Məhkəmə qərarları › İş №2-1(102)-655/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-655/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-655/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ( xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2309/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 15 noyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası və hərbi biletindəki qeydlərə əsasən, xx.xx.1977-ci il tarixdə C.Əhmədov adına kolxozda kolxozçu kimi işə başlamış, daha sonra xx.xx.1980 - xx.xx.1982-ci illər arasında müddətli həqiqi hərbi xidmətdə olmuş, xx. xx.1982-xx.xx.1982-ci il tarixləri arasında C.Əhmədov adına üzümçülük sovxozunda fəhlə işləmiş, xx.xx.1982-xx.xx.1995-ci illər arasında Ağır dəzgahqayırma zavodunda («Краматорское станкостроительное объединение»; «Краматорский завод станкостроения» им. В.Я.Чубаря) müxtəlif işlərdə çalışmış, xx.xx.1982 - xx.xx.1984-cü illər arasında 7 saylı mexaniki sexdə əl ilə tokar-fırladıcı işləmiş, xx.xx.1984 - xx.xx.1990-cı illər arasında həmin sexdə əl ilə frezerçi işləmiş, Kramotorks yaşayış tikinti trestinin 2 nömrəli Tikinkti Quraşdırma İdarəsində (“SMU-2”) xx.xx.1990 - xx.xx.1992-ci illər arasında iş icraçısı, xx.xx.1992 xx.xx.1995-ci tarixlər arasında həmin idarədə mühəndis işləmiş, xx.xx.1995 xx.xx.1998-ci illərdə “Vəhdət” firmasında tikinti işləri üzrə direktor müavini, xx.xx.1999 - xx.xx.2006 -cı tarixləri arasında “Azərneftyağ” İstehsalat Birliyində doldurma estakadaçı, doldurucu- boşaldıcı, süzücü-tökücü işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 4 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən 15 noyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, ərizəçinin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (19 il 1 ay 18 gün (xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995- ci il, xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 5 ay 27 gün (xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1999-xx.xx.2006-cı i l tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 8 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1961-ci il təvəllüdlü iddiaçı əmək fəaliyyətinə 1977-ci ildə başlamış, 10 iyun 2018-ci ildə 57 yaşının tamamına zərərli işlərdə 20 ildən artıq işləməklə güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Lakin o, güzəştli şərtlərlə əmək pe nsiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinə 04 iyun 2021-ci il tarixli **********5 saylı imtina məktubu verilmiş, səbəbi olaraq göstərilmişdir ki, onun həm ümumi stajı 25 ildən az (19 il 1 ay 18 gün), həm də güzəştli stajı 12 il 6 aydan azdır ( 9 il 5 ay 27 gün).

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır (19 il 1 ay 18 gün). Həmin dövrlərə daxildir: xx.xx.1982- xx.xx.1990, xx.xx.1990-xx.xx.1995, xx.xx.1999-xx.xx.2006-cı illər. Eyni zamanda, iddiaçının həmin tarixə qədərki güzəştli iş stajı da 12 il 6 aydan azdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: X2) 29 aprel 2022-ci il tarixli, 2-1(112)1530/2022 nömrəli qərarı ilə id dia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçının xx.xx.1977-05.1980-ci illərdə C.Əhmədov adına kolxozda və daha sonra sovxozda, eləcə də xx.xx.1982-xx.xx.1982-ci illərdə C.Əhmədov adına üzümçülük sovxozundakı əmək fəaliyyəti onun sığorta stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasındakı xx.xx.1995-xx.xx.1998-ci illərdə “Vəhdət” firması ilə bağlı qeydə münasibətdə məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidməti tərəfindən verilən məlumatlara əsasən, “Vəhdət” firmasının ********** nömrəli VÖEN ilə xx.xx.1998-ci il tarixdə, eləcə də ********* nömrəli VÖEN ilə xx.xx.1998-ci il tarixdə uçota alındı ğı bildirilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “Vəhdət” firmasındakı ən azı 07 ay 20 günlük əmək fəaliyyəti (xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək) nəzərə alınmalı və sığorta stajına daxil edilməlidir. 23 sentyabr 1992-ci il ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən, hərbi (alternativ) xidmət iş stajına daxil edilirdi. Odur ki, qeyd edilən dövrlər (eləcə də, iddiaçının həqiqi hərbi xidmət dövrü) nəzərə alındığı təqdirdə, iddiaçının ümumi sığorta stajı ən azı 25 ildir. - Açıq informasiya mənbələrindən internet-axtarış sistemində olan məlumata əsasən, Kramatorsk Ağır dəzgahqayırma zavodu (Краматорский завод станкостроения) Ukraynanın Kramatorks şəhərində yerləşən 1937-ci ildə təsis edilmiş maşınqayırma zavodudur. Zavod ağır torna və frezer dəzgahları (tornalar, üz döndərənlər, tornalar, rulonlar, mərkəzsiz tornalar, təkər frezerləri, məftil kəsənlər, payız yayma, boru kəsən, sap kəsən, qazma dəzgahları) istehsal edir. Zavodun istehsal etdiyi maşınlar dünyanın bir çox ölkələrinə tədarük edilir. Zavodun istehsal etdiyi, vaqonların təkər cütlərini döndərmək üçün nəzərdə tutulmuş təkər dəzgahları lokomotiv və vaqon depolarında istifadə olunur. Zavodun özünün metallurgiya istehsalı (çuqun, bürünc, silumin külçələrin tökməsi, babbitt tökmə), qaynaq istehsalı, mexaniki emal istehsalı var. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, o, xx.xx.1984-cü ildən xx.xx.1990-cı il tarixədək həmin zavodda frezerçi peşəsi üzrə işləmişdir. Odur ki, iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1990-cı il tarixədək işlədiyi frezerçi peşəsi 2 nömrəli siyahıda Vİİİ bölmə Metallurgiya istehsalatı (əlvan metallar) (********) 13-cü bəndinin Əlvan metal ovuntusunun istehsalı (********) külçə frezerçiləri (2091500a—19488) peşəsinə uyğundur. H. Əliyev adına X10 tərəfindən verilmiş arayışa əsasən, iddiaçının ən azı xx.xx.1999-xx.xx.2006-cı illərdə olan dövrdə əmək fəaliyyətinin əmək şəraiti zərərli və ağır olan işlərdə olması mübahisələndirilmir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Xİİ bölmənin 3-cü yarımbölməsinə Şifrə 2130301а-17531 və şifrə 2130301а-16085 uyğun olmaqla, 6 il 11 ay 1 günlük dövr). İddiaçının həmin K ramatorsk Ağır dəzgahqayırma zavodunda xx.xx.1990-xx.xx.1992-ci illərdəki iş icraçısı kimi əmək fəaliyyəti cavabdeh qurum tərəfindən əmək şəraiti zərərli və ağır olan işlərdə staj kimi nəzərə alınmışdır. Odur ki, iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 6 aydır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X7) 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2309/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışına əsasən, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayonunun C.Əhmədov adına kolxoz və sovxozun arxiv sənədləri işğal zonasında qaldığı üçün İddiaçı ilə bağlı 1977-1982-ci illərə aid Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Odur ki, iddiaçını n xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək C.Əhmədov adına kolxozda işləməsi ilə bağlı sənədlər aşkar olunmadığından, həmin dövrlərin onun sosial siğorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

14. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci tarixədək “Vəhdət” firmasında işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması barədə qənaətini məhkəmə belə əsaslandırmişdır ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən “Vəhdət” firması ********** nömrəli VÖEN-lə xx.xx.1998-ci il tarixdə, ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci il tarixdə uçota alınmış, iddiaçının da xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci tarixədək “Vəhdət” firmasında işləməsi o nun əmək kitabçasında qeyd edilmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, sözügedən müəssisə xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınmışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd olunsa belə, müəssisənin vergi uçotuna alınmaması həmin müəssisənin fəaliyyət göstərməsini şübhə altına alır. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq bütün hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə əvvəllər “X1 Nömrəsi” (VÖİN) verilirdi və VÖİN göstərilmədikdə bank, vergi və gömrük orqanlarında hər hansı sənədlər icra üçün qəbul etmirdi.

15. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək «Kramatorks Ağır dəzgahqayırma zavodu”nun 7 saylı Mexaniki sexində işlədiyi əl ilə frezer çi peşəsinin güzəştli iş hüququ verən peşə olduğunu iddia edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Metallurgiya istehsalatı bölməsində (7) metal emalı bölməsində külçə frezerçiləri (kod 2091500a— 19488) peşəsi güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi əl ilə frezerçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ilə təsdiqlənmiş vəzifəyə uyğun deyildir. Belə olan halda da, onun güzəştli stajı 12 il 6 aydan az olur. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə ç alışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan i şçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsi - 2091500a—19488 külçə frezerçiləri Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi - 2130301a—17531 xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi - 2130301a—16085 əmtəə operatorları

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlər i Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini ya lnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qey d edir ki, hazırkı qərarın faktiki halları hissəsində göstərilənlər əmək kitabçasına və hərbi biletə əsasən, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi iş stajı mövcuddur.

28. Cavabdeh iddiaçının “Vəhdət” firmasında işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci tarixədək müddətin onun sığorta stajına daxil edilməsini qanunsuz hesab edir və bu mövqeyini belə əsaslandırır ki, “Vəhdət” firması xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınmışdır.

29. Cavabdehin bu dəlili əsassızdır. Belə ki, aşağı instansiya məhkəmələri iddiaçının azı 25 il ümumi iş stajına malik olması nəticəsinə gələrkən, onun “Vəhdət” firmasında iş stajı firmanın vergi uçotuna alındığı vaxtdan hesablanmış və cəmi 7 ay 20 gün (xx.xx.1998- xx.xx.1998-ci tarixədək o lan dövr) onun sosial sığorta stajına daxil edilmişdir.

30. Xüsusi iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının keçmiş SSRİ dövründə «Краматорск Ağır dəzgahqayırma zavodunda” 7 saylı Mexaniki sexdə xx.xx.1984-xx.xx.1990-cı illərdə əl ilə frezerçi kimi işlədiyi peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “Vİİİ Metallurgiya istehsalatı” “Metal emalı” bölməsində “külçə frezerçiləri” (kod 2091500a— 19488) peşəsi ilə uyğundur, güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulur.

31. Beləliklə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcu ddur. Belə ki, onun 57 yaşının tamam olduğu, xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşələrdə topladığı iş materialları ilə təsdiq olunur.

32. İddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını topladığı və bu baxımdan, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apellyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.

33. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2309/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar