Məhkəmə qərarları › İş №2-1(102)-655/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-655/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-655/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-655/2019) Bakı şəhəri 06 mart 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Cavabdeh2 və onun vəkili X1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi üçüncü şəxs olmaqla) məharət dərəcəsinin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1797/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 (bundan sonra - iddiaçı) məharət dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən iddiaçıya 29.06.2017-ci il tarixli, 26/2232 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, onun ərizəsinin araşdırılması zamanı məlum olmuşdur ki, o, ilin yanvar ayında məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) zamanı fiziki hazırlıq üzrə imtahanında turnikdə dartınma çalışmasını (çalışma N 7) 5 dəfə yerinə yetirmişdir və 5-ci yaş qrupuna aid olduğu üçün təlimnamənin 9-cu əlavəsinə əsasən 50 bal ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Silahlı X2 və İdman Təlimnaməsinin 8-ci fəslinin 8-ci maddəsinə əsasən zabit heyəti üçün bir çalışmadan ən azı 60 bal toplanması müəyyənləşdirilib və qeyd olunan təlimnaməyə əsasən 60 baldan az toplayanların ümumi qiyməti qeyri-məqbul sayılır. Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cl il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə"nin 22-ci maddəsinə əsasən bir sınaqdan “qeyri-kafi” qiymət alan hərbi qulluqçu məharət dərəcəsindən məhrum edilir və bu hərbi qulluqçu azı 6 ay sonra 3cü məharət dərəcəsinin verilməsi üzrə sınaqlara buraxıla bilər. İddiaçı məharət dərəcəsinin bərpa edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun ərizəsinə hər hansı bir cavab verilməmişdir. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsini məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini, 2012-ci ildən malik olduğu 1-ci məharət (ixtisas) dərəcəsinin bərpa olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddia çı 16.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2012-ci ildən malik olduğu 1-ci məharət (ixtisas) dərəcəsinin təsdiq edilməsi üçün 2017-ci ilin yanvar ayında keçirilən sınaq imtahanlarında fiziki hazırlıq üzrə qiymətləndirmə imtahanında yaş qrupuna (5-ci yaş qrupu) uyğun müsbət nəticə göstərmiş, bundan sonra ixtisas hazırlığı üzrə sınaq imtahanlarını uğurla vermiş, lakin ixtisas dərəcələrinin verilməsi barədə müvafiq əmr verilərkən onun sınaq imtahanlarından keçmədiyi məlum olmuş, malik olduğu 1-ci məharət dərəcəsi isə ləğv olunmuşdur. Ərizəsi baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil baş İdarəsinə göndərilmiş və həmin idarə tərəfindən verilən 29.06.2017-ci il tarixli, 26/2232 nömrəli cavab məktubundan belə məlum olmuşdur ki, iddiaçı fiziki hazırlıq üzrə qiymətləndirilmə imtahanından qeyri-kafi qiymət aldığına görə (guya turnikdə dartınma çalışmasını 7 dəfə əvəzinə 5 dəfə yerinə yetirmişdir) 1-ci məharət dərəcəsindən məhrum edilmişdir. Hesab edir ki, bu qərəzli münasibətin nəticəsidir. Belə ki, faktiki olaraq iddiaçı dartınma çalışmasını 5 dəfə yox, 7 dəfə yerinə yetirmişdir. Bu halı şahidlər də təsdiq edə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21.05.2016-cı il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnaməyə görə, fiziki hazırlıq üzrə qiymətləndirilmədən kafi qiymət ala bilm əyən hərbi qulluqçular 2-ci mərhələyə - ixtisas hazırlığı üzrə sınaq imtahanlarına buraxıla bilməzlər. İddiaçı isə fiziki hazırlıq sınaq imtahanlarından sonra ixtisas üzrə sınaq imtahanlarına buraxılmış və müsbət qiymət almışdır. Deməli, o, fiziki hazırlıq üzrə sınaq imtahanlarını uğurla vermişdir. Bu səbəbdən də, ixtisas üzrə sınaq imtahanlarına buraxılmışdır və indi də bunu təsdiq etməyə, istənilən vaxt fiziki hazırlıq üzrə imtahan verməyə hazırdır. İddiaçı həmçinin bildirir ki, sınaq imtahanlarının nəticələri və onun 1-ci məharət dərəcəsindən məhrum olunması barədə əmr bu günə qədər də ona elan olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-219/2018 saylı, 02 aprel 2018-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, işdə olan sənədlərdən iddiaçının 1-ci məharət dərəcəsinin təqdim edilməsi üzrə çalışmalardan birindən (Çalışma N-7 üzrə turnikdə 5 dəfə dartınma, 50 bal) 60 baldan az topladığı, ümumi qiymətləndirmə üzrə qeyri-kafi aldığı iş materialları ilə sübut edildiyindən onun cavabdehə qarşı hazırki iddiası əsassızdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1797/2018 saylı iş üzrə 30 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-219/2018 saylı, 02 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya m əhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən işin mahiyyətinin obyektiv araşdırılması və həlli üçün, o cümlədən birinci instansiya məhkəməsində araşdırılmayan məqamlara aydınlıq gətirilməsi üçün bir çox vəsatətlər verilmişdir. Lakin vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin edilməmiş, iddiaçıya mövqeyinin müdafiəsi üçün əlveri şli şərait yaradılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1797/2018 saylı iş üzrə 30 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna b axmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şika yəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən iddiaçının 1-ci məharət dərəcəsinin təqdim edilməsi üzrə çalışmalardan birindən(Çalışma N7 üzrə turnikdə 5 dəfə dartınma, 50 bal) 60 baldan az topladığı, ümumi qiymətləndir mə üzrə qeyri-kafi aldığı iş materialları ilə sübut edildiyindən cavabdeh haqlı olaraq iddiaçını məharət dərəcəsindən məhrum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi və təsdiq edilməsi Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamə ilə tənzumlənir. Lakin buna baxmayaraq aşağı instansiya məhkəmələrində işə baxılarkən həmin Əsasnamə cavabdehdən tələb edilməmiş, mübahisələndirilən əmrə bu Əsasnamənin normaları nəzərə alınmaqla h üquqi qiymət verilməmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı da bu barədə apellyasiya instansiya məhkəməsinə vəsatət verərək, həmin Əsasnamənin tələb olunmasını xahiş etmişdir. Buna baxmayaraq, vəsatət ümumiyyətlə məhkəmə tərəfindən müzakirə edilməmiş və ona münasibət bildirilməmişdir. Qeyd olunmalıdır ki, vəsatət proses iştirakçılarının məhkəməyə ünvanlanmış xahişdir. Məhz məhkəmə icraatı zamanı vəsatətlər proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, İPM-nin inzibati apellyasiya icraatının hədlərini nəzər də tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPMnin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. ( İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82ci maddəsinin təhlilindən göründüyü kim i, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin: 14-cü bəndinə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) İ məharət dərəcəsi 2 il müddətə verilir və hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. 15.3-cü bəndinə əsasən, hərbi qulluqçu malik olduğu məharət dərəcəsinin artırılması üzrə sınaqlara məharət dərəcəsin i (3-cü dərəcə istisna olmaqla) ən azı bır dəfə təsdiq etdirdiyi təqdirdə, 14-cü bənddə qeyd olunan müddət bitdikdən sonra buraxılır. İddiaçı iddia edir ki, 26.12.2012-ci il tarixdə ona 1-ci məharət dərəcəsi verildikdən sonra 21.12.2013, 22.12.2014 və 25.12.2015-ci il tarixlərdə məharət dərəcəsini təsdiq etdirmişdir. Belə olan təqdirdə o, Əsasnamənin 14-cü bəndinə əsasən, yalnız iki il sonra, yəni 25.12.2017-ci il tarixdə təkrar sınağa cəlb oluna bilərdi. Lakin işdən görünür ki, iddiaçı bu müddət bitmədən, yəni 2017-ci ilin yanvar ayında sınağa cəlb edilmişdir. İşə təkrar baxılarkən qeyd edilən halın araşdırılması məqsədilə cavabdehdən iddiaçının 2013-2015-ci illərdə, həmçinin 2017-ci ilin yanvar ayında sınağa cəlb edilməsi ilə bağlı sənədlər tələb edilib Əsasnamənin tələbləri baxımından t ədqiq edilməli, bu sənədlərə hüquqi qiymət verilməlidir. Bundan başqa, Əsasnamənin 22-ci bəndinə görə, bir sınaqdan “qeyri-kafi” qiymət alan hərbi qulluqçu sonrakı sınaqlara buraxılmır və məharət dərəcəsindən məhrum edilir. Bu hərbi qulluqçu ən azı 6 ay sonra 3-cü məharət dərəcəsinin verilməsi üzrə sınaqlara buraxılır. İddiaçı bildirmişdir ki, fiziki hazırlıq üzrə sınaq imtahanını verdikdən sonra ixtisas üzrə sınaq imtahanına cəlb edilmişdir və bunu onunla birlikdə imtahanda iştirak edən bir çox şahidlər təsdiq edə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə isə iddiaçının bu dəlilini də araşdırıb hüquqi qiymət verməmişdir. “George Rumuniyaya qarşı” iş üzrə 15 mart 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin ədalətli məhkəmə baxışına olan hüququnun poz ulması barədə qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili milli məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını nəzərə almamış, bununla da işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və yuxarıda istinad edilən maddi və prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və prosessual hüquq normalarının tələbləri təmin edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1797/2018 saylı iş üzrə 30 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar