Məhkəmə qərarları › İş №2-1(102)-656/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-656/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-656/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: gömrük bəyannamələrində düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannamələrində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3297/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Borc alan İddiaçı MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 01 GKL 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6,5% olmaqla 490.500 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan İddiaçı MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 02 G 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6,5% olmaqla 297.200 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan "xxxx" MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 01 G EKO 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6% olmaqla 903.000 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan "xxxx" MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 02 G 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6% olmaqla 182.000 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-c u ilədək hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. 2. xx.xx.2017-ci il tarixdə İddiaçı MMC, "xxxx" MMC və “GAG İnternational FZE” şirkəti arasında kredit müqaviləsinə ƏLAVƏ olaraq Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən Tərəflər borcun qaytarılmasına aşağıdakı kimi razılaşmışlar: 1) İddiaçı MMC aşağıdakı müqavilələrə uyğun 01 GKL 2016 xx.xx.2016 və 02 G 2016 xx.xx.2016 olaraq öz və törəmə müəssisəsi olan "xxxx" MMC-nin (01 G EKO 2016 xx.xx.2016/ 02 G 2016 xx.xx.2016) borcunu və faizlərini “GAG İnternational FZE” şirkətinə ödəməyi öz öhdəsinə götürür. 2) xx.xx.2017-ci il tarixindən etibarən “Borcalan” “Borc Verənə” 2.131.354,20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar iyirmi sent) ABŞ dolları müqabilində Napthenic Acids (Naften turşusu) borc əvəzi qaytarır. 3) Faizlərin Hesab lanma dövründə illik Karvan-L üçün 6,5% və KarvanL EKO üçün 6% ödəməyi öz öhdəliyinə götürür. Bununla da, İddiaçı MMC-nin “GAG İnternational FZE” şirkətinə ümumilikdə 2.134.376,12(iki milyon yüz otuz dörd min üç yüz yetmiş altı dollar, on iki sent) ABŞ dolları borcu yaranmışdır. İddiaçı MMC 2018 və 2019-cu illər ərzində hissə-hissə olmaqla “GAG İnternational FZE” şirkətinə olan borcun əvəzi olaraq dəyəri 2.131.354.20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar iyirmi sent) ABŞ dolları olan Napthenic Acids (Naften turşusu) göndərmişdir. Nəticədə İddiaçı MMC-nin “GAG İnternational FZE” şirkətinə 3022 (üç min iyirmi iki) ABŞ dolları qalıq borcu qalmışdır.

3. İddiaçı MMC ilə “GAG İnternational FZE” şirkəti arasında olan xx.xx.2020-ci il tarixli Üzləşdirmə Aktından da görünür ki, İddia çı MMC kredit müqaviləsi üzrə “GAG İnternational FZE” şirkətinə borc əvəzi 2.131.354,20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar, iyirmi sent) ABŞ dolları dəyərində mal göndərilib və 3022,00 (üç min iyirmi iki) ABŞ dolları qalıq qalmışdır 4. 2018-ci il və 2019-cu il Gömrük Bəyannamələrində ixrac olunan Naften turşusu “GAG İnternational FZE” şirkətindən alınmış borc qarşılığında borcun əvəzləşdirilməsi kimi rəsmiləşdirilmək əvəzinə ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilmişdir.

5. Xətai Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarında göstərilmişdir: “Araşdırma materialından göründüyü kimi İddiaçı MMC şirkəti “GAG İnternational FZE” şirkəti ilə müqavilə bağlayaraq malları ixrac etməklə həmin malların ixracı müqabilində vəsait əldə etməmiş, həmin malları əvvəlcədən aldığı borc vəsaitinin əvəzi olaraq “GAG İnternational FZE” şirkətinə göndərmişdir. Beləliklə, aparılan araşdırma zamanı İddiaçı MMC şirkətinin direktoru X1 əməlində Azərbaycan Respublikasının CM-in 208-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir.”

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək gömrük bəyannamələrində düzəliş edilməsini xahiş etmişdir.

7. Cavabdeh 15 dekabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, gömrük bəyannamələrinə düzəliş edilməsi üçün əsas mövcud deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 25 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha s onra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC-dən “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusunun göndərilməsinə dair 74 ədəd gömrük bəyannaməsində (xx.xx.2018-ci il tarixli **********5462 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5467 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5470 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5473 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5486 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********7111 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8672 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8675 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8678 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8749 sorğu nömrəli, xx.xx. 2018-ci il tarixli **********8754 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9010 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9013 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9019 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1358 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1361 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1367 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2486 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2498 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5860 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5863 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5869 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********4157 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5197 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5 694 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********3193 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********3362 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5944 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5949 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5951 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9963 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********0398 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2442 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2699 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2714 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9952 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********7724 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2453 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2456 sorğu nömrəli, xx.xx.2018- ci il tarixli **********2458 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2459 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2463 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2466 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1218 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4215 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4432 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4442 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0291 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0296 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6895 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9712 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0480 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0484 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0781 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1329 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1370 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1937 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********3940 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4704 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4749 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4759 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0372 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1265 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1296 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6420 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6894 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6919 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4797 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5921 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5922 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9392 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9398 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1528 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********2340 sorğu nömrəli) borcun əvəzləşməsi qaydasında göndərmə kimi düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 1996-cı ildən təsis edilmiş, təsisçisi və direktoru X2r. Şirkət lak və boya istehsalı ilə məşğul olur. Şirkət nəinki ölkədaxili bazara, beynəlxalq bazarlara da məhsulları ixrac edir. 2015-ci ildə BƏƏ-nin Dubay şəhərində keçirilən “Arab Oil and Gas 2015” sərgisində iştirak edən zaman həmin ölkənin “GAG İnternational FZE” şirkəti ilə müqavilə əsasında əməkdaşlıq etmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı MMC şirkəti olaraq İddiaçı Eko MMC-ni törəmə şirkət olaraq təsis etmişlər. xx.xx.2016-cı il tarixdə İddiaçı və “KarvanL Eko” şirkətləri “GAG İnternational FZE” şirkəti arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin şirkət iddiaçıya 787.700 ABŞ dolları və "xxxx" MMC-yə 1.185.000 ABŞ dolları borc vermişdir. Müqaviləyə əsasən illik faiz dərəcəsi İddiaçı MMC 4%, "xxxx" MMC-yə isə 4,5% təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə şirkətlər arasında borcun qaytarılması ilə bağlı olaraq əlavə razılaşma imzalanmışdır. Razılaşmaya əsasən "xxxx" MMC xx.xx.2016-cı il tarixli 1 nömrəli müqaviləyə uyğun olaraq, eləcə də eyni tarixli 2 saylı müqaviləyə əsasən özü və törəmə müəssisəsinin borc və faizlərini “GAG İnternational FZE” şirkətinə ödəməyi öz öhdəsinə götürüb və 2.131.354,20 ABŞ dolları müqabilində Napthenic Acids (Naften turşusu) borc əvəzi qaytarılıb. 2016-2017-ci illərə aid olan illik faizləri hər iki şirkətə 158.654 ABŞ dolları hesablanaraq həmin məbləğdə əks olunub. Beləliklə də, xx.xx.2018-ci ildən etibarən xx.xx.2019-cu ilə qədər “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusu həmin şirkətdən alınmış borc qarşılığında borcun əvəzləşdirilməsi qaydasında qaytarılıb. Belə ki, borcun əvəzində İddiaçı MMC 78 bəyannamə üzrə malları ixrac etmişdir. Həmin 78 bəyannamədə borcun qaytarılması kimi rəsmiləşdirilmək əvəzinə ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilmişdir. Bununla bağlı cavabdeh Bakı Baş Gömrük İdarəsinə 45 və 46 saylı məktublarla müraciət edilməsinə baxmayaraq, xx.xx.2011-ci il tarixli 46 saylı məktuba cavab olaraq 15 dekabr 2021-ci il tarixli 1400-012/0xxxx/009051 saylı cavab məktubundan görünür ki, cavabdehə təqdim etdikləri sənədlər araşdırıldıqdan sonra gömrük bəyannamələrində düzəliş aparılması üçün əsas olmadığı müəyyənləşdirilmişdir. Belə olduğu halda isə ixrac edilmiş mallardan əldə edilmiş vəsaitin müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməsi zərurəti yaranır ki, bu da mümkün deyil. Dövlət Gömrük Komitəsi tərəfindən bununla bağlı toplanmış material araşdırma üçün Bakı şəhər Prokurorluğuna, oradan isə araşdırmanın davam etdirilməsi üçün Xətai rayon Prokurorluğuna göndərilmiş, 148-C21 saylı material üzrə 05 may 2021-ci il tarixdə “cinayət i şinin başlanmasının rədd edilməsi haqqında” Xətai rayon prokurorluğunda qərar qəbul edilmişdir. Müstəqil auditor hesabatı və rəyi ilə də bu fakt öz təsdiqini tapmışdır. Hazırda bütün sənədlər sübuta yetirir ki, 78 gömrük bəyannaməsində qeyd edilən mallar bəyannamə kodunda qeyd edildiyi kimi alqı-satqı yolu kimi deyil, borcun əvəzləşdirilməsi qaydasında əvəzsiz qaydada göndərilmiş, lakin gömrük bəyannaməsində düzəliş edilməli olduğu halda edilməmişdir. Gömrük Komitəsinin təhqiqat şöbəsində də bununla bağlı araşdırma aparılmış, bu borcun əvəzləşməsi qaydasında malların ixrac edildiyi faktı müəyyən edilmişdir və bu səbəbdən də, hər hansı bir məsuliyyət tətbiq edilməmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddia ərizəsində qeyd edil ən bəyannamələr gömrük orqanına təqdim edilən zaman həmin bəyannamələrdə hər hansı uyğunsuzluq aşkar olunmamış, bəyan edilmiş mallar ixrac gömrük proseduru altında yerləşdirilərkən tərəflər arasında bağlanmış və gömrük orqanına təqdim edilmiş müqavilədə həmin malların kredit müqaviləsinə əsasən yaranmış borca görə ixrac edildiyi göstərilməmişdir. Həmçinin, iddiaçının "xxxx" MMC adlı törəmə şirkətinin malların ixrac proseduru altında yerləşdirilməsinə hansısa aidiyyətinin olduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-5514/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, İddiaçı MMC-dən “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusunun göndərilməsinə dair 74 ə dəd gömrük bəyannaməsində (xx.xx.2018-ci il tarixli **********5462 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5467 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5470 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5473 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5486 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********7111 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8672 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8675 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8678 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8749 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********8754 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9010 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9013 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9019 sorğu nömrəli, xx. xx.2018-ci il tarixli **********1358 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1361 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********1367 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2486 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2498 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5860 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5863 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5869 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********4157 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5197 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5694 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********3193 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********3362 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5944 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli ******** **5949 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********5951 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9963 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********0398 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2442 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2699 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2714 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9952 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********7724 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2453 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2456 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2458 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2459 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2463 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2466 sorğu nömrəli, xx.xx.20 19-cu il tarixli **********1218 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4215 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4432 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4442 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0291 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0296 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6895 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9712 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0480 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0484 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0781 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1329 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1370 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1937 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********3 940 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4704 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4749 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4759 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********0372 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1265 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1296 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6420 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6894 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6919 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4797 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5921 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5922 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9392 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9398 sorğu nömrəli, xx.xx.2019- cu il tarixli **********1528 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********2340 sorğu nömrəli) borcun əvəzləşməsi qaydasında göndərmə kimi düzəliş aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC tərəfindən qeyd olunan kredit müqavilələri üzrə “GAG İnternational FZE” şirkətinə borc əvəzi 2.131.354.20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar, iyirmi sent) ABŞ dolları dəyərində mal göndərilməsi, lakin Gömrük Bəyannamələrində ixrac olunan Naften turşusu “GAG İnternational FZE” şirkətindən alınmış borc qarşılığında, yəni borcun əvəzləşdirilməsi kimi rəsmiləşdirilmək əvəzinə ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı i ddia tələbi əsaslıdır və təmin olunmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3297/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6) ilə Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, hazırkı mübahisə iddiaçı tərəfindən Naftin turşusunun gömrük bəyannaməsində qeyd edildiyi kimi 003 kodu altında yəni alqı-satqı müqaviləsinə əsasən deyil məhz borcun əvəzinə göndərilməsidir ki, həmin iş üzrə materialların araşdırılması nəticəsində bu hal öz təsdiqini tapmışdır. Bu səbəbdən sözügedən gömrük bəyannamələrində müvafiq düzəlişin edilməsini tələb etməkdə iddiaçı haqlıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, qanunverici məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının inzibati mübahisəyə baxılarkən preyudisialığını müəyyən edir. Cinayət təqibi orqanının hər hansı qərarı inz ibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi deyildir. Məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Gömrük Məcəlləsi 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarının gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. 22.6-cı maddəsinə əsasən şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bə yannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cav abdehdir. 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzəri ndə yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. 153.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən i cazə verilir. 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: 153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; 153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 153.5-ci maddəsinə əsasən bu Məc əllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (h əcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə müb ahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətin in dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi gömrük bəyannamələrində düzəliş edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkr arlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Gömrük Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

28. Gömrük Məcəlləsinin 153.2-ci maddəsinə əsasən gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra və gömrük orqanları gömrük bəyannaməsindəki məlumat ların orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir.

29. Hazırkı işin halları ilə müəyyən olunur ki, borc alan İddiaçı MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 01 GKL 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6,5% olmaqla 490.500 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan İddiaçı MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 02 G 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6,5% olmaqla 297.200 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

30. Bundan başqa işin halları ilə müəyyən olunur ki, Borc alan "xxxx" MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 01 G EKO 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6% olmaqla 903.000 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borc alan "xxxx" MMC ilə Borc verən “GAG İnternational FZE” şirkəti arasında 02 G 2016 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc verən Borc alana illik faiz dərəcəsi 6% olmaqla 182.000 ABŞ dolları məbləğində borc vermiş, Borc alan isə borc məbləğini xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək hissə- hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə İddiaçı MMC, "xxxx" MMC və “GAG İnternational FZE” şirkəti arasında kredit müqaviləsinə ƏLAVƏ olaraq Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən Tərəflər borcun qaytarılmasına aşağıdakı kimi razılaşmışlar: 1) İddiaçı MMC aşağıdakı müqavilələrə uyğun 01 GKL 2016 xx.xx.2016 və 02 G 2016 xx.xx.2016 olaraq öz və törəmə müəssisəsi olan "xxxx" MMC-nin (01 G EKO 2016 xx.xx.2016/ 02 G 2016 xx.xx.2016) borcunu və faizlərini “GAG İnternational FZE” şirkətinə ödəməyi öz öhdəsinə götürür. 2) xx.xx.2017-ci il tarixindən etibarən “Borcalan” “Borc Verənə” 2.131.354,20 (iki milyon yüz otuz bir min üç yüz əlli dör d dollar iyirmi sent) ABŞ dolları müqabilində Napthenic Acids (Naften turşusu) borc əvəzi qaytarır. 3) Faizlərin Hesablanma dövründə illik Karvan-L üçün 6,5% və Karvan-L EKO üçün 6% ödəməyi öz öhdəliyinə götürür. Bununla da, İddiaçı MMC-nin “GAG İnternational FZE” şirkətinə ümumilikdə 2.134.376,12(iki milyon yüz otuz dörd min üç yüz yetmiş altı dollar, on iki sent) ABŞ dolları borcu yaranmışdır.

31. Eyni zamanda, İddiaçı MMC 2018 və 2019-cu illər ərzində hissə-hissə olmaqla “GAG İnternational FZE” şirkətinə olan borcun əvəzi olaraq dəyəri 2.131.354.20 (iki milyon yüz otuz bir min üç yüz əlli dörd dollar iyirmi sent) ABŞ dolları olan Napthenic Acids (Naften turşusu) göndərmişdir. Nəticədə İddiaçı MMC-nin “GAG İnternational FZE” şirkətinə 3022 (üç min iyirmi iki) ABŞ dolları qalıq borcu qalm ışdır. Lakin iş materiallarında olan 2018-ci il və 2019-cu il Gömrük Bəyannamələrində ixrac olunan Naften turşusu “GAG İnternational FZE” şirkətindən alınmış borc qarşılığında borcun əvəzləşdirilməsi kimi deyil, ixrac əməliyyatı (alqı-satqı) kimi gömrük rəsmiləşdirilməsi qeyd edilmişdir.

32. Nəticə etibarı ilə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC-dən “GAG İnternational FZE” şirkətinə cəmi 2.131.354,20 ABŞ dolları dəyərində ixrac olunan Naften turşusunun göndərilməsinə dair 74 ədəd gömrük bəyannaməsində borcun əvəzləşməsi qaydasında göndərmə kimi düzəliş aparılması Gömrük Məcəlləsinin yuxarıda qeyd olunan normalarına uyğundur.

33. Cavabdehin cinayət təqibi orqanının qərarının inzibati mübahisəyə baxılarkən məhkəmə üçün məcburi olmaması barədə kassasiya şikayətinin dəlillərinə münas ibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Xətai Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarı inzibati icraat üçün məcburi xarakter daşımır. Lakin apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə uyğun olaraq həmin qərar üzrə müəyyən edilmiş hallar ilə iş üzrə müəyyən edilmiş faktiki halları birgə yoxlayaraq onlardan istifadə etməsi həmin qərarın məhkəmə üçün məcburi olması mənasına gəlmir.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3297/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar