Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-658/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13-xilasetmə Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqından tutulan məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13-xilasetmə Xidmətinə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-2693/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13-xilasetmə Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2008ci il tarixdən - xx.xx.2012-cı il tarixinədək Xidmətin “Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində atası X2 X3 iştirakçısı olması ilə bağlı Xidmətə heç bir sənəd təqdim etməmişdir. Məlumat üçün bildirilir ki, X7 iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz, Azərbaycan Respublikasının Vergi Məcəlləsində Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, № 1356-VQD nömrəli Qanununa əsasən edilmiş dəyişiklik üzrə 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar, onun Xidmətdə əmək fəaliyyətində olduğu dövrdə əmək haqqından tutulmuş və dövlətə ödənilmiş vergilərin Xidmət tərəfindən geri qaytarılması mümkün deyildir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 115 saylı arayışından görünür ki, İddiaçı mərhum atası 1922-ci il təvəllüdlü, kapitan X6 1941-ci ildən 1945-ci ilədək X4 iştirak etmişdir. O, xx.xx.1945-ci il tarixdən xx.xx.1956-cı il tarixədək “zabit” qismində SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) hər bi xidmətdən ehtiyata buraxılmışdır. Kapitan X6 xx.xx.1956-cı ildən SHXÇDX-nin Xəzər rayon idarəsində arxiv qeydiyyatındadır.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin xx.xx.2021-ci il tarixli 134 saylı arayışından görünür ki, İddiaçı mərhum atası 1922-ci təvəllüdlü Nəcəfqulu Rzaqulu oğluna xx.xx.1981ci il tarixdə keçmiş Əzizbəyov RHK (SHXÇDX-nin Xəzər Rİ) tərəfindən J-519989 №-li X7 veteranının vəsiqəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Sonrad an iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.1994-cü il tarixdən xx.xx.2012-ci il tarixə kimi ondan gəlir vergisi kimi tutulmuş pulun Azərbaycan manatı məzənnəsi ilə tutularaq ona verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13-xilasetmə Xidmətində “Svetlomor-2” qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. Eyni zamanda, həmin müəssisədə digər əmək fəaliyyəti ilə də uzun müddət məşğul olmuşdur. İşlədiyi müddətdə atası Nəcəfqulu Rzaqulu oğlunun X3 iştirakçısı olması barədə cavabdeh təşkilata müvafiq arayış təqdim etmişdir. Lakin buna baxmayaraq, X7 iştirakçılarının və əlillərinin övladlarına dövlət tərəfindən verilən imtiyazı cavabdeh ona şamil etməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, onun atası 1922-ci il təvəllüdlü, X1 1941-ci ildən 1945-ci ilədək X4 iştirak etmiş, 25 noyabr 1945-ci il tarixdən 27 avqust 1956-cı ilədək “zabit” qismində SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. X1 10 sentyabr 1956-cı ildən SHXÇDX-nin Xəzər rayon idarəsində arxiv qeydiyyatındadır. Atası X3 iştirakçısı olsa da, onun övladlarına və dul qalmış arvadına qanunla nəzərdə t utulmuş imtiyazlar şamil edilməli olduğu halda, həmin qanun ona münasibətdə şamil olunmamışdır. İşlədiyi müddət ərzində əsassız və qanunsuz olaraq aldığı əmək haqqından gəlir vergisi tutulmuşdur. Həmin vaxt qüvvədə olan Vergilər Məcəlləsinə əsasən X7 iştirakçılarının arvadı və uşaqları vergi ödəmələrindən azad olmuşlar. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan aydın olur ki, onun əmək haqqından 2008-ci ilin iyun ayından 2012-ci ilin dekabr ayına kimi 4965 manat gəlir vergisi tutulmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-1(112)-2171/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi gəlir vergisindən güzəştləri nəzərdə tutan norma Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 30 noyabr 2018-ci ildə əlavə edilmişdir və xx.xx.2019-cu ildən qüvvəyə minmişdir. İddiaçı isə xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13-xilasetmə Xidmətində tutduğu vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi güzəşt onun işlədiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: V.M.Məmmədov və R.Ə.Qurbanov) 2-1(103)-2693/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” barədə iddia tələbi mümkün sayılmamışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda mübahisə publik hüquq sahəsinə aid hüquq münasibətindən irəli gəlmədiyindən, iddiaya inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında cavabdehin hüquqi ünvanı üzrə ümumi məhkəmə tərəfindən baxılmalıdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaları n aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
14. İddiaçının apellyasiya şikayətində və barəsindən şikayət verilən apellyasiya qərardadında da qeyd etdiyi kimi, iddia ərizəsində baş vermiş formal xətanın (yalnış cavabdehin qeyd edilməsi) aradan qaldırılması barədə iddiaçı özü birinci instansiya məhkəməsinə vəsatət versə də, məhkəmə nəinki vəsatəti təmin etməmiş, heç rəsmi qaydada vəsatətə münasibət də bildirməmişdir və məhkəməni yanlış cavabdehlə davam etdirmişdir. Apellyasiya in stansiyası məhkəməsi bu qüsuru görsə də, qüsurun aradan qaldırılması üçün heç bir səy göstərməmişdir.
15. İddiaçı birinci instansiya məhkəməsində icraat başlayandan iddianın məhz Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı yönəldiyini bildirsə də, (2-1(103)2693/2022 saylı, xx.xx.2022 tarixli qərardadın 2-ci səhifəsində də bu qeyd edilmişdir), aşağı instansiya məhkəmələri iddiaçının iradəsinə zidd olaraq, əsl olmayan cavabdehlə işi davam etdirmiş və nəticədə işin inzibati məhkəmə icraat qaydasında baxılmalı olmamasını əsas gətirərək, icraata xitam verilmişdir. Halbuki, iddiaçı çox aydın şəkildə digər cavabdehə qarşı və məhz inzibati icraat qaydasında mübahisəsinin olduğunu bildirmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şiklayət əsasızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. X8 Məhkəməsinin hüquqi mövqeyi nə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İşin hallarına əsasən qeyd edilməlidir ki, iddia tələbi dövlət orqanı olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13-xilasetmə Xidmətinə qarşı yönəlsə də, iddiaçı cavabdehlə əmək müqaviləsi qüvvədə olduğu dövrdə işəgötürən tərəfindən onun əmək haqqından vergilərin düzgün tu tulmadığını iddia edir. Yəni, cavabdehi inzibati orqan kimi deyil, işəgötürən orqan kimi qanunun tələbini pozmaqda təqsirləndirir.
24. Həmçinin işin hallarına əsasən, iddiaçı xx.xx.2008-ci il tarixdən - xx.xx.2012-cı il tarixinədək Xidmətin “Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. O, izahatında da göstərmişdir ki, işlədiyi dövrdə onun dövlət qulluqçusu statusu və hərbi rütbəsi olmamışdır.
25. Qeyd edilənlərlə bağlı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırkı halda mübahisə publik hüquq sahəsinə aid hüquq münasibətindən irəli gəlmədiyindən iddiaya inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında, cavabdehin hüquqi ünvanı üzrə ümumi məhkəmə tərəfindən baxılmalıdır.
26. Qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraat ında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 17-ci bəndinə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıd ır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 21(103)-2693/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.