ağlabatan deyil. Cavabdehin nümayəndəsi və vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (PM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmə kollegiyası 2016-cı ilin mənfəət vergisinin hesabatı üzrə kameral vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin cavabdeh tərəfindən ötürüldüyünə dair şikayətin dəlili ilə bağlı hazırkı iş üzrə 2019-cu il 25 sentyabr tarixli 21(102)-2192/19 saylı qərarında ifadə olunan hüquqi mövqedən çıxış edərək aşağıdakıları qeyd edir. VM-in: - 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və verg i ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; - 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; - 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzə rdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; - 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; - 37.4-cü maddəsinə əsasən, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcə llənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Normaların mənasına görə, kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin və ona əlavə edilmiş sənədlərin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Bu müddət daxilində vergi orqanına müvafiq sənədlər və yaxud müəyyənləşdirilmiş müddət çərçivəsində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi halda, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə q ərar qəbul oluna bilər. Həmin qərarla razı olmayan vergi ödəyicisi onu mübahisələndirmək hüququna malikdir. 2016-cı ilin mənfəət vergisi bəyannaməsini iddiaçı xx xxxxxx 2017-ci il tarixdə təqdim etmiş, xx xxxxxx 2017-ci il tarixli məktubla cavabdeh dəqiqləşdirilmiş vergi bəyannaməsinin və ya təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsini təklif etmiş, belə sənədlər təqdim edilmədiyindən, xx xxxxxx 2017-ci il tarixdə 2016-cı il mənfəət vergisi bəyannaməsi üzrə “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı həmin qərarı mübahisələndirməmiş, yoxlama keçiriləndən və qərar qəbul ediləndən sonra, yeni bəyannamə təqdim etmiş, lakin təqdim etdiyi bəyannamə məlumatlarını təsdiq edən zəruri sənədləri vergi orqanına təqdim etməmiş, cavabdeh isə iddiaçı tərəfindən təqdim olunmuş bəyannaməni VM-in 37.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə yoxlamış və müvafiq qərarları qəbul etmişdir. VM-in 130.1-ci maddəsinin tələbinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi nə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən aparılan kameral yoxlama zamanı iddiaçı hesabatında 2016-cı ildə əldə etdiyi gəlirindən çıxılan xərcləri 147.262,0 manat məbləğində göstərsə də, həmin məbləğin 75.225,0 manat hissəsi sənədlərlə öz təsdiqini tapmamış, nə yoxlama zamanı, nə də ki işin məhkəmə icraatı mərhələsində məhkəməyə həmin xərcləri təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. İddiaçının təq dim etdiyi, özünün kassa məxaric, «xxxxxxxx» MMC-nin kassa mədaxil orderlərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin orderlərdə təsbit olunan ödənişlər (iki order üzrə: 18020+57205=75.225 manat) xərci təsdiq edən mötəbər məlumat kimi qəbul oluna bilməz. Belə ki, həmin orderlərdə ödəmələrin 01-02 saylı müqavilələr əsasında həyata keçirildiyi göstərilsə də, belə müqavilələr (və digər sifariş sənədləri) işdə mövcud deyil, apellyasiya instansiyası məhkəməsində icraat zamanı da belə sübutlar təqdim olunmamışdır. Bundan başqa, cavabdehin dəlillərindən göründüyü kimi, vergi orqanının uçot-baza məlumatlarında “xxxxxxxx” MMC neft məhsullarının və səmt qazının topdan satışı fəaliyyəti ilə vergi orqanında qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Eyni zam anda, vergi orqanı iddiaçının təqdim etdiyi sənədlərə uyğun olaraq xidmətlərin göstərildiyi 2016cı ilin iyul-sentyabr ayları üzrə “xxxxxxxx” MMC-nin vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2 nəfər işçi sayı göstərilmişdir. Halbuki, “xxxxxxxx” MMC-nin işə əlavə olunmuş iki ədəd kassa mədaxil orderlərində üç nəfər (rəhbərin, baş mühasibin, kassirin) imzası mövcuddur. Beləliklə, 2016-cı ilin mənfəət vergisi bəyannaməsində iddiaçının bəyan etdiyi 158583,97 manat məbləğində gəlirin əldə olunmasında 75.225 manat məbləğində xərcinin mötəbər sənədlərlə təsdiq olunmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. VM-in 83.9-cu maddəsinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda həmin mənfəət (gəlir) müvafiq i cra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının 158.583,97 manat gəlir əldə etməsi üçün, onun 83.359 (158.583,97-75225) manat məbləğində xərcləri mövcud olduğu halda, keçmiş illərin çıxılası 17.566,93 manat məbləği də nəzərə alınmaqla, onun əldə etdiyi 158583,97 manat ümumi gəlirindən 57.658 manat xalis mənfəət yaranır ki, həmin məbləğdən də VM-in 105-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə hesablanan mənfəət vergisi 11.531,6 manat təşkil edir. Cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya məhz həmin məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, cavabdehin mübahisələndirilən qərarı vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 noyabr tarixli 2-1(103)-2696/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov A.S.Hüseynov R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar