Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-657/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusunun pensiyasının yenidən hesablanması, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müvafiq artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-905/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus ИT-İ seriyalı, ****** * nömrəli, 15 oktyabr 1977ci il tarixdə doldurulmuş əmək kitabçasına əsasən o, 07.10.1977-27.08.1979-cu illərdə PFO-da baş mühəndis-iqtisadçı (06.10.1977-ci il tarixli, 195№-li əmrlə daxil olmuş, 27.08.1979-cu il tarixli, 115 №-li əmrlə azad edilmişdir), 28.08.1979-cu əmrlə PTO-da böyük mühəndis (99 №-li əmrlə), 01.09.1980-22.12.1981-ci ildə prorab ( 01.09.1980-ci il tarixli, 90№-li əmrlə daxil olmuş, 22.11.1981-ci il tarixli, 96 №-li əmrlə azad edilmişdir), 11.01.1982-02.09.1982ci il tarixdə usta ( 11.01.1982-ci il tarixli, 16-k №-li əmrlə daxil olmuş, 02.09.1982-ci il tarixli, 565k №-li əmrlə azad edilmişdir), 03.09.1982-22.05.1987-ci illərdə Nəzarət Reviziya İdarəsində Baş revizor (07.09.1982-ci il tarixli, 182/L №-li əmrlə daxil olmuş, 22.05.1987-ci il tarixli, 19/L №-li əmrlə azad ed ilmişdir), 23.05.1987-24.10.1988-ci ildə “Çentrkoopstroy” trestdə reviziya işləri üzrə baş mühasibin müavini (25.05.1987-ci il tarixli, 54/k №-li əmrlə daxil olmuş, 21.10.1988-ci il tarixli, 108/k №-li əmrlə işdən azad olunmuşdur), 25.10.198815.11.1988-ci ildə “Urojay” ticarət alış kooperativində tədarükçü (25.10.1988-ci il tarixli, p40 №-li əmrlə daxil olmuş, 15.11.1988ci il tarixli, p-46 №-li əmrlə azad edilmişdir), 04.09.1988-05.01.1997-ci illərdə “Raduqa” kooperativində sədr (04.09.1988-ci il tarixli, 1 №-li əmrlə daxil olmuş, 05.01.1997-ci il tarixli, 1 №-li əmrlə azad edilmişdir), 04.09.198924.08.1998-ci ildə Azərbaycan Respublikası Boru Təmir Bazasında təchizat şöbəsində usta ( 04.09.1989-cu il tarixli, 17 №-li əmrlə daxil olmuş), 24.08.1998-12.10.2005-ci ildə Azərbaycan Respublika sı Boru Təmir Bazasında baş mühəndis vəzifələrində çalışmışdır (24.08.1998-ci il tarixli, 32 №-li əmrlə keçirilmiş, 12.10.2005-ci il tarixli 15/k №-li əmrlə azad edilmişdir.)
3. İddiaçıya məxsus AT-V seriyalı, ******* nömrəli 16.11.1988-ci il tarixdə doldurulmuş digər əmək kitabçasına əsasən o, 16.11.1988-22.08.1989-cu ildə Nəzarət Reviziya İdarəsində Baş revizor (16.11.1988-ci il tarixli, 112/L №-li əmrlə daxil olmuş, 22.08.1989-cu il tarixli, 39/L №-li əmrlə azad edilmişdir), 27.05.1997-13.02.2007-ci illərdə “xxxx” MMC-də (Tatarıstan Respublikası) tikinti üzrə baş direktorun müavini (27.05.1997-ci il tarixli, 8-k №li əmrlə daxil olmuş, 13.02.2007-ci il tarixli, 63-k №-li əmrlə azad edilmişdir), 25.05.201128.06.2011-ci ildə “xxxx” MMC-də direktor vəzifələrində işləmişdir ( 25.05.2011-ci i l tarixli, 1 №-li qərarla (mətn üzrə) daxil olmuş, 28.06.2011-ci il tarixli, 2 №-li qərarla (mətn üzrə) azad edilmişdir).
4. İddiaçı müvafiq artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş, sonuncu, **********8 saylı, 07 may 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ona 09.03.2007-ci il tarixdən 5 il 5 ay iş stajı nəzərə alınmaqla 190.00 manat dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Əmək kitabçasına qeyd edilən qalan illər Rusiya dövləti ərazisində olduğu üçün həmin idarələrdə işlədiyi vəzifələrdəki əmək haqqlarındakı artım inzibati orqana məlum olma dığından pensiyanın artırılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, 9 mart 2007-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının miqdarının və artım faktının təyin olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona (iddiaçıya) 9 mart 2007-ci il tarixdən 5 il 5 ay iş stajı nəzərə alınmaqla dövlət qulluqçusu kimi 190 manat məbləğində əmək pensiyası təyin edilmişdir. O, 14 mart 2018-ci il tarixdə həmin pensiyanın yenidən hesablanması üçün DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Cavabdehin 7 may 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin illərdə o, Rusiya Federasiyası ərazisində işlədiyindən, əmək haqqı ndakı artım məlum olmadığından, pensiya məbləğinin artırılması mümkün deyil. 9 mart 2007-ci il tarixdən ödənilən 190 manat dövlət qulluqçusu kimi əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, Rusiya Federasiyasında dövlət qulluqçusu kimi aldığı əmək haqqı həmin ölkənin qanun və fərmanına əsasən hesablanmışdır. 9 mart 2007-ci il tarixdə tutduğu vəzifənin maaşı aylıq 5.633 rubl olmuşdur. Əmək haqqına aşağıdakı əlavələr edilir: 1. vəzifə maaşının hər ay 2,5 misli qədər mükafat, 5.633 rubl x 2,5 = 14.082,5 rubl;
2. Hər ay vəzifə maaşının 120%-i 5.633 rubl x 120 / 100 = 6.759,6 rubl; 3. dövlət sirri (məxfi) – 30% 5.633 rubl x 30 / 100 = 56330.3 1.689,9 rubl,
4. Staja görə 5 ildən 10 ilədək 15% 5.633 rubl x 15 /100 = 844,95 rubl, ümumi əmək haqqı 5.633 + 14.082,5 + 6.759 + 1689.9 + 844,95 = 2 9.009,95 rubl. Orta illik manatın kursu 2007-ci il 1 manat = 29,7446 rubl, əmək haqqı manatla 29.009,95 / 29,7446 = 975,3 manat. Hər ay alınan əmək haqqı 975,3 manatdır. Göstərilənlərə əsaslanaraq, 9 mart 2007-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının miqdarının və artım faktının təyin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsaslarını imtina məktubunda göstərilənlər təşkil edir.
8. Daha sonra, iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.
9. Məhkəmə iddianın dəyişdirilməsinə dair Azərbaycan Respubli kası İPM-nin 54-cü maddəsinə əsasən qərardad qəbul etməmiş, bu barədə yalnız məhkəmə iclas protokolunda qeyd etmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2339/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla, dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində dövlət qulluqçusu kimi fəaliyyətlə bağlı əmək haqqı artımının təyin olunmuş pensiyanın məbləğində nəzərə alınmasını birbaşa tənzimləyən norma olmadığından, iddiaçının 1992-ci ilin yanvar ayının 1-dək RSFSR-dəki işlədiyi vəzifəyə mü nasibətdə artımlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin tələbləri bu halda analoji olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.4-cü maddəsi isə birbaşa tətbiq olunmaqla nəzərə alınmalı və pensiya məbləği yenidən hesablanmalıdır.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İşin apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.
14. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-905/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2339/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
16. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı eyni zaman dövründə iki müxtəlif dövlətin ərazisində olan müəssisələrdə işləmişdir. Bundan əlavə iş materiallarında olan iddiaçıya məxsus AT-V seriyalı, ******* nömrəli 16.11.1988-ci il tarixdə doldurulmuş əmək kitabçasında iddiaçının “xxxx” MMC-də direktor vəzifəsinə işə qəbul edilmə tarixində düzəliş edildiyi vizual olaraq görünür. Bu hallar onu deməyə əsas verir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
17. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçıya 2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul olunmasını x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandı rılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə g örə əmək pensiyası.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya ins tansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsinin və cavabdehə müraciət ərizəsinin məzmunundan görünür ki, hazırkı iddianı qaldırmaqda məqsədi ona dövlət qulluqçusu kimi hesablanmış əmək pensiyasının Rusiya Federasiyasının müxtəlif tarixli normativ aktları əsasında dövlət qulluqçuları üçün nəzərdə tutulan əlavələr də daxil olmaqla pensiyasının yenidən hesablanmasıdır (iş v. 1-2; 100).
30. İddiaçının SSRİ dövründə dövlət qulluğu vəzifəsində işləməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının müxtəlif tarixli normativ aktları əsasında dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşına əlavələri işlədiyi dövrdə almamışdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, pensiya hesablanan zaman əlavələrin nəzərə alınması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır.
32. Belə olan halda isə iddiaçı işlədiyi dövrdə almadığı əlavələrə görə həmin əlavələr də daxil olmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır.
33. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
34. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
35. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-905/2020 saylı iş üzrə 18 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.