Məhkəmə qərarları › İş №2-1(102)-657/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-657/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-657/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Kantayev Nurəddin Mahama oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 noyabr tarixli 2-1(103)-2378/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri his sə: İşin halları: İddiaçı 2010-cu ildə Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinə daxil olmuş, 2015-ci il 27 iyun tarixdə həmin təhsil müəssisəsini bitirmiş və ona 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplom verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən onun adına verilmiş 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 7 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qa rşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. İddiaçı 2017-ci il 20 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2017-ci il 7 noyabr tarixli № 23-04-374/ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi və Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən onun adına verilmiş 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2010-cu ildə Gürcüstan Respublikasının Tbilisi Humanita r Tədris Universitetinə qəbul olmuş, Səhiyyə fakültə şurasının 2016-cı il 27 iyun tarixli, 12 nömrəli qərarı ilə ona “Diplomlu Stomatoloq” bakalavr akademik dərəcəsi verilmişdir. Təhsili müvəffəqiyyətlə bitirməyi ilə əlaqədar ona 2016-cı il 27 iyun tarixli, THTU № 000008 nömrəli bakalavr diplomu verilmişdir. Ali təhsil haqqında diplomu Gürcüstan Respublikası Təhsilin Keyfiyyəti Üzrə Milli İnkişaf Mərkəzi tərəfindən 2016-cı il 3 avqust tarixində Apostil möhürü ilə təsdiqlənmişdir. İddiaçı göstərilənlərə və “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” Qaydalarının (bundan so nra mətndə - Qaydalar) 1.6, 3.4-cü maddələrinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33, 45, 46, 68, 69 və 75-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 7 mart tarixli 2-1(82)-837/2018 nömrəli qərardadı ilə iddiaçının Gürcüstan Respublikasının Tbilisi Humanitar Tədris Universiteti tərəfindən verilmiş 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar iddiaçının müraciətinə yenidən baxılmas ı Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə edilmişdir. Qərardadın icrası qaydasında Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 2018-ci il 14 may tarixli məktubda qeyd edilmişdir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən Gürcüstanın Tbilisi Humanitar Tədris Universiteti tərəfindən iddiaçının adına verilmiş 2016cı il 27 iyun tarixli, THTU 000008 nömrəli diplom üzrə aldığı ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə əlaqədar yenidən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq, iddiaçının müvafiq diplom üzrə aldığı ixtisasının ölkə ərazisində tanınmaması və əvvəlki imtinasının qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 iyul tarixli 2-1(82)-837/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən iddiaçının adına verilmiş 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təhsilin müddəti və məzmunu ilə bağlı cavabdeh Qaydaların 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğuna deyil, yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirməklə kifayətlənmişdir. Halbuki, qanunvericilikdə iddiaçının təhsil aldığı ö lkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 noyabr tarixli 2-1(103)-2378/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,iddiaçının təhsil aldığı ölkədə qaldığı müddət «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci bəndində nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədr is ilinin müddətinə uyğun olmamışdır. Ona görə də, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasına dair cavabdehin imtinası Qaydaların tələblərinə uyğundur. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 30 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 14 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və y a peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Təhsilin müddəti və məzmunu ilə bağlı cavabdeh Qaydaların 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğuna deyil, yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirməklə kifayətlənmişdir. Halbuki, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilinin dövlət standartlarına uyğunluğunun araşdırılması müəyyən edilmişdir. İddiaçı təhsil aldığı 2010-2016-cı illərdə demək olar ki, daim Gürcüstan Respublikasının Tbilisi şəhərin də yaşamış, arada bir neçə günlük evə gəlmişdir. Həmin günlər isə bazar və istirahət günlərinə təsadüf etmişdir. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (15.2). İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikay ətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağı dakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və y a digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətləri n ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydala rın 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən, Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcəl ərin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Cavabdehin istinad etdiyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin Konvensiya onun iştirakçıları arasında eyni məsələləri tənzimləyən sazişlərin bağlanmasını qadağan etmir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Məhkəmə kollegiyası müddətlərlə bağlı cavabdehin dəlillərinə münasibətdə iddiaçıya məxsus P3709598 saylı pasportda göstərilən məlumatların təhlilinə əsasən hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə qaldığı müddət «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci bəndində nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdır. Ona görə də, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasına dair cavabdehin imtinasının və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12-ci və 58.7-ci maddələrinin tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, yuxarıda istinad edilən Qaydaların 3.7-ci bəndinin tələbinə görə, mənfi rəy aşağıdakı hallarda verilə bilər:... xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda... Apellyasiya instansiyası məhkəməsi iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə qaldığına dair cavabdehin dəlilinin yuxarıda istinad edilən Qaydaların 3.7-ci bəndinin müddətlə bağlı tələbinə uyğun olub-olmadığını yoxlamamışdır. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunması tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2018-ci il 6 noyabr tarixli 2-1(103)-2378/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar