Məhkəmə qərarları › İş №2-1(102)-654/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-654/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-654/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 51 yaşdan təyin edilməsi, buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1926/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. 01.09.1978-ci il tarixdən 21.07.1979-cu il tarixədək 14 nömrəli X16 məktəbində təhsil almışdır. 31.09.1979-cu il tarixdən 24.04.1980-ci il tarixədək X18 Donanmasının Gəmi Təmiri emalatxanasında gəmi təmiri çilingəri vəzifəsində işləmişdir. 16.05.1980-ci il tarixdən 09.06.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 06.08.1982-ci il tarixdən indiyədək X18 Donanmasında (halhazırda “xxxx” QSC-nin X18 Donanması adlandırılır) çilingər və takelajçı vəzifələrində işləmişdir. Ümumilikdə 40 ildən çox ümumi, 13 ildən çox xüsusi iş stajı vardır. 2. “xxxx” QSC X18 Donanması tərəfindən verilmiş 22.07.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı həqiqətən 14 nömrəli X16 məktəbini bitirdikdən sonra (təhsil müddəti: 01.09.1978 – 21.07.1979-cu i l) 31.07.1979-cu ildə X18 donanmasının Gəmi təmiri emalatxanasında (GTE) 2-ci dərəcəli gəmi təmiri çilingəri peşəsinə işə qəbul edilmişdir 30.07.1979-cy il tarixli, 89/şh nömrəli əmr). 24.04.1980-ci ildə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir 23.04.1980-ci il tarixli, 29/şh nömrəli əmr). Hərbi xidmət müddəti: 16.05.1980-09.06.1982-ci il. 06.08.1982-ci ildə Zığ GTE-na 2-ci dərəcəli gəmi təmiri çilingəri vəzifəsinə işə qəbul edilmişdir (06.08.1982-ci il tarixli, 83/şh nömrəli əmr). 25.04.1983-cü ildə 3-cü dərəcəli gəmi gövdə takelajçısı vəzifəsinə keçirilmişdir (25.04.1983-cü il tarixli, 45/ şh nömrəli əmr). 04.11.1987-ci ildə 6-cı dərəcəli gəmi quraşdırıcı takelajçısı (04.11.1987-ci il tarixli, 171/ş nömrəli əmr), 09.01.1989-cu ildə 4-cü dərəcəli quraşdırıcı çilingər (09.01.1989-cu il tarixli, 02/şh nömrəli əmr) peşəsinə keçirilmişdir. 30.01.1993-cü ildə Donanmanın Texniki xidmət və təmiri idarəsinə köçürülməsi ilə əlaqədar Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (18.02.1993-cü il tarixli, 24/şh nömrəli əmr) işdən azad edilmişdir. 01.02.1993-cü ildə 5-ci dərəcəli gəmi takelajçısı vəzifəsinə (18.02.1993-cü il tarixli, 05/kş nömrəli əmr) işə qəbul edilmişdir. 06.07.1994-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə (05.09.1994-cü il tarixli, 66/şh nömrəli əmr) keçirilmiş, 12.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir (12.09.2012-ci il tarixli, 261-k nömrəli əmr). 13.09.2012-ci ildə GTE-nin gəmi gövdə takelajçısı sahəsinə 5 -ci dərəcəli gəmi xarratı vəzifəsinə (13.09.2012-ci il tarixli, 170-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda GTE-da gəmi xarratı vəzifəsində çalışır. Gəmi takelajçıları və çilingərlər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi takelajçıları və çilingərlər” güzəştli peşə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007- ci il tarixli, 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarə si 07.03.2007-ci ildən X18 donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X18 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 6 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciətindən onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad edilərək imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 18 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə m üraciət edərək ona 51 yaşdan, yəni 15.05.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbayc an Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3- cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 51 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməs i barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: “a” bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; 01 avqust 1999cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında” və "Əmək pensiyaları haqqında” Qanunların bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli öz qərarın a əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə iddiaçının iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə də, 01.08.1999-cu il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq m üddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin 15.05.2012-ci il tarixdə 51 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müva fiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 06.07.1994-cü il tarixdən işlədiyi peşə “dülgər, gəmi xarratı” peşələri yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlanmamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. İddiaçının istinad etdiyi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında ümum iyyətlə iddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər, (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi). Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-4946/2019 saylı iş) 17 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 51 yaşdan, yəni 15.05.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkə n şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının 01.08.1999-cu il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 15.05.2012-ci il tarixdə 51 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılması nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 51 yaşdan, yəni 15.05.2012-ci il tarixdən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan tələbləri əsasında təyin edilməlidir.

9. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X9 və X8, 2-1(103)936/2020 saylı iş) 12 iyun 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Kəmaləddin Bədəlov və İspəndiyar Şəfiyev, 2-1(102)-1836/2020 saylı iş) 16 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apely asiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısında olub-olmamasını, olduğu halda isə həmin peşənin adı və kodunu tam göstərməklə müəyyən etməlidir. e) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X6, 2- 1(103)-1926/2020 saylı iş) 30 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı kimi cavabdehə təqdim etdiyi “xxxx” QSC X18 Donanmasının 22.07.2019-cu il tarixli arayışı Arxiv arayışıdır. Bundan əlavə, həmin arayışda iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışdığı peşələr kimi gəmi takelajçıları və çilingərlər “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metal emalı” bölməsinə uyğunlaşdırılmışdır ki, iddiaçı da metal emalı sahəsində işləməmişdir. Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara nəzər saldıqda müəyyən olunur ki, “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” 2150300a-18451 kod altında 1 nömrəli Siyahıda deyil, yalnız 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Bu da o deməkdir ki, iddiaçının 51 yaşdan, yəni 1 nömrəli Siyahıya istinadən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ, hər bir halda, yaranmamışdır. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən digər xarrat və dülgər peşələri də (2030000a-16671, 2040200a-16671, 2050000a-16671, 2150800a-19160, 2180400a-19161, 229010 0a-16671) 2 nömrəli Siyahıda təsbit olunsa da, həmin iş yerləri də iddiaçının işlədiyi yerlərdən fərqlidir.

16. İddiaçı 28 yanvar 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. Şikayətin əsaslarına görə iddiaçının işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlarım işlərin, peşələrin, vəzifələrin və göstəric ilərin” 1 nömrəli siyahısında kod 2150800a-19160 və 2180400a-19161 sayla aşkar göstərilmiş, 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş – “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda isə 11.10 kodla abraziv və qrafit-puta istehsalı bölməsinin abraziv məmulatların emalı üzrə xarratlar bölməsində 11.6 kodla çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər; 14.6 kodla azbessement boru və halqa üzrə xarratlar bölməsində göstərilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili məhkəmə ko llegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalış anlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qi smən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. İddiaçı 06.08.1982-ci il tarixdən indiyədək X18 Donanmasında (hal-hazırda “xxxx” QSC-nin X18 Donanması adlandırılır) çilingər və takelajçı vəzifələrində işlədiyini bildirib 51 yaşdan, yəni 15.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

30. Cavabdeh hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda mövcud olmadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı Siyahı üzrə 51 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.08.1999-cu ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.08.1999-cu ilə qədər 1 saylı Siyahı üzrə azı 10 il güzəştli iş stajının mövcud olması. 33. 01.08.1999-cu ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi staja malik olması mübahisə doğurmur.

34. Araşdırılmalı hal 01.08.1999-cu ilə qədər, 1 saylı Siyahı üzrə azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləy ib-işləməməsidir. 35. “xxxx” QSC X18 Donanması tərəfindən verilmiş 22.07.2019-cu il tarixli Arxiv arayışına görə, iddiaçı 31.07.1979-cu ildə X18 donanmasının Gəmi təmiri emalatxanasında (GTE) 2-ci dərəcəli gəmi təmiri çilingəri peşəsinə işə qəbul edilmiş, 24.04.1980-ci ildə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir. 06.08.1982-ci ildə Zığ GTE-ya 2-ci dərəcəli gəmi təmiri çilingəri vəzifəsinə işə qəbul edilmiş, 25.04.1983-cü ildə 3-cü dərəcəli gəmi gövdə takelajçısı vəzifəsinə keçirilmiş, 04.11.1987-ci ildə 6-cı dərəcəli gəmi quraşdırıcı takelajçısı, 09.01.1989-cu ildə 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmişdir. 30.01.1993-cü ildə Donanmanın Texniki xidmət və təmiri idarəsinə köçürülməsi ilə əlaqədar Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilm işdir. 01.02.1993-cü ildə 5-ci dərəcəli gəmi takelajçısı vəzifəsinə işə qəbul edilmiş, 06.07.1994-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 51 yaşının tamam olduğu 15 may 2012-ci il tarixə qədər bu vəzifədə işləmişdir.

36. Arayışda həmçinin qeyd edilmişdir ki, “Gəmi takelajçıları və çilingərlər” güzəştli peşə olaraq AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmişdir.

37. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası və ayrı-ayrı arayışlara görə o, 51 yaşının tamam olduğu vaxta qədər X18 donanmasının Gəmi təmiri emalatxanasında gəm i təmiri çilingəri, gəmi gövdə takelajçısı, gəmi takelajçısı, quraşdırıcı çilingər, dülgər peşəsində işləmişdir.

38. İddiaçının işlədiyi peşələrin 1 saylı Siyahıda olması ilə bağlı Siyahıya baxdıqda müəyyən olunur ki, gəmi emalatxanasında gəmi təmiri çilingəri, gəmi gövdə takelajçısı, gəmi takelajçısı, quraşdırıcı çilingər, dülgər peşəsi Siyahıda mövcud olmamışdır.

39. İddiaçı kasasiya şikayətində bildirmişdir ki, onun işlədiyi peşələr 1 saylı Siyahıda 2150800a-19160 və 2180400a-19161 kodu ilə, 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarla təsdiq edilmiş Siyahıda 11.6, 11.10 14.6 kodlarında göstərilmişdir.

40. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi kodlar 1 saylı Siyahıda deyil, müvafiq olaraq 2 saylı Siyahıda və Nazirlər Kabinetinin 23 yan var 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda mövcuddur.

41. İddiaçı tələbində 51 yaşdan güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsini arzu etmişdir.

42. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin yuxarıda sadalanan müddəalarına görə iddiaçının 51 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün işlədiyi peşələr 1 saylı Siyahıda mövcud olmalıdır. İddiaçı isə işlədiyi peşələrin 1 saylı Siyahıda deyil, müvafiq olaraq 2 saylı Siyahıda və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda mövcud olduğunu bildirmişdir. İddiaçının işləmiş olduğu peşələr istinad etdiyi Siyahılarda olduğu halda belə ona 51 yaşdan güzəştli şərtlə pensiya təy in edilə bilməz.

43. Beləliklə, 01.08.1999-cu ilə qədər, 1 saylı Siyahı üzrə azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi işdə olan sənədlərlə sübuta yetmədiyindən iddiaçının 51 yaşdan güzəştli şərtlə yaşa pensiya hüququ yaranmadığından iddianın rədd olunması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

44. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

45. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rə hbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1926/2020 saylı, 30 noyabr 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar