Məhkəmə qərarları › İş №2-1(102)-656/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-656/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-656/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı və vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1879/19 saylı, 14 noyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1966-cı il təvəllüdlü iddiaçı 08.08.1983-cü ildən əmək fəaliyyətinə başlamış, hal-hazırda işləyir, o cümlədən 29 may 1990-cı il tarixdən 10 aprel 1991-ci il tarixədək “X ” Elmi-Tədqiqat İnstitutunun 8 saylı partiyasında fəhlə vəzifəsində, 10 aprel 1991-ci il tarixdən 13 noyabr 1998-ci il tarixədək həmin qurumda mühəndis vəzifəsində, 26 may 1999-cu il tarixdən 23 yanvar 2014-cü il tarixədək Kompleks X geofiziki ekspedisiyasının geofiziki, rəis müavini və rəis vəzifələrində, 23 yanv ar 2014-cü il tarixdən X bölümünün Dəniz geodeziya və geofiziki partiyasında geofizika üzrə rəis müavini vəzifələrində işləyir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 18.11.2018-ci il tarixli Bildirişlə iddiaçının qanunla tələb olunan güzəştli iş stajı olmadığından ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 29 may 1990-cı il tarixdən 10 aprel 1991-ci il tarixədək “X ” Elmi-Tədqiqat İnstitutunun 8 saylı partiyasında fəhlə vəzifəsində, 10 aprel 1991-ci il tarixdən 13 noyabr 1998-ci il tarixədək həmin qurumda mühəndis vəzifəsində, 26 may 1999 -cu il tarixdən 23 yanvar 2014-cü il tarixədək Kompleks X geofiziki ekspedisiyasının geofiziki, rəsi müavini və rəsis vəzifələrində, 23 yanvar 2014-cü il tarixdən 9 sentyabr 2018-ci il tarixədək X bölümünün Dəniz geodeziya və geofiziki partiyasında geofizika üzrə rəis müavini vəzifələrində işlədiyi müddət sığorta stajına daxil edilməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-749/2019 saylı, 11 fevral 2019cu il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişd ir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1879/19 saylı, 14 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-749/2019 saylı, 11 fevral 2019- cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbi baxımından adıçəkilən 1 №-li Siyahı üzrə iddiaçının 01.01.2006-cı il tarixinə 20 il ümumi iş stajı olsa da, onun tələb olunan ən azı 10 il xüsusilə zərərli və ağır işlərdə iş stajı mövcud olmadığından 52 yaşından ona pensiya təyin edilməsi istisna olunur. Belə olan halda, isə cavabdehin ona həmin 52 yaşından pensiya təyin olunmasından imtinası onun qanunla qorun an hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1879/19 saylı, 14 noyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajı 12 il 06 aydan çoxdur. Belə ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda 11000000b-17541 və 12202000-17541 kodlari ilə nəzərdə tutulmuşdur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi əsassız olaraq iddiaçının tələb olunan 10 il güzəştli iş stajının olmamasına istinad etmişdir. Kassator İPM-nin 91, 92.0.6, 96.5, 96.9-cu maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi kollegiyasının 2-1(103)-1879/19 saylı, 14 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1941/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağı dakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.1966-cı il təvəllüdlü iddiaçı 08.08.1983-cü ildən əmək fəaliyyətinə başlamış, hal-hazırda işləyir, o cümlədən 29 may 1990-cı il tarixdən 10 aprel 1991-ci il tarixədək “X ” Elmi-Tədqiqat İnstitutunun 8 saylı partiyasında fəhlə vəzifəsində, 10 aprel 1991-ci il tarixdən 13 noyabr 1998-ci il tarixədək həmin qurumda mühəndis vəzifəsində, 26 may 1999-cu il tarixdən 23 yanvar 2014-cü il tarixədək Kompleks X geofiziki ekspedisiyasının geofiziki, rəis müavini və rəis vəzifələrində, 23 yanvar 2014-cü il tarixdən X bölümünün Dəniz geodeziya və geofiziki partiyasında geofizika üzrə rəis müavini vəzifələrində işləyir. İddiaçının tələbi ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsidir. Cavabdehin imtinasının əsasını isə iddiaçının qanunla tələb olunan güzəştli iş stajı olmaması təşkil edir. Apellyasiya instansiya məhkəməsi də cavabdehin imtinası ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının “X ” Elmi-Tədqiqat İnstitutunun 8 saylı partiyasında 10 aprel 1991-ci il tarixdən 13 noyabr 1998-ci il tarixədək mühəndis vəzifəsində işlədyi müddət ( 7 il 11 ay 3 gün) 1 №-li Siyahıda «110000b-17541» şriftində («quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları») yalnız xüsusi ilə zərərli və ağır hesab edilən güzəştli pensiya hüquq verən göstəriciyə aid edilir. Beləliklə, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbi baxımından adıçəkilən 1 №-li Siyahı üzrə iddiaçının 01.01.2006-cı il tarixinə 20 il ümumi iş stajı olsa da, onun tələb olunan ən azı 10 il xüsusilə zərərli və ağır işlərdə iş stajı yoxdur. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən yeral tı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər— kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun ola raq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1dək 20 il ümumi iş stajı və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə 10 il xüsusi iş stajı olmalıdır. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının “X” Elmi-Tədqiqat İnstitutunun 8 saylı partiyasında 10 aprel 1991-ci il tarixdən 13 noyabr 1998-ci il tarixədək mühəndis vəzifəsində işlədiyi müddət ( 7 il 11 ay 3 gün) 1 №-li Siyahıda «110000b17541» şriftində («quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları») yalnız xüsusi ilə zərərli və ağır hesab edilən güzəştli pensiya hüquq verən göstəriciyə aid etsə də, id diaçının 26 may 1999-cu il tarixdən 01.11.2005-ci il tarixədək Kompleks X geofiziki ekspedisiyasının geofizik vəzifəsində işlədiyi müddəti xüsusi ilə zərərli və ağır hesab edilən güzəştli pensiya hüquq verən göstəriciyə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısında «110000b-17541» şriftində («quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları») “geofizik” nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə almaqla 01.01.2006-cı ilədək iddiaçının 20 ildən artıq ümumi, 10 ildən ar tıq güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olmuş, bununla da ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə b ilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilmə lidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1941/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. İddiaçı Yolçuev Mehman Rafiq oğluna 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar