Məhkəmə qərarları › İş №2-1(102)-658/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-658/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-658/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: prosessual müddətin bərpa edilməməsi, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2674/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin xx xxxxx 2019-cu il tarixli imtinasının qanunsuz hesab edilməsi, iddiaçının Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin xx xxxx 2016-cı il tarixli, 107724 ******* nömrəli diplomunun, verilən ixtisasın tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-1837/2019 nömrəli (sədrlik edən hakim R.Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, Rusiya Fed erasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, 107724 ******* nömrəli diplom üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Daha sonra cavabdeh apelyasiya instansiyası məhkəməsinə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini və apelyasiyanın mümkünlüyü barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2674/2019 nömrəli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərardadı ilə cavabdehin prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi, apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apelyasiya şikayətinin qəbulundan imtina edilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən qeyd olunan qərardan apelyasiya şikayəti verilməsinə, habelə buraxılmış müddətin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinin tələblərinə əsasən müddətin bərpa edilməsi ilə əlaqədar ərizə verilməsinə baxmayaraq, Bakı Apelyasiya Məhkəməsi qeyd olunan qərar ü zrə verilmiş apelyasiya şikayətinin gec verilməsini, yəni prosessual müddətin buraxılmasını əsas gətirərək qeyd olunan şikayətin icraata qəbul edilməsindən imtina etməklə bu barədə xx.xx.2019-cu il tarixli, 2-1(103)-2674/2019 saylı qərardad qəbul etmişdir. Baxmayaraq ki, təqdim edilmiş ərizədə Təhsil Nazirliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq sənədlərdə texniki cəhətdən ləngimə olması və sənəd dövriyyəsinin çoxluğu barədə məlumat verilsə də, apelyasiya məhkəməsi işi icraata qəbul etməməklə tərəflərin bərabər qaydada özlərini müdafiə etməsi prinsipini pozmaqla şikayətin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Apelyasiya instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tətbiqində kobud qanun pozuntularına yol verməklə qəbul edildiyindən, məhkəmənin qərardadı ləğv edilməli, eyni zamanda texniki cəhətdən apelyasiya şikayətinin müddəti bir neçə gün buraxılması səbəbindən Bakı Apelyasiya Məhkəməsinin həmin işə baxmaqdan imtina edilməsi ilə əlaqədar qərardadı əsassız hesab edilməli, iddiaçıya məxsus olan diplomun tanınması məsələsinə baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır. Bütün yuxarıda qeyd edilənlərə əsasən cavabdeh kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və buraxılmış müddəti üzrlü hesab etməklə, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixliqərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 27 noyabr 2019cu il tarixli, 2-1(103)-2674/2019 saylı qərardadla, cavabdehinin prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi, apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 24, 87.3, 87.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1837/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə cavabdehə göndərilmişdir. İş materiallarında olan Poçt göndərişlərinin izlənməsi barədə məlumatdan görünür ki, cavabdeh orqan sözügedən qərarı xx.xx.2019-cu il tarixdə almışdır. Apelyasiya icraatı zamanı məhkəməyə tə qdim edilmiş “xxxx” MMC-nin iddiaçının vəkili R.Yolçuyevə ünvanlandırdığı xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Təhsil Nazirliyinə göndərilmiş SS609224700AZ ştrix kodlu sifarişli məktubun Təhsil Nazirliyi tərəfindən hansı tarixdə qəbul edilməsi və çatdırılma barədə sistemdə olan əvvəlki xx.xx.2019-cu il tarixin sonradan silinməsi ilə bağlı müraciətinizə tərəfimizdən baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən məktub xx.xx.2019-cu il tarixdə 3 saylı Poçt Filialının (PF) 118 saylı poçt şöbəsində (PŞ) qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə xidmət ərazisi üzrə 6 saylı PF-nin 8 saylı PŞ-sinə daxil olmuş və həmin gün mövcud qaydaların tələblərinə uyğun xx.xx.2019-cu il tarixli, D**********01021 nömrəli çatdır ma vərəqində imza etdirməklə Təhsil Nazirliyinin əməkdaşı R.Qurbanlıya təhvil verilmişdir. Bildiririk ki, hazırda sistem üzərindən poçt modulunda aparılan genişləndirmə və təkmilləşdirilmə işləri ilə əlaqədar həmin ərəfədə sistemdə texniki problem olduğundan 16-xx.xx.2019-cu il tarixlərində ünvanları üzrə çatdırılmış qeydiyyatlı poçt göndərişlərinin çatdırılma tarixi sistemə xx.xx.2019-cu il tarixdə işlənmiş və sonradan silinərək müvafiq düzəlişlər aparılmışdır.” Apelyasiya şikayətinin üzərinə vurulmuş daxil olma ştampına əsasən cavabdeh qərardan şikayəti xx.xx.2019-cu ildə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi cavabdeh, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirdiyi qərarından apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüşdü r. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrind ən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Qey edilən normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddətin buraxılmasının nəyə görə on dan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, cavabdeh apelyasiya icraatı zamanı ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim edərək qanunla şikayət vermə müddətinin ötürülməsini elektron dövriyyədə yaranmış olan texniki nasazlıqla əlaqələndirsə də, qeyd edilən texniki nasazlığın nədən ibarət olması, nasazlığın hansı vaxtdan başlanması, nə vaxtadək davam etməsi və s. barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu əsasdan apelyasiya məhkəməsi düzgün olaraq cavabdehin dəlilini məhkəmə qərarından şikayət verilməsi imkanını aradan qaldıran üzrlü səbəb hesab etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təhsil Nazi rliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq sənədlərdə texniki cəhətdən ləngimə olması və sənəd dövriyyəsinin çoxluğu həmin təşkilatın daxili məsələsidir və bu hal mövcud olmuş olsa belə buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69. 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2674/2019 s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar