Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-657/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaş ayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci tarixli, 2-1(105)-115/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binasına dair mərhum X3 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********65 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyriyaşayış binasının inşa edilməsinə icazə barədə qərar ərizəyə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməlidir. Bundan əlavə, qeyri-yaşayış binası ərizəyə əlavə edilmiş layihəyə uyğun inşa edilməmiş, tikilinin 74.9 kv.metr hissəsi sənəd üzrə olan torpaq sa həsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşir. Qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsi Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağına düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mərhum atası X4 məxsus 0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən avtomobillərə servis xidməti məntəqəsi üzərində B.Q.İbrahimovun mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Daha s onra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabdeh, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üçüncü şəxs qismində qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(85)-249/2021 nömrəli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Dəvəçi (indiki Şabran) rayon XDS-nin 30 aprel 1994-cü il tarixli 4 nömrəli qərarı ilə ataları X3 müraciəti, N.Nərimanov adına südçülük tərəvəzçilik sovxozu əmək kollektivi şurasının 26 fevral 1994-c ü il tarixli 02 saylı iclasının qərarı, sovxoz rəhbərliyinin xx.xx.1994-cü il tarixli aktı, “Azəravtoyol” Dövlət şirkətinin xx.xx.1994-cü il tarixli 01/966 saylı məktubu nəzərə alınmaqla X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə, N.Nərimanov adına sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyatı təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsi ayrılmışdır. X3 adına 0,24 ha torpaq sahəsinə dair torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. 1994-cü ildə B.İbrahimov qeyd olunan torpaq sahəsində avtomobillərə servis xidməti mə ntəqəsi inşa etmişdir. Sonradan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Surra” avtomobillərə servis xidməti məntəqəsinin layihəsi hazırlanmış və həmin obyektin istismarına icazə sənədi alınmışdır. B.İbrahimov xx.xx.2018-ci il tarixdə vəfat etmiş, həmin daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlərin olmasına baxmayaraq, o, sağlığında həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Ona görə də iddiaçının müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında atası B.İbrahimovun adına vərəsəlik işi açılmış və Şabran rayon notariat ofisi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli, 179 nömrəli məktub ünvanlayaraq qeyd olunanlarla bağlı B.İbrahimova məxsus olan əmlak barəsində daşınmaz əmlakın reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Şabran rayon notariat ofisinə göndərilməsi xahiş edilmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir. Etirazda göstərilənlərlə imtina məktubu eyni məzmunda əsaslandırmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-249/2021 nömrəli qərardadı ilə iddia tələbinin Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X3 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi mümkün sayılmamışdır (hakim V.Əzizova).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti yalnız avtomobillərə servis xidməti məntəqəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı olmuşdur. Torpaq sahəsi ilə bağlı iddiaçının müraciəti olmamış və bu müraciətə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. İddiaçı tərəfindən bu şərt yerinə yetilrilməmişdir.
10. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olun masını xahiş etmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)249/2021 nömrəli qərarı ilə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,24 ha torpaq sahəsi üzərində avtomobillərə servis xidməti məntəqəsi üzərində iddiaçının mərhum atası B.Q.İbrahimovun mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir (hakim V.Əzizova).
12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, 2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililər üçün icazə sənədi mövcud olmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. İddia tələbində göstərilən tikililərin inşa edilməsinə icazə sənədinin verilməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı inşa edilmiş tikilinin Bakı-Rusiya yolunun mühafizə zolağına düşməsi müəyyən edilmişdir ki, bu hal da cavabdehin imtina etməsi üçün əsas sayılır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 iyul 2022-ci il tarixli 10/1733 nömrəli rəyinə əsasən, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən X4 məxsus qeyri-yaşayış sahəsi həmin qeyri-yaşayış sahəsinə dair Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun inşa edilmişdir; Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 004 saylı qərarı ilə avtomobillərə servis xidmətinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinin Dəvəçi rayon X8 və digər qurumlar tərəfindən 1994-cü il tarixdə təsdiq edilmiş Dəvəçi rayonu N.Nərimanov adına sovxozun yerquruluşu xəritəsindən 1:10000 miqyasda çıxarışında torpaq sahəsinin koordinatları qeyd olunmamışdır. X4 məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin planlı yerləşmə vəziyyəti, konfiqurasiyası, sahəsi və Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən (keçmiş BakıQuba yolu) 30 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsinin Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 004 saylı qərarı ilə avtomobillərə servis xidmətinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinin hüdudlar ı daxilində yerləşməsi müəyyən edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç. Babayeva -sədrlik edən, Z.İ. Məmmədov və F.Ə.Məmmədov) 28 oktyabr 2022-ci il tarixli 22-1(105)-115/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-249/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Qərardaddan kassasiya şikayəti verilməmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç. Babayeva -sədrlik edən, Z.İ. Məmmədov və F.Ə.Məmmədov) 28 oktyabr 2022-ci il tarixli 2-1(105)-115/2022nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-249/20 21 nömrəli qərarı ləğv edilmiş, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Surra” avtomobillərə servis xidməti məntəqəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq Şabran (keçmiş Dəvəçi) rayon XDS-in qərarı ilə ayrılmış 0,24 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə kollegiyasi maddi hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçı tərəfindən qeyriyaşayış binasının inşa edilməsinə icazə barədə qərar ərizəyə əlavə edilməmiş, qeyriyaşayış binası layihəyə uyğun inşa edilməmiş, tikilinin 74.9 kv.metr hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşmiş, qeyri- yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsinin Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağına düşməsi müəyyən edilmişdir, belə olan halda isə sadalanan uyğunsuzluqluq və ziddiyyətlər olduğundan qanunun tələblərinə əsasən Ərazi İdarəsi tərəfindən haqlı olaraq imtina vermişdir. İddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının t ikilinin inşa edilməsinə icazə barədə qərarı əlavə edilməmişdir. Məhkəmə kollegiyası bu “boşluğu” aradan qaldırmağa cəhd etmiş, qüvvədən düşmüş bir sıra normativ-hüquqi aktlara istinad etmiş, son nəticədə isə göstərmişdir ki, Şabran rayon XDS-nin Şabran rayon XDS-nin 30 aprel 1994-cu ii tarixli, 013 saylı qərarı ilə iddiacinin mərhum atasına həm 0,24 ha torpaq sahəsi ayrılmış, həm də torpaq sahəsində avtomobillərə servis xidməti tikintisinə icazə verilmişdir, lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, XDS-nin qərarında söhbət ancaq torpaq sahəsinin ayrılmasından gedir, həmin qərarda tikintiyə icazə verilməsi barədə heç bir müddəa olmamışdır. Yəni müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar işə əlavə olunmamış və bununla bağlı işdə heç bir sübut yoxd ur. Məhkəmə kollegiyası torpağın ayrılması barədə qərarı tikinityə icazə qərarı ilə eyniləşdirmişdir, bu isə maddi hüquq normasının pozuntusudur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı iclas qərarına əsasən, X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəv əçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə N.Nərimanov adına sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyəti təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır.
28. Qeyd edilən qərara əsasən, avtomobillərə servis xidməti obyektinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinə dair Dəvəçi rayon XDS tərəfindən X3 adına Б № 004020 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
29. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Surra” avtomobillərə servis xidməti məntəqəsi layihəsinin X2 rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış və qeyri-yaşayış sah əsinin inşası başa çatdırıldıqdan sonra Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 05 nömrəli istismara icazə sənədinə əsasən, 522.6 kv.m ümumi sahəsi olan avtomobillərə servis xidməti məntəqəsinin istismarına icazə verilmişdir.
30. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.
31. Bundan başqa, cavabdeh kassasiya şikayətində iddiaçının faktiki istifadə etdiyi 0.29 ha torpaq sahəsinin 0.1924 ha hissəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 508 kv.m tikilinin 369 kv.m hissəsinin Bakı-Rusiya avtomobi l yolunun mühafizə zolağına düşdüyü qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, X4 məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən (keçmiş Bakı-Quba yolu) 30 metr aralıda yerləşir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinin Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq Şabran (keçmiş Dəvəçi) rayon XDS-in qərarı ilə ayrılmış 0,24 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir.
33. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci tarixli, 2-1(105)-115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.