Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-656/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı)qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1305/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1950-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “iddia ərizəsində göstərilən əsaslara görə 1980-ci ildən 1991- ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında iş stajı kimi götürməklə (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib təyinatla Bakı Prdio zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə zavodun ən yaxşı səmərələşdicisi və ixtiraçısı kimi Moskva şəhərində keçirilən Gənclərin Elmi-Texniki Yaradıcılığı laureatı olmuşdur. 1980-ci ildə zavodun 450-dən artıq kommunistlərin qeydiyyatda olduğu partiya komitəsinin katibi seçilmişdir (əmək haqqı 220 manat), 1982-84-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuduqdan sonra Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı işləmişdir (əmək haqqı 175 manat), 1985-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayına qədər, əvvəlcə 560, sonra 700-dən yuxarı kommunistlərin qeydiyyatda olduğu V.İ.Lenin adına (indiki H.Z. Tağıyev adına) toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifəsində işləmişdir (əmək haqqı 234, sonra 300 manat). Qeyd edir ki, toxuculuq kombinatı partiy a komitəsində dörd ştat mövcud idi. Partiya komitəsinin katibi, partiya komitəsi katibinin müavini, partiya kabineti müdiri və kitabxanaçı. Bu işçilərin hamısı rayon partiya komitəsindən məvacib alırdılar. Respublikada isə bu cür partiya komitələrinin sayı çox az olmuşdur. 1991-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyasının fəaliyyəti müvəqqəti dayandırılması ilə əlaqədar həmin kombinatın baş mühəndisinin müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ildə təqaüdə çıxdığı zaman ona 156 (yüz əlli altı) AZN pensiya təyin edilmişdir?! Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda (bundan sonra Təsnifat Toplusu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2017-ci il tarixli 121 nömrəli Qə rarına əsasən ona verilməli olan məbləğin az pensiya hesablanmaqla sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan Hüquqlarının və əsas Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə əsasən ona verilən pensiya onun pul formasında əmlakıdır. Pensiyanın ona qanunla verilməli olan, lakin az verilmiş hissəsi də ona verilməli olan onun mülkiyyətini təşkil edir. Pensiyanın həmin hissəsinin ona verilməməsi ilə onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, pensiyanın qanunla ona verilməli olan, lakin verilməyən hissəsi üzərində sahiblik etmək, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət heç bir əlamətdən aslı olmayaraq hər kəsin hüquqlarının və azadlıqlarının bərabərliyinə təminat verir. Lakin onunla eyni dövrdə dövlət orqanlarında işləyən işçilərin iş stajları tam nəzərə alınaraq həmin illərə görə onlara pensiya təyin edildiyi halda ona onlara nisbətən ayrı-seçkiliyə yol verilərək həmin müddətlər onun iş stajına daxil edilsə də ona həmin müddətlər üçün pensiya tam təyin edilməmişdir. Eyni zamanda 2017-ci ilin aprel ayının 4-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 121 nömrəli qərarı ilə onun tutduğu vəzifə (partiya komitə katibi) rayon icra Hakimiyyəti başçısının aparatında böyük məsləhətçi vəzivəsi ilə uyğunlaşdırılmışdır. Lakin onun partiya komitəsi katibi vəzifəsi (aldığı məvacibin məbləğinə və partiya komitə kati binin vəzifəsinə əsasən) rayon partiya komitəsində katib vəzifəsinə uyğun olmuşdur. Bundan əlavə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçinin məvacibi iş stajından aslı olaraq fərqli olduğu halda ona hesablanan pensiya ən aşağı məvaciblə götürülmüş və 2013-cü ildən yox 2017-ci ildən hesablanmışdır?! Beləliklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi icra hakimiyyətinin bir qurumu olmaqla borcunu tam yerinə yetirməmiş, iş stajına daxil olan illərin bir hissəsini pensiyanın təyin olunması üçün nəzərə almamış, bu da ona az pensiya təyin olunması ilə nəticələnmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində və “Təsnifat Toplusu”nda təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur. Maddənin İİ və V hissələrin ə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı maddələrinə, 71-ci maddəsinin Vİİ hissəsinə əsasən o Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Təsnifat Toplusu”na və AR Nazirlər Kabinetinin x xxxxx 2017-ci il tarixli 121 nömrəli Qərarına uyğun onun pensiyasının 2013-cü ildən başlayaraq hesablanmasını və onun vəzifəsinin (partiya komitə katibi) rayon icra hakimiyyəti başçısının aparatında daha yüksək fəzifəyə uyğunlaşdırılması barədə xahiş etmiş, lakin müsbət cavab almamışdır. Qeyd: AR DSMF Xətai rayon şöbəsi nəyi əsas gətirir? Onun verdiyi cavabı yazmaq lazımdır. Sonra isə onu təkzib etmək, qanunsuz olduğunu bildirmək üçün qüvvədə olan qanunvericiliyə ya da mövcud təcrübəyə (misallar gətirməklə və mümkünsə bu faktları təsdiq edə biləcək sənədləri əlavə etməklə) istinad etmək lazımdır. Bu səbəbdən də o pozulmuş sosial təminat hüququnu bərpa etmək məqsədi ilə məhkəməyə müraciət edir və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia qaldırır! Qeyd olunanlara əsasən 1980-cı ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluğçusu staji kimi götürməklə “Təsnifat Toplusu”na əsasən onun partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qətnamə çıxarılmalıdır! Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13cü, 25-ci, 29-cu, 38-ci, 60-cı, 71-ci maddələrini, “İnsan Hüquqlarının və əsas azadlıqlarını n müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsini, “Təsnifat Toplusu”nu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2017-ci il tarixli 121 nömrəli Qərarını və Mülkü-Prosessual Məcəlləsinin 53-cü, 149-150-ci maddələrini rəhbər tutaraq, iddia ərizəsində göstərilən əsaslara görə 1980-cı ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürməklə (“Təsnifat Toplusu”na əsasən) onun partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiy a məhkəməsindəki icraat
5. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X1 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər partiya orqanlarında iş stajı dövlət qulluqçusu kimi nəzərə alınaraq (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdırılaraq həmin müddətlər üçün ona pensiyanın 2013-cü ildən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İP M-nin 2.2, 2.2.2, 14.3, 33.1, 33.2-ci maddələrinə, xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 20.1.7, 21.1, 27, 31.1, 37.7-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 17.1, 23.1, 23.3, 23.4-cü maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)2104/2019 nömrəli qərarı ilə (hakimlər - Vidadi Məmmədov sədrlik edən və məruzəçi, Səriyyə Seyidova, İlham Əhmədov) cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarındakı iş stajının dövlət qulluqçusu stajı kimi göstərməklə, partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq, həmin müddətlər üçün pensiya hesablanması tələbinə dair iddiasının təmin edi lməməsi qərara alınmışdır.
9. Apelyasiya instansiyası həmin nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə, “Dövlət qulluğu haqqında” qanunun 17.1-ci maddəsinə, “İnzibati İcraat haqqında” qanunun 13.2, 17-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmişdir. kasasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-139/2020 nömrəli qərarı ilə (hakimlər-Sevda Hüseynova sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlov) iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2104/2019 n ömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üşün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)1305/2020 nömrəli qərardadı ilə (hakimlər-Ülvi Mayılov sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Xəyalə Cəmilova) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. 12. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə daxil olmuş, ərizədə 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
13. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin 20.10.20-ci il tarixli, 2-1(103)1305/2020 nömrəli qərardadı ilə (hakimlər - Elmira Nağıyeva sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Valeh Ağayev), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə i ddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən İPM-nin 35.1, 82, 96.11-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddianın dəqiqləşdirilməsi tələblə cavabdehə müraciət etməli idi, lakin bunu etməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
16. İddiaçı kasasiya şikayətini onunla əsqaslandırmışdır ki, hazırkı mübahisəli məsələnin obyektiv həllini 2 saylı Bakı İnzibati Məhkəməsi etmişdir. Həmin qərara əsasən onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onunpartiya orqanlarında iş stajı kimi götürməklə (təşkilat toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini Rayon İcra Hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdırılaraq həmin müddətələr üçün ona pensiya hesablanmasında 2013-cü ildən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təmin edilmişdir.
17. Məhkəmə həmin qərarı qəbul edərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 199 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət qulluqçular ının Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixdə 290 nömrəli fərmanı ilə təsdiq edilmiş və “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Nazirlər Kabinetinə xx.xx.2007- ci il tarixli 77 nömrəli qərarı və xx.xx.2017- ci il tarixli 21 nömrəli qərarına əsaslanmışdır.
18. Çox təəsüf ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası yuxarıda adları qeyd olunan qanun, fərman və qərarların icrasına münasibətdə qeyri-obyektiv mövqe tutmuş və nəticədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1564/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarını ləğv etmişdir.
19. Bununla isə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respubl ikası Ali Məhkəməsinin göstərişlərinə, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan vətəndaşların pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrıseçkiliyi aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipini pozmuşdur.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1305/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadını ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçı T.Nəsrullayev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini,, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020 il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
27. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkillərinin izahat və çıxışlarını dinləyərək dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün apelyasiya instasiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
28. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
30. Məhkəmə Kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, bunun nəticəsində də iş üzrə qanuna uyğun olmayan məhkəmə aktı qəbul etmişdir.
31. Belə ki, apelyasiya instasiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)1305/2020 nömrəli qərardadına əsasən əsaslandırma hissəsində qeyd edilmişdir ki, “hazırkı iş üzrə iddiaçının ilkin tələbi 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürməklə iddiaçının partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qəra r qəbul edilməsi olmuş, daha sonra iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir”.
32. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “işin apelyasiya icraatı zamanı məhkəmə tərəfindən hər iki tərəfə iddiaçının cavabdeh orqana dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı müraciətlərinin olması barədə sənəd-sübut təqdim edilməsi təklif edilmiş, iddiaçı dəqiqləşdirilmiş idd ia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini, cavabdehə orqana müraciətinin ilkin tələbi ilə bağlı nüsxəsinin isə özündə olmadığını bildirmişdir”.
33. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli müraciətində onun 1980-1991-ci illərdə partiya orqanlarında işlədiyi müddət dövlət qulluqçusu statusunda təqaüd hesablanmasına sərəncam verilməsini xahiş etmişdir.
34. Göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə cavabdeh inzibati orqana müraciəti arasında fərq mövcud olmuş, eyni zamanda, məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir.
35. Məhz buna görədə apelyasiya instasiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həmin iddia tələbinin predmeti ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmadığından hazırkı iddia tələbi mümkün sayılmamalıdır”.
36. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi sözügedən nəticəsi ilə razılaşmayaraq hesab edir ki, apelyasiya instasiyası məhkəməsinin həmin hüquqi mövqeyi yanlışdır.
37. Belə ki, iddiaçının adı çəkilən iddiasının dəqiqləşdirilməsi hansısa bir yeni tələblə əlaqədar deyil, ilkin olaraq irəli sürdüyü tələblə, yəni pensiyanın yenidən hesablanması ilə bağlıdır, başga sözlə bu yeni tələb sayıla bilməz və buna görədə cavabdehə müraciət edilməsinə ehtiyac yoxdur.
38. Belə olan halda apely asiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş səbəbdən iddiaçının iddiasının mümkün sayılmaması səhv olmuşdur.
39. Yeri gəlmişkən, qeyd edilməlidir ki, Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarda “apelyasiya instasiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və əvvəl 48-ci maddələrində müəyyən edilmiş “işin hallarının araşdırılması prinsipi”, məhkəmənin yardım etmək vəzifəsi” və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur” kimi Ali Məhkəmənin hüquqi mövqeyi, o cümlədən aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində xüsusi olaraq vurğulanmışdır.
40. Məlum olduğu kimi isə Azərbaycan Respublikasının 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidi.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün apelyasiya instasiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1305/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.