Məhkəmə qərarları › İş №2-1(102)-656/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-656/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-656/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 15 oktyabr tarixli, 2-1(103)1784/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********355600 No-li qərarına əsasən, kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********355600 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qurumun əvvəlki adı "xxxx" MMC olmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli vergilərin hesablanması barədə **********355600 No-li qərarına əsasən MMC-yə əlavə mənfəət vergi məbləği hesablanmışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır.

4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş et irazda bildirilmişdir ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 No-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmişdir. Lakin bəyannamənin 1 No-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debito r borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********6D8200 nömrəli məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluq aradan qaldırılmaqla müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Beləliklə, kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi üzrə 24525,69 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********355600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, 2-1(112)-495/2022 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.

6. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 No-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəl i ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 No-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir.

7. Məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli 9/2729 nömrəli ekspert rəyindən göründüyü kimi mübahisələndirilən qərar ilə bağlı eks pertiza tədqiqatının keçirilməsi üçün cavabdeh tərəfindən təqdim edilmiş suallar və vergilərin hesablanması üçün əsas olan sənədlər (sübutlar) ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən səbəbdən də ekspert rəyi işin faktiki hallarını tam əhatə etmir. Ekspert məhkəmə tərəfindən qoyulmuş suallar üzrə də ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Ekspert rəydə qeyd etmişdir ki, müəssisəyə əlavə olaraq hesablanmış 2017-ci il üzrə 21.529,50 manat məbləğində mənfəət vergisinin səbəbi vergi ödəyicisi tərəfindən ƏDV və mənfəət vergisi bəyannamələrinin göstəricilərinin fərqli olması göstərilmişdir. Bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin bu zaman da ekspertin hər-hansı mühasibat sənədinə istinadən etməsi tədqiqatdan müəyyən olunmur. Bütün bunlar isə ekspert rəyinin əsassız olduğuna dəlalət edir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 18 iyul tarixli, 2-1(103)-1594/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********355600 saylı qərarı ləğv edil mişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC-yə hesablanmış mənfəət vergisinin əsaslılığı sübuta yetirilmir və yuxarıda qeyd edildiyi kimi MMC-yə dair qəbul edilmiş məhkəmə aktlarından da bəllidir ki, MMC-nin vergidən yayınma halı və yaxud vergi borcu yaranmamışdır. İddiaçının “Şəxsi hesab vərəqəsi”ndən görünür ki, xx.xx.2017-ci il tarixə 40.908, 66 manat ƏDV hesablanmış və həmin tarixdə 40.908, 66 manat ƏDV borc üzrə azalma olmuşdur. 11.Həmçinin, xx.xx.2017-ci il tarixə 98.868,66 manat ƏDV hesablanmış və həmin tarixdə 98.868,66 manat ƏDV borc üzrə azalma olmuşdur.

12. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarına görə vergi orqanı tərəfindən aparılmış kameral y oxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləğinin nəyin əsasında və necə hesablanması barədə Kollegiyanın sualına cavabdehin nümayəndəsi cavabında bildirilmişdir ki, iddiaçının 2017- ci il üzrə idxal əməliyyatları zamanı idxal olunmuş malların dəyərinin düzgün bəyan edilməməsi aşkarlanaraq ödənilməli mənfəət vergisi hesablanmışdır.

13. Bunun qarşılığında iddiaçının nümayəndələri xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyahını təqdim etmişlər.

14. Beləliklə, xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair digər fərqli siyahı məhkəməyə təqdim edilməmiş və iş materiallarında müəyyən edilməmişdir.

15. Cavabdehin nümayəndəsi, həmçinin xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyahıda malların göstərilən idxal qiymətlərindən fərqli qiymətin mövcud olması barədə hər hansı sübut təqdim edə bilməmişdir.

16. Beləliklə, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmasının faktiki və hüquqi əsaslarının mövcudluğu təsdiqini tapmamışdır.

17. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin fəaliyyəti ndə hər hansı vergidən yayınma və ya kənarlaşma halı olmamışdır ki, bu səbəbdən də vergi orqanının qərarı əsassız sayılır.

18. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2729 saylı xx.xx.2022-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları hesablanması barədə” 28 iyul 2020-ci il tarixli **********355600 saylı qərarı ilə iddiaçı MMC-yə əlavə olaraq hesablanmış 21.529,50 manat məbləğində mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 08 dekabr tarixli, 2-1(102)-2538/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 18 iyul tarixli, 2-1(103)-1594/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Kollegiya qeyd etmişdir ki, işin materiallarına görə, cavabdeh tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsasında iddiaçı tərəfindən təqdim olunan 2017-ci ilin müvafiq ayları üzrə ƏDV bəyannamələrində göstərilən məlumatlarla həmin il üzrə təqdim olunmuş mənfəət vergisi üzrə bəyannamələr dəki məlumatlar arasında ziddiyyət və bundan irəli gələn kənarlaşma dayanır.

22. Cavabdeh də haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hesablamanın əsasını təşkil edən ƏDV dövriyyəsinin əsaslarının araşdırılması üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, işin həqiqi halları məhkəmə tədqiqindən kənarda qalmışdır. Məhkəmə ƏDV bəyannaməsində göstərilən dövriyyənin mənfəət vergisi üzrə bəyannamədə əks etdirilməməsinin səbəbləri barədə araşdırma aparmadan iddianın əsaslılığı nəticəsinə gəlmişdir.

23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. ç) apelyasiya instan siya məhkəməsində aparılan ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 15 oktyabr tarixli, 2-1(103)-1784/2024 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, 2-1(112)495/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Qərarda qeyd edilmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür.

26. Ali Məhkəmə nin qərarındakı göstərişlərə əsasən Kollegiya qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan iddiaçının “Şəxsi hesab vərəqəsi”ndəki məlumatlardan göründüyü kimi 2017-ci ilin iyun ayı üzrə xx.xx.2017-ci il tarixə 130.861,98 manat məbləğində hesablama son hesablamadır, bundan sonra hər hansı bir dəqiqləşmə olmamışdır.

27. İşin materiallarına görə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsasında iddiaçı tərəfindən təqdim olunan 2017-ci ilin müvafiq ayları üzrə ƏDV bəyannamələrində göstərilən məlumatlarla həmin il üzrə təqdim olunmuş mənfəət vergisi üzrə bəyannamələrdəki məlumatlar arasında ziddiyyət və bundan irəli gələn kənarlaşma dayanır.

28. Qərardan iddiaçı kassasiya şikayəti qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin”: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablam alarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən qərarın əsaslılığı və qanuniliyi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçının “Şəxsi hesab vərəqəsi”ndəki məlumatlardan göründüyü kimi 2017-ci ilin iyun ayı üzrə xx.xx.2017-ci il tarixə 130.861,98 manat məbləğində hesablama son hesablamadır, bundan sonra hər hansı bir dəqiqləşmə olmamışdır. İş materiallarına görə, ca vabdeh inzibati orqan tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsasında iddiaçı tərəfindən təqdim olunan 2017-ci ilin müvafiq ayları üzrə ƏDV bəyannamələrində göstərilən məlumatlarla həmin il üzrə təqdim olunmuş mənfəət vergisi üzrə bəyannamələrdəki məlumatlar arasında ziddiyyət və bundan irəli gələn kənarlaşma dayanır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 15 oktyabr tarixli, 2-1(103)-1784/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar