Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-657/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X9) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2296/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ, 97 nömrəli order əsasında iddiaçının adına ayrılmışdır. Bağ sahələrinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamına əsasən, (3.97) X3 - Görədil ВТК №-89 bağ 254z ayrılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh 06 may 2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, bağ sahəsinə texniki baxış keçirilən zaman məlum olmuşdur qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Yuxarıda qeyd olunan imtina bildirişini aldıqdan sonra cavabdehə, bildirişdə qeyd edilən mətn üzrə dəqiqləşdirmə aparılması məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət edilmişdir. Həmin sorğuya cavabdeh tərəfindən 09 iyun 2021-ci il tarixli, **********41 nömrəli cavab məktubunda qeyd edilmişdi r ki, 89 nömrəli ВТК nəzdində Goradil bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254 z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 sayh notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X6 adına, yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportunun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ, 97 nömrəli order əsasında iddiaçının adına ayrılmışdır. Həmin bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 aprel 1994-cü il tarixli. 461 nömrəli sərəncamı da mövcuddur. Yuxanda qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06 may 2021-ci il tarixli imtina bildirişi verilmişdir. Bildirişdə qeyd edilmişdir ki, göstərilən 254z nömrəli ba ğ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, həmçinin bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur.Yuxarıda qeyd olunan imtina bildirişini aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, bildirişdə qeyd edilən mətn üzrə dəqiqləşdirmə aparılması məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət edilmişdir.Həmin sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 iyun 2021-ci il tarixli, **********41 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 89 nömrəli ВТК nəzdində Goradil bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edil məmişdir. Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254 z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X8 adma dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 sayh notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X6 adına, yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi ona məxsus bağ sah əsi bu günə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin bildirir ki, ona məxsus 254z saylı bağ sahəsinin sərhədlərini, koordinatlarını, naturada mövcudluğunu yerində müəyyən etmək barədə X5 vəkil sorğusu verilmiş, həmin mərkəzin 18 fevral 2021-ci il tarixli. 28 nömrəli rəyində qeyd edilmişdir ki. “Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən, vətəndaş X3 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış. 89 nömrəli BTKnın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və kordinatları yerində müəyyən edilərək, nat urada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparıhnadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir.” İmtina bildirişində 2-ci əsas “bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur” deyə qeyd edilmişdir. Hansı ki, həmin problemin həlli ya tərəflərin öz aralarında, yaxud da məhkəmə müstəvisində həll edəcəkləri məsələdir.İmtina bildirişində bir tərəfdən 254z saylı bağın başqa fiziki şəxsin adma qeydiyyatdan keçməsi göstərilmiş, digər tərəfdən də, bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunması qeyd edilmişdir. Bir neçə ay əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ba ğ sahəsinə baxış keçirilərkən, həmin ərazinin boş olması, iki hissəyə bölünməməsi təsdiqini tapmışdır. Həmin bildirişi aldıqdan sonra Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə şikayət verdi. Həmin şikayətlə bağlı göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Qeyd edilən cavab məktubunu aldıqdan sonra, sənədlər Əmlak Xidmətləri Məkanına təqdim edilmişdir. Cavabdehin 01 fevral 2022-ci il tarixli imtina bildirişində qeyd edilmişdir ki, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş çıxış yolu mövcud deyil. Bundan əlavə Goradil qəsəbəsində yerləşən 254z nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(112)-870/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla 89 nömrəli ВТК nəzdində ayrılmış sahəsi 0,12 ha olan 254z saylı bağ sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə al araq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X10 ayrılmış bağ sahəsi və iddiaçıya ayrılmış torpaq sahələrinin nömrələri (254Z) üst-üstə düşsə də, torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, X10 bağ sahəsi müqavilə əsasında, İddiaçı torpaq sahəsi isə 89 nömrəli BTK-nın nəzdində Bakı şəhər İcra Hakimiyyəti Başçısının qərarı əsasında ayrılmışdır. İddiaçının koordinatlar üzrə göstərdiyi Göradil bağlar massivindəki 254Z nömrəli bağ sahəsinə dair hüquqlar qeydə alınmamışdır, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. İddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüq uqun tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2296/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd cavabdehin sərbəst giriş-çıxış yolu olmaması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, bu dəlili möv cud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsinə daxil etməmişdir. Cavabdehin digər torpaq sahəsinin maili relyefli (yamacda) ərazidə yerləşməsi dəlilinə münasibətdə qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin maili relyefli ərazidə yerləşməsindən asılı olmayaraq, bu hal iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını məhdudlaşdıra bilməz. İlk növbədə qeyd olunur ki, yamac dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Torpaq sahəsinin yamac ərazisində yerləşməsi hüquqi nöqteyi baxımından mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Əgər bu yanaşma imtina əsası kimi qiymətləndirilərsə, bu zaman nəinki yamacda yerləşən, ümumiyyətlə Azərbaycan Respublikasının dağlıq ərazilə rində müxtəlif kəndlərdə yerləşən fərqli relyef quruluşu olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması istisna olardı. Belə istisnalar nə qüvvədə olan qanunvericiliyin, nədəki hər hansı normativ hüquqi aktlarda nəzərdə tutulmadığından, cavabdehin irəli sürdüyü həmin dəlil imtina əsası kimi qiymətləndirilə bilməz. Əks halda, dağlıq ərazilərdə yerləşən kənd sakinlərinin istifadəsində olan daşınmaz əmlaklar kütləvi şəkildə qeydiyyata alınmamalı, alınmış qeydiyyatlar da ləğv edilməlidir.
13. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 15-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-bəndinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Torpaq Məcəlləsinin 65 və 68-ci maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə istinad olunan kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddiaya etiraz ərizəsində qeyd edilən dəlillər ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri.... 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual poz untular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. İş materialları ilə müəyyən olunur ki, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin T ikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ, 97 nömrəli order əsasında iddiaçıya ayrılmışdır. Həmin bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 aprel 1994-cü il tarixli 461 nömrəli sərəncamı mövcuddur.
24. Hazırda iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.
25. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd olunan bağ sahəsinin mürəkkəb relyefli ərazidə (yamac) yerləşməsini və sərbəst giriş-çıxış mövcud olmamasını, bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyest rində qeydiyyata alınmasını bildirmişdir.
26. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, “iddiaçının koordinatlar üzrə göstərdiyi Göradil bağlar massivindəki 254Z nömrəli bağ sahəsinə dair hüquqlar qeydə alınmamışdır, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. İddiaçının iddia etdiyi torpaq sahəsinin X10 ayrılmış bağ sahəsinə (o cümlədən X1 hissəsinə) aidiyyəti yoxdur, torpaqların nömrə təkrarlanması olsa da, üst-üstə düşmə halı mövcud deyildir.”
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da hazırkı qərarın 18 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
28. Qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsi Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar olan 254z saylı bağ, 97 nömrəli order əsasında ayrıldığından o, yalnız 89 nömrəli BTK-nın hüdudları daxilində yerləşən torpaq sahəsinə iddia edə bilər.
29. Lakin, apellyasiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi və göstərdiyi torpaq sahəsinin 89 nömrəli BTK-nın hüdudları daxilində olub-olmaması istiqamətində araşdırma aparılmamışıdır.
30. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsin in 3.0.50-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək vəzifəsi var.
31. Göstərilən normanın tələbləri baxımından cavabdehin uyğunsuzluğun aradan qaldırılması vətəndaşın qanuni istifadəsindəki bağ sahələrinin 89 nömrəli BTK-in koordinatları çərçivəsində torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqların aradan qaldırılmaqla rəsmiləşdirmək vəzifəsi nəzərdə tutur.
32. Beləliklə məhkəmə kollegiy ası qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi onda olan hüquqmüəyyənedici sənədlər ilə uyğun gəlib-gəlməməsi istiqamətində araşdırma aparılmalıdır.
33. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı, iddia olunan bağ sahəsi 89 nömrəli BTK-in hüdudları daxilində yerləşməsi məsələsinin həlli istiqamətində müvafiq mütəxəssis və ekspert rəyi alınmalı, bundan sonra iş üzrə yekun qərar qəbul etməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiy indən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 21(103)-2296/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.