Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-655/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə iddia ərizəsi ilə bağlı tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 2-1(103)-1894/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmək mübahisəsi ilə bağlı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.09.2019-cu il tarixli e-2-1(81)3340/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, onun İPM-in 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədilə məhkəmə tərəfindən müddət təyin olunmuş, məhkəmə iclasları təyin etmiş, lakin iddiaçı iddia ərizəsində yol verilən formal xətaları aradan qaldırmamış, dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir.
4. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 21(103)-1894/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.09.2019-cu il tarixli e-2-1(81)3340/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iddianın mümkün sayılması üçü n iddiaçının hüquqlarının pozulmasının əsaslandırılması şərtinə iş üzrə əməl olunmur. Belə ki, iş materiallarından iddiaçının cavabdehə qarşı hansı iddia ərizəsi ilə hansı tələbi yönəltdiyi anlaşılmır, işdə olan sənədlər qarışıq formada elektron məhkəmə sisteminə yüklənmiş müxtəlif məzmunlu materiallardan ibarətdir. Apellyasiya şikayətinə münasibətdə də vəziyyət eynidir.
7. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
8. İddiaçı 28.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 2-1(103)-1894/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Ş İKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “ağlabatan müddət” yanaşması pozulmuşdur. Belə ki, inzibati mübahisələrdə ağlabatan müddət məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri olmaqla proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin səmərəli şəkildə müdafiə edilməsinə imkan verir. Ali Məhkəmə Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli qərarına əsasən mülki və ya inzibati işlər üzrə “ağlabatan” müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Lakin birinci instansiyada işə baxmış məhkəmə bu prinsipi pozmuş, nəticədə İPM-in 4 6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən yalnız bir dəfə təyin edilmiş müddəti ağlabatan müddət hesab edilməsi doğru deyildir və iddiaçının hüquqlarının məhdudlaşdırılmasına, prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan məhrum olunması ilə xarakterizə olunur. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən iddiaçının verdiyi apellyasiya şikayətinə baxılan zaman da nəzərə alınmamış və həmin hissəyə ümumiyyətlə qiymət verilməmişdir. Halbuki, İPM-in 82-ci maddəsində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
10. Bundan başqa, məhkəmə tərəfindən “yardım etmək” vəzifəsinə də düzgü n əməl edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi “yardım etmək vəzifəsini” yalnız “ağlabatan müddət” təyin edilməsi ilə xarakterizə etsə də, Bakı Apellyasiya Məhkəməsi “yardım etmək vəzifəsi”nin digər ünsürlərinə birinci instansiya məhkəməsi tərəfindən riayət edilib-edilməməsini nəzərə almamışdır. Halbuki, İPM-in 13-cü maddəsində nəzərdə tutulan yardım etmək vəzifəsinə “ağlabatan müddət” vəzifəsindən əlavə, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması kimi ünsürlər də daxildir.
11. Eyni zamanda, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iddiaçıya hansısa təkliflərin hazırlanıb-hazırlanmaması, məhkəmə iclası keçirmədən müvafiq yazışmaları n aparılıb-aparılmamasını müəyyən etməmiş, bunların hansı səbəbdən icra edilməməsini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin ediməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmas ında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı il ə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Maddə 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
65. İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
16. Mülki Prosessual Məcəllə: Maddə
270. Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məh kəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir.
21. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi 25.07.2019-cu il tarixində birinci instansiya məhkəməsinə daxil olmuş, məhkəmə 29.07.2019-cu il tarixli bildirişlə iddia ərizəsinin İPM-in müvafiq tələblərinə uyğunlaşdırılması üçün 10.09.2019-cu il tarixinədək müddət təyin etmişdir (iş v.9). Həmin bildirişi məhkəmə iddiaçıya göndərsə də, bildirişin iddiaçıya çatdırılması mümkün olmamış və bildiriş poçt xidməti tərəfindən 01.08.2019-cu il tarixində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (iş v.10).
22. Bundan sonra, məhkəmə tərəfindən 10.09.2019-cu il tarixində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət yerinə yetirilərək tərəflərin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxaraq qərardad qəbul etmişdir (iş v.11).
23. Bununla bağlı ilk olaraq qeyd edilməlidir ki, qanunvericilikdə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi ekspertizanın keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol tərtib etsə də, belə hərəkətin nədən ibarət olması qeyri-müəyyəndir. Belə ki, protokolda qərardad qəbul edildiyi qeyd edilmişdir ki, qərardadın qəbul edilməsi isə məhkəmə iclasından kənar yox, məhkəmə iclasında həyata keçirilməlidir.
24. Lakin birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardaddan (iş v. 12) görünür ki, i ddiaçının tələbinə 11.09.2019-cu il tarixində açıq məhkəmə iclasında baxılmış və qərardad qəbul edilmişdir. Lakin həmin tarixdə keçirilən məhkəmə iclasının protokolu iş materiallarına əlavə edilməmişdir. Hazırkı qərarın 16-cı bəndində göstərilən normanın məzmunundan isə görünür ki, istər məhkəmə iclasında, istərsə də məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilməlidir.
25. Bundan başqa qeyd edilməlidir ki, işə baxılmasının vaxtı barədə bildiriş iş materiallarına əlavə edilməmişdir.
26. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi iddiaçıya təqdim etməmiş, iddiaçıya məlumat vermədən iddia tələbinin mümkünlüyü məsələsinə baxmışdır ki, bu da İPM-in 62-ci maddəsinin tələblərinə ziddir. Belə ki, hazırkı qərarın 15-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur və məhkəmə iclasının tarixinin müəyyən olunması ilə bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir.
27. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən kobud pozuntulara yol vermiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə bildiriş göndərməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı olmayan tərəflərin iştirakı olmadan işə baxmışdır.
28. Bundan əlavə, iş materiallarında olan 10.09.2019-cu il tarixli protokolla 11.09.2019-cu il tarixli qərardad da bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, protokolda mümkünlük barədə qəra rdadın 10.09.2019-cu il tarixində qəbul edildiyi qeyd edilsə də, mümkünlük barədə qərardadın özündə məhkəmə iclasının 11.09.2019-cu il tarixində keçirilməsi və qərardad qəbul edilməsi əks olunmuşdur.
29. Qeyd olunan nöqsanların mövcudluğuna baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır.
30. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “yardım etmək” vəzifəsinə tam əməl edib-etmədiyini də araşdırmamışdır. Belə ki, 29.07.2019-cu il tarixli bildirişlə iddiaçıya iddia ərizəsinin İPM-in 45.2 və 46.1-ci maddələrinin tələblərinə uyğunlaşdırılması üçün müddət təyin edilmişdir. Lakin İPM-in 13cü maddəsinin mə zmununda görünür ki, yardım etmək vəzifəsi yalnız “ağlabatan müddət” təyin etməklə məhdudlaşmır. Bu vəzifəsindən irəli gələrək məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməlidir.
31. Lakin işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya belə bir yardım edilməsi iş materialları ilə müəyyən olunmur. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu halı araşdırmamış, beləliklə iddiaçının prosessual hüquq normalarının tələblərindən irəli gələn hüquqlarının məhkəmə tərəfindən təmin edilib-edilmədiyini müəyyən etməmişdir.
32. Odur ki, qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. İddiaçı qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti “iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsi” hissəsində rədd edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. İşə təkrar baxan məhkəmə yuxarıda qeyd edilmiş prosessual pozuntuları aradan qaldırmalı, hazırkı qərarın 15-ci bəndində göstərilən normaların tələblərinə uyğun olaraq işi yenidən araşdırmalı və qanuni qərar qəbul etməlidir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şika yəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 21(103)-1894/2020 nömrəli qərardadı ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.